Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/12 s. 27—31
  • Böyük Müəllimi təqlid et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Böyük Müəllimi təqlid et
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İsa adamları öz fikirlərini söyləməyə təşviq edirdi
  • İsa hörmətlə dinləyirdi
  • İsa söhbətə necə başlamağı bilirdi
  • İsa ləyaqətli olanları öyrədirdi
  • İsa suallardan məharətlə istifadə edirdi
  • İsa uşaqları dinləyirdi
  • Böyük Müəllimin nümunəsini həmişə izləyin
  • İsa nəyə görə böyük müəllim olub?
    Böyük Müəllimdən öyrən
  • Yehovanın səsinə qulaq asın
    Gözətçi qülləsi 2019
  • Şagird hazırlamaqda sənə kömək edəcək xüsusiyyətlər yetişdir
    Gözətçi qülləsi 2007
  • Nəyə görə ‘Məsihi’ izləməliyik?
    Gözətçi qülləsi 2009
Gözətçi qülləsi 2007
w07 1/12 s. 27—31

Böyük Müəllimi təqlid et

«Necə dinlədiyinizə diqqət verin» (LUKA 8:18).

1, 2. İsanın xidməti ərzində insanlarla necə davrandığına nə üçün diqqət yetirməliyik?

ŞAGİRD hazırlamaq işi ilə məşğul olan Böyük Müəllimimiz İsa Məsih davamçılarına dedi: «Necə dinlədiyinizə diqqət verin» (Luka 8:16-18). Bu prinsip bizim məsihçi xidmətimizə də aiddir. Əgər ruhani tə’limə diqqət yetirsək, ona uyğun davranacaq və Padşahlığın bacarıqlı təbliğçisi olacağıq. Düzdür, bu gün İsanın səsini eşitmək mümkün deyil, ancaq onun tə’limləri və fəaliyyəti barədə Müqəddəs Yazılardan oxuya bilərik. İsa xidməti ərzində adamlarla necə davranırdı və bu haqda Müqəddəs Kitabda nə deyilir?

2 İsa xoş xəbərin mükəmməl təbliğçisi idi və Allahın Kəlamındakı həqiqəti öyrətməkdə ən gözəl nümunə qoymuşdu (Luka 8:1; Yəhya 8:28). Şagird hazırlamaq işi özünə həm təbliğ etməyi, həm də öyrətməyi daxil edir. Bununla belə, bə’zi tə’rifəlayiq təbliğçilərə insanları öyrətmək asan başa gəlmir. Təbliğ işinə xoş xəbəri bəyan etmək daxil olduğu halda, insanlara Yehova və Onun niyyətləri haqqında öyrətmək adətən şagird hazırlayanın onunla sıx münasibət qurmasını tələb edir (Matta 28:19, 20). Buna İsa Məsihi — şagird hazırlamaqda Böyük Müəllimi təqlid etməklə nail ola bilərik (Yəhya 13:13).

3. İsanı təqlid etməyimiz şagird hazırlamaq işimizə necə tə’sir edəcək?

3 Əgər biz İsanın tə’lim metodlarından istifadə etsək, həvari Pavelin nəsihətinə riayət etmiş olarıq: «Hər fürsətdən istifadə edərək, xaricdəkilərlə hikmətli davranın. Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Koloslulara 4:5, 6). İsanın şagird hazırlamaq işində qoyduğu nümunəni təqlid etmək üçün sə’y göstərməliyik, belə etməklə bacarıqlı müəllim olacağıq və «hər adama» onun tələbatlarına uyğun ‘cavab verə’ biləcəyik.

İsa adamları öz fikirlərini söyləməyə təşviq edirdi

4. İsanın diqqətlə qulaq asmağı bacardığını haradan bilirik?

4 Hələ uşaq ikən İsanın başqalarını dinləmək və onları öz fikirlərini söyləməyə təşviq etmək vərdişi vardı. Məsələn, 12 yaşı olanda valideynləri Yusiflə Məryəm onu mə’bəddə müəllimlərin arasında tapmışdı. O, «onları dinləyir, suallar verirdi» (Luka 2:46). İsa mə’bədə oradakı müəllimləri öz biliyi ilə pərt etməyə yox, onları dinləməyə və suallar verməyə getmişdi. Göründüyü kimi, İsanın Allah və insanlar qarşısında lütfdə tərəqqi etməsinə kömək edən xüsusiyyətlərdən biri diqqətlə qulaq asmaq bacarığı idi (Luka 2:52).

5, 6. Haradan bilirik ki, İsa öyrətdiyi insanlara diqqətlə qulaq asırdı?

5 İsa vəftiz edilib Məsih kimi məsh olunandan sonra da, adamları dinləyərək maraq göstərməyə davam edirdi. İsanın tə’lim vermək işinə başı o qədər qarışmırdı ki, ona qulaq asmağa gələnlərə heç fikir verməsin. O, tez-tez söhbətinə ara verir, onların fikrini soruşur və cavablarına qulaq asırdı (Matta 16:13-15). Misal üçün, Martanın qardaşı Lazar öləndə İsa ona dedi: «Kim yaşayıb Mənə iman edərsə, əsla ölməz». Sonra ondan soruşdu: «Buna iman edirsənmi?» Şübhə yoxdur ki, İsa Martanın cavabını dinlədi: «Bəli, ya Rəbb, iman etdim ki, dünyaya gələn Allahın Oğlu Məsih Sənsən» (Yəhya 11:26, 27). Martanın öz imanını belə təzahür etdirməsi İsanı necə də sevindirdi!

6 Bir çox şagirdləri İsanı tərk edəndə, o, həvarilərinin fikrini öyrənmək məqsədi ilə soruşdu: «Yoxsa siz də getmək istəyirsiniz?» Şimon Peter cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən» (Yəhya 6:66-69). Bu sözləri eşitmək İsaya necə də xoş idi! Müqəddəs Kitabı öyrənən adamın öz imanını bu cür ifadə etməsi, əlbəttə ki, bizi çox sevindirəcək.

İsa hörmətlə dinləyirdi

7. Bir çox samariyalı nəyin sayəsində İsaya iman etdi?

7 İsa Məsihin məharətli müəllim olmasının digər səbəbi, insanların qeydinə qalması və onları hörmətlə dinləməsi idi. Məsələn, İsa bir dəfə Suxarda Yaqubun su quyusunun yanında samariyalı qadına təbliğ etmişdi. Söhbət zamanı danışan yalnız İsa deyildi, o, qadının dediklərinə də qulaq asırdı. Söhbəti əsnasında İsa onun ibadətlə maraqlandığına fikir verdi və ona dedi ki, Allah Ona ruhən və həqiqətən ibadət edənləri axtarır. İsa bu qadına hörmət və maraq göstərdi, qadın da gedib başqalarına İsa haqda danışdı və «qadının sözünə görə o şəhərdə samariyalıların bir çoxu İsaya iman etdilər» (Yəhya 4:5-29, 39-42).

8. İnsanların adətən öz fikirlərini söyləməyi xoşladıqlarını bilməyimiz xidmətdə söhbətə başlamağımıza necə kömək edə bilər?

8 İnsanlar adətən öz fikirlərini söyləməyi xoşlayırlar. Misal üçün, qədim Afinanın sakinləri öz fikirlərini söyləməyi və yeni bir şeyə qulaq asmağı sevirdilər. Bu, həvari Pavelə Areopaqda tə’sirli bir nitqlə çıxış etmək imkanı verdi (Həvarilərin işləri 17:18-34). Xidmət zamanı bir insanla söhbətə başlayanda belə deyə bilərsən: «Sizə ona görə gəlmişəm ki, bu məsələyə dair [mövzunun adını de] fikrinizi öyrənmək istəyirəm». Həmsöhbətinin fikirlərini dinləyib söhbətə davam et, yaxud sual ver. Sonra Müqəddəs Kitabın bu haqda nə dediyini nəzakətlə göstər.

İsa söhbətə necə başlamağı bilirdi

9. İsa Kleopaya və onun yol yoldaşına ‘Müqəddəs Yazıları izah etməzdən’ öncə nə etdi?

9 İsa söhbətə başlamaq üçün söz tapmaqda heç vaxt çətinlik çəkmirdi. O, yaxşı dinləyici olmaqdan savayı, çox vaxt insanların nə haqda düşündüklərindən agah idi və nə deyəcəyini dəqiq bilirdi (Matta 9:4; 12:22-30; Luka 9:46, 47). Gəlin bir nümunəni nəzərdən keçirək. İsa dirildikdən bir qədər sonra onun iki şagirdi Yerusəlimdən Ammausa gedirdi. Müqəddəs Kitabda deyilir ki, «onlar söhbət edib öz aralarında götür-qoy edərkən, İsa Özü yaxınlaşıb onlarla bərabər getdi; amma onların gözləri tutulmuşdu, belə ki, onlar Onu tanımadılar. İsa isə onlara dedi: “Yol gedə-gedə öz aranızda nə haqda danışırsınız və niyə belə qəmlisiniz?” Onlardan adı Kleopa olan birisi İsaya cavab verib dedi: “Sən Yerusəlimi ziyarət edənlərdən birisi ola-ola necə olur ki, bu günlərdə orada baş verən şeylərdən bixəbərsən?” Və İsa onlara dedi: “Hansı şeylərdən?”» Onlar Nazaretli İsanın insanları necə öyrətdiyi, mö’cüzələr göstərdiyi, e’dam edilməsi və bə’zilərinin dediyinə görə, dirilməsi haqda danışanda Böyük Müəllim onlara qulaq asırdı. İsa Kleopaya və onun yol yoldaşına öz fikirlərini söyləməyə imkan verdi. Sonra isə, bilməli olduqları şeyləri onlara Müqəddəs Yazılar əsasında izah etdi (Luka 24:13-27, 32).

10. Xidmətdə qarşılaşdığın adamın nəyə inandığını necə öyrənə bilərsən?

10 Ola bilsin, sən ev sahibinin dini baxışları barədə heç nə bilmirsən. Bunu öyrənmək üçün deyə bilərsən ki, insanların dua haqqında nə düşündüklərini öyrənmək sənin üçün xoşdur. Sonra soruşa bilərsən: «Necə fikirləşirsiniz, bizim dualarımıza kimsə qulaq asırmı?» Həmsöhbətinin cavabından onun fikri və e’tiqadı barədə çox şey öyrənə bilərsən. Əgər həmin adam Allah haqqında söhbət etməyi xoşlayırsa, onun e’tiqadı barədə daha artıq mə’lumat almaq üçün soruşa bilərsən: «Sizcə, Allah bütün duaları dinləyirmi, yoxsa elə dualar var ki, onları qəbul etmir?» Belə suallar səmimi ünsiyyətə yol aça bilər. Münasib vaxtda Müqəddəs Yazılardan lazımi fikirləri bölüşmək olar, amma bunu nəzakətlə, həmsöhbətinin e’tiqadını tənqid etmədən etmək lazımdır. Əgər o, səni məmnuniyyətlə dinləyirsə, ola bilsin, ona yenidən baş çəkməyini istəsin. Bəs onun verdiyi sualın cavabını bilmirsənsə, onda necə? Sən bu sualı araşdıra və ‘malik olduğun ümid barəsində mülayimliklə və ehtiramla cavab vermək üçün’ hazırlaşıb gələ bilərsən (1 Peter 3:15).

İsa ləyaqətli olanları öyrədirdi

11. Öyrədilməyə ləyaqətli olanları tapmaqda bizə nə kömək edəcək?

11 Kamil insan olan İsa Məsih, öyrədilməyə ləyaqətli olan kəsləri tanımaq bəsirətinə malik idi. Əbədi həyata düzgün münasibətlə yanaşanları tapmaq bizim üçün kifayət qədər çətin məsələdir (Həvarilərin işləri 13:48). İsa həvarilərə: «Hansı şəhərə, ya kəndə girsəniz orada ləyaqətli kimdirsə axtarın», — deyə tapşırıq verəndə, həmin problem onların da qarşısında dururdu (Matta 10:11). İsanın həvariləri kimi, biz də Müqəddəs Kitab həqiqətlərini dinləmək və onları öyrənmək istəyən insanları axtarmalıyıq. Biz hər bir insana diqqətlə qulaq asdığımız və gətirdiyimiz xəbərə onların necə münasibət göstərdiklərinə fikir verdiyimiz təqdirdə, ləyaqətli olanları tapa bilərik.

12. Maraq göstərən adama kömək etməyə necə davam edə bilərsən?

12 Padşahlıq haqqındakı xoş xəbərə maraq göstərən insanı tərk etdikdən sonra yaxşı olardı ki, onun ruhani tələbatları haqda düşünməyə davam edəsən. Əgər sən xoş xəbəri təbliğ etdiyin insan barədə öyrəndiklərini qeyd etsən, ona ruhani kömək göstərə biləcəksən. Maraqlanan insana təkrar baş çəkəndə onun e’tiqadı, əhval-ruhiyyəsi və ya şəraiti haqda daha çox öyrənmək üçün onu diqqətlə dinlə.

13. İnsanların Allahın Kəlamına münasibətini necə öyrənə bilərik?

13 İnsanların Allahın Kəlamına münasibətini necə öyrənə bilərsən? Bə’zi hallarda soruşmaq olar: «Sizcə, Müqəddəs Kitabı başa düşmək çətindirmi?» İnsanın cavabından onun ruhani məsələlər barədə fikrini öyrənmək olar. Digər üsul, Müqəddəs Kitabdan bir ayə oxumaq, sonra isə belə bir sual verməkdir: «Bu haqda nə deyərdiniz?» İsa kimi, sən də düşünülmüş suallar verməklə xidmətdə daha müvəffəqiyyətli ola bilərsən. Ancaq bir şeyi unutma.

İsa suallardan məharətlə istifadə edirdi

14. İnsanı sorğu-suala tutmadan onun fikri ilə necə maraqlanmaq olar?

14 İnsanın fikri ilə maraqlanarkən, onu pərt edən suallar vermə. İsadan nümunə götür. O, insanları yersiz sorğu-suala tutmurdu, əksinə, insanları düşünməyə təşviq edən suallar verirdi. İsa həm də səmimi insanlara təravət və rahatlıq gətirən diqqətli dinləyici idi (Matta 11:28). Müxtəlif insanlar ona asanlıqla yaxınlaşıb dərdlərini söyləyə bilirdilər (Mark 1:40; 5:35, 36; 10:13, 17, 46, 47). Əgər insan Müqəddəs Kitab və onun tə’limləri haqda fikirlərini səmimi bölüşürsə, onu sorğu-suala tutmamalıyıq.

15, 16. İnsan dini məsələlərə dair öz fikirlərini bölüşsün deyə, onu söhbətə necə cəlb etmək olar?

15 Suallardan məharətlə istifadə etməklə yanaşı, maraqlı bir şey söyləməklə və insanın cavabını dinləməklə onu ünsiyyətə təşviq etmək olar. Məsələn, İsa Nakdimona demişdi: «Bir kimsə yenidən doğulmasa, Allahın Səltənətini görə bilməz» (Yəhya 3:3). Bu sözlər Nakdimonda elə maraq oyatdı ki, o, yerindəcə sual verib cavabını dinlədi (Yəhya 3:4-20). Sən də belə üsulla insanları söhbətə cəlb edə bilərsən.

16 Bu gün Afrika, Şərqi Avropa və Latın Amerikası kimi yerlərdə bir çox yeni dinlərin əmələ gəlməsi söhbətin əsas mövzusuna çevrilib. Buna oxşar ərazilərdə söhbətə belə başlamaq olar: «Bu qədər dinlərin mövcud olması məni narahat edir. Amma mən ümid bəsləyirəm ki, tezliklə bütün millətlərdən olan insanlar həqiqi dində birləşəcəklər. Belə olmasını istəyərdinizmi?» Müqəddəs Kitabın verdiyi ümid barədə maraqlı bir şey deməklə insanı öz fikrini söyləməyə təşviq edə bilərsən. İnsanlara sadə suallara cavab vermək asandır (Matta 17:25). Həmsöhbətin öz fikrini söylədikdən sonra, bir-iki ayə oxumaqla verdiyin suala özün də cavab ver (Yeşaya 11:9; Sefanya 3:9). Diqqətlə qulaq assan və insanın cavabını öz qeyd kitabçanda yazsan, gələn dəfə nə haqda danışacağınızı müəyyən edə bilərsən.

İsa uşaqları dinləyirdi

17. İsanın uşaqlara maraq göstərdiyini haradan bilirik?

17 İsa yalnız böyüklərə yox, həmçinin uşaqlara da maraq göstərirdi. O, uşaqların oynadığı oyunlardan və nə haqda danışdıqlarından xəbərdar idi. Bə’zən o, uşaqları öz yanına çağırırdı (Luka 7:31, 32; 18:15-17). İsanı dinləyən xalqın arasında uşaqlar da vardı. Oğlan uşaqları Məsihə ucadan həmd edəndə, o bunun Müqəddəs Yazılarda qabaqcadan deyildiyini söylədi (Matta 14:21; 15:38; 21:15, 16). Bu gün bir çox uşaqlar İsanın şagirdləri olurlar. Onlara necə kömək edə bilərik?

18, 19. Uşağınıza ruhani cəhətdən necə kömək edə bilərsiniz?

18 Övladınıza ruhani cəhətdən kömək etmək üçün onu dinləmək lazımdır. Onun hansı fikirlərinin Yehovanın düşüncə tərzinə zidd getdiyini başa düşməyə çalışın. Uşağınız hər nə desə də, onun sözlərinə mülayim yanaşın. Sonra müvafiq gələn Müqəddəs Kitab ayələrinin əsasında uşağa Yehovanın nöqteyi-nəzərini başa düşməyə kömək edin.

19 Suallar vermək vacibdir. Amma böyüklər kimi, uşaqlar da sorğu-sualı xoşlamırlar. Uşağı çətin suallara cavab verməyə məcbur etməkdənsə, nəyə görə bir az özünüz barədə danışmayasınız? Müzakirə etdiyiniz mövzudan asılı olaraq, deyə bilərsiniz ki, vaxtilə siz də belə düşünmüsünüz və bunun səbəbini izah etmək olar. Sonra soruşun: «İndi məni başa düşürsən?» Uşağınızın cavabını dinləyib Müqəddəs Kitabdan ruhlandırıcı fikirləri müzakirə edə bilərsiniz.

Böyük Müəllimin nümunəsini həmişə izləyin

20, 21. Şagird hazırlayarkən nəyə görə diqqətlə dinləməliyik?

20 Müəyyən bir mövzunu öz övladınla və ya başqası ilə müzakirə edərkən diqqətlə qulaq asmaq çox vacibdir. Bu, məhəbbətin təzahürüdür. Həmsöhbətimizi dinləməklə onunla təvazökar davrandığımızı, ona hörmət etdiyimizi və səmimiyyətlə qayğısına qaldığımızı göstəririk. Sözsüz ki, dinləmək insanın fikirlərinə diqqət yetirməyi tələb edir.

21 Gəlin təbliğ zamanı insanlara diqqətlə qulaq asaq. Belə etsək, Müqəddəs Kitab həqiqətinin hansı cəhətinin həmsöhbətimizdə daha böyük maraq oyatdığını görə bilərik. Sonra İsanın müxtəlif tə’lim metodlarından istifadə edərək onlara kömək etməyə çalışaq. Böyük Müəllimin nümunəsini izləməyimiz bizə sevinc və məmnunluq gətirəcək.

Necə cavab verərdiniz?

• İsa başqalarını öz fikirlərini söyləməyə necə təşviq edirdi?

• İsa öyrətdiyi insanları nə üçün dinləyirdi?

• Xidmətdə suallardan necə istifadə edə bilərik?

• Uşağınıza ruhani cəhətdən necə kömək edə bilərsiniz?

[28-ci səhifədəki şəkil]

Təbliğ edərkən diqqətlə qulaq asın.

[30-cu səhifədəki şəkil]

Uşaqlara ruhani cəhətdən kömək edəndə İsanın nümunəsini izləyirik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş