Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 93 s. 216—217
  • İsa Məsih göyə qayıdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih göyə qayıdır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Məsihi yüzlərlə adam görür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Sonuncu görüşlər və Əllinci gün bayramı
    İsa Məsihin həyatı və xidməti
  • Zeytun dağında
    Müqəddəs Kitab hekayələri
  • İsa Məsih Padşahlıq xəbərini təbliğ edir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 93 s. 216—217
İsa göyə qaldırılır və həvariləri onun ardınca baxırlar

DƏRS 93

İsa Məsih göyə qayıdır

İsa Məsih Cəlilədə davamçıları ilə görüşür. O, onlara vacib tapşırıq verir: «Gedin və bütün xalqların içində şagird hazırlayın. Sizə öyrətdiyim şeyləri onlara da öyrədin və onları vəftiz edin». Sonra isə söz verir: «Unutmayın, mən həmişə sizinlə olacağam».

Diriləndən sonra 40 gün ərzində İsa Cəlilədə və Yerusəlimdə yüzlərlə şagirdinə görünür. O, onlara vacib dərslər öyrədir və çoxlu möcüzələr göstərir. Sonra İsa Məsih axırıncı dəfə Zeytun dağında həvariləri ilə görüşür. O deyir: «Yerusəlimdən uzaqlaşmayın. Atamın söz verdiyi şeyi gözləyin».

Həvarilər onun nə demək istədiyini başa düşmürlər. Onlar soruşurlar: «Sən indi İsrailin padşahı olacaqsan?» İsa cavab verir: «Yehovanın məni padşah təyin edəcəyi vaxt hələ gəlməyib. Tezliklə müqəddəs ruh vasitəsilə güc alacaqsınız və mənim şahidlərim olacaqsınız. Gedin Yerusəlimdə, Yəhudiyyədə, Səməriyyədə və hətta yerin uzaq ərazilərində təbliğ edin».

Sonra İsa göyə qaldırılır və bulud onu örtüb görünməz edir. Şagirdləri isə hələ də onun ardınca baxırlar, ancaq o, artıq gözdən itmişdi.

Şagirdlər Zeytun dağından enib Yerusəlimə qayıdırlar. Onlar həmişə evin yuxarı otağında görüşür və dua edirlər. Şagirdlər İsanın növbəti göstərişlərini gözləyirlər.

«Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14)

Suallar: İsa şagirdlərinə hansı tapşırığı verir? Zeytun dağında nə baş verir?

Mətta 28:16—20; Luka 24:49—53; Yəhya 20:30, 31; Həvarilərin işləri 1:2—14; 1 Korinflilərə 15:3—6

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş