Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/1 s. 3—4
  • Gələcəyi kim görə bilər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gələcəyi kim görə bilər?
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Məsih haqqında peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2024
  • Müqəddəs Kitab Allahın hədiyyəsidir
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Peyğəmbərlik kitabı
    Hamı üçün olan kitab
Gözətçi qülləsi 2009
w09 1/1 s. 3—4

Gələcəyi kim görə bilər?

«Allah Mənəm... Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən... Mənəm» (Yeşaya 46:9, 10).

BU QEYRİ-SABİT vaxtda siyasi, iqtisadi və sosial analitiklər gələcəkdə nə olacağını demək üçün tarixi və müasir cərəyanları öyrənirlər. Başqaları isə, şəxsən onları nə gözlədiyindən narahat olaraq astrologiyaya və spiritizmə üz tuturlar. Ancaq aldıqları cavab çox vaxt bu insanları məyus edir. Dünyanı, ailəmizi və şəxsən bizi nə gözlədiyini öyrənmək heç cür mümkün deyilmi? Ümumiyyətlə, gələcəkdən kim isə xəbər verə bilərmi?

Külli-İxtiyar Allah Yehova Yeşaya peyğəmbərə dediyi, yuxarıda sitat gətirilən sözlərdə Özünün gələcəkdən xəbər vermək bacarığından danışır. Yeşaya vasitəsilə Allah qabaqcadan demişdi ki, qədim israillilər Babil köləliyindən azad ediləcək, Yerusəlimi və məbədi bərpa etmək üçün geri qayıdacaqlar. Bu peyğəmbərlik nə dərəcədə müfəssəl deyilmişdi? Təxminən 200 il qabaqcadan Yeşaya Babili fəth edəcək adamın adının Kir olacağını dəqiqliklə demişdi. Bundan əlavə, Yeşaya Kirin strategiyasını — şəhərin mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edən Fərat çayının səmtini dəyişdirəcəyini dəqiq təsvir etmişdi. O, hətta xəbər vermişdi ki, şəhər divarlarının nəhəng ikitaylı darvazası ehtiyatsızlıq ucbatından açıq qaldığından Kir asanlıqla qələbə qazanacaq (Yeşaya 44:24–45:7).

Allahdan fərqli olaraq, insan gələcəyi görməyə qadir deyil. Müdrik padşah Süleyman demişdi: «Sabahkı gününlə öyünmə, günün nə doğacağını bilməzsən» (Süleymanın məsəlləri 27:1). Onun müşahidələri hələ də özünü doğruldur. Heç bir insan hətta öz gələcəyini də qabaqcadan deyə bilməz. Bəs nəyə görə bunu Allah haqqında demək olmaz? O, yaratdığı hər şeyi, eləcə də insan təbiətini və meyllərini tam başa düşür. Allah istəyəndə ayrı-ayrı adamların və bütöv xalqların necə hərəkət edəcəklərini dəqiqliklə görə bilir. Bundan əlavə, Onun hadisələrin nəticələrini istədiyi səmtə yönəltmək bacarığı qeyri-məhduddur. O Öz peyğəmbərləri vasitəsilə nəyinsə baş verəcəyini xəbər verəndə «qulunun sözlərini icra edən, elçilərinin sözlərini gerçək edən» Şəxs olur (Yeşaya 44:26). Bu sözləri özü haqda yalnız Yehova Allah deyə bilər.

Yeşaya İsa Məsihdən təxminən 700 il əvvəl yaşasa da, Məsihin gəlməsi haqda peyğəmbərlik etmişdir. Lakin əsas etibarilə 18-ci əsrdən başlayaraq Müqəddəs Kitab tənqidçiləri «Yeşaya» kitabının doğruluğunu şübhə altına almışlar. Onlar iddia edirlər ki, Yeşayanın yazdıqları əslində peyğəmbərlik deyil, onlar hadisələr baş verəndən sonra yazılıb, sonralar yaşayan bir nəfər sadəcə olanları qələmə alıb. Bu doğrudurmu? 1947-ci ildə Ölü dəniz yaxınlığındakı mağarada başqa qədim tumarlarla birlikdə «Yeşaya» kitabının əlyazması da tapılmışdır. Alimlər müəyyən ediblər ki, bu nüsxə, haqqında peyğəmbərlik edilmiş Məsihin doğulmasından yüz ildən çox əvvəl yazılmışdır. Bəli, Müqəddəs Kitab gələcəkdən xəbər verir!

Yeşaya və Müqəddəs Kitabın başqa yazıçıları yalnız öz anlayışlarına əsaslanaraq gələcək hadisələri söyləyə bilməzdilər. Əksinə, onlar ‘Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək, Allahdan gələn şeyləri söyləyirdilər’ (2 Peter 1:21, İ–93). Növbəti məqalələrdə İsanın həyatı haqqında Yeşaya vasitəsilə qabaqcadan deyilmiş bəzi təfsilatlar müzakirə olunacaq. Sonra isə İsa Məsihin və onun şagirdlərinin bizim günlərimiz və gələcək üçün söylədiyi peyğəmbərlikləri nəzərdən keçirəcəyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş