Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/3 s. 3
  • Bizim gözəl planetimiz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizim gözəl planetimiz
  • Gözətçi qülləsi 2007
  • Oxşar material
  • Kainatdan nə öyrənirik?
    Oyanın! 2021
  • Canlı planet
    Həyat necə yaranıb?
  • Allah planetimizi qoruyacağına söz verib
    Oyanın! 2023
Gözətçi qülləsi 2007
w07 1/3 s. 3

Bizim gözəl planetimiz

ASTRONOMLAR müəyyən ediblər ki, bəşəriyyətin evi olan Yer kürəsi kainatın ucsuz-bucaqsız ənginliyinin bir zərrəsidir. İndiyədək fiziki kainatın heç bir yerində həyat aşkar olunmayıb. Ancaq bizim planetdə yaşayış üçün əlverişli şərait mövcuddur.

Üstəlik, bu gözəl planetdə yaşamaq bizə sevinc gətirir. Soyuq havada günəşin ilıq şüaları altında qızınmaq necə də xoş olur! Günəş qüruba enəndə və ya dan yeri söküləndə yaranan mənzərə kimi riqqətə gətirmir ki? Əlbəttə, günəş bizi valeh etməkdən savayı daha böyük əhəmiyyətə malikdir. Bizim mövcudluğumuz üçün o, çox vacibdir.

Milyonlarla illər günəşin cazibə qüvvəsinin tə’siri altında Yer kürəsi və başqa planetlər özlərinin orbitində sabit hərəkət edir. Məktəbdə keçildiyi kimi, günəş sistemi bizim Ağ Yol qalaktikasının mərkəzi ətrafında öz orbitində fırlanır. Amma günəş qalaktikanın mərkəzi ətrafında hərəkət edən 100 milyardlarla başqa ulduzlardan yalnız biridir.

Ağ Yol təxminən 35 qalaktikadan ibarət qalaktika topasına daxildir. Lakin minlərlə qalaktikalardan ibarət daha böyük topalar da var. Əgər günəş sistemi daha iri və sıx qalaktika topasında yerləşsəydi, çox ehtimal ki, bu sistemdə sabitlik olmazdı. Gilyermo Qonsales və Cey Uesli Riçards «Nadir planet» kitabında qeyd edirlər ki, kainatda «bizim həyatımız kimi mürəkkəb həyat üçün münasib şəraiti olan» çox az yer mövcuddur («The Privileged Planet»).

Demək olarmı ki, planetimizdə həyat kor bir təsadüfün, «böyük partlayışın» nəticəsində yaranıb? Yoxsa bu gözəl Yer kürəsində həyatın daha dərin mə’nası var?

Bir çox insanlar belə nəticəyə gəlmişlər ki, evimiz olan Yer kürəsi burada həyatın mümkün olması məqsədi ilə yaradılıba. Əsrlər öncə ibrani şairi göylərə və yerə diqqət yetirərək yazmışdı: «Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki?”» (Məzmur 8:3, 4). Şair inanırdı ki, Yaradan mütləq olmalıdır.

[Haşiyə]

a «Zəbur» kitabına, xüsusilə də 8-ci məzmura baxın.

[3-cü səhifədəki çərçivə/şəkil]

«Uzaqdan Yer kürəsi fəzanın qaranlığında mavi inci kimi parlayır» («The Illustrated Science Encyclopedia—Amazing Planet Earth»).

[İcazə ilə]

Yer kürəsi: U.S. Fish & Wildlife Service, Washington, D.C./NASA

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş