X hissə
Yehova Allah yerdəki və göydəki hər bir şeyin hökmdarıdır. O, indiyə qədər hər şeyə nəzarət edib və bundan sonra da nəzarət edəcək. Misal üçün, Yehova quyuya atılan Ərəmyanı ölümdən qurtarıb. O, Sədrah, Misah və Abidnağunu odlu sobadan, Dənyalı isə şirlərin ağzından xilas edib. Yehova xalqını xilas etsin deyə Əstəri qoruyub. O, pisliklərin əbədiyyən davam etməsinə yol verməyəcək. Nəhəng heykəl və böyük ağacla bağlı peyğəmbərliklər zəmanət verir ki, Yehovanın Padşahlığı tezliklə bütün pislikləri aradan götürəcək və yer üzünü idarə edəcək.