NƏĞMƏ 117
Ruhun bəhrəsi — yaxşılıq
Çap versiyası
1. Ey Yehova, şükr edirik,
Nə böyükdür kərəmin!
Sən ucasan, taxtından hey
Yaxşılıq çağlar Sənin.
Ey Rəhman, rəhm göstərənsən,
Əfv edirsən qulunu.
Səcdəyə tək Sən layiqsən,
Vəsf eylərik hüsnünü.
2. Nə gözəl xəlq eyləmisən,
Ey Xaliq, Sən insanı.
Yaxşılıqla, düz əməllə
Əks edirik şanını.
Hikmətli, saf təlimlərlə
Qardaşlar öyüd verir.
Müqəddəs ruh köməyilə
Biz qalırıq həmfikir.
3. Biz doğma bacı-qardaştək
Birləşdik bir imanda.
Onların öz yerləri var
Bu sevən qəlbimizdə.
Gəlin hara yollansaq da,
Yaxşılıqla tanınaq.
Sevgidə zəngin olmaqla
Allaha biz bənzəyək.
(Həmçinin baxın: Zəb. 103:10; Mark 10:18; Qal. 5:22; Efes. 5:9.)