Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/8 s. 7—11
  • Səmimi-qəlbdən sadiq qal

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səmimi-qəlbdən sadiq qal
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • «Mən sənə hədiyyə verərəm»
  • ‘Kifayətlənin’
  • Qoca peyğəmbər «ona yalandan söylədi»
  • Allah adamı qoca ilə qayıtdı
  • Təvazökar ol
  • Sadiq qalmağa qəti qərarlı ol
  • Yehova Öz sadiq bəndələrini tərk etməyəcək
    Gözətçi qülləsi 2008
  • Padşahlıq bölünür
    Müqəddəs Kitab hekayələri
Gözətçi qülləsi 2008
w08 15/8 s. 7—11

Səmimi-qəlbdən sadiq qal

«Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» (MƏZ. 86:11).

1, 2. a) Məzmur 86:2, 11 ayələrinə əsasən, sınaq və ya şirnikdirici təsirlərlə üzləşəndə Yehovaya sadiq qalmağa nə kömək edər? b) Ürəkdən gələn sadiqliyi nə zaman möhkəmləndirmək gərəkdir?

NƏYƏ görə həbslərə və ya təqiblərə baxmayaraq, uzun illər sadiq qalan bəzi məsihçilər sonralar var-dövlət hərisliyinin tələsinə düşmüşlər? Sualın cavabı simvolik ürəyimizlə — əslində daxilən kim olmağımızla bağlıdır. 86-cı məzmur sadiqliyi səmimi qəlblə — bölünməyən, bütöv ürəklə əlaqələndirir. Məzmurçu Davud belə dua edirdi: «Möminəm [«sadiqəm», YD], Sən Özün məni qoru, ey Allahım, Sənə güvənən bəndəni qurtar». Davud həm də yalvarırdı: «Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» (Məz. 86:2, 11).

2 Yehovaya bütün ürəyimizlə güvənməsək, başqa qayğılar və meyllər həqiqi Allaha sadiqliyimizi zəiflədəcək. Xudbin arzular getdiyimiz yolda gizlədilən minalara bənzəyir. Hətta ağır vəziyyətlərdə Yehovaya sadiqliyimizi qorusaq da, Şeytanın tələlərinin və ya torunun qurbanı ola bilərik. İndi, sınaq və ya şirnikdirici təsirlərə məruz qalmazdan öncə, Yehovaya ürəkdən gələn sadiqliyi möhkəmləndirmək necə də vacibdir! Müqəddəs Kitab deyir: «Hər şeydən əvvəl öz ürəyini qoru» (Sül. məs. 4:23). Bununla bağlı Yehovanın İsrailin padşahı Yarovamın yanına göndərdiyi yəhudalı peyğəmbərin başına gələnlərdən özümüzə dəyərli ibrət dərsləri götürə bilərik.

«Mən sənə hədiyyə verərəm»

3. Yarovam Allahın peyğəmbərinin gətirdiyi hökm xəbərinə necə münasibət göstərdi?

3 Belə bir səhnəni təsəvvürünə gətir. Elə indicə Allah adamı şimali onqəbiləli İsrail padşahlığında danaya ibadəti təsis edən Yarovam padşaha sərt xəbər çatdırıb. Padşah hiddətlənir, adamlarına peyğəmbəri yaxalamağı əmr edir. Ancaq Yehova Öz xidmətçisi ilədir. Həmin andaca qəribə bir şey baş verir: padşahın qəzəblə uzatdığı əli quruyur, yalan ibadət üçün istifadə olunan qurbangah isə yarılır. Birdən Yarovam özünü başqa cür aparmağa başlayır. O, Allah adamına yalvarır: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Peyğəmbər dua edir və padşahın əli sağalır (1 Pad. 13:1-6).

4. a) Nəyə görə demək olar ki, padşahın təklifi peyğəmbərin sadiqliyini sözün əsl mənasını sınağa çəkdi? b) Peyğəmbərin cavabı nə oldu?

4 Sonra Yarovam həqiqi Allahın göndərdiyi adama deyir: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm» (1 Pad. 13:7). Bəs peyğəmbər nə etməlidir? Padşaha hökm xəbərini çatdırandan sonra onun qonaqpərvərliyini qəbul etməlidirmi? (Məz. 119:113). Yoxsa padşahın peşman olmuş kimi görünməsinə baxmayaraq, onun dəvətini rədd etməlidir? Yarovamın dostlarına çoxlu qiymətli hədiyyələr verməyə sözsüz ki, imkanı var idi. Əgər Allahın peyğəmbərinin ürəyində mala-pula istək olsaydı, padşahın təklifi onun üçün çox şirnikdirici görünərdi. Ancaq Yehova peyğəmbərə tapşırmışdı: «Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma». Buna görə də peyğəmbər tam qətiyyətlə cavab verir: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm». Bu minvalla, peyğəmbər Bet-Eldən başqa yolla geri qayıdır (1 Pad. 13:8-10). Peyğəmbərin qərarından ürəkdən gələn sadiqlik haqqında nə öyrənirik? (Rom. 15:4).

‘Kifayətlənin’

5. Pula meyl hansı mənada sadiqlik məsələsidir?

5 Pula meyl sadəqət məsələsi kimi görünməyə bilər, ancaq bu belədir. Biz Yehovanın əsl ehtiyaclarımızı təmin edəcəyinə dair vədinə etibar edirikmi? (Mat. 6:33; İbr. 13:5). Həyatımızı daha rahat edə biləcək şeyləri nəyin bahasına olursa-olsun əldə etməyə can atmaqdansa, onlarsız keçinə bilərikmi? (Filipililərə 4:11-13 ayələrini oxu.) İndi əldə etmək istədiyimiz şeylər naminə teokratik məsuliyyətlərə nail olmaq imkanını əldən veririkmi? Yehovaya sədaqətlə xidmət etmək həyatımızda birinci yerimi tutur? Bu suallara necə cavab verəcəyimiz əsas etibarilə Allaha ürəkdən xidmət edib-etməməyimizdən asılı olacaq. Həvari Pavel yazmışdı: «Əlindəki ilə kifayətlənərək Allah yolu ilə yerimək isə böyük qazancdır. Çünki biz dünyaya heç bir şey gətirməmişik; və aydındır ki, oradan heç bir şey də apara bilmərik. Amma yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik» (1 Tim. 6:6-8).

6. Bizə hansı ‘hədiyyələr’ təklif oluna bilər və onları qəbul edib-etməməyi qərara almağa nə kömək edə bilər?

6 Məsələn, ola bilər ki, işdə bizə özü ilə yaxşı məvacib və əlavə imkanlar gətirən irəliləyiş təklif olunsun. Yaxud iş tapmaq üçün başqa ölkəyə və ya yerə gedəriksə, daha çox qazana biləcəyimizi fikirləşə bilərik. İlk baxışdan belə imkanlar Yehovanın xeyir-duası kimi görünə bilər. Ancaq addım atmazdan öncə öz niyyətlərimizi yoxlamalı deyilikmi? Bizi başlıca olaraq bir sual maraqlandırmalıdır: «Qərarım Yehova ilə münasibətlərimə necə təsir edəcək?»

7. Varlanmaq arzusunu kökündən silib-atmaq nəyə görə vacibdir?

7 Şeytanın sistemi insanlara aramsız olaraq pulpərəstliyi aşılayır. (1 Yəhya 2:15, 16 ayələrini oxu.) İblisin məqsədi bizim ürəyimizi korlamaqdır. Buna görə də, ürəyimizdəki varlanmaq arzusunu görmək və onu yerli-dibli silib atmaq üçün ayıq olmaq lazımdır (Vəhy 3:15-17). Şeytan dünyanın bütün padşahlıqlarını İsaya təklif edəndə, bu təklifi rədd etmək onun üçün heç də çətin olmadı (Mat. 4:8-10). İsa xəbərdarlıq etmişdi: «Diqqətli olun, hər növ tamahkarlıqdan özünüzü saxlayın, çünki insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir» (Luka 12:15). Sadiqlik bizə özümüzə deyil, Yehovaya güvənməyə kömək edəcək.

Qoca peyğəmbər «ona yalandan söylədi»

8. Allahın peyğəmbərinin sədaqəti necə sınandı?

8 Allahın peyğəmbəri birbaşa evinə getsəydi, hər şey yaxşı olardı. Ancaq demək olar ki, elə həmin anda o, başqa bir sınaqla üzləşdi. Müqəddəs Kitabda nəql edilir ki, «Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib» həmin gün baş verən hadisələri ona danışır. Qoca kişi bu əhvalatı eşidən kimi, Allahın peyğəmbərinə çatsın deyə, özü üçün bir eşşək palanlamağı tapşırır. Çox getməmiş peyğəmbəri böyük ağacın altında dincələn tapıb deyir: «Mənimlə birgə evə gedib nahar edək». Həqiqi Allahın göndərdiyi adam dəvəti qəbul etməyəndə qoca kişi ona deyir: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq Müqəddəs Yazılarda deyilir ki, «bunu ona yalandan söylədi» (1 Pad. 13:11-18).

9. Müqəddəs Yazılar yalançı adamlar haqqında nə deyir və onlar kimlərə zərər vururlar?

9 Qoca peyğəmbərin bunu hansı niyyətlə etdiyini bilməsək də, o, yalan söyləmişdi. Yəqin bu qoca bir vaxtlar Yehovanın sadiq peyğəmbəri olmuşdu. Ancaq bu yerdə o kələk gəldi. Müqəddəs Yazılar bu cür hərəkəti qəti pisləyir. (Süleymanın məsəlləri 6:16, 17 ayələrini oxu.) Yalançılar təkcə özlərinə deyil, çox vaxt başqalarına da ruhani cəhətdən zərər gətirirlər.

Allah adamı qoca ilə qayıtdı

10. Allahın peyğəmbəri qoca kişinin dəvətinə necə hay verdi və bu nə ilə nəticələndi?

10 Yəhudadan olan peyğəmbər qoca peyğəmbərin kələk gəldiyini anlamalı idi. O özündən soruşa bilərdi: «Nəyə görə Yehova mənə yeni göstəriş vermək üçün başqasının yanına mələk göndərsin?» O, Yehovadan göstərişinə aydınlıq gətirməyi xahiş edə bilərdi, ancaq Müqəddəs Yazılarda onun belə etdiyi deyilmir. Əksinə, «Allah adamı onunla [qoca ilə] qayıtdı, onun evində çörək yeyib su içdi». Bu, Yehovanın xoşuna gəlmədi. Aldanmış peyğəmbər Yəhudaya qayıdanda qarşısına bir şir çıxıb onu parçaladı. Onun peyğəmbərlik fəaliyyəti necə də faciəli şəkildə sona çatdı! (1 Pad. 13:19-25)a.

11. Axiya hansı gözəl nümunəni qoyub?

11 Digər tərəfdən isə, Yarovamı padşah kimi məsh etməyə göndərilən Axiya peyğəmbər qocalanadək sadiq qaldı. Yarovam öz arvadını xəstə oğlu haqqında soruşmaq üçün qocalıb gözünün nurunu itirmiş Axiyanın yanına göndərəndə, o, cəsarətlə uşağın öləcəyini xəbər verdi (1 Pad. 14:1-18). Axiyanın aldığı xeyir-dualardan biri də o oldu ki, Allahın ilhamlanmış Kəlamının yazılmasında onun da payı oldu. Necə? Sonralar kahin Ezra onun yazılarından bir mənbə kimi istifadə etdi (2 Saln. 9:29).

12-14. a) Cavan peyğəmbərin başına gələn hadisədən nə öyrənə bilərik? b) Ağsaqqalın Müqəddəs Kitaba əsaslanaraq verdiyi məsləhət üzərində diqqətlə və dua edərək düşünməyin vacibliyini nümunə əsasında göstərin.

12 Müqəddəs Kitab cavan peyğəmbərin qoca ilə qayıdıb yeyib-içməzdən əvvəl Yehova ilə məsləhətləşməməsinin səbəbini açıqlamır. Bəlkə qoca kişinin dedikləri onun elə eşitmək istədiyi şeylər idi? Özümüzə bundan hansı dərsi götürə bilərik? Bizə Yehovanın tələblərinin ədalətli olduğuna tam arxayın olmaq lazımdır. Həm də nə olursa-olsun, onlara əməl etməyə qəti qərarlı olmalıyıq.

13 Məsləhətə gəldikdə, bəziləri eşitmək istədikləri şeyi eşidirlər. Məsələn, təbliğçiyə elə iş təklif edə bilərlər ki, bu onun ailəsinə və teokratik işlərə sərf etdiyi vaxtından alsın. O, ağsaqqaldan məsləhət istəyə bilər. Ağsaqqal, qardaşa ailəsini necə dolandırmalı olduğunu söyləyə bilməyəcəyini etiraf etməklə sözünə başlaya bilər. Sonra ağsaqqal, həmin işi qəbul edərsə, hansı ruhani təhlükələrlə üzləşəcəyini qardaşla birlikdə müzakirə edə bilər. Qardaş ağsaqqalın yalnız ilk sözlərinimi yadda saxlayacaq, yoxsa sonrakı sözləri üzərində də ciddi düşünəcək? Aydındır ki, qardaşa özü üçün ruhani baxımdan nəyin yaxşı olduğunu müəyyən etmək lazımdır.

14 Başqa bir vəziyyəti də nəzərdən keçirək. Ola bilsin, bacı ağsaqqaldan imanına şərik olmayan ərindən ayrılıb-ayrılmamağı soruşur. Şübhəsiz, ağsaqqal ona izah edəcək ki, bu barədə özü qərar verməlidir. Sonra o bu məsələyə dair Müqəddəs Kitabın məsləhətini nəzərdən keçirə bilər (1 Kor. 7:10-16). Bacı ağsaqqalın dedikləri üzərində ciddi düşünəcəkmi? Yoxsa o artıq ərindən ayrılmağı beyninə qoyub? Qərar verərkən onun Müqəddəs Kitaba əsaslanan məsləhət üzərində dua edərək düşünməsi müdriklik olardı.

Təvazökar ol

15. Allahın peyğəmbərinin səhvindən nə öyrənirik?

15 Yəhudadan olan peyğəmbərin səhvindən özümüzə başqa hansı dərsi götürə bilərik? Süleymanın məsəlləri 3:5 ayəsində deyilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə». Yəhudadan olan peyğəmbər əvvəlki kimi Yehovaya güvənmək əvəzinə, bu dəfə öz ağlına etibar etdi. Səhvi ona həyatı və Allahın yanında yaxşı adı bahasına başa gəldi. Onun əhvalatı Yehovaya təvazökarlıqla və sədaqətlə xidmət etməyin vacib olduğuna necə də inandırıcı sübutdur!

16, 17. Yehovaya sadiq qalmağa bizə nə kömək edəcək?

16 Xudbin ürəyimiz bizi aldatmağa meyillidir. «İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var» (Yer. 17:9). Yehovaya sadiq qalmaq üçün daim əlimizdən gələni etməliyik ki, köhnə mənliyi özündən razılığa və özünə güvənməyə meyli ilə birlikdə kənara ataq. Biz həm də ‘Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə [«sadiqliklə», YD] yaradılmış yeni mənliyi geyinməliyik’. (Efeslilərə 4:22-24 ayələrini oxu.)

17 Süleymanın məsəlləri 11:2 ayəsində deyilir: «Hikmət təvazökarın yanına gələr». Təvazökarlıqla Yehovanın köməyinə arxalanmaq bizə baha başa gələn səhvlərdən qaçmağa kömək edəcək. Məsələn, ruh düşkünlüyü asanlıqla bizim düşüncəmizi tutqunlaşdıra bilər (Sül. məs. 24:10). Bizlərdən hər biri müqəddəs xidmətin hansısa sahəsindən yorulub, düşünməyə başlaya bilər ki, artıq illərdir etdiyim kifayətdir, indi başqalarının bu yükü daşımaq vaxtıdır. Yaxud biz «normal» yaşamağı arzulaya bilərik. Ancaq ‘çalışmağımız’ və ‘hər zaman Rəbbin işində tərəqqi etməyimiz’ ürəyimizi qoruyacaq (Luka 13:24; 1 Kor. 15:58).

18. Hansı qərarı verəcəyimizi bilməyəndə nə edə bilərik?

18 Hərdən elə vəziyyət ola bilər ki, bizə çətin qərarlar vermək lazım gəlsin və tutmalı olduğumuz düzgün yol aydın görünməsin. Belə halda bizdə məsələni öz bildiyimiz kimi həll etmək meyli yaranacaqmı? Hər dəfə belə vəziyyətlərə düşəndə Yehovadan yardım diləmək müdriklik olardı. Yaqub 1:5 ayəsində deyilir: «Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə... verən Allahdan diləsin». Səmavi Atamız ehtiyacımız olan müqəddəs ruhundan bizə verəcək ki, yaxşı qərarlar qəbul edə bilək. (Luka 11:9, 13 ayələrini oxu.)

Sadiq qalmağa qəti qərarlı ol

19, 20. Nə etməyə qəti qərarlı olmalıyıq?

19 Süleymanın həqiqi ibadətdən dönməsindən sonrakı təlatümlü illərdə Allahın xidmətçilərinin sadiqliyi şiddətli sınaqlara məruz qaldı. Düzdür, çoxları nədəsə güzəştə getdilər. Buna baxmayaraq, bəziləri Yehovaya sadiq qaldılar.

20 Hər gün biz sadiqliyimizi sınağa çəkən seçimlər və qərarlarla üzləşirik. Sadiqliyimizi biz də sübut edə bilərik. Gəlin Yehovanın Öz sadiq bəndələrinə daima xeyir-dua verəcəyinə tam əmin olaraq Yehovaya həmişə səmimi-qəlbdən sadiq qalaq (2 Şam. 22:26).

[Haşiyə]

a Müqəddəs Kitabda qoca peyğəmbərin ölümünün Yehovadan olub-olmaması haqqında heç bir şey deyilmir.

Necə cavab verərdiniz?

• Varlanmaq arzusunu ürəyimizdən nə üçün silib-atmağa çalışmalıyıq?

• Yehovaya sadiq qalmağa bizə nə kömək edər?

• Təvazökarlıq Yehovaya sadiq qalmağa bizə necə kömək edə bilər?

[9-cu səhifədəki şəkil]

Şirnikdirici təsirlərə qarşı durmaq sənə çətindirmi?

[10-cu səhifədəki şəkillər]

Müqəddəs Kitab əsasında verilən məsləhət üzərində ciddi düşünəcəksənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş