Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/12 s. 17—21
  • İsa Məsihin yolu ilə gedin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsihin yolu ilə gedin
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Məsih öz davamçılarına necə başçılıq edir?
  • Hakimiyyətdən mülayimliklə istifadə etmək
  • Şəfqətli və bağışlayan olun
  • Padşahlığın maraqlarını birinci yerə qoyun
  • Sədaqətli olun
  • İsanın nümunəsini təqlid edin
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
  • Nəyə görə ‘Məsihi’ izləməliyik?
    Gözətçi qülləsi 2009
  • Məsihin düşüncə tərzini qoruyub saxlayın
    Gözətçi qülləsi 2009
  • Məsihə və onun sadiq quluna sədaqətliyik
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/12 s. 17—21

İsa Məsihin yolu ilə gedin

«Kim deyirsə ki, Onda [Allahda] yaşayır, O [İsa] necə hərəkət etdisə, özü də eyni cür hərəkət etməlidir» (1 YƏHYA 2:6).

1, 2. Gözümüzü İsadan ayırmamaq nə deməkdir?

HƏVARİ PAVEL yazmışdır: «Qarşımıza qoyulan yarışda mətanətlə qaçaq. Gözümüzü imanımızın Başçısı və Kamilləşdiricisi olan İsadan ayırmayaq» (İbranilərə 12:1, 2, YD). Sədaqət yolundan dönməmək üçün gözümüzü İsa Məsihdən ayırmamalıyıq.

2 Yunanca Müqəddəs Yazılarda «gözünü ayırmamaq» kimi tərcümə olunan söz orijinal dildə «bütün diqqəti bir istiqamətə yönəltmək», «nəzərini bir şeydən çəkib, başqa bir şeyə yönəltmək», «gözünü çəkmədən, diqqətlə baxmaq» mə’nasını daşıyır. Bir arayış kitabçasında qeyd edilir: «Yunanlı qaçıcı tamaşaçılara baxmaq üçün, qaçış yolundan və öz məqsədindən yayındığı anda sür’ətini itirirdi. Eyni şey məsihçilərlə də baş verir». Diqqətimizin yayınması ruhani inkişafımıza maneçilik törədə bilər. Gözümüzü İsa Məsihdən ayırmamalıyıq. Başçımızın hansı xüsusiyyətlərinə diqqət yetirməliyik? «Başçı» kimi tərcümə olunan yunan sözü «hər hansı bir işdə təşəbbüsü öz üzərinə götürən və bununla da nümunə verən rəhbər» mə’nasını daşıyır. Beləliklə, gözümüzü İsadan ayırmamaq — onun nümunəsini təqlid etmək deməkdir.

3, 4. a) İsa kimi davranmaq üçün bizdən nə tələb olunur? b) Hansı suallar diqqətimizə layiqdir?

3 Müqəddəs Kitabda növbəti sözlər yazılıb: «Kim deyirsə ki, Onda [Allahda] yaşayır, O [İsa] necə hərəkət etdisə, özü də eyni cür hərəkət etməlidir» (1 Yəhya 2:6). İsa Atasının əmrlərini yerinə yetirdiyi kimi, biz də İsanın əmrlərini yerinə yetirərək, Allahla vəhdətdə olmalıyıq (Yəhya 15:10).

4 Ancaq İsanın hərəkət etdiyi kimi hərəkət etmək, onu bir Başçı kimi diqqətlə izləmək və eynilə onun izləri ilə getmək deməkdir. Bununla əlaqədar vacib suallar meydana çıxır: bəs Məsih bu gün bizə necə başçılıq edir? Onu təqlid etməyimiz bizə necə tə’sir etməlidir? Məsihin nümunəsini ­izləməyimiz bizə hansı faydanı gətirir?

Məsih öz davamçılarına necə başçılıq edir?

5. Göyə qalxmazdan əvvəl İsa öz davamçılarına nə və’d etdi?

5 Göyə qalxmazdan əvvəl, İsa öz şagirdlərinə göründü və onlara vacib bir iş tapşırdı. O dedi: «Gedin, bütün xalqları şagirdim edin». Məsih bu işdə bir Başçı kimi onlarla olacağını və’d etdi: «Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:19, 20). İsanın bu sistemin sonunda öz davamçıları ilə olduğu nədən görünür?

6, 7. İsa müqəddəs ruh vasitəsilə bizə necə başçılıq edir?

6 İsa demişdi: «Mənim ismimlə Atanın göndərəcəyi Yardımçı, Müqəddəs Ruh — O, sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi xatırladacaq» (Yəhya 14:26, İ–93). İsanın ismilə göndərilən müqəddəs ruh bu gün bizə rəhbərlik edir və möhkəmləndirir. O, bizi ruhani cəhətdən maarifləndirir və hətta «Allahın dərin düşüncələrini» başa düşməyə kömək edir (1 Korinflilərə 2:10). Bundan əlavə, Allahın ruhunun səmərəsinə «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi keyfiyyətlər daxildir (Qalatiyalılara 5:22, 23). Müqəddəs ruhun köməyilə biz özümüzdə bu xüsusiyyətləri inkişaf etdirə bilərik.

7 Müqəddəs Kitabı öyrənən və öyrəndiklərimizi tətbiq etməyə çalışan zaman, Yehovanın ruhu bizə hikmət, dərrakə, ədalət, idrak və müdriklik inkişaf etdirməyə kömək edir (Süleymanın məsəlləri 2:1-11). Müqəddəs ruh bizə sınaqların və şirnikdirici tə’sirlərin öhdəsindən gəlməkdə də kömək edir (1 Korinflilərə 10:13; 2 Korinflilərə 4:7; Filipililərə 4:13). Məsihçilər özlərini ‘hər bir bədən və ruh murdarlığından təmizləməyə və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə etməyə’ təşviq olunurlar (2 Korinflilərə 7:1). Məgər biz Allahın ruhunun köməyi olmadan Onun tələb etdiyi qüdsiyyəti, yə’ni mə’nəvi təmizliyi əldə edə bilərikmi? Müqəddəs ruh — bizə başçılıq etmək üçün Yehova Allahın İsaya e’tibar etdiyi vasitələrdən biridir (Matta 28:18).

8, 9. Məsih öz yığıncağına «sadiq və ağıllı qul»un vasitəsilə necə başçılıq edir?

8 Məsihin bu gün yığıncağa daha necə başçılıq etdiyini nəzərdən keçirək. Öz iştirakı və dövrün sonu haqda İsa demişdir: «Belə isə, vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərlərı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? O qul nə bəxtiyardır ki, ağası gəldiyi zaman, onu bu cür iş görməkdə tapacaqdır. Sizə doğrusunu deyirəm ki, ağası bütün malikanəsinin idarəsini ona tapşıracaqdır» (Matta 24:3, 45-47).

9 «Ağa» — İsa Məsihdir. «Qul» isə, yer üzündə yaşayan məsh olunmuş məsihçilər qrupudur. Bu «qula», İsanın yer üzündəki malikanəsinin qeydinə qalmaq və vaxtlı-vaxtında ruhani qidanı vermək həvalə olunub. «Sadiq və ağıllı qul» sinfinin üzvlərindən ibarət təcrübəli ağsaqqalların kiçik bir qrupu «qulun» təmsilçisi kimi xidmət edən Rəhbərlik şurasını təşkil edir. Onlar Padşahlığın ümumdünya təbliğ işinə rəhbərlik edir və ruhani qidanı vaxtlı-vaxtında verirlər. Beləliklə, Məsih öz yığıncağına ruhla məsh edilmiş «sadiq və ağıllı qul»un və bu «qulun» təmsilçisi olan Rəhbərlik şurasının vasitəsilə başçılıq edir.

10. Biz ağsaqqallara necə yanaşmalıyıq və nəyə görə?

10 Həmçinin, Məsih bizə «insanlar timsalında hədiyyələr» (YD), yə’ni məsihçi ağsaqqallar və ya nəzarətçilər vasitəsilə başçılıq edir. Onlar «müqəddəslər xidmət işini icra etmək və Məsihin bədənini inkişaf etdirmək üçün tə’min edilsinlər» deyə verilmişlər (Efeslilərə 4:8, 11, 12). İbranilərə 13:7 ayəsində onlar haqqında deyilir: «Allahın kəlamını sizə nağıl edən rəislərinizi yada salın. Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin». Ağsaqqallar yığıncaqda rəhbərliyi öz üzərlərinə götürürlər. Məsihi təqlid etdikləri üçün, onların imanı da təqlid edilməyə layiqdir (1 Korinflilərə 11:1). Ağsaqqallara itaətkarlıq göstərməklə, «insanlar timsalında hədiyyələr»ə görə minnətdar olduğumuzu göstərəcəyik (İbranilərə 13:17).

11. Məsih bu gün öz davamçılarına necə başçılıq edir və onun izləri ilə getmək nə deməkdir?

11 Beləliklə, İsa Məsih öz davamçılarına bu gün müqəddəs ruh, «sadiq və ağıllı qul» və yığıncağın ağsaqqalları vasitəsilə başçılıq edir. Məsihin izləri ilə getmək üçün, onun öz davamçılarına necə başçılıq etdiyini başa düşmək və onun rəhbərliyinə tabe olmaq lazımdır. Bu, həmçinin onun həyat tərzini təqlid etmək deməkdir. Həvari Peter yazırdı: «Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Peter 2:21). Gəlin görək, Məsihin kamil nümunəsi onun davamçılarına necə tə’sir etməlidir.

Hakimiyyətdən mülayimliklə istifadə etmək

12. Ağsaqqallar Məsihin nümunəsini xüsusilə hansı sahələrdə təqlid etməlidirlər?

12 Atası İsaya müqayisə olunmaz hakimiyyət vermişdi, lakin o, bu hakimiyyətdən mülayimliklə istifadə edirdi. Yığıncağın hər bir üzvü, xüsusilə də ağsaqqallar çalışmalıdırlar ki, onların mülayimliyi «bütün insanlara mə’lum olsun» (Filipililərə 4:5; 1 Timoteyə 3:2, 3). Ağsaqqallar yığıncaqda müəyyən hakimiyyətə malik olduqları üçün, onların Məsihin izləri ilə getmələri və bu hakimiyyətdən mülayimliklə istifadə etmələri çox vacibdir.

13, 14. Ağsaqqallar başqalarını Allaha xidmət etməyə təşviq edəndə İsanın nümunəsini necə təqlid edə bilərlər?

13 İsa şagirdlərin məhdud imkanlarını nəzərə alırdı. O, başqalarından gücləri çatmayan işləri tələb etmirdi (Yəhya 16:12). İsa öz davamçılarına heç bir təzyiq göstərmədən Allahın iradəsini yerinə yetirmək üçün var qüvvələrini sərf etməyə təşviq edirdi (Luka 13:24). O, şagirdlərini öz nümunəsi ilə öyrədir və onların ürəklərinə xitab edirdi. Buna bənzər tərzdə, bu gün məsihçi ağsaqqallar da günahlandırmaq və ya utandırmaq yolu ilə başqalarına hədə-qorxu gəlmir və onları Allaha xidmət etməyə məcbur etmirlər. Bunun əvəzinə, onlar Yehovaya, Onun Oğluna və öz qonşularına məhəbbətdən irəli gələrək xidmət etməyə təşviq edirlər (Matta 22:37-39).

14 İsa insanların həyatını idarə etməyə çalışaraq, ona həvalə olunan hakimiyyətdən sui-istifadə etmirdi. O, mümkün olmayan şeylər tələb etmir və saysız-hesabsız qayda-qanunlar qoymurdu. O çalışırdı ki, Musa vasitəsilə verilən qanunların əsasını təşkil edən prinsiplər onların ürəyinə yol açsın (Matta 5:27, 28). İsanın nümunəsini təqlid edərək, ağsaqqallar nə şəxsi qayda-qanunlarını tə’sis etməz, nə də ki, öz nöqteyi-nəzərlərinin üstündə inad etməzlər. Onlar geyimə, kosmetikaya, istirahətə və əyləncəyə dair Mikeya 6:8, 1 Korinflilərə 10:31-33 və 1 Timoteyə 2:9, 10 ayələrindəki prinsipləri rəhbər tutaraq, həmimanlıların ürəklərinə yol tapmağa çalışırlar.

Şəfqətli və bağışlayan olun

15. İsa şagirdlərinin səhvlərinə necə reaksiya göstərirdi?

15 Şagirdlərinin səhvlərə yol vermələrinə baxmayaraq, Məsihin onlarla davranış tərzi bizim üçün gözəl nümunədir. Onun yer üzündəki həyatının son gecəsində baş verən iki hadisəni nəzərdən keçirək. Getsamani bağına gələndə İsa «Peteri, Yaqubu və Yəhyanı Özü ilə götürdü» və onlara dedi: «Oyaq durun». Sonra «bir az irəli gedib yerə döşəndi və dua etdi». Geri qayıdanda onları yatmış gördü. Bu zaman İsa necə davrandı? O dedi: «Ruh qeyrətli, bədən isə zəifdir» (Mark 14:32-38). Peteri, Yaqubu və Yəhyanı kobudcasına danlamaq əvəzinə, onlara həmdərd oldu! Elə həmin gecə Peter İsanı üç dəfə inkar etdi (Mark 14:66-72). Bəs indi İsa Peterlə necə davranacaq? «Rəbb... dirilmiş və Şimona [Peterə] görünmüşdür» (Luka 24:34). O, «əvvəlcə Kefaya [Peterə], sonra da Onikilərə göründü» (1 Korinflilərə 15:5). İsa acıqlanmaq əvəzinə, peşmançılıq çəkən həvarisini bağışladı və möhkəmləndirdi. Sonra Peterin üzərinə daha artıq məs’uliyyətlər qoydu (Həvarilərin işləri 2:14; 8:14-17; 10:44, 45).

16. Həmimanlılarımız bizi mə’yus edib, pis vəziyyətdə qoyduqları halda belə, biz İsanı necə təqlid edə bilərik?

16 Kim isə yığıncaqda bizi mə’yus edib, pis vəziyyətdə qoyursa, biz də ona, İsa kimi, anlayışla yanaşmalı və bağışlamalı deyilikmi? Peter məsihçilərə məsləhət edirdi: «Hamınız həmfikir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, mehriban, təvazökar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin, çünki bilirsiniz ki, xeyir-bərəkətə varis olmaq üçün də’vət olundunuz» (1 Peter 3:8, 9). Başqaları İsanı təqlid edərək, şəfqət göstərmək və bizi bağışlamaq istəmədikləri hallarda belə, biz Məsih kimi davranmağa borcluyuq (1 Yəhya 3:16).

Padşahlığın maraqlarını birinci yerə qoyun

17. Nədən görünür ki, İsa Allahın iradəsini yerinə yetirməyi həyatında birinci yerə qoyurdu?

17 Biz daha bir işdə də İsa Məsihi təqlid etməliyik. Allahın Padşahlığı haqqında xoş xəbəri bəyan etmək onun həyatında başlıca yeri tuturdu. Samariyadakı Suxar şəhəri yaxınlığında samariyalı qadına həqiqət haqqında şahidlik etdikdən sonra, İsa şagirdlərinə dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır» (Yəhya 4:34). Atasının iradəsini yerinə yetirmək İsanı möhkəmləndirirdi; onu sanki qida kimi bəsləyir, qüvvə və gümrahlıq verirdi. İsa kimi, biz də diqqətimizi Allahın iradəsini yerinə yetirməyə cəmləşdirsək, məgər bu, həyatımıza mə’na və məmnunluq gətirməzmi?

18. Uşaqları tammüddətli xidmətə təşviq etmək hansı xeyir-duaları gətirir?

18 Valideynlər uşaqlarını tammüddətli xidmətə təşviq edəndə həm özləri, həm də uşaqları çoxlu xeyir-dualar alırlar. Bir ata əkiz oğullarını uşaqlıqdan təşviq edirdi ki, pioner kimi xidmət etməyi qarşılarına məqsəd qoysunlar. Uşaqlar təhsillərini bitirdikdən sonra, pioner xidmətinə başladılar. Həmin ata nəticədə aldığı xeyir-dualar üzərində düşünərək, yazır: «Oğullarımız bizi mə’yus etmədilər. Biz minnətdarlıqla deyə bilərik: “Övladlar Rəbbin verdiyi paydır”» (Məzmur 127:3). Bəs tammüddətli xidmətə can atmaqla, uşaqlar hansı xeyir-duaları alırlar? Beş uşaq anası olan bir qadın deyir: «Pioner xidməti övladlarımın hamısına Yehova ilə münasibətlərini möhkəmləndirməyə, şəxsi öyrənmə ilə məşğul olmaq vərdişi inkişaf etdirməyə, vaxtlarından müdrikliklə istifadə etməyi öyrənməyə və ilk növbədə ruhani işləri qiymətləndirməyə kömək etdi. Həyatlarında çoxlu dəyişikliklər etməli olsalar da, onlardan heç biri bu yolu tutduğu üçün peşman deyil».

19. Gələcək planları ilə əlaqədar gənclərin nə haqda düşünmələri müdriklik olardı?

19 Ey gənclər, gələcəkdə nə ilə məşğul olmağı planlaşdırırsınız? Peşəkar sahədə irəliləməyəmi can atırsınız? Yoxsa tammüddətli xidmətin həyatınızda ən başlıca yeri tutması üçün var qüvvənizlə çalışırsınız? Pavel: «Nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir», — deyə məsləhət verir. Sonra isə sözlərinə belə davam edir: «Buna görə ağılsız olmayın, lakin Rəbbin iradəsi nədirsə, onu qavrayın» (Efeslilərə 5:15-17).

Sədaqətli olun

20, 21. İsa nədə sadiqlik göstərdi və biz onu necə təqlid edə bilərik?

20 İsanın izləri ilə getmək onun sədaqətliyini təqlid etmək deməkdir. Müqəddəs Kitab İsanın sədaqətliyi haqda deyir: «[İsa] Allah surətində olduğu halda O, Allahla bərabərliyi, imtinası mümkün olmayan bir haqq saymadı. Lakin Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu. Görkəm e’tibarilə də insan kimi, O Öz təvazökarlığını göstərdi və ölümədək, hətta çarmıxa çəkilməklə ölümədək itaətkarlıq etdi». İsa Allahın onunla bağlı iradəsinə tabe olaraq, Yehovanın hakimiyyətini sədaqətlə dəstəklədi. O, işgəncə dirəyində əziyyət çəkərək, ölənə qədər itaətkarlığını qorudu. Biz də eyni düşüncə tərzinə malik olmalı və sədaqətlə Allahın iradəsini yerinə yetirməliyik (Filipililərə 2:5-8).

21 İsa öz həvariləri ilə də sədaqətlə davranırdı. Baxmayaraq ki, onlar zəifliklərə malik və qeyri-kamil idilər, İsa «onları sona qədər sevdi» (Yəhya 13:1). Buna bənzər tərzdə biz də yol verməməliyik ki, başqalarının qeyri-kamilliyi üzündən bizdə tənqidi düşüncə tərzi yaransın.

İsanın nümunəsini təqlid edin

22, 23. Məsihin yolu ilə gedərkən, hansı xeyir-duaları alırıq?

22 Biz qeyri-kamil olduğumuz üçün, əlbəttə, Məsihi tam mə’nada təqlid edə bilmirik. Ancaq var qüvvəmizlə çalışmalıyıq ki, İsanın qoyduğu nümunəyə riayət edək. Bunun üçün onun necə başçılıq etdiyini başa düşmək, ona tabe olmaq və onun yolu ilə getməliyik.

23 Məsihi təqlid edəndə, bol xeyir-dualar qazanırıq. Həyatımız daha da mə’nalı və xoşbəxt olur, çünki bizi daha çox öz maraqlarımız yox, Allahın iradəsini yerinə yetirmək maraqlandırır (Yəhya 5:30; 6:38). Biz təmiz vicdana sahib olur və başqalarına yaxşı nümunə veririk. İsa bütün yorğunları və yükləri ağır olanları onun yanına gəlib, canlarına təravət tapmağa də’vət edirdi (Matta 11:28-30). Əgər İsanı təqlid ediriksə, bizimlə ünsiyyətdə olmaq da başqalarına təravət gətirəcək. Buna görə də gəlin İsanın yolu ilə getməyə davam edək.

Xatırlayırsınızmı?

• Məsih bu gün öz davamçılarına necə başçılıq edir?

• Ağsaqqallar Allahın onlara verdiyi hakimiyyətdən istifadə edərkən, Məsihin nümunəsini necə təqlid edirlər?

• Başqalarının qeyri-kamilliyi ilə qarşılaşanda, biz İsanın nümunəsini necə təqlid edə bilərik?

• Gənclər Padşahlığın maraqlarını birinci yerə qoymaq üçün nə edə bilərlər?

[19-cu səhifədəki şəkil]

Məsihçi ağsaqqallar Məsihin başçılığına tabe olmağımıza kömək edirlər.

[20 və 21-ci səhifələrdəki şəkillər]

Gənc məsihçilər, ruhən məmnunluq gətirən bir həyatınızın olması üçün hansı planları qurursunuz?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş