Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/9 s. 30—31
  • Zamanın sınağı qarşısında

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Zamanın sınağı qarşısında
  • Gözətçi qülləsi 2001
  • Oxşar material
  • «Yehovanın iltifat ilini bəyan edin»
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Gözətçi qülləsi 2001
w01 1/9 s. 30—31

Zamanın sınağı qarşısında

sarsilmayan ağaclar

Dik qaya, xüsusən də onun zirvəsi, çətin ki, rahat yaşayiş yeri kimi görünsün. lakin bə’zi alp ağaclari bu cür əlverişsiz şəraitlərə baxmayaraq, qayadan bərk-bərk yapişaraq şaxtali qişa və qizmar yaya mətanətlə tab gətirirlər.

ADƏTƏN davamlı olan bu ağaclar, dərədə bitən qohumlarından fərqli olaraq, bir o qədər də qollu-budaqlı görünmürlər. Onlar, əksər hallarda çox hündür olmayan, gövdəsi düyün-düyün və kələ-kötür ağaclardır. Onlardan bə’ziləri çox incədir və qəşəng çətirə malikdir.

Yer üzündəki ən əlverişsiz şəraitlərdə yaşamaq uğrunda mübarizə apardıqları üçün elə düşünmək olar ki, bu ağaclar qısa ömürlüdürlər. Bu isə belə deyildir! Mə’lumdur ki, Kaliforniyanın Uayt-Mauntins dağlarında 3 000 metr hündürlükdə bitən Mətuşeləx adlı tikanlı şam ağacının 4 700 yaşı vardır. Bu fərd, 1997-ci il üçün Ginnesin rekordlar kitabında planetdə ən yaşlı ağac adlandırılmışdır. Bu qədim ağacları müşahidə edən Edmund Şulman izah etdi: “Görünür... tikanlı şam ağacı, ən əlverişsiz şəraitlər sayəsində yaşaya bilir. Uayt Mauntinsdə yaşlı şam ağaclarının hamısı təxminən 3 000 metr hündürlükdə olan qayalar arasında, quraqlıq və qumsal yerlərdə bitirlər”. Şulman həmçinin müəyyən etdi ki, şam ağaclarının başqa növlərinin ən yaşlı fərdləri də sərt şəraitlərdə bitir.

Sarsılmazlığın nümunəsi olan bu ağaclar yaşamaq uğrunda mübarizə aparsalar da, yaşadıqları şərait onlara iki böyük fayda gətirir. Onlar bitkisi az olan qumsal ərazilərdə yaşayaraq, əksər hallarda böyük ağacları məhv edən meşə yanğınlarından qorunurlar. Bundan əlavə, bu ağaclar köklərilə qayalardan möhkəm yapışırlar və onları yalnız zəlzələ sarsıda bilər.

Müqəddəs Kitabda Allahın sadiq xidmətçiləri ağaclarla müqayisə edilirlər (Məzmur 1:1—3; Yeremya 17:7, 8). Onlar da çətin şəraitlərlə qarşılaşdıqda çox şeylərə dözməli olurlar. Tə’qiblər, zəif sağlamlıq və ya son dərəcədə yoxsulluq imanımızı ağır sınağa çəkə bilər, xüsusən də, əgər həmin sınaq bir neçə il davam edirsə. Bununla belə, bu cür dözümlü ağacları yaradan Allah öz xidmətçilərini əmin edir ki, mütləq onları da himayə edəcəkdir. Müqəddəs Kitab, ruhani vəziyyətlərini qoruyan kəslərə və’d edir ki, Allah onları qüvvətləndirəcək və sarsılmaz edəcəkdir (1 Peter 5:9, 10).

Müqəddəs Kitabda “dura bilmək” və ya “səbirli olmaq” kimi tərcümə olunan yunan fe’li, “sarsılmazlıqla tab gətirmək”, “davam gətirmək” və “inad göstərmək” mə’nalarını daşıyır. Alp ağaclarının nümunəsindən göründüyü kimi, yaxşı kök sistemi sarsılmazlığın açarıdır. Müxtəlif sınaqlara davam gətirmək üçün, məsihçilər də İsa Məsihdə möhkəm kök salmalıdırlar. Pavel yazırdı: “Rəb Məsih İsanı necə qəbul etdinizsə, Onda kök salıb, inkişaf edərək və öyrədildiyiniz kimi imanda möhkəmlənərək, şükranla dolub daşaraq, Onda yaşamaqda davam edin” (Koloslulara 2:6, 7).

Pavel möhkəm ruhani kökə malik olmağın vacibliyini anlayırdı. O özü “bədən neştəri” ilə mübarizə aparır, həmçinin xidməti zamanı ağır tə’qiblərə təhəmmül edirdi (2 Korinflilərə 11:23—27; 12:7). Ancaq o, Allahın qüvvəsinin ona necə kömək etdiyini hiss edirdi. Pavel deyirdi: “Məni möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13).

Pavelin nümunəsindən göründüyü kimi, məsihçi sarsılmazlığı şəraitlərin əlverişli olub olmamasından asılı deyildir. Məsihdə kök salmışıqsa və Allahın bizə verdiyi qüvvəyə e’tibar ediriksə, əsrlər ərzində pis havalara mərdliklə dözən Alp ağacları kimi, biz də bir çox sınaqlara davam gətirə bilərik. Bundan başqa, hamımız axıra qədər səbir etsək, Allahın digər və’dinin — “Xalqımın günləri ağacın günləri kimi olacaq” və’dinin yerinə yetməsini görə bilərik (İşaya 65:22; Matta 24:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş