Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/10 s. 10
  • «O heç birimizdən uzaq deyil»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «O heç birimizdən uzaq deyil»
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • “O... sizə yaxınlaşar”
    Gözətçi qülləsi 2003
  • “Allaha yaxınlaşın”
    Gözətçi qülləsi 2003
  • Təlim vermək işi ilə məşğul ol
    Gözətçi qülləsi 2010
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/10 s. 10

Allaha yaxınlaşın

«O heç birimizdən uzaq deyil»

Həvarilərin işləri 17:24-27

ÜMMANSIZ Kainatla müqayisədə insanlar doğrudan da cılızdırlar. Bəlkə də, siz özünüzdən soruşmusunuz: «Adi insanın Külli-İxtiyar Allahla yaxın münasibət qurması mümkündürmü?» Adı Yehova olan Allah Ona yaxınlaşmağımızı istədiyi təqdirdə bu mümkün ola bilər. Bəs O bunu istəyirmi? Təsəlliverici cavabı həvari Pavelin Afinanın savadlı adamlarına söylədiyi bəlağətli nitqindən tapmaq olar. Onun sözləri Həvarilərin işləri 17:24-27 ayələrində yazılmışdır. Pavelin Yehova haqqında xatırlatdığı dörd məqama diqqət yetirək.

Birincisi, Pavel deyir ki, Allah ‘dünyanı və onun içində olan bütün şeyləri yaradıb’ (24-cü ayə). Həyatı belə xoş edən gözəllik və müxtəliflik Yaradanımızın qayğıkeşliyinə və məhəbbətinə şahidlik edir (Romalılara 1:20). Belə Allahın Özünü sevdiklərindən uzaq tutmasını fikirləşmək ağılsızlıq olardı.

İkincisi, Yehova ‘hamıya həyat, nəfəs və hər şeyi verir’ (25-ci ayə). Yehova həyat Mənbəyidir (Məzmur 36:9). Həyat üçün vacib olan hava, su və qida Yaradanımızın verdiyi bəxşişdir (Yaqub 1:17). Səxavətli Allahımızın Özünü təcrid etməsi və beləliklə də, bizi Onu tanımaq və yaxınlaşmaq imkanından məhrum etməsini düşünmək heç ağlasığandırmı?

Üçüncüsü, Allah ‘bütün xalqlardan olan insanları bir qandan yaradıb’ (26-cı ayə). Yehova üzgörən deyil və hər cür qərəzli münasibətdən tamamilə uzaqdır (Həvarilərin işləri 10:34). Axı başqa cür necə ola bilər? O, ‘bir qanı’, başqa sözlə desək, Adəmi yaratdı, ondan isə bütün xalqlar və irqlər törəyib. Allah ‘istəyir ki, bütün insanlar xilas olsunlar’ (1 Timoteyə 2:4). Beləliklə, Ona yaxınlaşmaq dərimizin rəngindən, milliyyətimizdən, yaxud etnik mənşəyimizdən asılı olmayaraq, hamımız üçün mümkündür.

Nəhayət, Pavel insanın ürəyinə su səpən bir həqiqəti söyləyir: Yehova «heç birimizdən uzaq deyil» (27-ci ayə). Yehova uca Allah olsa da, Ona səmimi-qəlbdən yaxınlaşmaq istəyənlər üçün həmişə əlçatandır. Onun Kəlamı bizi əmin edir ki, Allah uzaq deyil, əksinə, «Onu... çağıran bütün insanlara yaxındır» (Məzmur 145:18).

Pavelin sözlərindən aydın görünür ki, Allah Ona yaxın olmağımızı istəyir. Ancaq Pavelin dediyi kimi, Yehova belə yaxınlığı yalnız Onu ‘axtaranlara’ və ‘əl ilə yoxlaya-yoxlaya tapanlara’ bəxş edir (27-ci ayə). Müqəddəs Kitab tərcüməçiləri üçün məlumat kitabında deyilir ki, «hər iki fel əlçatan imkan... və ya əlçatan arzunu ifadə edir». Məsələn, qaranlıq, lakin sizə yaxşı tanış olan bir otaqda işığı yandırmaq üçün əlinizlə yoxlaya-yoxlaya düyməni, yaxud qapını axtaranda onları tapacağınıza şübhə etmirsiniz. Eləcə də biz Allahı səmimi-qəlbdən axtaranda əmin ola bilərik ki, cəhdlərimiz boşa çıxmayacaq. Pavel bizi əmin edir ki, Onu mütləq ‘tapacağıq’ (27-ci ayə).

Bəs siz Allaha yaxın olmağı arzulayırsınızmı? Əgər Onu «əl ilə yoxlaya-yoxlaya» imanla axtarmağa başlasanız, ümidləriniz boşa çıxmayacaq. Yehovanı tapmaq çətin deyil, çünki «O heç birimizdən uzaq deyil».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş