Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 60 s. 144—145
  • Əbədiyyən hökm sürəcək Padşahlıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əbədiyyən hökm sürəcək Padşahlıq
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • «Daniel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
  • Padşahlığı təmsil edən böyük ağac
    Müqəddəs Kitab dünyasına səyahət
  • Müqəddəs Yazıların kitabı nömrə 27 Daniel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Müqəddəs Kitabda Dənyal barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 60 s. 144—145
Navuxodonosor padşah yuxusunda daşın zərbəsi ilə dağılan nəhəng heykəl görür

DƏRS 60

Əbədiyyən hökm sürəcək Padşahlıq

Bir axşam padşah Navuxodonosor qəribə bir yuxu görür. Bu yuxu padşahı o qədər narahat edir ki, bütün gecəni yata bilmir. O, sehrbazlarını yanına çağırıb deyir: «Yuxumu yozun». Onlar padşaha deyirlər: «Ey padşah, bizə yuxunu danış». Ancaq Navuxodonosor onlara deyir: «Yox! Gördüyüm yuxunu siz mənə danışacaqsınız, yoxsa sizi öldürəcəyəm». Onlar yenə padşaha deyirlər: «Sən gördüyün yuxunu danış ki, biz də yoza bilək». Padşah deyir: «Siz mənim başımı qatırsınız?! Gördüyüm yuxunu danışın!» Onlar padşaha deyirlər: «Heç kim bunu edə bilməz. Bu mümkün olmayan bir şeydir».

Navuxodonosor çox qəzəblənir. O əmr verir ki, ölkədəki bütün müdriklər öldürülsün. Dənyal, Sədrah, Misah və Abidnağu da bu müdriklərin arasındadır. Dənyal padşahdan bir az vaxt istəyir. Sonra o və dostları dua edib Yehovadan kömək diləyirlər. Bəs Yehova onlara kömək edir?

Yehova görüntüdə Navuxodonosorun yuxusunu və yozumunu Dənyala göstərir. Dənyal səhəri gün padşahın xidmətçisinin yanına gedib deyir: «Müdrikləri öldürmə. Padşahın yuxusunu mən yozacağam». Xidmətçi Dənyalı Navuxodonosorun yanına gətirir. Dənyal padşaha deyir: «Allah gələcəyi sənə açır. Yuxun budur: Sən yuxuda böyük bir heykəl görmüsən. Onun başı qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları misdən, baldırları dəmirdən, ayaqları yarı dəmirdən, yarı gildəndir. Birdən dağdan bir daş qopub heykəlin ayaqlarına dəyir. Heykəl çilik-çilik olur və külək onu sovurub aparır. Həmin daş isə böyük bir dağ olub bütün yer üzünü tutur».

Sonra Dənyal deyir: «Yuxunun yozumu isə belədir: Heykəlin qızıl başı sənin padşahlığını təmsil edir. Gümüş isə səndən sonra olacaq padşahlıqdır. Sonra isə misə bənzəyən padşahlıq bütün dünyada hökmranlıq edəcək. Növbəti padşahlıq isə dəmir kimi möhkəm olacaq. Sonda isə parçalanmış bir padşahlıq peyda olacaq və bu padşahlığın bəzi hissələri dəmir kimi möhkəm, bəzi hissələri isə gil kimi zəif olacaq. Dağa çevrilən daş isə Allahın Padşahlığıdır. O, bütün padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq».

Navuxodonosor Dənyalın qarşısında üzüstə yerə döşənib ona təzim edir. O, Dənyala deyir: «Sənin Allahın bu yuxunu sənə açdı. Onun kimi Allah yoxdur». Padşah Dənyalı öldürmür, əksinə, onu Babil əyalətindəki müdriklərin və rəhbərlərin üzərinə başçı qoyur. Gördün, Yehova Dənyalın duasına necə cavab verdi?

«Onlar padşahları ibranicə Armageddon adlanan yerə topladılar» (Vəhy 16:16)

Suallar: Necə olur ki, Dənyal Navuxodonosorun yuxusunu yoza bilir? Yuxunun yozumu nədir?

Dənyal 2:1—49

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş