Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/4 s. 3
  • Risklə dolu həyat

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Risklə dolu həyat
  • Gözətçi qülləsi 2001
  • Oxşar material
  • Risklə dolu dünyada təhlükəsizliyə nail olmaq necə mümkündür?
    Gözətçi qülləsi 2001
Gözətçi qülləsi 2001
w01 1/4 s. 3

Risklə dolu həyat

“Hər gün, hər saniyə, hətta yatdığımız zaman, riskə o dərcədə mə’ruz qalırıq ki, həyatımızın hər bir anı sonuncu ola bilər” (“Diskaver” jurnalı).

HƏYAT, minalanmış bir sahədə yeriməyə bənzəyir, çünki şikəstlik və ölüm, bir qayda olaraq, xəbərdarlıq etmədən bizi hər an yaxalaya bilər. Hər bir ölkədə insanlar müxtəlif risklərə, yə’ni təhlükələrə mə’ruz qalırlar. Bunların arasında, avtomobil qəzaları, vətəndaş müharibəsi, aclıq, QİÇS, xərçəng xəstəliyi, ürək xəstəlikləri və bir çox başqa şeylər ola bilər. Məsələn, “Yunaytet Steyts nyus end uorld riport” jurnalında qeyd olunduğu kimi, Böyük Səhranın cənubunda yerləşən Afrika rayonlarında, QİÇS bir nömrəli qatil olmuş və bir il ərzində “2,2 milyon insanın həyatını məhv etmişdir. Bu isə Afrikanın bütün vətəndaş müharibələrində məhv olan insanların sayından on qat artıqdır”.

Eyni zamanda, bütün dünyada xəstələnmək, əlil qalmaq təhlükəsinin qarşısını almaq və həyatı uzatmaq üçün milyardlarla vəsait sərf olunur. Qidadan və spirtli içkilərdən lazımi dərəcədə istifadə etmək və idmanla məşğul olmaq haqqında geniş yayılmış çoxlu fikirlər bə’zi faydalar gətirir. Lakin həyatın hər bir vacib sahəsinə aid e’tibarlı, daha təhlükəsiz yaşamağa imkan yaradan mə’lumat mənbəyi mövcuddur. Bu bilik mənbəyi Müqəddəs Kitabdır. Orada sağlamlığımıza və əmin-amanlığımıza tə’sir göstərən, tamamilə müxtəlif xarakterli çətinlikləri həll etməyə aid məsləhətlər yerləşir. Təbiidir ki, mövcud olan bütün problemlər Müqəddəs Kitabda təfsilatı ilə sadalanmır. Ancaq orada qidalanmaq, bədən tərbiyəsi, psixoloji əhval-ruhiyyə, cinsi əlaqə, spirtli içki, tütün və narkotikdən istifadə etmək kimi məsələlərdə bizə rəhbərlik verən gözəl prinsiplər yerləşir.

Bir çoxlarının həyatı maddi cəhətdən dəyişkənliklə də bağlıdır. Ancaq Müqəddəs Kitab bu işdə də köməyimizə gəlir. O yalnız pula düzgün münasibət bəsləməyi və onları ağılla xərcləməyi məsləhət etmir, həmçinin yaxşı işçi və sahibkar olmağın da yollarını göstərir. Başqa sözlərlə desək, Müqəddəs Kitab həm maddi təhlükəsizlik və fiziki sağlamlıq üçün, həm də həyat üçün e’tibarlı bələdçidir. Bu gün Müqəddəs Kitabın gətirdiyi praktiki fayda haqqında bilmək sizə maraqlıdırmı? Belə isə, növbəti məqaləni oxumağa davam edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş