Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/9 s. 4—7
  • Möhtəşəm niyyətin müəllifi ilə tanış olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Möhtəşəm niyyətin müəllifi ilə tanış olun
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Bu, elmin sonudurmu?
  • «Asan çıxış yolu»?
  • Niyyət və sağlam düşüncə
  • Niyyətin Müəllifi ilə tanış olun
  • Müəllifsiz niyyət?
    Gözətçi qülləsi 2007
  • Bunu bizə kim deyə bilər?
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Təkamül, yoxsa yaradılış? III hissə. Yaradılışa niyə inanıram?
    Gənclərin sualları
Gözətçi qülləsi 2007
w07 1/9 s. 4—7

Möhtəşəm niyyətin müəllifi ilə tanış olun

YƏQİN siz italyan rəssamı və heykəltəraşı Mikelancelo haqqında eşitmisiniz. Ola bilsin, onun şah əsərlərindən heç birinin əslini görməmisiniz, ancaq bu italyan dahisini «böyük və əvəzolunmaz sənətkar» adlandıran incəsənət mütəxəssisi ilə, çox güman ki, razılaşacaqsınız. Onun iste’dadı inkaredilməzdir. Məgər Mikelancelonun sənətinə valeh olub, eyni zamanda onun görkəmli sənətkar olduğunu danmaq mümkündürmü?

İndi isə yer üzündəki həyatın nə qədər mürəkkəb və rəngarəng olduğu üzərində düşünün. Buna müvafiq olaraq «Nyu-York Tayms» qəzetində bir biologiya elmləri professorunun sözləri sitat gətirilmişdi: «Niyyətin mövcudluğunu biologiya açıq-aydın sübut edir... Ətraf aləmdə niyyətin olmasına dair saysız-hesabsız dəlillər mövcuddur». Bəs niyyətə valeh olub, onun müəllifini inkar etmək ağlabatandırmı?

Ətraf mühiti diqqətlə müşahidə edən həvari Pavel ‘Xaliq əvəzinə məxluqa pərəstiş və ibadət edənlər’ haqqında yazırdı (Romalılara 1:25). Geniş yayılmış təkamül nəzəriyyəsinin tə’siri altında bə’ziləri qəbul etmək istəmirlər ki, niyyətin özü onun müəllifinin olmasına dəlalət edir. Bəs təkamül nəzəriyyəsi həqiqi elmə nə dərəcədə yaxındır? «Nyu-York Tayms» qəzetində sözləri sitat gətirilən Vyana şəhərinin katolik arxiyepiskopu Kristof Şönbornun hansı qənaətə gəldiyinə diqqət yetirin: «Həyatın yaradıcısının mövcudluğunun sonsuz sayda sübutlarını inkar edən və ya ondan yan keçməyə çalışan istənilən nəzəriyyə elm deyil, ideologiyadır».

Bu, elmin sonudurmu?

Ancaq bə’ziləri hesab edirlər ki, Yaradanın mövcudluğunu qəbul etmək «elmi tədqiqatların qarşısını alacaq». Belə bir narahatçılıq «Nyu Sayəntist» jurnalında da ifadə olunur. Orada iddia olunur ki, «“hər şey yaradanın iradəsilə mövcuddur” fikri sonsuz axtarışlar üçün geniş imkanları olan elmin qarşısına sədd çəkərək ona son qoyacaq». Bu narahatçılığa əsas varmı? Xeyr. Elmin qarşısına sədd çəkən əslində təkamül nəzəriyyəsidir. Nə üçün?

Kainatın və yer üzündə həyatın kor təsadüf və təkamül nəticəsində yarandığını qəbul etmək məntiqi izahat axtarıb tapmaq cəhdini dayandırmaq deməkdir. Digər tərəfdən isə ətrafda gördüklərimizin şüurlu Yaradanın sayəsində mövcud olduğunu qəbul etmək bizi təşviq edəcək ki, təbiəti və Yaradanın kainatın yaranmasında təzahür olunan müdrikliyini araşdıraq. Belə bir nümunənin üzərində düşünək: «Mona Liza»nın Leonardo da Vinçi tərəfindən çəkildiyini bilmək incəsənət mütəxəssislərini rəssamın iş üsullarını və istifadə etdiyi boyaları araşdırmaqdan saxlamır. Eynilə, Yaradanın varlığını qəbul etmək Onun mürəkkəbliyi və rəngarəngliyi ilə seçilən yaratdıqlarını araşdırmaqdan bizi çəkindirməməlidir.

Müqəddəs Kitab bizi araşdırmalar aparmağı dayandırmağa deyil, həm elmlə, həm də Allahla bağlı suallara cavab tapmağa təşviq edir. Qədimdə yaşayan Davud padşah bədənin mükəmməl surətdə yaradıldığı barədə düşünərək belə nəticəyə gəlmişdi: «Sən məni e’cazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm» (Məzmur 139:14). Həmçinin, Müqəddəs Kitabda deyilir ki, Allah saleh insan Əyyubdan soruşmuşdu: «Dünyanın həcmini dərk edə bilirsənmi?» (Əyyub 38:18). Bu sual o mə’nanı kəsb etmir ki, araşdırmaları və tədqiqatları dayandırmaq lazımdır. Əksinə, Yaradan burada Özünün əl işlərini öyrənməyə də’vət edir. Yeşaya peyğəmbər də bizi hər şeyi Yaradan haqqında biliyimizi artırmağa çağırır: «Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı?» Yeşaya 40:26 ayəsinin sonrakı sözləri Eynşteynin çoxlarına yaxşı tanış olan E=mc2 düsturuna uyğun gəlir. Mahiyyət e’tibarilə, kainat böyük enerji və qüvvə nəticəsində yaranıb.

Düzdür, yaradılışla bağlı suallara cavab tapmaq həmişə asan olmur. Bu, qismən biliyimizin məhdud olmasından və yaşadığımız dünyanı tam dərk edə bilməməyimizdən irəli gəlir. Əyyub bunu başa düşürdü. O, planetimizi heçlikdən asan və su ilə dolu buludları yerin üstündə saxlayan Yaradana həmd edirdi (Əyyub 26:7-9). Ancaq Əyyub anlayırdı ki, bu mö’cüzələr Yaradanın «etdiklərinin bir zərrəsidir» (Əyyub 26:14). Şübhəsiz ki, Əyyub onu əhatə edən dünya haqqında daha çox öyrənmək istəyirdi. Davud: «Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, bunu dərk edə bilmərəm», — deyərək imkanlarının məhdudluğunu e’tiraf edirdi (Məzmur 139:6).

Yaradanın mövcudluğunu qəbul etmək elmi tərəqqiyə mane olmur. Elmi və ruhani məsələlərə dair daha dolğun bilik axtarışı, doğrudan da, heç vaxt bitməyən sonsuz prosesdir. Qədimdə biliyi ilə şöhrət qazanmış bir padşah təvazökarlıqla yazmışdır: «Əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11).

«Asan çıxış yolu»?

Bə’ziləri e’tiraz edirlər ki, elmi nöqteyi-nəzərdən nəyi isə izah edə bilməyəndə dərhal sübutsuz-dəlilsiz olaraq «Allah» məfhumunu ortaya çıxarırlar. Başqa sözlə desək, bu iddia o deməkdir ki, niyyətin Müəllifi elmi izahatda yaranan boşluqları doldurmaq üçün «asan çıxış yolu» olur, beləliklə nəyin isə məntiqi və elmi izahatı tapılmayanda, «Allah» anlayışından sehrli söz kimi istifadə edilir. Bəs burada hansı boşluqlardan danışılır? Bəlkə bunlar biliyimizdə olan sadəcə kiçik, əhəmiyyətsiz çatışmamazlıqlardır? Xeyr, bu boşluqlar Darvin nəzəriyyəsində mövcud olan əməlli-başlı yarğanlardır. Biologiya baxımından təkamül nəzəriyyəsi bu dəlikləri doldura bilmir. Açığını desək, Darvin nəzəriyyəsi əsassız iddialara istinad edən təkamül tərəfdarları üçün «asan çıxış yolu» olmuşdur.

Müqəddəs Kitabda haqqında danışılan Yaradan heç də «asan çıxış yolu» deyil. Əksinə, Onun əlini yaradılışın bütün mərhələlərində, cəhətlərində və xırdalıqlarında görmək olar. Məzmurçu Yehovanın hər şeyi yaratdığını belə vurğulayır: «Həyat mənbəyi Səndədir, biz Sənin nurunla görə bilirik» (Məzmur 36:9). Münasib olaraq o, ‘göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan’ kimi təsvir olunur (Həvarilərin işləri 4:24; 14:15; 17:24). Birinci əsrdə yaşayan müəllim əbəs yerə Onu ‘hər şeyi yaradan’ adlandırmayıb (Efeslilərə 3:9).

Bundan başqa Allah alimlərin hələ də öyrənib qurtara bilmədiyi «Göylərin qanunlarını», materiya və enerjini idarə edən fiziki qanunları yaradıb (Əyyub 38:33). Onun niyyəti dolğun və məqsədyönlü niyyətdir. Bu niyyətə uyğun olaraq yer cürbəcür canlı varlıqlarla məskundur.

Niyyət və sağlam düşüncə

Eyni zamanda sağlam düşüncəni də unutmaq olmaz. Müxtəlif elmi nəzəriyyələrin nə dərəcədə əsaslı olduğuna ümumi şərh verərkən alim Con Horgen qeyd etmişdir: «Sübut kifayət qədər tutarlı olmayanda sağlam düşüncəyə üz tutmağa çəkinməməliyik».

Həyatın sadəcə təsadüfün və ya kor-təbii qüvvələrin fəaliyyətinin məhsulu olduğunu iddia etmək məntiqəuyğundurmu? Təkamül nəzəriyyəsinin geniş yayılmasına baxmayaraq, alimlər də daxil olmaqla, bir çox düşünən insanlar şüurlu Yaradanın olmasına əmindirlər. Bir biokimyaçının sözlərinə görə, «ümumilikdə hamı hər şeyin kiminsə tərəfindən yaradıldığına şüurlu surətdə inanır». Çünki çoxları həvari Pavelin dediyi ilə razıdırlar: «Hər bir evin bənnası vardır» (İbranilərə 3:4). Sonra Pavel belə bir məntiqi nəticəyə gəlir: «Hər şeyin bənnası isə Allahdır». Evin me’marının və bənnasının olduğunu e’tiraf edib, mürəkkəb quruluşlu hüceyrənin isə təsadüfən peyda olduğunu iddia etmək Müqəddəs Kitab nöqteyi-nəzərindən məntiqəuyğun deyil.

Müqəddəs Kitab Yaradanın mövcudluğunu inkar edənlər haqqında belə deyir: «Axmaqlar ürəyində “Allah yoxdur!” deyə düşünür» (Məzmur 14:1). Burada məzmurçu Allahı hələ də qəbul etməyənləri məzəmmət edir. Belə insanlar faktlara deyil, öz şəxsi fikirlərinə istinad edirlər. Müdrik, dərrakəli insanlar isə təvazökarlıqla Yaradanın mövcudluğunu e’tiraf edirlər (Yeşaya 45:18).

Bir çox düşünən insanlar üçün Yaradanın varlığını sübut edən dəlillər inkaredilməzdir.

Niyyətin Müəllifi ilə tanış olun

Əgər biz kiminsə niyyətilə yaradılmışıqsa, onda yaradılmağımızın məqsədi nədir? Həyatımızın mə’nası nədədir? Elm belə suallara qənaətbəşx cavab vermək iqtidarında deyil. Ancaq bu əsas suallar inandırıcı və qənaətbəxş cavablar tələb edir. Bu baxımdan Müqəddəs Kitab bizə böyük kömək göstərə bilər. O, Yehovanı təkcə Yaradan kimi deyil, həm də böyük niyyətlər Allahı kimi tanıdır, bizi yaratmaqda əsaslı səbəblərinin olduğunu göstərir. Müqəddəs Yazılar Allahın bəşəriyyətə dair niyyətini açıqlayır, bizə işıqlı gələcək və ümid təklif edir.

Bəs Yehova kimdir? O necə Allahdır? Yehovanın Şahidləri real şəxsiyyət olan Dahi Yaradanımızla tanış olmağa sizə kömək etməyə şad olacaqlar. Siz Onun adının mə’nası, keyfiyyətləri və insanlarla rəftarı haqqında öyrənə bilərsiniz. Allahın Kəlamı olan Müqəddəs Kitabın səhifələrindən sizə aydın olacaq ki, Onun yaratdıqlarının gözəlliyinə təkcə valeh olmaq yetmir, Onu həm də Yaradan kimi izzətləndirmək lazımdır (Məzmur 86:12; Vəhy 4:11).

[4-cü səhifədəki şəkil]

Mikelancelo

[5-ci səhifədəki şəkil]

Yaradanın varlığına inam elmə zidd getmir.

[6-cı səhifədəki şəkil]

Növlərin müxtəlifliyi və uyğunluşması şüurlu niyyətin sübutudur.

[7-ci səhifədəki şəkil]

Niyyətin mütləq müəllifi olmalıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş