Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/12 s. 30—32
  • Həqiqəti sevən gənclər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqəti sevən gənclər
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Onlar valideyn nəsihətini qiymətləndirirlər
  • Yığıncaq görüşlərinə məhəbbət
  • Şəxsi qərar
  • Yığıncağın rolu
  • Din mənim seçimimdir, yoxsa valideynlərimin?
    Gözətçi qülləsi 2009
  • Tammüddətli xidmətçiləri yaddan çıxarmayın
    Gözətçi qülləsi 2014
Gözətçi qülləsi 2002
w02 1/12 s. 30—32

Həqiqəti sevən gənclər

“GƏNC adam yolunu nə ilə təmizlər?” deyə, məzmurçu təxminən 2 400 il bundan əvvəl soruşmuşdur (Məzmur 119:9). Bu sual bu gün də aktualdır, çünki müasir gənclər çoxsaylı çətinliklərlə qarşılaşmalı olurlar. Bir çox gənc oğlan və qızlar əxlaqsız cinsi həyat tərzi sürərək, özlərini QİÇS xəstəliyinə tutulmaq təhlükəsinə düçar edirlər. Bu xəstəliyə tutulanların təxminən yarısı 15 yaşından 24 yaşına qədər olan gənclərdir. Gənclər arasında baş verən vaxtsız ölümün daha bir səbəbi də narkomaniyadır. Ədəbsiz musiqilər, zorakılıq və əxlaqsızlıqla dolu filmlər və teleşoular, eləcə də İnternetdəki pornoqrafiya gənclərin zehninə pozucu tə’sir göstərir. Buna görə də təəccüblü deyil ki, məzmurçunun verdiyi sual bu gün bir çox valideynləri və gəncləri narahat edir.

Məzmurçu öz sualına cavab verib deyir: “Sənin sözünə görə onu tutmaqla”. Bəli, Allahın Kəlamı olan Müqəddəs Kitabda çox gözəl nəsihətlər var və bu nəsihətlərə riayət edən gənc oğlan və qızlar həyatda müvəffəqiyyətə nail olurlar (Məzmur 119:105). Gəlin, hamının zövq və zənginlik barədə düşündüyü bir dünyada Allahı sevən və ruhən möhkəm qalmağa can atan gənclərin bir neçə nümunəsinə baxaq.

Onlar valideyn nəsihətini qiymətləndirirlər

Xakob Emanuel, Yehovanın Şahidlərinin Meksikadakı filialına tə’yinat almazdan əvvəl pioner kimi xidmət edirdi. O, Allaha xidmətə olan məhəbbətini necə inkişaf etdirdiyini xoş duyğularla xatırlayır: “Ruhən yetkin olan bə’zi qardaşlarla sıx ünsiyyətdə olmaq mənə çox kömək etsə də, mənim üçün əsas valideynlərimin nümunəsi idi. Valideynlərimin sayəsində, mən təbliğ xidmətini sevdim. Onlar mülayimliklə məni düzgün yola yönəltdilər, məni buna məcbur etdiklərini heç vaxt hiss etmədim”.

Artıq bir neçə il pioner xidmətində olan Deyvid, qardaşı ilə birlikdə hələ körpə ikən valideynlərinin xüsusi pioner xidmətinə başlamalarının ona necə xoş tə’sir bağışladığını xatırlayır. Atasının ölümündən sonra, onun anası xüsusi pioner xidmətinə davam etdi. O, xoş xəbəri təbliğ edir və uşaqların qayğısına qalırdı. Deyvid qeyd edir: “Valideynlərim məni heç vaxt pioner xidmətinə məcbur etmirdilər, lakin ailəm bu xidmət növünü çox sevirdi. Böyüdüyüm mühit sayəsində məndə də pioner olmaq istəyi yarandı”. Valideyn nəsihəti və qayğısının vacib rolu haqda danışaraq, Deyvid əlavə edir: “Hər axşam anam bizə “İtirilmiş cənnətdən qaytarılmış cənnətə qədər” (rus.) kitabından hekayələr oxuyurdua. Anam bu kitabı elə oxuyurdu ki, bizdə ruhani qidaya həvəs oyanırdı”.

Yığıncaq görüşlərinə məhəbbət

Bə’zi gənclər məsihçi görüşlərinə həvəssiz gedirlər. Onlar bu görüşlərdə valideynlərinin təhriki ilə olurlar. Lakin onlar yığıncağa getməyə davam etdikcə, vaxtı gələndə belə görüşləri qiymətləndirəcəklər. On bir yaşında tammüddətli xidmətə başlayan Alfredo ilə də belə olmuşdur. O e’tiraf edir ki, beş yaşı olanda yığıncaq görüşlərinə getmək istəmirdi, çünki görüşlərdə onu yuxu tuturdu, valideynləri isə ona görüş vaxtı yatmağa icazə vermirdilər. O xatırlayır: “Böyüdükcə yığıncaq görüşləri mənə daha maraqlı olurdu. Mən oxumağı və yazmağı öyrəndikdən sonra öz sözlərimlə cavab verməyə başladığım üçün, yığıncaq görüşlərinə marağım xüsusilə artdı”.

Pioner kimi xidmət edən 17 yaşlı Sintiya adlı bir qız danışır ki, yaxşı ünsiyyət dairəsinin onun Allaha xidmətə qarşı məhəbbətinə böyük tə’siri olmuşdur. O deyir: “Yığıncağımdakı bacı-qardaşlarla dostluq münasibəti, eləcə də müntəzəm olaraq görüşlərdə iştirak etməyim sayəsində, dünyəvi dostlarım və gənclər arasında populyar sayılan diskotekalar kimi əyləncələr üçün darıxmıram. Görüşlərdə səslənən cavablar və əhvalatlar məndə, malik olduğum hər şeyi Yehovaya vermək istəyi oyadırdı. Mən əminəm ki, malik olduğum və hal-hazırda verə biləcəyim ən yaxşı şey gəncliyimdir. Buna görə də gənclik illərimi Allaha xidmətə həsr etməyi qərara aldım”.

Lakin Sintiya e’tiraf edir: “Vəftiz olunmamışdan əvvəl vaxt var idi ki, ev tapşırıqlarının yerinə yetirilməməsi, yaxud məktəb tədbirləri kimi müxtəlif bəhanələr gətirərək, görüşləri asanlıqla buraxırdım. Bir neçə görüşü buraxdım, bu isə mənim ruhani inkişafıma tə’sir etməyə başladı. Mən Müqəddəs Kitabla maraqlanmayan oğlanla dostluq etməyə başladım. Hər şeyin öhdəsindən gəlməkdə mənə kömək etdiyi üçün Yehovaya minnətdaram”.

Şəxsi qərar

Yehovaya tammüddətli xidmət edən Pablo adlı bir gəncdən soruşduqda ki, onun fikrincə Allahın Kəlamındakı həqiqətə məhəbbəti dərinləşdirməyə nə kömək edir, o cavab verdi: “Mənim zənnimcə, iki şərt var: müntəzəm olaraq şəxsi öyrənmə və təbliğ xidmətində sə’ylə iştirak etmək. Valideynlərimə minnətdaram ki, onlar məni Yehovanın həqiqətinə öyrədiblər. Bu, valideynlərimin mənə verdikləri ən gözəl hədiyyədir. Lakin Yehovanı nə üçün sevirəm sualına şəxsən özüm cavab verməliyəm. Cavab vermək üçün isə, Müqəddəs Kitab həqiqətlərinin ‘genişliyini və dərinliyini’ bilmək lazımdır. Yalnız o zaman başqalarına həqiqət haqqında danışmaq üçün ürəklərimizdə “yanar bir atəş” olan Yehovanın Kəlamına susayacağıq. Sə’yli xidmətimiz həqiqətə olan məhəbbətimizi sönməyə qoymayacaqdır” (Efeslilərə 3:18; Yeremya 20:9).

Yuxarıda adını çəkdiyimiz Xakob Emmanuel də hesab edir ki, Yehovaya xidmət etməyi hər kəs özü qərara almalıdır. Valideynləri onu heç vaxt vəftiz olunmağa məcbur etmirdilər. “Vaxt göstərdi ki, onlar çox müdrik davranmışlar. Misal üçün, yaxın dostlarımdan bə’ziləri bir gündə vəftiz olunacaqları qərarına gəldilər. Əlbəttə, burada pis bir şey yox idi, lakin mən başa düşürdüm ki, bə’ziləri yalnız hisslərə qapılaraq vəftiz olunurdular, bir müddət keçdikdən sonra isə onlar Padşahlıq işlərinə sə’ylə yanaşmağa son qoydular. Məni isə valideynlərim Yehovaya həsr olunmağa məcbur etmədilər. Mən özüm bu qərara gəldim”.

Yığıncağın rolu

Bə’zi gənclər Allahın Kəlamındakı həqiqəti valideynlərindən eşitməyiblər. Onlar üçün düzgün davranmağı öyrənmək və seçdikləri yolla getmək xüsusilə çətindir.

Noe adlı bir gənc həqiqətin ona necə müsbət tə’sir göstərdiyini xatırlayır. O, uşaqlıqdan qəzəbli və zalım idi. 14 yaşında ikən Müqəddəs Kitabı öyrənməyə başladıqda, onun xarakterində əhəmiyyətli dəyişikliklər baş verməyə başladı. Onun valideynləri həmin vaxt Müqəddəs Kitabla maraqlanmasalar da, belə dəyişikliyə çox sevinirdilər. Noe ruhən inkişaf etdikcə, həyatını Allaha xidmət etməyə daha çox həsr etmək istəyirdi. O, hal-hazırda tammüddətli xidmətçidir.

Valideynlərinin həqiqətə laqeydlik göstərmələrinə baxmayaraq, Alehandro da Müqəddəs Kitabla çox gənc yaşlarından maraqlanmağa başlamışdır. Alehandro, həqiqəti çox qiymətləndirir. O deyir: “Mən katolik ailəsində böyümüşəm. Uşaqlıqdan məni narahat edən suallara kilsədə cavab tapmadığım üçün, kommunistləlrin yaydığı ateizmə daha çox həvəs göstərməyə başladım. Yehovanın Təşkilatı Allah haqqında bilik əldə etməyimə kömək etdi və bu bilik həqiqi mə’nada həyatımı xilas etdi. Çünki Müqəddəs Kitabı öyrənməyə başlamasaydım, yəqin ki, əxlaqsızlığın, alkoqolizmin və ya narkomaniyanın çirkabına batardım. Mən hansısa inqilabi dəstəyə qoşulardım və bunun məni hara aparıb çıxaracağını düşünmək belə dəhşətlidir”.

Valideyn tərəfindən mə’nəvi köməyi olmayan bir gənc, həqiqəti axtarmağa davam etməyi və onu qoruyub saxlamağı necə bacara bilər? Vacib rolu, ağsaqqallar və yığıncağın digər üzvləri tərəfindən göstərilən kömək oynayır. Noe xatırlayır: “Mən özümü heç vaxt tərk olunmuş hiss etmirdim, çünki Yehova hər zaman mənimlə idi. Bundan əlavə, mənim üçün ruhani mə’nada atalar, analar və qardaşlar olan məhəbbətlə dolu bacı-qardaşlar dayaq olurdular”. İndi o, vaxtını Allaha xidmətə həsr edərək, Beyt-Eldə çalışır. Alehandro isə xatırlayır: “Mən yığıncağın ağsaqqallarına və onların mənə qarşı göstərdikləri şəxsi diqqətlərinə görə hər zaman minnətdar olacağam. Müqəddəs Kitabı yenicə öyrənməyə başladığım zaman mənə qarşı göstərilən belə diqqət mənim üçün xüsusilə vacib idi. 16 yaşım vardı və mən də, bir çox həmyaşıdlarım kimi, həyatda özümə yer tapa bilmirdim. Yığıncaqda olan ailələr və bə’zi bacı-qardaşlar qonaqpərvərlik göstərib, mənimlə təkcə evlərini və yeməklərini deyil, hətta ürəklərini də bölüşərək, həmişə kömək edirdilər”. Alehandro artıq 13 ildən çoxdur ki, tammüddətli xidmətdə çalışır.

Bə’ziləri zənn edirlər ki, din yaşlılar üçündür. Lakin Müqəddəs Kitab həqiqətini uşaqlıqdan eşitmiş bir çox gənc oğlan və qızlar, Yehovanı sevir və Ona sədaqətlə xidmət etməyə davam edirlər. Bu gənclər haqqında Məzmur 110:3 ayəsində olan sözləri demək olar: “Sənin qüdrətin günündə xalqın müqəddəs gözəllik içində könüllü qurbanlardır. Sənin gənclərin səhərin bağrından doğan şeh kimidir”.

Gənclər üçün həqiqəti öyrənmək və seçdikləri yolla getmək heç də asan deyil. Necə də sevindiricidir ki, bir çox gənc oğlan və qızlar Yehovanın təşkilatı ilə əməkdaşlıq etmək, müntəzəm olaraq görüşlərə getmək və Müqəddəs Kitabı sə’ylə öyrənmək sayəsində Allahın Kəlamını və müqəddəs xidməti əsl mə’nada sevə bilmişlər (Məzmur 119:15, 16).

[Haşiyə]

a 1962-ci ildə Yehovanın Şahidləri tərəfindən nəşr edilib, artıq çap olunmur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş