Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/10 s. 19—24
  • Özünə güvənmək rüsvayçılığa səbəb olur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özünə güvənmək rüsvayçılığa səbəb olur
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Qorah - paxıl üsyançı
  • “Paxıllığa meyil”li olmağa müqavimət göstərin
  • Abşalom - şöhrətpərəst fırıldaqçı
  • Mənfəət güdən şöhrətpərəstlikdən çəkinin
  • Şaul - səbirsiz padşah
  • Səbirsizlikdən qorunun
  • Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olun
    Gözətçi qülləsi 2002
  • İsraillilər Yehovaya üsyan edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehova səni tanıyırmı?
    Gözətçi qülləsi 2011
  • «İtaət etmək qurbandan... daha yaxşıdır»
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/10 s. 19—24

Özünə güvənmək rüsvayçılığa səbəb olur

“Özünə güvənərsənsə rüsvay olarsan; amma müdriklik təvazökar olanlarladır” (SÜLEYMANIN MƏSƏLLƏRİ 11:2, YD).

1, 2. Özünə güvənmək nədir və bu xüsusiyyət fəlakətli nəticələrə necə səbəb olur?

PAXIL levit, qiyamçıların izdihamını Yeqovanın səlahiyyət verdiyi kəslərə qarşı qaldırır. Padşahın şöhrətpərəst oğlu, atasının taxtını ələ keçirmək üçün məkrli plan qurur. Səbirsiz padşah, Allahın peyğəmbərinin dəqiq göstərişlərinə e’tinasızlıq göstərir. Bu üç israillini ümumi bir xüsusiyyət birləşdirir - onlar özlərinə güvənirdilər.

2 Özünə güvənmək hissi ürəyə xas olub, hamı üçün ciddi təhlükə yaradan bir xüsusiyyətdir (Məzmur 19:13, 14). Özünə güvənən insan, haqqı çatmadığı işi edərək, özünə çox şeylərdə sərbəstlik verir. Bu, çox vaxt fəlakətlərə səbəb olur. Özünə güvənmək xüsusiyyəti padşahları məhv etmiş və imperiyaları yıxmışdır (Yeremya 50:29, 31, 32; Daniel 5:20). Hətta Yeqovanın xidmətçiləri də bu xüsusiyyətin toruna düşürdülər və bu onları məhvə aparırdı.

3. Özünə güvənməyin nə dərəcədə təhlükəli olduğunu necə öyrənə bilərik?

3 Müqəddəs Kitabda yaxşı fikir deyilir: “Özünə güvənərsənsə rüsvay olarsan; amma müdriklik təvazökar olanlarladır” (Süleymanın məsəlləri 11:2, YD). Müqəddəs Kitabda, bu məsəlin doğruluğunu təsdiq edən nümunələr göstərilir. Bu nümunələrdən bə’zisini nəzərdən keçirmək, icazə verilən şeyin həddini aşmağın nə dərəcədə təhlükəli olduğunu görməkdə bizə kömək edəcək. Beləliklə, gəlin müzakirə edək görək, paxıllıq, şöhrətpərəstlik və səbirsizlik yuxarıda xatırlanan üç kişini özlərinə güvənərək davranmağa necə təhrik etdi və bu onların rüsvayçılığına necə səbəb oldu.

Qorah - paxıl üsyançı

4. a) Qorah kim idi və şübhəsiz olaraq hansı tarixi hadisələrdə iştirak etmişdir? b) Özünün yaşa dolmuş çağlarında Qorah hansı şərəfsiz işi törətdi?

4 Qorah, Kohati nəslindən olan levit və Musa ilə Harunun əmisi oğlu idi. Ehtimala görə, o, onillər ərzində Yeqovaya sədaqətli qalmışdır. Qorah, Qırmızı dənizdən mö’cüzə ilə keçirilən insanların arasında olmuşdur və yəqin ki, Sina dağının ətəyində buzova ibadət edən israillilərin üzərində Yeqovanın hökmünün icra olunmasında iştirak etmişdir (Çıxış 32:26). Lakin Qorah sonralar Musa ilə Haruna qarşı yaranan üsyanın səbəbkarı oldu; bu üsyanda, Ruven qəbiləsindən olan Datan, Abiram və On, həmçinin İsrailin 250 rəisi də iştirak edirdia. Onlar Musa ilə Haruna dedilər: “Artıq yetər, çünki bütün camaat, onlardan hər biri müqəddəsdir və RƏB onların arasındadır; və nə üçün RƏBBİN cəmiyyəti üzərində özünüzü yüksəldirsiniz?” (Saylar 16:1—3).

5, 6. a) Musa ilə Haruna qarşı üsyan qaldırmağa Qorahı nə təhrik etdi? b) Nəyə görə demək olar ki, Qorah, Allahın quruluşunda olan vəzifəsini qiymətləndirmədi?

5 Çox illər ərzində sədaqətini qoruyan Qorahı üsyana təhrik edən nə oldu? Şübhəsiz ki, Musa İsrailə zalımlıqla rəhbərlik edə bilməzdi, çünki o, “yer üzündəki bütün adamlardan təvazökar idi” (Saylar 12:3). Lakin görünür Qorah Musa ilə Haruna paxıllıq edirdi və onların mühüm vəzifələrinə razılaşmadığı üçün haqsız olaraq söylədi ki, onlar özbaşlarına və mənfəət güdən düşüncələrinə görə özlərini cəmiyyətdən üstün tuturlar (Məzmur 106:16).

6 Ola bilsin, Qorahın problemi qismən onda idi ki, Allahın quruluşunda yerinə yetirdiyi şərəfli imtiyazları qiymətləndirmirdi. Kohati nəslindən olan levitlərin kahin olmamalarına baxmayaraq, onlar Allahın Qanununun müəllimləri idilər. Bundan əlavə, səyyar mə’bədi başqa yerə köçürmək lazım gəldikdə, onlar bu mə’bəddə olan avadanlıqları və qab-qacaqları daşıyırdılar. Bu, əhəmiyyətsiz tapşırıq deyildi, çünki həmin müqəddəs qab-qacaqları yalnız ruhani və mə’nəvi cəhətdən təmiz olan insanlar əllərinə ala bilərdilər (Yeşaya 52:11). Buna görə də Qoraha e’tiraz edərək, Musa soruşdu: “Öz vəzifənizi o qədərmi əhəmiyyətsiz sanırsınız ki, hələ bir kahinliyə də can atırsınız?” (Saylar 16:9, 10). Qorah anlamırdı ki, ən böyük şərəf xüsusi ictimai vəziyyətə və ya mövqeyə nail olmaqda deyil, Yeqovanın tə’yin etdiyi qayda-qanuna uyğun olaraq Ona sədaqətlə xidmət etməkdən ibarətdir (Məzmur 84:10).

7. a) Musa, Qoraha və onunla əlbir olanlara nə etməyi təklif etdi? b) Qorahın üsyanına necə son qoyuldu?

7 Qoraha və onunla əlbir olanlara Musa təklif etdi ki, səhəri gün əllərində buxurdan və buxur yığıncaq çadırına toplansınlar. Qorah və onun tərəfdarlarının, kahin olmadıqları üçün, buxur yandırmağa ixtiyarları yox idi. Əgər buxurdan və buxurla gəlsəydilər, onların özlərini kahin olmağa haqlı sandıqları aydın olacaqdı; baxmayaraq ki, onların bu məsələni yenidən müzakirə etmək üçün tam bir gecə vaxtları vardı. Onlar səhəri gün toplandıqda, Yeqova ədalətli olaraq öz qəzəbini göstərdi. “Yer ağzını açdı” və Ruven nəslindən olan insanları “uddu”. Digərlərini, o cümlədən Qorahı da, Allahdan gələn atəş yandırdı (Təsniyə 11:6; Saylar 16:16—35; 26:10). Qorahın özünə güvənməsi ən böyük rüsvayçılığa - Allahın onu bəyənməməsinə səbəb oldu!

“Paxıllığa meyil”li olmağa müqavimət göstərin

8. “Paxıllığa meyl”li olmaq məsihçilər arasında özünü necə biruzə verə bilər?

8 Qorah haqqındakı bu mə’lumat bizim üçün xəbərdarlıqdır. Qeyri-kamil insanlarda “paxıllığa meyl” olduğu üçün, bu, məsihçi yığıncağında da özünü göstərə bilər (Yaqub 4:5, YD). Məsələn, biz, yığıncaqdakı vəzifəyə böyük əhəmiyyət verə bilərik. Arzusunda olduğumuz imtiyazları bir başqası icra edərsə, Qorah kimi, biz də ona paxıllıq edə bilərik. Yaxud, birinci əsrdə yaşamış Diotref adlı məsihçiyə bənzəyə bilərik. O, göründüyü kimi, özü başçılıq etmək istədiyi üçün, həvarilərin səlahiyyətlərinə çox tənqidi yanaşırdı. Həqiqətən də, Yəhya yazırdı ki, Diotref “rəislik etməyi sevir” (3 Yəhya 9).

9. a) Yığıncaqdakı tə’yinata hansı nöqteyi-nəzərlə baxmaq olmaz? b) Allahın quruluşunda olan yerimizə düzgün olaraq necə yanaşmaq lazımdır?

9 Əlbəttə ki, məsihçinin yığıncaqda məs’uliyyətli işlərə can atması pis deyil. Pavel, hətta buna təşviq edirdi (1 Timoteyə 3:1). Lakin biz, yığıncaqdakı imtiyazlara heç vaxt fərqləndirici bir xüsusiyyət kimi baxmamalıyıq; xidmətdə əlavə bir imtiyaz almaqla, vəzifə “pillələrində” irəlilədiyimizi fikirləşməməliyik. İsanın sözlərini yadda saxlamalıyıq: “Aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun” (Matta 20:26, 27). Bizim məs’uliyyətimizdən artıq mə’suliyyətlərə sahib olan şəxslərə paxıllıq etmək düzgün olmazdı, çünki Allahın gözündə dəyərli olmağımız, Onun təşkilatındakı “rütbəmizdən” asılı deyil. İsa dedi: “Siz hamınız qardaşsınız” (Matta 23:8). Bəli, təbliğçilər və pionerlər, yeni vəftiz olunanlar və uzun müddət məsihçi təcrübəsinə malik olanlar, ümumiyyətlə Yeqovaya ürəkdən xidmət edənlərin hamısı Onun quruluşunda dəyərli yeri tuturlar (Luka 10:27; 12:6, 7; Qalatiyalılara 3:28; İbranilərə 6:10). Müqəddəs Kitabın “bir-birinizə tabe olaraq təvazökarlıq paltarı geyinin” məsləhətinə riayət etməyə sə’y göstərən milyonlarla insanlarla çiyin-çiyinə xidmət etmək, doğrudan da xeyir-duadır! (1 Peter 5:5).

Abşalom - şöhrətpərəst fırıldaqçı

10. Abşalom kim idi və o, padşahın yanına mühakiməyə gələnlərin iltifatını qazanmaq üçün necə sə’y göstərirdi?

10 Davud padşahın üçüncü oğlu Abşalomun həyat yolu, şöhrətpərəstliyə əyani nümunədir. Bu hiyləgər fırıldaqçı, padşahın yanına mühakiməyə gələnlərin iltifatını qazanmağa çalışırdı. O, ilk növbədə böhtan atırdı ki, Davud gələnlərin ehtiyacına laqeyd yanaşır. Sonra o, hiyləyə son qoyub, birbaşa işə başladı. Abşalom ucadan deyirdi: “Kaş məmləkətdə məni hakim qoyaydılar və mübahisəsi, yaxud mühakiməsi olan hər adam mənim yanıma gələrdi və ona ədalət edərdim!” Abşalomun məkrli planının həddi yox idi. Müqəddəs Kitabda deyilir: “Bir adam onun yanına baş əymək üçün yaxınlaşan zaman o, əlini uzadar, onu qucaqlayar və öpərdi. Və hökm üçün padşahın yanına gələn bütün İsrailə Abşalom belə edərdi”. Bunun nəticəsi nə oldu? “Abşalom İsrail adamlarının ürəyini oğurladı” (2 Samuel 15:1—6).

11. Abşalom, Davudun taxtını ələ keçirməyə necə çalışırdı?

11 Abşalom, atasının taxtını ələ keçirməyə qəti qərarlı idi. Beş il əvvəl, onun sərancamı ilə Davudun böyük oğlu Amnon öldürülmüşdü; bu, Abşalomun bacısı Tamarın zorlanmasına qisas bəhanəsi ilə edilmişdi (2 Samuel 13:28, 29). Lakin ola bilsin ki, Abşalom hətta o zaman padşahlıq hakimiyyətinin niyyətində olmuşdur və Amnonun öldürülməsində rəqibin aradan götürülməsi üçün fürsət görürdüb. Hər necə olsa da, vaxt çatdıqda, Abşalom fəaliyyət göstərməyə başladı. O, sərancam verdi ki, bütün məmləkətdə onu padşah e’lan etsinlər (2 Samuel 15:10).

12. İzah edin: Abşalomun özünə güvənməsi onun rüsvayçılığına necə səbəb oldu.

12 Abşalom bir müddət müvəffəqiyyət qazandı, çünki “fəsad cəmiyyəti qüvvətli idi... Abşalomla olan xalq get-gedə çoxalırdı”. Bu vaxt Davud, öz həyatını xilas etmək üçün, qaçmağa məcbur oldu (2 Samuel 15:12—17). Lakin tezliklə Abşalomun planları pozuldu: Yoab onu öldürdü, onun cəsədini isə bir quyuya tulladılar və üstünü daşla örtdülər. Təsəvvür edin: padşah olmağa can atan bu şöhrətpərəst adam, hətta dəfn olunmağa layiq görülmədi!c Abşalomun özünə güvənməsi, doğrudan da onun rüsvayçılığına səbəb oldu (2 Samuel 18:9—17).

Mənfəət güdən şöhrətpərəstlikdən çəkinin

13. Şöhrətpərəstlik məsihçinin ürəyində necə kök sala bilər?

13 Abşalomun hakimiyyətə yüksəlməsi və sonradan məğlub olması bizim üçün ibrət dərsidir. Bugünkü amansız dünyada, müdriyyətin e’timadını qazanmaq məqsədilə, onun qarşısında yaltaqlanmaq adi hala çevrilib; bu, insanların həm özləri barədə xoş təəssürat yaratmaları üçün, həm də xidmətdə müəyyən imtiyazlar əldə etmələri və ya qabağa çəkilmələri üçün edilir. Eyni zamanda, yaltaqlar, tabeliyində olanların iltifatını və müdafiəsini qazanmaq ümidi ilə, lovğalıqla bəyanatlar verə bilərlər. Əgər ehtiyatlı olmasaq, belə şöhrətpərəstlik ruhu bizim də ürəyimizdə kök sala bilər. Göründüyü kimi, belə hadisə birinci əsrdə bə’ziləri ilə baş vermişdir. Buna görə də həvarilər, məsihçiləri belə insanlardan qorunmağa ciddi xəbərdar etmişdirlər (Qalatiyalılara 4:17; 3 Yəhya 9, 10).

14. Biz nəyə görə şöhrətpərəstlikdən və yüksəlməkdən çəkinməliyik?

14 Yüksəlmək həvəsində olub, “öz izzətini axtaran” fitnəkarlara Yeqovanın təşkilatında yer yoxdur (Süleymanın məsəlləri 25:27). Müqəddəs Kitab xəbərdarlıq edir: “RƏB bütün düzgün [“yaltaq”, YD] dodaqları, böyük söyləyən dili kəsəcəkdir” (Məzmur 12:3). Abşalomun yaltaq dodaqları vardı. O, lütfünü qazanmaq ehtiyacında olduğu kəslərə yaltaqlanırdı və bunu yeganə məqsədlə - həsrətində olduğu yüksək vəzifəyə nail olmaq məqsədilə edirdi. Biz, Pavelin: “Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın” - məsləhətinə riayət edən qardaşlıq arasında olmağımıza necə də şadıq! (Filipililərə 2:3).

Şaul - səbirsiz padşah

15. Təvazökar olduğunu Şaul bir dəfə necə göstərdi?

15 Sonradan İsrailin padşahı olan Şaul bir zamanlar təvazökar idi. Məsələn, o, gənc olanda belə bir hadisə baş verdi. Allahın peyğəmbəri Şəmuel onun haqqında iltifatla danışanda, Şaul itaəkarlıqla cavab verdi: “Mən İsrail nəslinin ən kiçiyindən, Benyaminni deyiləmmi? Və qəbiləm Benyamin nəslinin qəbilələrindən ən kiçiyi deyilmi? Nə üçün mənə belə bir şey söyləyirsən?” (1 Samuel 9:21).

16. Şaul necə səbirsizlik etdi?

16 Lakin sonralar Şaulun təvazökarlığı yox oldu. Şaul filistimlilərlə müharibə edən zaman Gilqala çəkildi və orada Şəmueli gözləməli idi ki, o, qurban təqdim edərək Allaha yalvarsın. Şəmuel tə’yin edilən vaxtda gəlmədi, Şaul özünə güvənərək qurbanı özü təqdim etdi. O, elə yenicə qurtarmışdı ki, Şəmuel gəldi. “Nə etdin?” - deyə Şəmuel soruşdu. Şaul cavab verdi: “Çünki gördüm, xalq yanımdan dağılır və sən dediyin gündə gəlmədin... özümü məcbur edib qurbanı təqdim etdim” (1 Samuel 13:8—12).

17. a) Nəyə görə Şaulun davranışı ilk baxışdan haqlı görünə bilərdi? b) Şaulun səbirsiz davranışını Yeqova nə üçün mühakimə etdi?

17 Şaulun davranışı ilk baxışdan haqlı görünə bilərdi. Doğrudan da, Allahın xalqı “darda” idi, o “sıxılırdı” və ümidsiz vəziyyətdə olduğundan qorxu içində idi (1 Samuel 13:6, 7). Əlbəttə ki, vəziyyət təşəbbüs göstərməyi tələb edəndə, burada heç bir qəbahət iş yoxdurd. Lakin unutmayaq ki, Yeqova ürəkləri və ən gizli niyyətləri görür (1 Samuel 16:7). Deməli, Müqəddəs Kitabda bu haqda açıq deyilməsə də, əslində Şaulu bu hərəkətə təhrik edən hissləri Yeqova görmüşdü. Məsələn, bəlkə də Yeqova görmüşdü ki, Şaulun səbirsizliyi məğrurluqdan əmələ gəlmişdi. Bəlkə də, Şaul bərk qəzəblənirdi ki, o, - bütün İsrailin padşahı - özünün hesab etdiyi kimi, qoca, ağırtərpənən bir peyğəmbəri gözləməlidir! Necə olursa-olsun, Şaul qərara aldı ki, Şəmuelin gecikməsi, ona, hər şeyi öz öhdəsinə götürməyə və aldığı dəqiq göstərişlərə zidd olaraq davranmağa ixtiyar verir. Bunun nəticəsi nə oldu? Şəmuel, təşəbbüsünə görə Şaulu tə’rifləmədi. Əksinə, o, Şaulu: “Padşahlığın durmayacaq... çünki sən, RƏBBİN sənə əmr etdiyi şeyi yerinə yetirmədin” deyərək mühakimə etdi (1 Samuel 13:13, 14). Yenə də özünə güvənmək xüsusiyyəti rüsvayçılığa səbəb oldu.

Səbirsizlikdən qorunun

18, 19. a) Təsvir edin: Səbirsizlik, Allahın müasir xidmətçisinin özünə güvənərək davranmasına necə səbəb ola bilər. b) Məsihçi yığıncağındakı iş haqqında biz nəyi yadda saxlamalıyıq?

18 Allahın Kəlamının, Şaulun özünə güvənərək davranması haqqında söylədikləri bizim xeyrimiz üçündür (1 Korinflilərə 10:11). Ruhani qardaşlarımızın qeyri-kamilliyi çox asanlıqla bizdə qəzəb oyada bilər. Biz də, Şaul kimi səbirsiz olub düşünə bilərik ki, hər şeyin lazımi qaydada edilməsi üçün, bütün işlərin qeydinə özümüz qalmalıyıq. Məsələn, fərz edək ki, bir qardaşın yaxşı təşkilatçılıq qabiliyəti var. O, hər şeyi öz vaxtında edir, təşkilatçılıq qayda-qanunlarına aid Cəmiyyətin son göstərişlərindən xəbərdardır, həmçinin natiqlik və müəllimlik qabiliyyətinə də malikdir. Eyni zamanda, o hiss edir ki, digərləri onun xırdaçıl tələblərinə müvafiq deyillər və onun fikrinə görə, az səmərə ilə işləyirlər. Bu, ona öz səbirsizliyini göstərməyə ixtiyar verirmi? Belə adam, guya ki, onsuz heç bir işin edilmədiyinə və yığıncağın fəaliyyətinin dayanacağına işarə edərək, qardaşları tənqid edə bilərmi? Bu, həmin adamın özünə güvəndiyini göstərərdi!

19 Əslində məsihçi yığıncağını birləşdirən nədir? Təşkilatçılıq qabiliyyətimi? Bacarıqmı? Bilik çoxluğumu? Bütün bunlar, şübhəsiz ki, yığıncağın səmərəli işinə kömək edir (1 Korinflilərə 14:40; Filipililərə 3:16; 2 Peter 3:18). Lakin İsa dedi ki, onun davamçıları ilk növbədə bir-birlərinə olan məhəbbətləri ilə tanınacaqlar (Yəhya 13:35). Elə buna görə də, qayğıkeş ağsaqqallar öz təşkilatçılıqları dairəsində yadda saxlayırlar ki, yığıncaq, ciddi rəhbərlik qaydası tələb edən firma deyil; əksinə, yığıncaq, zərif qayğıya ehtiyacı olan ruhani qoyunlardan ibarətdir (Yeşaya 32:1, 2; 40:11). Özünə güvənərək belə prinsiplərə laqeyd yanaşmaq, çox vaxt toqquşmaya səbəb olur. Allaha məqbul olan qayda-qanun isə əmin-amanlığa səbəb olur (1 Korinflilərə 14:33; Qalatiyalılara 6:16).

20. Növbəti mövzuda nə müzakirə ediləcək?

20 Qorah, Abşalom və Şaul haqqındakı Müqəddəs Kitabın hekayələri açıq-aşkar göstərir ki, Süleymanın məsəlləri 11:2 deyildiyi kimi, özünə güvənmək rüsvayçılığa səbəb olur. Lakin Müqəddəs Kitabın elə həmin ayəsində deyilir: “Müdriklik təvazökar olanlarladır”. Təvazökarlıq nədir? Müqəddəs Kitabın hansı nümunələri bu xüsusiyyətin mə’nasını açıqlayır və biz bu gün təvazökarlığı necə göstərə bilərik? Bu suallar növbəti mövzuda müzakirə ediləcək.

[Haşiyələr]

a Ruven Yaqubun ilkin oğlu idi. Bəlkə də, onun Qorah tərəfindən üsyana təhrik edilmiş nəslini, Levi nəslindən olan Musanın onlar üzərində səlahiyyəti olduğu qəzəbləndirirdi.

b Davudun ikinci oğlu Kileab, anadan olduqdan sonra xatırlanmır. Ola bilsin ki, o, Abşalomun üsyanından əvvəl ölmüşdür.

c Müqəddəs Kitab yazıldığı dövrlərdə vəfat edən insanın dəfn olunmasına böyük əhəmiyyət verilirdi. Buna görə də, ölən adamın dəfn edilməməsi rüsvayçılıq sayılırdı və çox vaxt Allahın həmin şəxsi bəyənmədiyini ifadə edirdi (Yeremya 25:32, 33).

d Məsələn, Finehas, on minlərlə israillini məhv edən bəlanı dayandırmaq üçün, dərhal tədbir gördü, Davud isə, özü ilə olan ac adamları təhrik etdi ki, “Allahın evi”ndə təqdim edilən çörəyi onunla bərabər yesinlər. Allah bu iki hərəkətin heç birini özünə güvənmək kimi mühakimə etmədi (Matta 12:2—4; Saylar 25:7—9; 1 Samuel 21:1—6).

Yadınızdadırmı?

• Özünə güvənmək nədir?

• Paxıllıq, Qorahı özünə güvənərək davranmağa necə məcbur etdi?

• Şöhrətpərəst Abşalomun əhvalatından biz nə öyrənirik?

• Biz, Şaulun göstərdiyi səbirsizlikdən necə qoruna bilərik?

[20-ci səhifədəki şəkil]

Şaul səbirsizlik etdi və özünə güvənərək davrandı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş