Xlll hissə
İsa Məsih yer üzünə qeyri-kamil insanlar üçün həyatını qurban verməyə gəlmişdi. O ölsə belə, dünyaya qalib gəldi. Yehova Öz Oğluna qarşı sədaqətli idi. Buna görə də onu diriltdi. Ölənə qədər İsa Məsih təvazökarlıqla başqalarına xidmət edir və insanlar səhvlər edəndə onları bağışlayırdı. Diriləndən sonra o, şagirdlərinə görünür və onlara verdiyi vacib tapşırığı, yəni təbliğ etmək tapşırığını necə yerinə yetirməyi öyrədir. Valideynlər, uşağınıza başa salın ki, bu gün biz də təbliğ işində iştirak edirik.