Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/2 s. 31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2003
  • Oxşar material
  • Qumar oyunları Müqəddəs Kitabda mühakimə olunurmu?
    Gözətçi qülləsi 2011
  • Qumar oynamaq günahdır?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Qumar
    «Oyanın!» Qumar
Gözətçi qülləsi 2003
w03 1/2 s. 31

Oxucuların sualları

• Yalnız kiçik məbləğdə pula qumar oynamaq münasibdirmi?

Qumar oyunları Allahın Kəlamında ətraflı müzakirə edilməsə də, açıq-aydın göstərilir ki, pulla oynanılan oyunların hamısı Müqəddəs Kitabın prinsiplərinə ziddira. Misal üçün, hamı e’tiraf edir ki, pulla oynanılan oyunlar tamahkarlıq oyadır. Bu faktın özü məsihçilər üçün əsaslı səbəbdir. Çünki Müqəddəs Kitabda deyilir ki, “tamahkarlar” Allahın Padşahlığını miras almayacaqlar və tamahkarlıq bütpərəstliklə eyni dərəcədə ittiham edilir (1 Korinflilərə 6:9, 10; Koloslulara 3:5).

Qumar oyunları həmçinin şöhrətpərəstlik hissi və sağlam olmayan rəqibçilik ruhu, yaxud udmaq kimi güclü istək oyadır. Həvari Pavel: “Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək” deyəndə məhz bu barədə xəbərdarlıq edirdi (Qalatiyalılara 5:26). Bundan əlavə, qumar oyunları bə’zilərində taleyə inam oyadır. Oyunçular, oyunun nəticəsinə tə’sir etməyə çalışaraq müxtəlif mövhumata istinad edirlər. Onlar, ‘Tale bütünə süfrə quran və Qismət bütünə qarışdırılmış şərab dolduran’ dönük israilliləri xatırladırlar (İşaya 65:11).

Kim isə düşünə bilər ki, sakit şəraitdə qohumlarla və ya yaxın dostlarla kart, yaxud stolüstü oyunlar oynayarkən ortaya kiçik məbləğdə pul qoymaq sadəcə zərərsiz əyləncədir. Az məbləğdə pula qumar oynayanlardan çoxu özünü tamahkar, şöhrətpərəst, rəqabətçi və ya mövhumatçı saymır. Lakin qumar oynayan kəslər düşünməlidirlər ki, onların bu məşğuliyyəti onlarla oynayan kəslərə necə tə’sir edir? Həris oyunçuların əksəriyyəti, onların özlərinin e’tiraf etdikləri kimi, sadəcə olaraq maraq üçün ortaya kiçik məbləğdə pul qoymaqdan başlamışlar (Luka 16:10). Zərərsiz əyləncə sayılan bir şey onları çox kədərli nəticələrə gətirib çıxarmışdır.

Bu, söhbət xüsusilə də uşaqlardan getdikdə doğru çıxır. Çox uşaqlar kiçik məbləğdə pul udanda həvəslənirlər, bu isə onları ortaya daha böyük məbləğdə pul qoymağa təşviq edir (1 Timoteyə 6:10). Qumar oyunlarına meyl etməin yaratdığı problemlərlə məşğul olan Arizona təşkilatı uzun müddət sürən müşahidənin nəticələrini ABŞ-da dərc etdirmişdir. Həmin mə’lumatda deyilirdi ki, qumar oyunlarına aludə olanların əksəriyyəti “idman yarışlarının nəticələri barədə kiçik məbləğdə pula mərc edərək və ya dostları və qohumları ilə kart oynayaraq” uşaqlıqdan oynamağa başlamışlar. Başqa bir mə’lumatda deyilir ki, “uşaqlar qumar oyunlarına evdə, adətən ailə üzvləri və dostları arasında kart oynamaqla başlayırlar”. Sonra həmin mə’lumatda qeyd edilir ki, “qumar oynayan uşaqların otuz faizi on bir yaşlarına çatmamış oynamağa başlamışlar”. Patoloji oyunçuların və qumar oyunlarına qeyri-adi həvəs göstərənlərin problemlərinə həsr edilmiş müşahidəyə əsasən, yeniyetmələrin çoxu öz məşğuliyyətləri üçün pulu cinayətkar və ya əxlaqsız əməllərə əl ataraq tapırlar. İlk baxışdan zərərsiz görünən bir şeyin necə də fəlakətli nəticələri olur!

Onsuz da çoxlu tələlər quran və insanları şirnikləndirən dünyada yaşadığımız üçün, nəyə görə özümüzü lazımsız yerə daha bir təhlükəyə düçar edək? (Süleymanın məsəlləri 27:12). İstər uşaqların iştirakı ilə, istərsə də onlarsız, böyük və ya kiçik məbləğdə olsun, pula oynamaq ruhaniliyə təhlükə yaradır. Buna görə də pulla oynamaq yersizdir. Yaxşı olardı ki, stolüstü oyunlar və ya əyləncə üçün kart oynayan məsihçilər oyunlarını yalnız kağız üzərində hesab aparmaqla məhdudlaşdırsınlar, ya da ümumiyyətlə hesabsız, sadəcə olaraq məzə üçün oynasınlar. Özlərinin, dostlarının və ailə üzvlərinin ruhaniliyini düşünən müdrik məsihçilər, hətta kiçik məbləğdə olsa belə pulla oynamırlar.

[Haşiyə]

a Lotereya, kart və zər oyunları kimi qumar oyunlarında, həmçinin oyunun və ya hadisənin nəticəsi barədə mərcləşərkən ortaya pul qoyulur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş