Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/7 s. 25—26
  • Mənfi hisslərdən necə azad olmalı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mənfi hisslərdən necə azad olmalı
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Yeqovaya yaxınlaşın
  • Yeqovanın məsləhətlərinə diqqət yetirin
  • Allahın müdrikliyi xeyir-dua gətirir
  • «Yehova... pərişan insanları azad edir»
    Gözətçi qülləsi 2020
  • «Sən hara getsən, mən də ora gedəcəyəm»
    İman örnəkləri
  • Rut və Naomi
    Müqəddəs Kitab hekayələri
  • Rut və Naimə
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/7 s. 25—26

Mənfi hisslərdən necə azad olmalı

● Asaf heyfsilənirdi: “Gerçək, ürəyimi boş yerə təmizləmişəm. Və suçsuzluqla əllərimi yumuşam; çünki hər gün bəlaya uğradım və hər sabah cəza çəkdim” (Məzmur 73:13, 14).

● Baruk ah çəkərək deyirdi: “Vay başıma! Çünki RƏB ağrılarıma kədər qatdı; iniltimdən yoruldum və rahatlıq tapmıram” (Yeremya 45:3).

● Naomi kədər içində inildəyirdi: “Hər şeyə Qadir olan mənə qarşı çox sərt davrandı. Mən dolu olaraq getdim və RƏB məni boş olaraq geri gətirdi; madəm ki RƏB mənə qarşı şəhadət etdi və Qadir üzərimə pislik gətirdi, nə üçün siz mənə Naomi deyirsiniz?” (Rut 1:20, 21).

MÜQƏDDƏS KİTABDA, Yeqovanın bə’zən ümidsizlik hissi keçirən sadiq xidmətçilərinin çoxlu nümunələri vardır. Qeyri-kamil insanlar olduğumuz üçün, bə’zən biz də buna bənzər hisslər keçiririk. Kim isə daha çox çətinliklər çəkdiyinə görə mə’yusluğa düşməyə və hətta özünə qarşı təəssüf hissi keçirməyə daha çox meyllidir.

Ancaq bu cür hisslərdən azad olunmasaq, bu bizim digər insanlarla və Yeqova Allahla münasibətimizin pozulmasına səbəb ola bilər. Özünə qarşı təəssüf hissi keçirməyə meylli olan məsihçi bir qadın e’tiraf edir: “Məni qonaq də’vət edəndə əksər hallarda boyun qaçırıram, çünki özümü həmimanlılarla ünsiyyətdə olmağa layiq bilmirəm”. Bu cür hisslər insana necə də sıxıcı tə’sir edir! Onların öhdəsindən gəlmək üçün nə etmək olar?

Yeqovaya yaxınlaşın

Asaf 73-cü Məzmurda özünün çaşqınlığı haqda açıqca söyləyir. O, həyatını günahkarların qayğısız həyatı ilə müqayisə edərək, onlara həsəd aparır. Onların allahsız işlərini, lovğalıqlarını və qəddarlıqlarını, eyni zamanda isə cəzasız qaldıqlarını görür. Onda Asaf şübhə ilə bildirir: “Təmiz həyat sürməyə dəyərmi?” (Məzmur 73:3—9, 13, 14).

Ola bilsin ki, Asaf kimi siz də, pislərin öz qanunsuzluqları ilə lovğalanaraq necə tərəqqi etdiklərini müşahidə edirsiniz. Asaf, belə sıxıcı hisslərin öhdəsindən necə gəldi? O, davam edir: “Bunu necə anlaya bilərəm deyə düşününcə, bu mənim gözlərimdə çətin bir iş idi; Allahın mə’bədinə girincəyə qədər, onların sonunu anlayıncaya qədər” (Məzmur 73:16, 17). Yeqovaya duada müraciət etməklə Asaf düzgün davranmış oldu. Həvari Pavelin sonralar söylədiyi sözlərlə desək, Asaf özündəki “ruhani adamı” oyandıraraq “ruhani olmayan adamı” rəf etdi. O, yaranan vəziyyətə yenidən baxdı və “ruhani” anlayışı, Yeqovanın pisliyə nifrət etdiyini və pislərin öz vaxtında cəzalarını çəkəcəklərini anlamaqda ona kömək etdi (1 Korinflilərə 2:14, 15, İ—93).

Müqəddəs Kitabın köməyi ilə həyata real baxmaq necə də vacibdir! Yeqova bizə xatırladır ki, O, pis insanların davranışlarına laqeyd yanaşmır. Müqəddəs Kitabda deyilir: “Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcəkdir... Yaxşılıq edərkən ruhdan düşməyək” (Qalatiyalılara 6:7—9). Yeqova pisləri “sürüşkən yerlərə” qoyacaq və “uçuruma atacaqdır” (Məzmur 73:18). Allahın ədalətliliyi axırda hökmən qalib gələcəkdir.

Yeqovanın süfrəsi arxasındakı müntəzəm ruhani qidalanma proqramı və Allahın xalqı ilə faydalı ünsiyyət imanınızı möhkəmləndirməyə, həmçinin mə’yusluğun və digər mənfi hisslərin öhdəsindən gəlməyə sizə kömək edəcəkdir (İbranilərə 10:25). Asaf kimi, Allahla yaxın münasibətinizi qoruyun və Onun sizi necə də məhəbbətlə himayə etdiyini hiss edəcəksiniz. Asaf davam edir: “Fəqət mən daima səninlə bərabərəm; mənim sağ əlimdən tutdun. Öyüdünlə mənə yol göstərərsən və sonra məni izzətlə alarsan” (Məzmur 73:23, 24). Uşaq vaxtı təhqirə mə’ruz qalan bir məsihçi qadın bu sözlərin tam müdrikliyini dərk etdi. O söyləyir: “Yığıncaqda bacı-qardaşlarla sıx ünsiyyətə başladıqda mənim həyata olan nöqteyi-nəzərim dəyişdi. Mən tamamilə aydın tərzdə gördüm ki, məsihçi ağsaqqalları — polis deyil, sevən rəhbərlərdir”. Məsihçi yığıncağındakı ağsaqqallar, həmimanlılarına onları darıxdıran emosiya və hisslərinin öhdəsindən gəlməkdə kömək edərək vacib rol oynayırlar (İşaya 32:1, 2; 1 Saloniklilərə 2:7, 8).

Yeqovanın məsləhətlərinə diqqət yetirin

Yeremya peyğəmbərin katibi Baruk, tə’yinatı barədə olduqca narahat olaraq dərin ah çəkirdi. Lakin Yeqova Baruku hər şeyə ayıq baxmağa vadar edərək, ona şəfqət göstərdi: “Sən özün üçün böyük şeylərmi axtarırsan? Axtarma; çünki budur, mən bütün bəşərin üzərinə fəlakət gətirəcəyəm, RƏB deyir; fəqət gedəcəyin bütün yerlərdə canını sənə qənimət malı olaraq verəcəyəm” (Yeremya 45:2—5).

Yeqova Baruka açıqca dedi ki, onun mə’yusluğuna şəxsi eqoistik istəkləri səbəb olmuşdur. Baruk, “özünə böyük şeylər axtardığına” görə, Allahdan aldığı tə’yinatında sevinc görmürdü. Yəqin siz də razısınız ki, mə’yusluqla mübarizə apararkən düzgün addımlar atmaq — diqqətimizi yayındıran şeylərdən qaçınmaq və Allahın sülhünü hiss etməyə kömək edən Allaha məqbul məmnunluq hissini inkişaf etdirmək lazımdır (Filipililərə 4:6, 7).

Dul qalan Naomi, əri və iki oğlu Moabda ölən zaman, sıxıntının onu əldən salmasına yol vermədi. Bununla yanaşı Müqəddəs Kitabda xatırlanır ki, o, itki acısını kəskin surətdə hiss etmiş, özünə və iki gəlininə qarşı təəssüf hissi keçirmişdir. Onları geri evlərinə göndərərək, Naomi gileylənirdi: “Sizdən ötrü çox kədərlənirəm, çünki RƏBBİN əli mənə qarşı qalxdı”. Beytlehemə gəldikdə isə o israr edirdi: “Mənə Naomi deməyin, mənə Mara deyin; çünki hər şeyə Qadir olan mənə qarşı çox acı davrandı” (Rut 1:13, 20).

Lakin kədər içində olan Naomi ruhdan düşmədi, Allahdan və Onun xalqından uzaqlaşmadı. O, Moab düzənliklərində eşitdi ki, “Rəbb xalqını ziyarət etdi və çörək verdi” (Rut 1:6). O, anladı ki, onun üçün ən yaxşısı — Yeqovanın xalqı ilə olmaqdır. Beləliklə, Naomi gəlini Rutla birlikdə Yəhudeyaya qayıtdı. O, Ruta onların qohumu Boazla özünü necə aparmalı olduğuna aid müdrik məsləhətlər verirdi.

Bu gün də, həyat yoldaşını itirən sadiq məsihçilər, toplantının işində fəal surətdə iştirak edərək kədər və itki hisslərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Müqəddəs Kitabı hər gün oxumaqla, Naomi kimi, onlar da vaxt və qüvvələrini ruhani işlərə sərf etməkdə davam edirlər.

Allahın müdrikliyi xeyir-dua gətirir

Müqəddəs Kitabda təsvir olunmuş bu hadisələr, müdrik davranmağa və mənfi hisslərdən azad olmağa kömək edir. Asaf köməyi Allahın mə’bədində axtarırdı və Yeqovaya ümid bağlayırdı. Varux məsləhətə diqqət yetirdi və onu yayındıran mənfəətpərəst meyllərinin öhdəsindən gəldi. Naomi, gənc qadın olan Rutu həqiqi Allaha xidmətdə xüsusi rolu yerinə yetirməyə hazırlayaraq, Allahın xalqı ilə birlikdə Ona sə’ylə xidmət edirdi (1 Korinflilərə 4:7; Qalatiyalılara 5:26; 6:4).

Yeqovanın öz xidmətçilərinə — istər ayrılıqda, istərsə də bütün xalqına ümumilikdə qazandırdığı qələbə haqda dərindən düşünərək, mə’yusluğun və digər mənfi hisslərin öhdəsindən gəlmək mümkündür. Buna görə, Yeqovanın sizi xilas edən böyük və misilsiz məhəbbəti barədə düşünün. Məsihçi qardaşlığında hökmranlıq edən həqiqi məhəbbətə sevinin. Allahın gələcək yeni dünyasında olacaq həyat haqqında dərindən düşünün. O zaman siz, Asaf kimi, deyə bilərsiniz: “Fəqət Allaha yaxınlaşmaq mənə yaxşıdır; sənin bütün işlərini bildirim deyə, Rəb Yeqovanı özümə sığınacaq yer etdim” (Məzmur 73:28).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş