Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/10 s. 3—4
  • E’tiqad azadlığı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’tiqad azadlığı
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • E’tiqad və həqiqət
  • E’tiqadınız nəyə əsaslanır?
    Gözətçi qülləsi 2001
  • Yehovanın Şahidləri Müqəddəs Kitabı özlərinə sərf edən şəkildə dəyişiblər?
    Tez-tez verilən suallar
  • İstehkamları yıxırıq
    Müqəddəs ibadətimiz 2008
  • Yehovanın Şahidləri əsl məsihilərdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/10 s. 3—4

E’tiqad azadlığı

Ehtimal ki, siz e’tiqad azadlığını çox qiymətləndirirsiniz. Bu cür azadlıq sayəsində, Yer kürəsinin 6 milyard sakini külli miqdarda e’tiqad və inama malikdir. Allahın xəlq etdiyi saysız-hesabsız varlıqlar bir-birindən rəngi, forması, quruluşu, dadı, ətri və səsi ilə fərqləndiyi kimi, müxtəlif fikir və e’tiqadlar da həyatımızı parlaq, dolğun və maraqlı edə bilər. Çox vaxt buna bənzər müxtəliflik insanların həyatına xüsusi gözəllik verir (Məzmur 104:24).

AMMA ehtiyatlı olmaq lazımdır. Bə’zi fikirlər fərqli olmaqla bərabər, həm də təhlükəlidir. Məsələn, XX əsrin başlanğıcında bə’zi insanlar hesab edirdilər ki, yəhudilər və masonlar “xristian mədəniyyətini məhv etməyi, özlərinin dünyəvi qayda-qanunlarını yaratmağı və onlara rəhbərlik etməyi” planlaşdırırlar. Bu cür şayiələrin mənbələrindən biri, “Sion müdriklərinin Protokolları” adlı sənəd idi. Bu “Protokollarda” deyilirdi ki, guya yəhudilər, “digər millətlərin var-dövlətini bir zərbə ilə məhv etmək” məqsədilə vergilərin artmasını, silahlanmanı və nəhəng inhisarları dəstəkləməyi, həmçinin təhsil sistemində rəhbərliyi ələ keçirməklə “qeyri-yəhudiləri avam heyvanlara çevirməyi” planlaşdırırlar. Hətta, üsyan baş verərdisə yəhudi müdriklərinin düşmənlərin külünü göyə sovura bilmələri üçün, dövlətlərin paytaxtlarını birləşdirən yeraltı dəmiryolu tikmək planı haqqında da deyilirdi.

Əlbəttə ki, bütün bunlar yəhudilərə qarşı ədavət ruhunu qızışdırmağa yönəldilən yalanlar idi. Britan muzeyinin işçisi Mark Counz qeyd edir: “Bu mə’nasız şayiələr Rusiyadan yayılmışdı və bu barədə məqalə ilk dəfə 1903-cü ildə orada çap olunmuşdu”. 1920-ci il mayın 8-də həmin mə’lumat Londonda nəşr olunan “Tayms” qəzetinin səhifələrində çap edilmişdi. Bir ildən artıq vaxt keçdikdən sonra, “Tayms” qəzetində “Protokolların” saxta olduğuna dair sübutlar gətirilirdi. Lakin pis niyyətlə edilən şayiələr öz işini gördü. Counzun sözlərinə görə, “belə uydurmaların yayılmasının qarşısını almaq çətindir”. İnsanlar belə şayiələrə inanmağa başlayan kimi, onlarda ədavət və nifrətlə dolu təhlükəli e’tiqadlar yaranır. XX əsrin tarixi göstərir ki, bu əhval-ruhiyyə çox vaxt fəlakətə səbəb olur (Süleymanın məsəlləri 6:16—19).

E’tiqad və həqiqət

Əgər bir adamın e’tiqadı düz deyilsə, bu o demək deyil ki, həmin adam qəsdən yalana inanır. Hərdən biz sadəcə olaraq hər şeyi axıra qədər başa düşmürük. Neçə-neçə insanları, düzgün sandıqları hərəkətlər ucbatından vaxtsız ölüm yaxalayıb? Bununla yanaşı, biz çox vaxt sadəcə olaraq istədiyimiz şeyə inanırıq. Bir professor deyirdi ki, hətta alimlər də “yaratdıqları əsərlərin vurğunu olurlar”. Bunun sayəsində isə sağlam düşüncəni itirirlər. Sonra bu insanlar həyatlarını, səhv nöqteyi-nəzərlərinə mə’nasız sübutlar axtarmağa həsr edirlər (Yeremya 17:9).

Bu kimi hallar, külli miqdarda ziddiyyətlər təşkil edən din sahəsində də baş verir (1 Timoteyə 4:1; 2 Timoteyə 4:3, 4). Kimin isə Allaha möhkəm inamı var. Başqasının fikrinə görə isə, həmin adamın inamı əsassızdır. Bə’ziləri, insanlarda ölümdən sonra yaşayan ölməz canın olduğuna əmindirlər. Digərləri sanırlar ki, ölümlə insanın mövcudluğuna büsbütün son qoyulur. Aydın məsələdir ki, bu kimi tamamilə zidd e’tiqadlar eyni vaxtda həqiqət ola bilməz. Buna görə, e’tiqadınızın həqiqətə əsaslandığına əmin olmaq və istədiyiniz şeyi doğru kimi qələmə verməmək müdriklik olmazmı? (Süleymanın məsəlləri 1:5). Bunu necə etmək olar? Bu sual növbəti məqalədə müzakirə ediləcəkdir.

[3-cü səhifədəki şəkil]

“Sion müdriklərinin Protokolları”nı ifşa edən məqalə. 1921-ci il.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş