Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 78 s. 184—185
  • İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih Padşahlıq xəbərini təbliğ edir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İsa Məsih yetmiş şagirdini təbliğə göndərir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Müjdə Cəlilədə vüsət alır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih yer üzünə nə üçün gəlmişdir?
    İsa Məsihin həyatı və xidməti
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2024
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 78 s. 184—185
İsa Məsih şagirdi ilə təbliğ edir

DƏRS 78

İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

Vəftiz olunduqdan qısa müddət sonra İsa Məsih təbliğ etməyə başlayır. O, «Allahın Padşahlığı yaxındır», — deyə təbliğ edir. İsa Məsih Cəlilə və Yəhudiyyəni dolaşanda şagirdləri də onun yanında olur. O, doğma şəhəri Nasirəyə qayıdanda sinaqoqa girib Əşiya peyğəmbərin yazdığı tumarları açıb ucadan oxuyur: «Yehova Allah mənə Öz müqəddəs ruhunu verib ki, xoş xəbəri təbliğ edim». İsa Məsih nə demək istəyir? O demək istəyir ki, insanlar onun möcüzə göstərməsini istəsələr də, onun müqəddəs ruhu almaqda əsas məqsədi xoş xəbəri təbliğ etməkdir. Sonra isə o, camaata deyir: «Bu gün bu peyğəmbərlik yerinə yetir».

Sonra İsa Cəlilə dənizinə gedir. O, oradakı dörd balıqçını özünə şagird seçir. İsa onları dəvət edir: «Mənimlə gəlin. Bundan sonra insan tutacaqsınız». Bu şagirdlərin adları Butrus, Andreas, Yaqub və Yəhyadır. Onlar dərhal balıqçılıqdan əl çəkib İsanın ardınca gedirlər. Onlar bütün Cəliləni gəzib Yehovanın Padşahlığı haqda danışırlar. Həmçinin sinaqoqlarda, bazarlarda və küçələrdə təbliğ edirlər. Getdikləri hər yerdə çoxlu camaat onların ardınca gedir. İsa Məsih haqda xəbər hər yerə, hətta Suriyaya da gedib çatır.

Bir müddət sonra İsa Məsih bəzi şagirdlərinə insanları sağaltmaq və cinləri çıxarmaq gücü verir. Onlar İsa ilə birgə şəhərbəşəhər, kəndbəkənd dolaşıb təbliğ edir. Məcdəlli Məryəm, Yuhənna, Süsən və başqa imanlı qadınlar İsanın və şagirdlərinin qulluğunda dururlar.

Şagirdlərinə təlim verəndən sonra İsa Məsih onları təbliğ etməyə göndərir. Onlar Cəliləni dolaşıb təbliğ edirlər. Bir çox insan vəftiz edilib İsa Məsihin şagirdi olur. Çoxları onun şagirdi olmaq istədiyindən, İsa Məsih onları biçinə hazır olan zəmi ilə müqayisə edir. O deyir: «Yehovaya dua edin ki, məhsulu yığmaq üçün çoxlu biçinçi göndərsin». Sonra şagirdlərindən 70-ni seçib, onları iki-iki bütün Yəhudiyyədə təbliğ etməyə göndərir. Onlar hər cür insana Allahın Padşahlığı haqda öyrədirlər. Şagirdlər geri qayıdanda həvəslə İsa peyğəmbərə başlarına gələnləri danışırlar. Şeytan onların təbliğ etməsinə mane ola bilmir.

İsa Məsih əmin olur ki, şagirdləri o göyə qayıdandan sonra da bu vacib işi görməyə davam edəcəklər. O şagirdlərinə deyir: «Dünyanın hər yerində xoş xəbəri təbliğ edin. Camaata Allahın Kəlamını öyrədin. Onları vəftiz edin».

«Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43)

Suallar: İsa Məsih şagirdlərinə hansı işi tapşırır? Bəs bu iş şagirdlərin xoşuna gəlir?

Mətta 4:17—25; 9:35—38; 28:19, 20; Mark 1:14—20; Luka 4:14—21; 8:1—3; 10:1—22

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş