Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/8 s. 29
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Rəhbərlik Şurası necə təşkil olunub?
    Gözətçi qülləsi 2008
  • Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?
    Tez-tez verilən suallar
  • «Belə adamların qədrini bilin»
    Gözətçi qülləsi 2015
  • Problemlərin həll edilməsi
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/8 s. 29

Yadınızdadırmı?

«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın:

• Bəzi məsihçilər evlənəndən sonra hansı ciddi çətinliklə üzləşirlər və nə etməyə çalışırlar?

Bəzi məsihçilər həyat yoldaşları ilə aralarında ümumi şeyin az olduğunu görə bilərlər. Müqəddəs Kitab əsası olmadan boşanmağın düzgün çıxış yolu olmadığını bilərək, onlar nikahlarını qorumaq üçün əllərindən gələni etməlidirlər (15.4. səh. 17).

• Qocalar evindəki məsihçi hansı çətinliklərlə üzləşə bilər?

Ola bilsin, onun düşdüyü qocalar evi tanımadığı yığıncağın ərazisində olsun. Qocalar evində yaşayanların çoxunun dini etiqadları müxtəlif ola bilər və onu dini fəaliyyətlərə cəlb etməyə çalışa bilərlər. Onun məsihçi qohumları və yerli yığıncağın üzvləri bu problemdən xəbərdar olmalıdırlar və ona kömək edib qayğısına qalmalıdırlar (15.4. səh. 25-27).

• Ərlə arvada problemləri həll etməyə hansı dörd addım kömək edə bilər?

Məsələni müzakirə etmək üçün vaxt təyin edin (Vaiz 3:1, 7). Fikrinizi düzgün və hörmətlə söyləyin (Efes. 4:25). Dinləyin və həyat yoldaşınızın hisslərini nəzərə alın (Mat. 7:12). Ümumi razılığa gəlin və birgə çalışın (Vaiz 4:9, 10) (iyun-sentyabr, səh. 28-30).

• İsa borclarımızın bağışlanması üçün dua etməyə təşviq edərkən hansı borcları nəzərdə tuturdu?

Matta 6:12 və Luka 11:4 ayələrini müqayisə edərkən aydın olur ki, İsa pul borcundan danışmırdı. O, günahları nəzərdə tuturdu. Biz bağışlamağa hazır olmaqla Allahı təqlid etməliyik (15.5. səh. 9).

• Rəhbərlik Şurasının üzvləri hansı komitetlərdə xidmət edirlər?

Koordinatorlar komitəsi, Kadrlar komitəsi, Nəşriyyat komitəsi, Xidməti komitə, Təlim komitəsi, Yazı komitəsi (15.5. səh. 29).

• Nuhun Daşqınının ümumdünya miq­yasında olduğuna necə əmin ola bilərik?

İsa Nuhun Daşqınının baş verdiyinə və ümumdünya miqyasında olduğuna inanırdı. Müqəddəs Kitabın xəbərdarlıqları gerçəkdən baş verən Ümumdünya daşqınına əsaslanır (iyun-sentyabr, səh. 8).

• Romalılara 1:24-32 ayələrində təsvir olunan hərəkətləri edən yəhudilər idi, yoxsa bütpərəstlər?

Bunu hər iki qrupa aid etmək mümkün olsa da, Pavel burada xüsusilə qədimdə yaşayan, əsrlər boyunca Qanunu yerinə yetirməyən israillilər haqqında danışırdı. Onlar Allahın ədalətli hökmünü bilirdilər, buna baxmayaraq ona uyğun yaşamırdılar (15.6. səh. 29).

• Nəyə görə əlçatan məqsədlərə can atmaq sevincimizi artıracaq?

Əgər nəyin bahasına olursa-olsun, qeyri-real məqsədlərə nail olmaq üçün dəridən-qabıqdan çıxırıqsa, deməli özümüzü gərəksiz stressə düçar edirik. Bununla belə, biz məsihçi xidmətində az iştirak etmək üçün müxtəlif bəhanələr axtararaq özümüzə bəraət qazandırmamalıyıq (15.7. səh. 29).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş