Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/11 s. 7
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Allaha hansı ibadət məqbuldur?
    Əbədi həyata aparan bilik
  • Məsihçilər ruhən və həqiqətən ibadət edirlər
    Gözətçi qülləsi 2002
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
  • Birinci əsrdə və bu gün Allahın ruhunun fəaliyyəti
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/11 s. 7

Oxucuların sualları

Yehovaya «ruhən» ibadət etmək nə deməkdir?

İsa Məsih Suxar şəhərinin yaxınlığındakı Yaqubun quyusundan su çəkməyə gələn samariyalı qadına təbliğ edərkən dedi: «Allah ruhdur və Ona ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir» (Yəh. 4:24). Allaha «həqiqətən» ibadət etmək, onun Yehova Allahın Özü və niyyətləri haqda Müqəddəs Kitabda açıqladığı biliyə uyğun olması deməkdir. Həmçinin bizi Allaha şövqlə, səylə xidmət etməyə məhəbbət və iman dolu ürəyimiz təşviq etməlidir (Tit. 2:14). Ancaq bu ayənin konteksti göstərir ki, ‘Allaha ruhən ibadət etmək’ Yehovaya hansı əhval-ruhiyyə ilə ibadət etməyimizdən daha böyük məna daşıyır.

İsa quyunun yanında qadın ilə söhbət edərkən ibadətdə səyin vacibliyi haqda danışmırdı. Hətta yalan ibadət də səylə və sədaqətlə icra oluna bilər. Ataya nə Samariyadakı dağda, nə də Yerusəlimdəki məbəddə, başqa sözlə, konkret bir yerdə ibadət etmək lazım olmadığını dedikdən sonra İsa göstərdi ki, indi Allaha Onun əsl şəxsiyyəti haqda dəqiq biliyə əsaslanaraq xidmət etmək gərəkdir (Yəh. 4:21). İsa dedi: «Allah ruhdur» (Yəh. 4:24). Həqiqi Allah cismani deyil, Onu görmək və Ona toxunmaq qeyri-mümkündür. Allaha ibadət hər hansı bir məbəd və ya dağ ilə bağlı deyil. Bu səbəbdən İsa diqqəti ibadətin ruhani tərəfinə yönəltdi.

İbadət Allaha məqbul olsun deyə onu yalnız «həqiqətən» deyil, həmçinin müqəddəs ruhun, yəni Allahın gözlə görünməyən fəal qüvvəsinin bələdçiliyi ilə icra etmək lazımdır. Həvari Pavel yazmışdı: «[Müqəddəs] ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır». O əlavə etmişdi: «Biz bu dünyanın ruhunu deyil, Allahdan gələn Ruhu qəbul etdik ki, Allahın bizə verdiyi ənamları dərk edə bilək» (1 Kor. 2:18-20). Allaha məqbul tərzdə ibadət etmək üçün Onun ruhuna malik olmalı və bu ruhun bizə bələdçilik etməsinə yol verməliyik. Bundan başqa, Müqəddəs Kitabdakı məsləhətləri öyrənərək və tətbiq edərək bizim ruhumuzun, yəni düşüncə tərzimizin daha çox Allahın düşüncə tərzinə müvafiq olması vacibdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş