Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/7 s. 28—30
  • Problemlərin həll edilməsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Problemlərin həll edilməsi
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Problemin həlli üçün dörd addım
  • Ayrı-ayrılıqda yox, birgə çalışın
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
  • Problemləri necə həll etməli
    Xoşbəxt ailəm
  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
    Xoşbəxt ailəm
  • Problemləri necə həll etməli?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/7 s. 28—30

Ailə xoşbəxtliyinin açarları

Problemlərin həll edilməsi

Ər: «Bilmirsən, qızlarımız haradadırlar?»

Arvad: «Mağazaya, özlərinə pal-paltar almağa gediblər».

Ər: [Hirslənərək uca səslə] «Necə yəni “pal-paltar almağa”? Məgər onlar paltarı keçən ay almamışdılar?!»

Arvad: [Özünə haqq qazandıraraq incik səslə] «Axı mağazada endirim var. Həm də onlar məndən icazə istədilər, mən də onları buraxdım».

Ər: [Özündən çıxıb qışqıraraq] «Sən bilirsən ki, qızlarımız mənim icazəm olmadan pul xərcləyəndə xoşuma gəlmir! Nəyə görə əvvəlcə mənimlə məsləhətləşmədin?»

NECƏ düşünürsünüz, bu ər-arvadın hansı problemləri yaranıb? Aydındır ki, ər öz qəzəbini cilovlamaqda çətinlik çəkir. Bundan savayı, uşaqlarına nə qədər azadlıq vermək məsələsində aralarında fikir ayrılığı mövcuddur. Həmçinin, görünür, bir-birlərini də yaxşı başa düşmürlər.

Heç bir ailə mükəmməl deyil. Hər birinin öz problemi var. İstər kiçik, istər böyük olsun, ər-arvadın yaranan hər problemi həll etməyi öyrənməsi olduqca vacibdir. Nəyə görə?

Həll edilməmiş problemlər ucbatından ərlə arvad arasındakı anlaşılmazlıq get-gedə böyüyə bilər. Müdrik padşah Süleyman fikir vermişdir ki, ‘qapısı cəftəli qala kimi’ olan davalar baş verir (Süleymanın məsəlləri 18:19). Problemləri həll etmək üçün anlayışlı ünsiyyətə necə «qapı açmaq» olar?

Nikahda ünsiyyəti damarlarda axan qanla, məhəbbət və hörməti isə ürək və ağ ciyərlə müqayisə etmək olar (Efeslilərə 5:33). Problem yarananda, məhəbbət ərlə arvadı keçmişdə olan səhvləri və inciklikləri yada salmamağa və fikirlərini hal-hazırda üzləşdikləri problemin həllinə cəmləməyə təşviq edəcək (1 Korinflilərə 13:4, 5; 1 Peter 4:8). Qarşılıqlı hörmətin hökm sürdüyü ailələrdə ər-arvad bir-birlərinə fikirlərini sərbəst ifadə etməyə yol verir və biri digərini başa düşməyə çalışır.

Problemin həlli üçün dörd addım

Aşağıda gətirilən dörd addımı nəzərdən keçirin və Müqəddəs Kitab prinsiplərinin ailə problemlərinizi məhəbbətlə və hörmətcil tərzdə həll etməyə necə kömək etdiyinə diqqət yetirin.

1. Problemi müzakirə etmək üçün vaxt təyin edin. «Hər şeyin öz vaxtı var... Susmağın öz vaxtı, danışmağın öz vaxtı» (Vaiz 3:1, 7). Məqalənin əvvəlindəki mübahisədən gördüyümüz kimi, bəzi problemlər güclü qəzəbə səbəb ola bilər. Əgər bu baş verirsə, həyat yoldaşınızın qəzəbi coşmasın deyə, özünüzü ələ alaraq söhbəti dayandırın və xatırlayın ki, «susmağın öz vaxtı» var. Müqəddəs Kitabın növbəti məsləhətini tətbiq etsəniz, münasibətlərinizi bir çox zərbələrdən xilas etmiş olarsınız: «Davanın başlanması su bəndinin açılmasına bənzər, dava başlanmamış münaqişəni tərk et» (Süleymanın məsəlləri 17:14).

Amma «danışmağın [da] öz vaxtı var». Problemlərə etinasız yanaşanda onlar alaq otu kimi çoxalır. Buna görə problemin öz-özünə həll olunacağına ümid edərək ona göz yummayın. Əgər söhbətinizi başqa vaxta keçirməyi təklif edibsinizsə, həyat yoldaşınıza hörmətdən irəli gələrək, problemi müzakirə etmək üçün konkret vaxt təyin edin. Bu, Müqəddəs Kitabın «qoy siz qəzəblənirkən günəş batmasın» məsləhətinə əsasən davranmaqda hər ikinizə kömək edəcək (Efeslilərə 4:26). Əlbəttə, sonra sözünüzün üstündə durmalısınız.

MƏSLƏHƏT: Ailə problemlərinizi müzakirə etmək üçün həftədə müəyyən gün və vaxt təyin edin. Əgər günün müəyyən vaxtı, məsələn, işdən qayıdanda, yaxud ac olanda mübahisəyə girişməyə meyllisinizsə, problemi həmin vaxt müzakirə etməyin. Bunu hər ikinizin yaxşı əhval-ruhiyyəsi olanda etmək daha münasib olar.

2. Fikrinizi düz və hörmətlə söyləyin. «Hər biriniz öz qonşusuna həqiqəti söyləsin» (Efeslilərə 4:25). Əgər evlisinizsə, sizin ‘qonşunuz’, yəni sizə ən yaxın olan adam həyat yoldaşınızdır. Buna görə də hisslərinizi doğru və sizi narahat edən məsələni konkret söyləyin. 26 ildir ki ailə həyatı quran Marqaritaa deyir: «Yeni evlənəndə düşünürdüm ki, problem yarananda ağzımı açmamış ərim hisslərimi başa düşməlidir. Tezliklə bunun belə olmadığını anladım. Mən fikir və hisslərimi indi aydın şəkildə ifadə etməyə çalışıram».

a Bəzi adlar dəyişdirilib.

Unutmayın ki, problemi müzakirə etdiyiniz zaman məqsədiniz, davada qalib gəlmək və ya düşməni məğlub etmək deyil, fikirlərinizi həyat yoldaşınıza bildirməkdir. Bunu yaxşı etmək üçün sizin fikrinizcə problemin nədən ibarət olduğunu, onun nə zaman baş verdiyini və sizdə hansı hisslər doğurduğunu başa salın. Tutaq ki, həyat yoldaşınızın səliqəsizliyi sizi məyus edir. Hörmətlə ona demək olar: «Bilirsən, işdən evə gəlib paltarlarını yerə atanda [problem nə zaman yaranır və nədən ibarətdir], mənə elə gəlir ki, evi təmiz saxlamaq üçün göstərdiyim zəhməti qiymətləndirmirsən [hansı hissləri keçirdiyini konkret göstərir]». Sonra problemi aradan qaldırmaq üçün öz təkliflərinizi nəzakətlə deyə bilərsiniz.

MƏSLƏHƏT: Həyat yoldaşınızla söhbət etməzdən öncə fikirlərinizi aydınlaşdırın və zənninizcə problemin nədən ibarət olduğunu, onu necə həll etmək istədiyinizi kağız üzərində qeyd edin.

3. Dinləyin və həyat yoldaşınızın hisslərini başa düşün. Şagird Yaqub yazırdı ki, hər bir məsihçi «eşitməkdə iti, söz söyləməkdə təmkinli və qəzəbdə təmkinli» olmalıdır (Yaqub 1:19). İnsan görəndə ki, həyat yoldaşı onun hisslərini başa düşmür, bu onu məyus etməyə bilməz. Buna görə çalışın ki, ərinizdə, yaxud arvadınızda belə təəssürat yaranmasın (Matta 7:12).

35 il evli olan Volfqanq deyir: «Problemləri müzakirə edəndə daxilimdə gərginlik hiss edirəm, xüsusilə arvadımın məni başa düşmədiyini görəndə». 20 il ərdə olan Diana etiraf edir: «Ərimə tez-tez gileylənirəm ki, problemi müzakirə edəndə o, əslində mənə qulaq asmır». Bunun öhdəsindən necə gələ bilərsiniz?

Düşünməyin ki, həyat yoldaşınızın fikir və hisslərindən agahsınız. Allahın Kəlamında deyilir: «Təkəbbürdən ancaq münaqişə yaranar, yaxşı nəsihətə qulaq asanın hikməti var» (Süleymanın məsəlləri 13:10). Həyat yoldaşınıza hörmətlə yanaşdığınızı onun sözünü kəsmədən axıradək diqqətlə dinləməklə göstərin. Sonra isə onu başa düşdüyünüzə əmin olasınız deyə, dediklərini rişxənd etmədən və sakitcə təkrar edin. Əgər həyat yoldaşınızı səhv başa düşdünüzsə, onun sizə düzəliş verməsinə imkan verin. Danışan yalnız siz olmayın. Məsələyə dair bir-birinizin fikirlərini və hisslərini axıradək başa düşdüyünüzə əmin oluncaya qədər növbə ilə danışın.

Bəli, həyat yoldaşınıza diqqətlə qulaq asmaq və onun fikrini başa düşmək üçün təvazökarlıq və səbir tələb olunur. Əgər hörmət göstərməkdə həyat yoldaşınızı qabaqlasanız, o da sizə hörmət göstərməyə təşviq olunacaq (Matta 7:2; Romalılara 12:10).

MƏSLƏHƏT: Həyat yoldaşınızı düzgün başa düşdüyünüzə əmin olmaq üçün ondan eşitdiklərinizi təkrarlayanda hər şeyi sözbəsöz deməyin. Həyat yoldaşınızın sözlərini və hisslərini necə başa düşdüyünüzü ona mülayimliklə təsvir etməyə çalışın (1 Peter 3:8).

4. Ümumi razılığa gəlin. «İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar» (Vaiz 4:9, 10). Əgər ərlə arvad bir-birinə kömək etmir və dəstək olmursa, çətin ki, problemlər aradan qaldırılsın.

Düzdür, Yehova əri ailənin başçısı təyin edib (1 Korinflilərə 11:3; Efeslilərə 5:23). Lakin başçı olmaq diktator olmaq demək deyil. Müdrik ər həyat yoldaşının fikrini nəzərə almadan qərar qəbul etməyəcək. 20 il evli olan Deyvid deyir: «Arvadımla birgə ortaq məxrəcə və hər ikimiz üçün münasib olan qərara gəlməyə çalışırıq». Artıq yeddi il ərdə olan Tanya deyir: «Məsələ kimin doğru və ya səhv olmasında deyil. Sadəcə olaraq bəzən bir problemin həllinə müxtəlif baxışlar olur. Anladım ki, məsələni müvəffəqiyyətlə həll etmək üçün güzəştə getməyi və mülayim olmağı bacarmaq lazımdır».

MƏSLƏHƏT: Qoy aranızda əməkdaşlıq ruhu olsun və problemlərdən müxtəlif çıxış yolları axtarın və hamısını vərəqədə yazın. Sonra onlara bir daha nəzər salıb, hər ikinizi də qane edən qərarı seçin. Daha sonra, aldığınız qərara hər ikinizin nə qədər riayət etdiyinizi və bunun nəticəsinin nə dərəcədə səmərəli olub-olmadığını yoxlamaq üçün vaxt təyin edin.

Ayrı-ayrılıqda yox, birgə çalışın

İsa nikahı ‘boyunduruqla’ (YD) müqayisə etdi (Matta 19:6). Onun günlərində iki heyvanın boynuna ağacdan boyunduruq taxırdılar ki, onlar birgə işləsinlər. Heyvanların hərəsi bir tərəfə gedəndə, onların işlərindən heç bir fayda olmurdu və boyunduruq boyunlarını sürtüb yara edirdi. Lakin bir yerdə işləməklə yük daşıya və torpağı şumlaya bilirdilər.

Eynilə, bir-biri ilə əməkdaşlıq etməyən ər-arvad üçün də nikah əzabverici boyunduruq olacaq. Amma ər-arvad bir-biri ilə əməkdaşlıq etməyi öyrənərsə, demək olar ki, hər problemi həll edə və bir çox yaxşı şeylərə nail ola bilər. Xoşbəxt ailəsi olan Kalala deyir: «Arvadımla mən artıq 25 ildir ki, açıq danışmaqla, özümüzü başqasının yerinə qoymaqla, Yehovadan kömək diləməklə və Müqəddəs Kitab prinsiplərinə əməl etməklə problemlərimizin öhdəsindən gəlirik». Siz də bu cür davrana bilərsinizmi?

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Həyat yoldaşımla daha çox hansı problemi müzakirə etmək istəyirəm?

▪ Necə əmin ola bilərəm ki, həyat yoldaşımın bu problemlə bağlı hisslərini başa düşürəm?

▪ Əgər həmişə öz istədiyimə təkid edirəmsə, bu hansı problemləri yarada bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş