Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/6 s. 4—7
  • “Rəbb doğrudan da dirilmiş!”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Rəbb doğrudan da dirilmiş!”
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə bütün sübutları nəzərə almaq lazımdır?
  • İsa işgəncə dirəyi üzərində həqiqətən də ölmüşdü
  • Qəbir boşdur
  • Dirilmiş İsanı çoxları görmüşdülər
  • İsa Məsih sağdır və insanların həyatına tə’sir göstərir
  • Allah Oğlunu unutmadı
    Böyük Müəllimdən öyrən
  • İsanın dirilməsi sənin üçün hansı mənanı daşıyır?
    Gözətçi qülləsi 2014
  • İsa sağdır
    Müqəddəs Kitab hekayələri
  • İsa Məsihin dirilməsi araşdırılmaqdadır
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/6 s. 4—7

“Rəbb doğrudan da dirilmiş!”

Rəbbləri e’dam olunan zaman, İsanın şagirdlərinin necə kədərli olduqlarını təsəvvür edin! Onların ümidi, Arimateyalı Yusifin qəbirə qoyduğu cəsəd qədər cansız görünürdü. İsanın, yəhudiləri romalıların əsarətindən azad edəcəyinə olan ümidləri də puç oldu.

ƏGƏR bununla hər şeyə son qoyulmuş olsaydı, özlərini Məsih adlandıran bir çoxlarının davamçıları kimi, İsanın şagirdləri də dağılardılar. Lakin İsa sağ idi! Müqəddəs Yazılara əsasən, ölümündən bir az sonra o, bir neçə dəfə şagirdlərinə görünmüşdü. Onlardan bə’ziləri ucadan deyirdilər: “Rəbb doğrudan da dirilmiş” (Luka 24:34).

İsanın şagirdləri, onun Məsih olduğuna olan imanlarını müdafiə etməli oldular. İlk növbədə, onlar İsanın Məsih olduğuna ən inandırıcı sübut kimi onun ölülərdən dirilməsinə işarə edirdilər. “Həvarilər böyük qüdrət ilə Rəbb İsa Məsihin dirilməsinə şəhadət etdilər” (Həvarilərin işləri 4:33).

Əgər kim isə — ya şagirdlərdən birinin şahidliyi vasitəsilə, ya da İsanın cəsədinin qəbirdə qaldığına dəlillər gətirməklə — onun ölümünün yalan olduğunu sübut edə bilsəydi, məsihçilik artıq başlanğıcdan müvəffəqiyyətsizliyə uğramış olardı. Lakin bu baş vermədi. Məsihin sağ olduğunu bilərək, İsanın şagirdləri onun dirilməsini açıqca e’lan etməyə başladılar və bir çox adamlar dirilmiş Məsihə iman gətirdilər.

İsa Məsihin dirilməsinə nəyə görə siz də inana bilərsiniz? Bu hadisənin həqiqətən də baş vermiş olduğuna hansı sübutlar var?

Nəyə görə bütün sübutları nəzərə almaq lazımdır?

Müjdələrin dördü də İsa Məsihin dirilməsinə şəhadətlik edir (Matta 28:1—10; Mark 16:1—8; Luka 24:1—12; Yəhya 20:1—29)a. Yunanca Müqəddəs Yazıların digər hissələrində də Məsihin ölülərdən dirilməsi haqqında əminliklə danışılır.

Şagirdlərin İsanın dirilməsini təbliğ etmələri təəccüblü deyil. Əgər o, həqiqətən də Allah tərəfindən həyata qaytarılmışdısa, onda bu, dünyada eşidilən ən heyrətləndirici xəbərdir. Bu, Allahın mövcud olduğuna sübutdur. Həmçinin, İsanın indi də sağ olduğuna işarədir.

Bu, bizim üçün nə mə’na kəsb edir? İsa dua edirdi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Bəli, həyatımız üçün vacib olan, İsa və onun Atası haqqındakı bilikləri əldə etmək imkanımız var. Əgər bu bilikləri həyatımızda tətbiq edəriksə, hətta ölsək belə, İsa kimi biz də dirildilə bilərik (Yəhya 5:28, 29). Biz, Allahın izzətli Oğlu, padşahların Padşahı İsa Məsihin rəhbərliyi altında, Allahın səmavi Padşahlığının idarə edəcəyi yer üzü cənnətdə əbədi yaşamaq ümidinə sahib ola bilərik (İşaya 9:6, 7; Luka 23:43; Vəhy 17:14, İ—93).

Buna görə də, İsanın dirildilməsi ilə əlaqədar olan sual son dərəcədə vacibdir. Bu sualın cavabından bizim həm bugünkü, həm də gələcək həyatımız asılıdır. Məhz buna görə də, biz sizə İsanın öldürülməsi və dirildilməsi ilə əlaqədar dörd sübutu araşdırmağı təklif edirik.

İsa işgəncə dirəyi üzərində həqiqətən də ölmüşdü

Bə’zi skeptiklər iddia edirlər ki, İsa dirək üzərində asılmış olsa da, əslində ölməmişdi. Onların dediklərinə görə o, ölmək üzrə idi, ancaq qəbrin sərinliyi onu ayıltmışdı. Lakin əldə olan bütün mənbələr sübut edir ki, qəbrə İsanın cəsədini qoymuşdular.

İsa hamının gözü qabağında e’dam edildiyi üçün, onun işgəncə dirəyi üzərində həqiqətən də ölməsinə şahidlər vardı. Onun ölümünü, e’dama cavbdeh olan yüzbaşı da təsdiq etdi. İşə sənətkarlıqla yanaşan yüzbaşının vəzifəsinə, e’dam yerində ölümü təsdiqləmək də daxil idi. Bundan əlavə, roma hökmdarı Ponti Pilat, yalnız İsanın öldüyü təsdiq olunduqdan sonra, Arimateyalı Yusifə onun cəsədini dəfn etmək üçün götürməyə izin verdi (Mark 15:39—46).

Qəbir boşdur

Boş qəbir, İsanın şagirdləri üçün onun dirilməsinin ilk sübutu oldu və bu fakt heç bir şübhə doğurmur. İsanı yeni, istifadə olunmamış qəbrə qoydular. Qəbir, İsanın e’dam olunduğu yerə yaxın idi və o zaman onu çətinlik çəkmədən tapmaq mümkün idi (Yəhya 19:41, 42). Müjdələrin hamısı yekdilliklə təsdiqləyir ki, İsanın öldüyü günün sabahı onun dostları qəbrin yanına gəldikləri zaman cəsəd orada yox idi (Matta 28:1—7; Mark 16:1—7; Luka 24:1—3; Yəhya 20:1—10).

Qəbri boş görəndə, İsanın dostları kimi, düşmənləri də heyrətə gəldilər. Düşmənləri, onun öldürülməsini və basdırılmasını çoxdan arzulayırdılar. Öz məqsədlərinə nail olub, qəbiri ehtiyatla möhürlədilər və yanına keşikçi qoydular. Buna baxmayaraq, həftənin birinci gününün səhəri qəbir boş idi.

İsanın cəsədini dostlarımı götürmüşdü? Bu mümkün deyildi, çünki Müjdələrin göstərdiyi kimi, İsanın e’damından sonra onlar kədər içində idilər. Bundan əlavə İsanın şagirdləri yalan olduğunu gözəl bildikləri iş xatirinə çətin ki, ölüm və tə’qiblərə razılaşaydılar.

Bəs cəsədi qəbirdən kim götürmüşdü? Aydındır ki, bunu onun düşmənləri də etməmişdi. Əgər bunu onlar etmiş olsaydılar da, daha sonra cəsədi mütləq ortaya çıxarar və sübut edərdilər ki, şagirdlərin İsanın ölülərdən dirilməsi haqqındakı iddiaları yalandır. Lakin buna bənzər bir şey baş vermədi, çünki bu hadisəni Allah idarə edirdi.

Bir müddət sonra, İsanın düşmənləri həvari Peterin sözlərinə e’tiraz olaraq heç nə söyləyə bilmədilər. O dedi: “Ey İsrail ərləri! Bu sözləri dinləyin: Nazaretli İsa, Onun vasitəsilə Allahın aranızda yaratdığı mö’cüzələr, xariqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir Adam idi. Özünüz də bildiyiniz kimi, bu Adamı Allahın müəyyən edilmiş məqsədinə və qabaqcadan bilməsinə görə təslim etdiniz və götürüb qanunsuzların əli ilə çarmıxa mıxlatdırıb öldürdünüz. Allah isə ölüm acılarına son verib Onu diriltdi; çünki Onun ölüm tərəfindən tutulması mümkün deyildi. Ona görə ki, Davud Onun üçün deyir: “Rəbbi daim qarşımda gördüm, çünki sarsılmayım deyə O mənim sağımdadır. Buna görə ürəyim sevindi və dilim şadlandı; hətta bədənim də ümidlə yaşayacaq. Çünki Sən canımı ölülər aləminə tərk etməzsən və Müqəddəsini çürüməyə qoymazsan”” (Həvarilərin işləri 2:22—27).

Dirilmiş İsanı çoxları görmüşdülər

Müjdəçi Luka “Həvarilərin işləri” kitabında yazır: “Əzab çəkdikdən sonra, qırx gün ərzində onlara görünüb, Allahın Padşahlığından bəhs edərək, [İsa] Özünü bir çox sübutedici əməllərlə onlara [həvarilərə] diri göstərdi” (Həvarilərin işləri 1:2, 3, İ—93). Dirilmiş İsa bə’zi şagirdlərinə müxtəlif şəraitlərdə — bağçada, yolda, yemək vaxtı və Tiberiya dənizi kənarında görünmüşdü (Matta 28:8—10; Luka 24:13—43; Yəhya 21:1—23).

Tənqidçilər, İsanın şagirdlərinə görünməsini şübhə altına qoyurlar. Onlar iddia edirlər ki, bu əhvalatları müjdəçilər uydurmuşlar. Onlar həmçinin Müjdələrdə bir-birinə zidd kimi görünən hadisələrə işarə edirlər. Əslində isə, Müjdələrdəki kiçik fərqlər sadəcə olaraq subut edir ki, bunları yazanların arasında gizli sözləşmə olmamışdır. Məsihin yerdəki həyatının müəyyən hadisələrini təsvir edərkən, müjdəçilərdən kim isə, başqa Müjdələri tamamlayaraq hadisəni təfsilatlı yazanda İsa haqqında biliyimiz artır.

Dirilmiş İsanın görünməsi sadəcə olaraq xəyal idimi? Bu cür dəlillər əsassızdır, çünki İsanı görənlər çox olmuşdu. Onların arasında balıqçılar, qadınlar, dövlət mə’muru və hətta şübhə edən — İsanın yenidən sağ olduğuna danılmaz sübutlar aldıqdan sonra dirilməyə inanan həvari Toma da vardı (Yəhya 20:24—29). Bə’zi hallarda İsanın şagirdləri dirilmiş Rəbblərini əvvəlcə tanıya bilməmişdilər. Bir dəfə isə onu 500-dən artıq adam görmüşdü. Həvari Pavel bu hadisəni Məsihin dirilməsinə sübut kimi istifadə etdiyi zaman, onlardan çoxları hələ də sağ idilər (1 Korinflilərə 15:6).

İsa Məsih sağdır və insanların həyatına tə’sir göstərir

İsanın dirilməsi mə’nasız bir məsələ deyildir, o hər şeyi bilmək həvəsindən irəli gələrək və ya onun üzərində mübahisə etmək üçün nəzərdən keçirilmir. İsanın sağ olması faktı, bütün yer üzündə insanlara müsbət tə’sir göstərir. Birinci əsrdən e’tibarən, vaxtilə məsihçiliyə qarşı e’tinasızlıqla və ya düşməncəsinə yanaşan bir çox insanlar sonradan belə nəticəyə gəlmişlər ki, bu həqiqi dindir. Onların nöqteyi-nəzərlərini dəyişən nə oldu? Müqəddəs Yazıların tədqiqi onları əmin etdi ki, Allah İsanı izzətləndirilmiş ruhani varlıq kimi göylər həyatına dirildibdir (Filipililərə 2:8—11). Bu insanlar, İsaya və Yeqova Allahın insanları Məsihin fidiyə qurbanlığı vasitəsilə xilas etmək niyyətinə iman gətirmişlər (Romalılara 5:8). Onlar, Allahın iradəsini yerinə yetirərək və İsanın tə’limlərinə əsasən yaşayaraq həqiqi xoşbəxtliyə nail olmuşlar.

Birinci əsrdə məsihçi olmağın məs’uliyyəti barədə düşünün. Məsihçi olmaq nə nüfuz, nə hakimiyyət, nə də var-dövlət verirdi. Əksinə, ilk məsihçilərin çoxu imanları naminə “mülklərinin talan edilməsini sevinclə qəbul” edirdilər (İbranilərə 10:34). Məsihçi olanları, fədakar həyat, tə’qiblər və çox vaxt da ölümlə nəticələnən həyat gözləyirdi.

Məsihçi olmazdan qabaq, bə’ziləri zəngin idilər və yaxşı mənsəb sahibi ola bilərdilər. Tarsusdan olan Şaul, görkəmli şəriət müəllimi Qamliyeldən tə’lim almış və artıq yəhudilərin gözündə ad qazanmışdı (Həvarilərin işləri 9:1, 2; 22:3; Qalatiyalılara 1:14). Lakin Şaul, İsanın şagirdi oldu və həvari Pavel adı ilə tanındı. O və digər çoxları bu dünyanın təklif etdiyi nüfuzdan və hakimiyyətdən imtina etdilər. Nə üçün? Onlar bunu, Allahın və’dlərinə əsaslanan gözəl ümidi və İsa Məsihin ölülərdən dirilməsi haqqındakı müjdəni yaymaq üçün etdilər (Koloslulara 1:28). Onlar, şübhə etmədikləri həqiqət uğrunda əzab çəkməyə hazır idilər.

Eyni şeyi bu gün milyonlarla insanlar haqqında da demək olar. Onlar Yeqovanın Şahidlərinin ümumdünya yığıncağına mənsubdurlar. Şahidlər, Məsihin ölümünün hər il keçirilən Xatirə Axşamını onlarla birlikdə qeyd etmək üçün sizi səmimi qəlbdən də’vət edirlər. Xatirə Axşamı, 2001-ci il aprelin 8-də bazar günü gün batandan sonra keçiriləcəkdir. Onlar sizi, bu görüşdə və həmçinin Padşahlıq zallarında keçirilən Müqəddəs Kitabın öyrənilməsinin bütün görüşlərində görməyə çox şad olacaqlar.

İsanın yalnız ölməsi və dirilməsi haqqında deyil, onun həyatı və tə’limləri haqqında da çox öyrənin. O, bizi yanına gəlməyə də’vət edirdi (Matta 11:28—30). Yeqova Allah və İsa Məsih haqqında dəqiq biliyi indi əldə edin. Bu, sizin üçün Allahın sevimli Oğlunun ixtiyarında olan Padşahlığın rəhbərliyi altında əbədi həyat mə’nasını daşıya bilər.

[Haşiyə]

a Müjdələrin doğruluğu haqqındakı sübutları “Gözətçi Qülləsi”nin 2000-ci il 15 may nömrəsinin “Müjdələr: tarixdir, yoxsa əfsanə?” məqaləsində oxuyun (rusca).

[7-ci səhifədəki şəkillər]

Milyonlarla insanlar, İsa Məsihin şagirdi olmaqla həqiqi xoşbəxtliyi tapmışlar.

[İcazə ilə]

From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş