Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/2 s. 21—25
  • Məsihin iştirakı sizin üçün nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihin iştirakı sizin üçün nə deməkdir?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Uzun vaxt kəsiyi
  • Əlaməti sezmək
  • Əlaməti görən nəsil
  • «Oyaq durun!»
  • «Qoy Padşahlığın gəlsin»
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Allahın Padşahlığı nə zaman gələcək?
    Gözətçi qülləsi 2008
  • Həvarilər əlamət istəyir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Gözətçi qülləsi 2008
w08 15/2 s. 21—25

Məsihin iştirakı sizin üçün nə deməkdir?

«Sənin iştirakına və dövrün axırına əlamət nə olacaq?» MAT. 24:3, YD

1. Həvariləri İsaya hansı maraqlı sualı verdilər?

TƏXMİNƏN iki min il bundan əvvəl, İsanın dörd həvarisi onunla təklikdə Zeytun dağında söhbət edərkən soruşdu: «Bu dediklərin nə zaman olacaq? Sənin iştirakına və dövrün axırına əlamət nə olacaq?» (Mat. 24:3, YD). Bu sualda həvarilər iki çox maraqlı ifadə işlətdilər: «sənin iştirakın» və «dövrün axırı». Bu ifadələr nəyə aiddir?

2. «Axır» dedikdə nə nəzərdə tutulur?

2 Gəlin əvvəlcə ikinci ifadəyə diqqət yetirək. «Axır» sözü yunanca «sinteleya» sözünün tərcüməsidir. «Yeni Dünya Tərcüməsi»ndə bu söz ardıcıl olaraq «axır», ona oxşar yunan sözü «telos» isə «son» kimi tərcümə olunub. Bu iki sözün arasındakı məna fərqini başa düşmək üçün Padşahlıq Zalında söylənilən açıq məruzəni təsəvvür edək. Məruzənin axırı onun yekun hissəsidir. Bu hissədə natiq müzakirə olunan məlumatı qısa vaxt ərzində təkrarlayır və onun necə tətbiq ediləcəyini göstərir. Natiq səhnədən düşəndə məruzə artıq sona çatır. Buna bənzər tərzdə, Müqəddəs Kitaba əsasən, «dövrün axırı» dedikdə, sona aparan və «sonu» da özünə daxil edən müəyyən dövr nəzərdə tutulur.

3. İsanın iştirakı zamanı baş verən hadisələrdən bəziləri hansıdır?

3 Bəs həvarilərin soruşduğu «iştirak» sözünün mənası nədir? Bu, yunanca «parusiya»a sözünün tərcüməsidir. Məsihin parusiyası, yəni iştirakı onun 1914-cü ildə göydə padşahlıq taxtına oturması ilə başlayıb, pisləri məhv etmək üçün gələcəyi ‘böyük məşəqqətin’ sonunadək davam edəcək (Mat. 24:21). İsanın iştirakı zamanı bu pis sistemin ‘axır günləri’ davam edir və seçilmişlərin toplanması, onların səmavi həyat üçün dirilməsi də daxil olmaqla, bir çox şeylər baş verir (2 Tim. 3:1; 1 Kor. 15:23; 1 Salon. 4:15-17; 2 Salon. 2:1). Demək olar ki, ‘dövrün axırını’ (sinteleya) təşkil edən müddət Məsihin iştirakı (parusiya) adlanan dövrlə paralel gedir.

Uzun vaxt kəsiyi

4. İsanın iştirakı ilə Nuhun günlərindəki hadisələr arasında hansı oxşarlıq var?

4 «Parusiya» sözünün uzun vaxt kəsiyinə işarə etdiyini, İsanın öz iştirakı haqqında dediklərindən görmək olar. (Matta 24:37-39 ayələrini oxu.) Fikir verin ki, İsa öz iştirakını Nuhun günlərində nisbətən qısa vaxt ərzində baş verən Daşqınla eyniləşdirmədi. Əksinə, o öz iştirakını Daşqına gətirib çıxaran daha uzun vaxtla müqayisə etdi. Daşqının gəldiyi vaxta qədər Nuh gəmi tikir və təbliğ edirdi. Bu hadisələr bir neçə onilliklər davam etdi. Bunun kimi də, Məsihin iştirakı, böyük məşəqqət də daxil olmaqla, böyük məşəqqətə aparan bir çox hadisələri özünə daxil edir (2 Salon. 1:6-9).

5. «Vəhy» kitabının 6-cı fəslində təsvir edilən hadisələr İsanın iştirakının uzun vaxt olduğuna necə işarə edir?

5 Müqəddəs Kitabın digər peyğəmbərlikləri aydın göstərir ki, İsanın iştirakı sadəcə onun pisliyi məhv etmək üçün gəldiyi vaxtı yox, uzun müddəti bildirir. «Vəhy» kitabında İsa ağ atın belində oturan və tac alan atlı kimi təsvir edilir. (Vəhy 6:1-8 ayələrini oxu.) Burada təsvir edildiyi kimi, İsa 1914-cü ildə Padşahlıq tacını alandan sonra «fateh kimi yola çıxdı ki, fəth etsin». Həmçinin Müqəddəs Kitabın bu parçasından görünür ki, İsadan sonra başqa rənglərdə olan atların belində oturan atlılar da çıxır. Bunlar uzun müddət davam edən «axır günlərdə» baş verən müharibələri, qıtlıqları, qırğınları təmsil edir. Biz bu peyğəmbərliyin yerinə yetməsini bütün həyatımız boyu görürük.

6. «Vəhy» kitabının 12-ci fəsli Məsihin iştirakı haqqında nəyi başa düşməyə kömək edir?

6 «Vəhy» kitabının 12-ci fəslində göylərdə Allahın Padşahlığının qurulması ilə əlaqədar digər təfsilatlar təsvir edilir. Burada görünməz aləmdə baş verən müharibədən bəhs edilir. Səmavi mövqeyində Mikayıl adlanan İsa Məsih və onun mələkləri İblisə və onun cinlərinə qarşı vuruşurlar. Nəticədə, Şeytan İblis və onun qoşunları yerə atılır. On ikinci ayədə deyilir ki, İblis ‘vaxtının az olduğunu bildiyi’ üçün çox qəzəblidir. (Vəhy 12:7-12 ayələrini oxu.) Buradan aydın görürük ki, göydə Məsihin Padşahlığının qurulması ilə yerə və sakinlərinə «vay» gətirən bir dövr başladı.

7. İkinci məzmurda nə haqda deyilir və burada hansı imkan təsvir olunub?

7 İkinci məzmurda da İsanın səmavi Sion dağında Padşah kimi oturacağı barədə peyğəmbərlik edilir. (Məzmur 2:5-9; 110:1, 2 ayələrini oxu.) Amma bu məzmurda həmçinin göstərilir ki, bu dövr ərzində insan hakimlərinə və onların təbəələrinə Məsihin hakimiyyətinə tabe olmaq üçün imkan veriləcək. Onlara ‘müdrik olmaq’ və ‘ibrət almaq’, yəni əməllərini düzəltmək məsləhət görülür. Bəli, bu vaxt ərzində Yehovaya və Onun təyin etdiyi Padşaha xidmət etməklə «Ona [Allaha] pənah gətirənlərin hamısı nə bəxtiyardır!» Beləliklə, İsanın padşah izzətində iştirakı dövrü çox gözəl imkanlara yol açır (Məz. 2:10-12).

Əlaməti sezmək

8, 9. Kimlər Məsihin iştirakının əlamətini sezə və onun mənasını anlaya bilər?

8 Fəriseylər Padşahlığın nə zaman gələcəyini soruşanda, İsa onların düşündüyü kimi ‘gözlə görülərək gəlməyəcəyini’ dedi (Luka 17:20, 21). İmansızlar bunu anlamayacaqlar. Əgər onlar İsanı gələcək Padşah kimi qəbul etmirlərsə, axı bunu necə anlaya bilərlər? Bəs onda kimlər Məsihin iştirakının əlamətini sezə və onun mənasını anlaya bilər?

9 İsa şagirdlərinə demişdi ki, ‘şimşəyin göyün bir kənarında çaxıb, o biri kənarına qədər necə parladığını’ aydın gördükləri kimi, bu əlaməti də elə görəcəklər. (Luka 17:24-29 ayələrini oxu.) Çox maraqlıdır ki, Matta 24:23-27 ayələri İsanın öz iştirakının əlamətindən danışdığını dəqiq göstərir.

Əlaməti görən nəsil

10, 11. a) Matta 24:34 ayəsində xatırlanan «nəsil» sözünə əvvəllər necə izahat verilirdi? b) İsanın şagirdlərinin başa düşdüyü kimi, həmin ‘nəslə’ kimlər daxil olmalı idi?

10 Əvvəllər «Gözətçi Qülləsi»ndə izah edilirdi ki, Matta 24:34 ayəsində xatırlanan «bu nəsil» sözü altında birinci əsrdə «İsanın müasirləri olan iman etməyən yəhudi nəsli» nəzərdə tutulurdub. Bu izahat ağlabatan görünürdü, çünki İsanın bütün digər yerlərdə işlətdiyi «nəsil» sözündə mənfi çalarlar vardı və əksər hallarda İsa həmin nəsli xarakterizə etmək üçün «pis» kimi mənfi sifətlərdən istifadə edirdi (Mat. 12:39; 17:17; Mark 8:38). Həmçinin bu jurnalda deyilirdi ki, bizim günlərdə İsanın dediyi pis «nəsil» həm «dövrün axırını» (sinteleya) xarakterizə edən əlamətləri, həm də sistemin sonunu (telos) görəcək imansızlardır.

11 Düzdür, İsa «nəsil» sözünü mənfi mənada işlədəndə onun günlərində yaşayan pis insanları ya nəzərdə tutur, ya da onlara müraciət edirdi. Bəs eyni şeyi Matta 24:34 ayəsi haqqında da demək olarmı? Yadınıza salın ki, İsanın həvarilərindən dördü ona «təklikdə» yaxınlaşdı (Mat. 24:3). İsa «bu nəsil» deyəndə mənfi sözlərdən istifadə etmədiyi üçün, şübhə yoxdur ki, həvarilər həm özlərinin, həm də digər sagirdlərin ‘bütün bu şeylər baş verincəyə qədər keçib getməyəcək’ ‘nəslin’ bir hissəsi olduqlarını başa düşürdülər.

12. Kontekst «nəsil» sözünün kimlərə aid olduğunu necə göstərir?

12 Biz nəyin əsasında belə nəticəyə gələ bilərik? Konteksti diqqətlə araşdırmağın. Matta 24:32, 33 ayələrinə əsasən, İsa dedi: «İndi, əncir ağacından ibrət alın: onun budağı yumşalıb, yarpaqları açılan zaman bilirsiniz ki, yay yaxındır. Eləcə də siz bütün bu şeyləri görəndə bilin ki, İnsan Oğlu yaxındır, qapılardadır». (Mark 13:28-30; Luka 21:30-32 ayələri ilə müqayisə edin.) Sonra Matta 24:34 ayəsindən oxuyuruq: «Sizə doğrusunu deyirəm: bütün bu şeylər baş verincəyə qədər, bu nəsil keçib getməyəcəkdir».

13, 14. Nəyə görə deyə bilərik ki, İsa «nəsil» sözü ilə şagirdlərini nəzərdə tuturdu?

13 İsa dedi ki, onun şagirdləri tezliklə müqəddəs ruhla məsh ediləcək və ‘bütün bu şeylərin baş verəcəyini’ görəndə müəyyən nəticəyə gələ biləcəklər. Beləliklə, çox ehtimal ki, İsa «bütün bu şeylər baş verincəyə qədər, bu nəsil keçib getməyəcəkdir» sözlərini deyəndə şagirdlərini nəzərdə tuturdu.

14 İmansızlardan fərqli olaraq, İsanın şagirdləri nəinki əlaməti görəcək, həm də onun mənasını başa düşəcəkdilər. Onlar həmin əlaməti təşkil edən hadisələrdən ‘ibrət alacaq’ və onların həqiqi mənasını ‘biləcəkdilər’. Onlar dəqiq başa düşəcəkdilər ki, «İnsan Oğlu yaxındır, qapılardadır». Düzdür, həm imansız yəhudilər, həm də sadiq məsh olunmuşlar İsanın sözlərinin birinci əsrdə kiçik miqyasda yerinə yetməsinin şahidi olsalar da, bu hadisələrdən yalnız məsh olunmuşlar ibrət aldılar, yəni gördükləri hadisələrin əsl mənasını başa düşdülər.

15. a) İsanın bəhs etdiyi «nəsil» müasir dövrdə kimləri təmsil edir? b) Nəyə görə biz bu ‘nəslin’ nə qədər davam edəcəyini dəqiq hesablaya bilmərik? (25-ci səhifədə olan çərçivəyə baxın.)

15 Bu gün ruhani anlayışı olmayan insanlar düşünürlər ki, İsanın iştirakına işarə edən ‘gözlə görülən’ əlamət yoxdur. Onlar hər şeyin keçmişdə olduğu kimi qaldığını fikirləşirlər (2 Pet. 3:4). Amma şimşək çaxanda necə aydın görünürsə, Məsihin sadiq məsh olunmuş qardaşları, yəni müasir Yəhya sinfi də bu əlaməti elə aydın sezmiş və onun həqiqi mənasını anlamışdır. Bir sinif kimi bu məsh olunmuşlar «bütün bu şeylər baş verincəyə qədər» keçib getməyəcək müasir ‘nəsli’ təşkil edirlərc. Bu isə, qabaqcadan deyilmiş böyük məşəqqət başlayanda İsanın bəzi məsh olunmuş qardaşlarının hələ də yer üzündə yaşayacaqları ehtimalını doğurur.

«Oyaq durun!»

16. Məsihin bütün şagirdləri nə etməlidir?

16 Əlaməti sadəcə sezmək kifayət etmir. İsa sözünə davam edir: «Sizə nə söyləyirəmsə, hamıya söyləyirəm: oyaq durun!» (Mark 13:37). Bu sözlər hər birimiz — həm məsh olunmuşlar, həm də böyük izdihamın nümayəndələri üçün olduqca vacibdir. İsanın 1914-cü ildə göydə Padşah kimi taxta çıxmasından 90 ildən çox keçib. Çətin olsa da, biz hazır olmalı və oyaq durmalıyıq. Məsihin bir Padşah kimi hökmranlıq etdiyini anlamaq bizə bu sahədə kömək edir. Bu həmçinin bizə xatırladır ki, İsa tezliklə düşmənlərini məhv etmək üçün ‘zənn etmədiyimiz saatda gələcəkdir’ (Luka 12:40).

17. Məsihin iştirakının mənasını anlamağımız bizdə hansı hissi oyadır və biz nə etməyə əzmli olmalıyıq?

17 Məsihin iştirakının mənasını anlamağımız ayıq olmaq qətiyyətimizi artırır. Biz İsanın artıq iştirak etdiyini və 1914-cü ildən Padşah kimi gözə görünmədən göylərdə idarə etdiyini bilirik. O, tezliklə pisləri məhv etmək və bütün yer üzündə köklü surətdə dəyişikliklər etmək üçün gələcək. Buna görə də biz, İsanın qabaqcadan dediyi işdə daha böyük əzmlə iştirak etməliyik. O demişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son [telos] o zaman gələcəkdir» (Mat. 24:14).

[Haşiyələr]

a Daha ətraflı araşdırmalar üçün «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 2-ci cildinin 676-679-cu səhifələrinə baxın (ing.).

b «Gözətçi Qülləsi»nin 1995-ci il 1 noyabr sayının 11-15, 19, 30, 31-ci səhifələrinə baxın (rus.).

c «Nəslin» yaşadığı müddət, görünür, «Vəhy» kitabındakı birinci görüntünün əhatə etdiyi vaxta müvafiqdir (Vəhy 1:10–3:22). Rəbbin gününə daxil olan bu hadisə 1914-cü ildən başlayaraq axırıncı sadiq məsh olunmuşun ölüb dirilməsinə qədər davam edəcək («Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 24-cü səhifəsində 4-cü abzasa baxın, rus.).

Necə cavab verərdiniz?

• Haradan bilirik ki, İsanın iştirakı uzun müddəti əhatə edir?

• Kimlər İsanın iştirakının əlamətini sezir və onun mənasını anlayır?

• Matta 24:34 ayəsində xatırlanan «nəsil» müasir dövrdə kimlərdən ibarətdir?

• Nəyə görə ‘bu nəslin’ nə qədər davam edəcəyini dəqiq hesablaya bilmərik?

[25-ci səhifədəki çərçivə]

‘Bu nəslin’ nə qədər davam edəcəyini hesablaya bilərikmi?

«Nəsil» dedikdə, adətən müəyyən vaxt ərzində yaşayan və ya müəyyən hadisələrin şahidi olan müxtəlif yaşda insanlar nəzərdə tutulur. Məsələn, Çıxış 1:6 ayəsində deyilir: «Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü». Yusif və qardaşları müxtəlif yaşlarda olsalar da, eyni dövrün hadisələrinin şahidi olmuşlar. ‘O nəslə’ Yusifdən qabaq doğulan bəzi qardaşları daxil idi. Onlardan bəziləri Yusifdən çox yaşadılar (Yar. 50:24). ‘O nəsildən’ olan digərləri, məsələn, Binyamin Yusifdən sonra doğulmuş və ola bilsin, onun ölümündən sonra da yaşamışdır.

Beləliklə, «nəsil» sözü müəyyən vaxtda yaşayan insanlarla əlaqədar istifadə olunanda, həmin vaxtın sonunun olduğu və həddən artıq uzun olmadığı məlum olsa da, onun nə qədər davam etdiyini dəqiq demək olmaz. Buna görə də, Matta 24:34 ayəsindəki «nəsil» sözünü işlətməklə İsa şagirdlərinə ‘axır günlərin’ nə vaxt sona çatacağını müəyyən etmək üçün düstur verməmişdi. Əksinə, İsa vurğulayırdı ki, «o günü və o saatı» onlar bilməyəcəklər (2 Tim. 3:1; Mat. 24:36).

[22 və 23-cü səhifələrdəki şəkil]

1914-cü ildə Padşahlıq taxtına çıxdıqdan sonra İsa «fateh» kimi təsvir edilir

[24-cü səhifədəki şəkil]

«Bütün bu şeylər baş verincəyə qədər, bu nəsil keçib getməyəcəkdir»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş