Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 61 s. 146—147
  • Onlar heykələ baş əymirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar heykələ baş əymirlər
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Onlar heykələ baş əymirlər
    Müqəddəs Kitab hekayələri
  • Sənin Allahın kimdir?
    Böyük Müəllimdən öyrən
  • Əbədiyyən hökm sürəcək Padşahlıq
    Müqəddəs Kitab dünyasına səyahət
  • X hissə
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 61 s. 146—147
Sədrah, Misah və Abidnağu qızıl heykələ baş əymir

DƏRS 61

Onlar heykələ baş əymirlər

Padşah Navuxodonosor heykəllə bağlı yuxu görəndən bir neçə müddət sonra qızıldan nəhəng bir heykəl düzəltdirir. O, bu heykəli Durə çölünə qoydurur və Sədrah, Misah, Abidnağu kimi ölkənin sayılıb-seçilən adamlarını heykəlin qabağına yığır. Padşah əmr verir: «Boru, lira və tuluqzurnasının səsini eşidəndə heykələ baş əyin! Kim baş əyməsə, qızmar sobaya atılacaq». Görəsən, bu üç ibrani gənc heykələ baş əyəcək, yoxsa yalnız Yehovaya ibadət edəcəklər?

Sonra padşah musiqinin çalınmasını əmr edir. Sədrah, Misah və Abidnağudan başqa hamı baş əyib heykələ səcdə edir. Bunu görən bəzi adamlar padşaha deyirlər: «Bu üç ibrani heykələ baş əymir». Navuxodonosor onların yanına adam göndərib deyir: «Heykələ baş əyməyiniz üçün sizə bir də fürsət verirəm. Əgər baş əyməsəniz, sizi sobaya atacağam. Heç bir allah sizi mənim əlimdən qurtara bilməyəcək». Onlar padşaha cavab verirlər: «Bizim əlavə fürsətə ehtiyacımız yoxdur. Allahımız bizi qoruyacaq. Hətta qorumasa da, ey padşah, biz bu heykələ baş əyməyəcəyik».

Navuxodonosor çox qəzəblənir. O, adamlarına deyir: «Sobanı həmişəkindən yeddi dəfə çox qızdırın». Sonra döyüşçülərə əmr verir: «Onların əl-ayağını bağlayıb sobaya atın!» Soba o qədər isti olur ki, döyüşçülər sobaya yaxınlaşan kimi ölürlər. Üç ibrani isə sobanın içinə düşür. Ancaq Navuxodonosor sobanın içinə baxanda görür ki, sobada üç nəfər əvəzinə, dörd nəfər var, üstəlik, onlar gəzirlər. O ürkür və məmurlardan soruşur: «Biz sobaya üç adam atmamışdıq? Mən orada dörd nəfər görürəm. Onlardan biri isə mələyə oxşayır!»

Navuxodonosor padşah sobaya yaxınlaşıb onları çağırır: «Ey Allah-Taalanın qulları, çölə çıxın!» Sədrah, Misah və Abidnağunun sobada salamat gəzdiyini görən hər kəs dəhşətə gəlir. Onların dəriləri, saçları və paltarları yanmamışdı, hətta onlardan heç his iyi də gəlmirdi.

Navuxodonosor deyir: «Sədrah, Misah və Abidnağunun Allahına eşq olsun. O, öz mələyini göndərib qullarını qorudu. Onun tayı-bərabəri yoxdur».

Bu üç ibrani kimi, sən də heç nəyə baxmayaraq, Yehovanın tərəfini tutacaqsan?

Navuxodonosor padşah Sədrah, Misah və Abidnağunun sobadan salamat çıxdığını görəndə təəccüblənir

«Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Mətta 4:10)

Suallar: Sədrah, Misah və Abidnağu nə etməkdən imtina edir? Yehova onları necə qoruyur?

Dənyal 3:1—30

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş