Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/6 s. 11—15
  • Xilasa hazırlaşmısanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xilasa hazırlaşmısanmı?
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Bizim günlərimiz Nuhun günlərinə bənzəyir
  • Xilas üçün iman tələb olunur
  • Təşkilatın təkmilləşməsi bizi xilasa hazırlayır
  • Xilasa hazır ol
  • O, Allahın yolu ilə gedirdi
    İman örnəkləri
  • Allah Nuha nəyə görə lütf göstərdi? Bu, bizi nə üçün maraqlandırmalıdır?
    Gözətçi qülləsi 2008
  • Nuh gəmi tikir
    Müqəddəs Kitab hekayələri
  • Oyaq durmaq zərurəti daha da artır
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/6 s. 11—15

Xilasa hazırlaşmısanmı?

«Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm» (YARADILIŞ 7:1).

1. Nuhun günlərində Yehova xilas üçün hansı vasitəni təqdim etmişdi?

NUHUN günlərində Yehova ‘allahsızlar dünyası üzərinə tufanı gətirdi’, eyni zamanda, xilas üçün vasitə də təqdim etdi (2 Peter 2:5). Həqiqi Allah, saleh Nuha yer üzünə gələcək daşqından sağ çıxa bilməsi üçün gəminin tikilməsinə dair ətraflı göstərişlər vermişdi (Yaradılış 6:14-16). Yehovanın itaətkar xidmətçisindən gözlənildiyi kimi, «Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi». Bu gün bizim yaşamağımızda Nuhun itaətkarlığının da payı var (Yaradılış 6:22).

2, 3. a) Nuhun müasirləri onun işinə necə münasibət göstərirdilər? b) Nuh nəyə əmin olaraq gəmiyə mindi?

2 Gəmini tikmək asan deyildi. Çox ehtimal ki, Nuh və onun ailəsinin məşğul olduğu iş müasirlərinin çoxunda təəccüb doğururdu. Lakin gəminin tikilib başa çatdırılması belə, həmin adamları xilas olmaq üçün gəmiyə minməyin zəruri olduğuna inandıra bilmədi. Nəhayət, pis dünyaya qarşı Allahın səbri tükəndi (Yaradılış 6:3; 1 Peter 3:20).

3 Nuh və onun ailəsinin onilliklər ərzində gördüyü gərgin işdən sonra Allah ona dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm». Yehovanın sözlərinə iman gətirərək «Nuh, onun arvadı, oğulları və gəlinləri... birlikdə gəmiyə mindilər». Xidmətçilərini qorumaq üçün Yehova gəminin qapısını örtdü. Daşqın yer üzünə gələndə, gəmi Allahın xilas üçün təqdim etdiyi e’tibarlı bir vasitə oldu (Yaradılış 7:1, 7, 10, 16).

Bizim günlərimiz Nuhun günlərinə bənzəyir

4, 5. a) İsa özünün iştirakını nə ilə müqayisə etdi? b) Nuhun günləri ilə bizim günlər arasında hansı oxşarlıqlar var?

4 «Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də [«iştirakı da», YD] elə olacaqdır» (Matta 24:37). İsa bu sözlərlə göstərdi ki, onun görünməz iştirakı Nuhun günlərinə bənzəyəcək və bu, həqiqətən də belədir. Xüsusilə də 1919-cu ildən e’tibarən, Nuhun xəbərdarlığına oxşar xəbərdarlıq bütün millətlərə e’lan edilir. Ümumilikdə götürəndə, onların bu xəbərə olan münasibəti Nuhun günlərində yaşayan insanların münasibətindən fərqlənmir.

5 Yehova ‘zorakılıqla dolan’ dünyaya qarşı tədbir gördü (Yaradılış 6:13). Ətrafdakı insanlar açıq aydın görürdülər ki, Nuh ailəsi ilə birlikdə zorakı əməllərlə məşğul olmur, əksinə, sakitcə gəmini tikməyə davam edir. Bunda da bizim günlərlə oxşarlıq var. Səmimi insanlar ‘salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi görürlər’ (Malaki 3:18). Yehovanın Şahidlərinin düzgünlüyü, xeyirxahlığı, sülhsevərliyi və çalışqanlığı qərəzsiz insanları valeh edir və bu xüsusiyyətlər Allahın xalqını ümumilikdə başqalarından fərqləndirir. Şahidlər zorakılığın hər növündən imtina edir və Yehovanın müqəddəs ruhunun onlara tə’sir etməsinə yol verirlər. Məhz buna görə Şahidlərin arasında əmin-amanlıq hökm sürür və onlar salehlik yolu ilə yeriyirlər (Yeşaya 60:17).

6, 7. a) Nuhun müasirləri nəyi başa düşə bilmədilər və bizim günlərdə yaşayan insanlar haqda nə demək olar? b) Hansı nümunələr göstərir ki, insanlar Yehovanın Şahidlərinin başqalarından fərqləndiyini ümumilikdə e’tiraf edirlər?

6 Nuhun müasirləri Allahın ona kömək etdiyini və gördüyü işin Allahın tapşırığı olduğunu başa düşmədilər. Buna görə də onlar Nuhun xəbərdarlığına ciddi yanaşmayaraq ona müvafiq davranmadılar. Bəs bizim müasirlərimiz haqqında nə demək olar? Yehovanın Şahidlərinin gördükləri iş və davranış tərzləri çoxlarına xoş təəssürat bağışlasa da, onların əksəriyyəti xoş xəbərə və Müqəddəs Kitab xəbərdarlıqlarına ciddi yanaşmır. Qonşular, qohumlar və ya iş yoldaşları məsihçiləri gözəl xüsusiyyətlərinə görə tə’rifləyə bilərlər, lakin sonra təəssüflə əlavə edirlər: «Kaş ki, onlar Yehovanın Şahidi olmayaydılar!» Amma bu insanlar bir şeyi nəzərdən qaçırırlar ki, Şahidlər məhəbbət, sülh, lütfkarlıq, yaxşılıq, həlimlik və özünə hakim olmaq kimi xüsusiyyətləri Allahın müqəddəs ruhunun tə’siri ilə təzahür etdirirlər (Qalatiyalılara 5:22-25). Bu fakt adamları, Şahidlərin təbliğ etdiyi xəbərin həqiqi olduğuna daha çox inandırmalıdır.

7 Məsələn, Rusiyada Yehovanın Şahidləri Padşahlıq Zalı tikirdilər. Bir kişi ayaq saxlayıb işçilərin birindən soruşdu: «Necə də qeyri-adi adamlardır: heç kim siqaret çəkmir, içkili deyil və söyüş söymür! Siz təsadüfən Yehovanın Şahidləri deyilsiniz?» Qardaş ondan soruşdu: «Əgər “yox” desəm, siz mənə inanarsınızmı?» Kişi dərhal cavab verdi: «Əlbəttə ki, yox!» Rusiyanın digər şəhərində Şahidlərin təzə Padşahlıq Zalının tikintisi merə dərin təəssürat bağışlamışdı. O dedi ki, əvvəllər bütün dinlərin bir-birlərindən fərqlənmədiyini fikirləşirdi, amma Şahidlərin səmimiliyini və təmənnasızlığını əməldə görəndə fikrini dəyişdi. Bu, Yehovanın xalqının Müqəddəs Kitab prinsiplərinə müvafiq yaşamayan insanlardan fərqləndiyini göstərən yalnız iki nümunədir.

8. Bu pis dünyanın aqibətinə düçar olmamaq üçün nə etməliyik?

8 Daşqında məhv edilən ‘qədim dünyanın’ sonu gəlməzdən əvvəl Nuh sədaqətlə ‘salehliyi təbliğ’ edirdi (2 Peter 2:5). Bu sistemin axır günlərində Yehovanın xalqı Onun saleh prinsiplərini bəyan edir və sağ qalıb yeni dünyada yaşamağın mümkün olması barədə xoş xəbəri təbliğ edir (2 Peter 3:9-13). Nuh və onun Allah qorxusuna malik olan ailəsi gəmidə sığınacaq tapdıqları kimi, bu gün də hər insanın xilası onun iman gətirməsindən və Yehovanın təşkilatının yerüzü hissəsinə sadiq qalmasından asılıdır.

Xilas üçün iman tələb olunur

9, 10. Əgər biz Şeytanın dünyasının məhvindən sağ çıxmaq istəyiriksə, iman nəyə görə vacibdir?

9 İnsan nə etməlidir ki, Şeytanın hakimiyyəti altında olan bu dünyanın qaçılmaz məhvi zamanı sağ qalsın? (1 Yəhya 5:19). İlk növbədə o, müdafiəyə ehtiyacı olduğunu başa düşməlidir. Sonra bu müdafiədən istifadə etməlidir. Nuhun müasirlərinin başı gündəlik işlərə qarışmışdı və yaxınlaşan fəlakətdən müdafiə olunmaq zərurətini hiss etmirdilər. Onlarda bir şey də çatışmırdı — Allaha iman.

10 Müasirlərindən fərqli olaraq, Nuh və onun ailəsi belə bir müdafiəyə və xilasa ehtiyacları olduğunu başa düşürdü. Onlar həm də Kainatın Hökmdarı olan Yehova Allaha iman edirdilər. Həvari Pavel yazırdı: «İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir». Pavel davam edir: «Nuh iman vasitəsilə, hələ zahir olmayan şeylər haqqında Allah tərəfindən xəbərdar edilib, öz ailəsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı; o, bununla dünyanı məhkum etdi və imandan irəli gələn salehliyin varisi oldu» (İbranilərə 11:6, 7).

11. Qədim zamanlarda Yehovanın təqdim etdiyi müdafiə üsullarından biz nə öyrənirik?

11 Dünyanın üzərinə gələn fəlakətdən sağ çıxmaq üçün sadəcə onun məhv ediləcəyinə inanmaq kifayət etmir. Biz iman gətirməli və Allahın xilas üçün təqdim etdiyi vasitələrdən tam istifadə etməliyik. Əlbəttə, Allahın Oğlu İsa Məsihin fidiyə qurbanlığına iman gətirməyimiz vacibdir (Yəhya 3:16, 36). Lakin biz unutmamalıyıq ki, yalnız Nuhun gəmisinin içində olanlar daşqından sağ çıxdılar. Eynilə, sığınacaq şəhərlər qədim İsraildə bilmədən adam öldürənlər üçün müdafiə idi. Amma bunun üçün insan ilk növbədə o şəhərlərin birinə qaçmalı və baş kahinin ölümünədək orada qalmalı idi (Saylar 35:11-32). Musanın günlərində Allah misirlilərə onuncu cəzanı verəndə onların ilkinləri öldürüldü, israillilərinkinə isə heç bir zərər dəymədi. Niyə? Yehova Musaya tapşırmışdı: «[İsraillilər] qurbanın qanından [Pasxada kəsilən quzunun qanı] götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər... Səhərə qədər heç kəs evinin qapısından çıxmasın» (Çıxış 12:7, 22). Məgər israilli ilkinlərdən kim isə Allahın göstərişinə e’tinasız yanaşmağa və qapının hər iki yan taxtasına və üst dirəyinə qan sürtülən evdən çıxmağa ürək edərdimi?

12. Hər birimiz özümüzə hansı sualı verməliyik və nəyə görə?

12 Buna görə bizlərdən hər birimiz hansı vəziyyətdə olduğumuz haqda düşünməliyik. Biz həqiqətənmi ruhani müdafiə üçün Allahın təqdim etdiyi vasitədən tam istifadə edirik? Böyük məşəqqət başlayanda vaxtilə bu müdafiəni axtaranların ürəkləri minnətdarlıqla dolacaq və gözlərindən sevinc yaşları axacaq. Başqa insanların üzündə isə təəssüfdən doğan acı göz yaşları görünəcək.

Təşkilatın təkmilləşməsi bizi xilasa hazırlayır

13. a) Təşkilati dəyişikliklər hansı məqsədlə edilirdi? b) Bə’zi dəyişikliklər haqda danışın.

13 Yehova təşkilatının yerdə olan hissəsində tədricən dəyişikliklər edir. Onların sayəsində ruhani müdafiəmiz üçün olan vasitə daha gözəl, möhkəm və e’tibarlı olur. ­1870-ci illərdən başlayaraq 1932-ci ilədək ağsaqqallar və yığıncaq yardımçılarını yığıncaq üzvləri seçirdilər. 1932-ci ildə isə yığıncaqlarda ağsaqqallar yox, xidməti komitə seçilməyə başlandı. Bu komitə tə’yin edilmiş xidməti rəhbərə kömək edirdi. 1938-ci ildə isə yığıncağın bütün xidmətçilərinin teokratik yolla tə’yin edilməsi üçün müvafiq dəyişikliklər edildi. 1972-ci ildən e’tibarən Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının qərarı ilə qardaşlar xidməti köməkçi və ağsaqqal xidməti üçün tövsiyə edilir. Və əgər onların namizədliyi qəbul edilirsə, yığıncaqlar bu teokratik tə’yinatlar barədə məktub alır. Rəhbərlik Şurasının işi getdikcə artırdı və onun əməyini yüngülləşdirmək üçün dəyişikliklər edilirdi.

14. 1959-cu ildə hansı tə’lim proqramı yarandı?

14 1950-ci ildə Məzmur 45:16 ayəsinin diqqətlə araşdırılması sayəsində, bu günədək davam edən tə’lim proqramı yaradıldı. Həmin ayədə deyilir: «Atalarının yerinə sənin oğulların olacaq; bütün dünyada onları rəis edəcəksən» (KM). Yığıncaqda rəhbərliyi üzərlərinə götürən ağsaqqallar indiki və Har-Megidondan sonrakı teokratik məs’uliyyətləri yerinə yetirmək üçün tə’lim alırlar (Vəhy 16:14, 16). 1959-cu ildən Padşahlıq Xidməti Məktəbi keçirilməyə başlandı. Bir aylıq tə’lim kursu əsas e’tibarilə, o vaxtlar yığıncaq xidmətçiləri, indi isə sədrlik edən nəzarətçi adlanan qardaşlar üçün nəzərdə tutulurdu. Hazırda isə bütün xidməti köməkçilər və nəzarətçilər bu məktəbdə tə’lim alırlar. Bu qardaşlar, öz növbəsində, yığıncaqlarında Yehovanın ayrı-ayrı Şahidlərinə tə’lim verməkdə rəhbərliyi üzərlərinə götürürlər. Beləliklə hamı ruhani cəhətdən möhkəmlənmək və Padşahlıq haqqında xoş xəbəri daha yaxşı təbliğ etmək üçün kömək alır (Mark 13:10).

15. Məsihçi yığıncağının təmizliyi hansı iki üsulla qorunur?

15 Məsihçi yığıncağının üzvü olmaq istəyən hər adam müəyyən tələblərə cavab verməlidir. Nuhun günlərində rişxəndçilər üçün gəmidə yer tapılmadığı kimi, məntiqə uyğundur ki, müasir rişxəndçilərə də yığıncaqda yer yoxdur (2 Peter 3:3-7). Yehovanın Şahidləri, xüsusilə 1952-ci ildən, yığıncaqlarda təmizliyi qorumaq üçün, tövbə etməyən günahkarları yığıncaqdan kənar etmək tədbirinə daha çox diqqət yetirməyə başladılar. Əlbəttə, həqiqətən tövbə edənlərə ‘ayaqları üçün düz cığırlar salmaqda’ məhəbbətlə kömək edilir (İbranilərə 12:12, 13; Süleymanın məsəlləri 28:13; Qalatiyalılara 6:1).

16. Yehovanın xalqının ruhani vəziyyəti necədir?

16 Yehovanın xalqının ruhani firavanlıq içində yaşaması nə təəccüblü, nə də təsadüfidir. Yeşaya peyğəmbərin vasitəsilə Yehova demişdir: «Qullarım yeyəcək, siz isə ac qalacaqsınız, qullarım içəcək, siz isə susayacaqsınız, qullarım sevinəcək, siz isə utanacaqsınız. Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, siz isə ürək ağrısından qışqıracaqsınız, kədərli ruhla fəryad edəcəksiniz» (Yeşaya 65:13, 14). Yehova bizi vaxtlı-vaxtında sağlam ruhani qida ilə bol-bol tə’min etməyə davam edir (Matta 24:45).

Xilasa hazır ol

17. Xilasa hazırlaşmağa bizə nə kömək edəcək?

17 İndi ‘bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalmağın, bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməməyin, bir-birimizi daha çox ürəkləndirməyin’ əsl vaxtıdır (İbranilərə 10:23-25). Dünyada mövcud olan 98 000-dən çox yığıncağın biri ilə sıx və fəal əməkdaşlıq xilasa hazırlaşmağımıza kömək edəcəkdir. ‘Yeni mənliyin’ xüsusiyyətlərini təzahür etdirməyə çalışarkən və başqalarına Yehovanın xilas üçün təqdim etdiyi vasitə haqqında öyrətmək üçün əlimizdən gələni edərkən həmimanlılarımızın dəstəyinə arxayın ola bilərik (Efeslilərə 4:22-24; Koloslulara 3:9, 10; 1 Timoteyə 4:16).

18. Sən nəyə görə məsihçi yığıncağına bağlı qalmağı qəti qərara almısan?

18 Şeytan və onun pis dünyası bizi məsihçi yığıncağından uzaqlaşdırmağa can atır. Buna baxmayaraq, biz yığıncaqda qala və bu dünyanın məhvindən sağ çıxa bilərik. Qoy Yehovaya məhəbbətimiz və Onun köməyinə görə minnətdarlığımız Şeytanın cəhdlərini boşa çıxarmaq qətiyyətimizi möhkəmləndirsin! Malik olduğumuz xeyir-dualar üzərində düşünmək bizə kömək edə bilər. Bu xeyir-duaların bə’ziləri növbəti məqalədə müzakirə ediləcək.

Siz necə cavab verərdiniz?

• Bizim günlərimizlə Nuhun günləri arasında hansı oxşarlıqlar var?

• Xilas üçün hansı xüsusiyyət vacibdir?

• Yehovanın müdafiəmiz üçün təqdim etdiyi vasitə get-gedə necə təkmilləşir?

• Bizlərdən hər birimiz xilasa necə hazırlaşa bilərik?

[12-ci səhifədəki şəkil]

Nuhun müasirləri onun xəbərinə ciddi yanaşmadılar.

[13-ci səhifədəki şəkil]

Allahın xəbərdarlıqlarına ciddi yanaşmağa dəyər.

[14-ci səhifədəki şəkil]

Padşahlıq Xidməti Məktəbi hansı məqsədlə yaradılmışdır?

[15-ci səhifədəki şəkil]

İndi məsihçi yığıncağına bağlı qalmağın əsl vaxtıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş