Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/11 s. 3
  • Sadiq olmağa dəyərmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadiq olmağa dəyərmi?
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • İnsanların qiymətləndirdikləri, lakin təzahür etdirmədikləri xüsusiyyət
  • Sadiqliyin gətirdiyi xeyir-dualar
    Gözətçi qülləsi 2005
Gözətçi qülləsi 2005
w05 1/11 s. 3

Sadiq olmağa dəyərmi?

YENS adlı bir nəfərə sığorta şirkətinin nümayəndəsi olan Karla dedi: «Səhhətinizin sığortası üçün olduqca çox pul ödəyirsiniz. Əgər bizim şirkətimizdə sığortalansanız, hər ay 15 avro qənaət etmiş olarsınız. Bu isə az pul deyil».

Yens cavab verdi: «Olsun ki, bu belədir, lakin bu şirkətlə mən artıq bir neçə ildir ki əməkdaşlıq edirəm. Onlar mənə çox kömək ediblər, buna görə də seçdiyim şirkətə sadiq qalmaq istəyirəm».

Karl dedi: «Sadiqlik yaxşı xüsusiyyətdir, amma bu sizə baha başa gəlir!»

Karl haqlı idi. Sadiq və ya vəfalı olmaq insana havayı başa gəlmir. Bu, həmçinin vaxt, qüvvə və emosional bağlılığı da tələb edir. Sadiqlik bütün bunlara dəyərmi?

İnsanların qiymətləndirdikləri, lakin təzahür etdirmədikləri xüsusiyyət

Almaniyada ictimai rə’yi öyrənən Allensbax institutunun keçirdiyi sorğu göstərdi ki, iştirak edənlərin 96 faizi sadiqliyi arzu olunan xüsusiyyət hesab edir. Həmin institutun 18-24 yaşarası cavanlarla apardığı ikinci sorğuda iştirak edənlərin üçdə ikisinin nöqteyi-nəzərincə, sadiqlik gözəl xüsusiyyətdir.

Sadiqliyi və ya sədaqətliliyi çoxları qiymətləndirsə də, bu xüsusiyyəti təzahür etdirmək məsələsində fikirləri fərqlidir. Məsələn, bir çox Avropa ölkələrində ər-arvad və ya ailə üzvləri arasında sədaqət qorunub saxlanılmır. Dostlar arasında da sədaqətsizlik baş alıb gedir. Sahibkarla işçini, o cümlədən biznesdəki əməkdaşları sədaqət tellərinin bağladığı zəmanə artıq çoxdan keçmişdə qalıb. Bu vəziyyətə səbəb olan nədir?

Həyatın gərginliyi insanlara vəzifələrini sədaqətlə yerinə yetirmək üçün çox az vaxt və qüvvə saxlayır. Xəyanət və ya yalanla üzləşənlər, kiməsə yenidən e’tibar etməyə qorxurlar. Digərləri isə həyata bir günlük baxdıqları üçün onların həyatında sadiqliyə yer yoxdur.

Səbəbindən asılı olmayaraq bir şey aydındır: sadiqlik insanların qiymətləndirdiyi, lakin təzahür etdirmədikləri xüsusiyyətdir. Buna görə də gəlin, bu məsələni müzakirə edək: sadiq olmağa dəyərmi? Əgər dəyərsə, onda kimə sadiq olmalı və sadiqliyi necə təzahür etdirməliyik? Sadiq olanları hansı xeyir-dualar gözləyir?

[Haşiyə]

a Bu və sonrakı məqalədə bə’zi adlar dəyişdirilib.

[3-cü səhifədəki yazı]

Sadiqlik insanların qiymətləndirdikləri, lakin təzahür etdirmədikləri xüsusiyyətdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş