‘Bir ürək və bir canla’ Allaha xidmət edirik
YƏHUDİLƏR və prozelitlər İsa Məsihin şagirdlərinin ətrafına toplaşıblar. Pentikost bayramıdır. Yerusəlimə gələnlər qərb və şərqdən — Roma və Parfiya kimi uzaq ərazilərdəndir. İzdiham arasında müxtəlif dillər eşidilir. Lakin onlarla danışanlar İsanın qalileyalı şagirdləridir. Çaş-baş qalan insanlardan bəziləri soruşur: «Bəs necə olur ki, hər birimiz öz ana dilimizi eşidir?» (Həv. iş. 2:8).
Həvari Peter qalxıb, şahidi olduqları möcüzənin səbəbini izah edir. Peterin sözlərinin onlara bağışladığı güclü təsir nəticəsində minlərlə insan vəftiz olur! (Həv. iş. 2:41). Yığıncaq sürətlə böyüsə də, birliyini qoruyub saxlayır. Müqəddəs Kitabı yazanlardan biri olan Luka deyir: «İman edənlərin... bir ürək və bir canı var idi» (Həv. iş. 4:32).
ramızın 33-cü ilinin Pentikost günündə vəftiz olan minlərlə insan yeni imanları haqda öyrənmək üçün Yerusəlimdə daha çox qalmaq istədi. Ancaq onlar bu qədər uzun vaxt qalmağı planlaşdırmamışdılar. Buna görə də, onlara kömək etmək məqsədilə maddi vəsait toplamaq qərara alındı. Məsihçilərin bəziləri könüllü olaraq mülklərini satıb, pulunu ehtiyacı olanlara kömək etmək üçün həvarilərə verdilər (Həv. iş. 2:42-47). Onlar necə də gözəl məhəbbət və səxavətlilik ruhu təzahür etdirdilər!
Həqiqi məsihçilər hər zaman belə məhəbbət və səxavət ruhunu göstərmişlər. Müasir məsihçi yığıncağı da Yehovaya ‘bir ürək və bir canla’ xidmət edir. Hər bir məsihçi vaxtını, gücünü və vəsaitini xoş xəbərin təbliğinə və Allahın Padşahlığının maraqları üçün səxavətlə sərf edir. («Bəziləri necə ianə edirlər?» çərçivəsinə bax.)
[6-cı səhifədəki çərçivə]
BƏZİLƏRİ NECƏ İANƏ EDİRLƏR?
ÜMUMDÜNYA İŞİ ÜÇÜN PUL İANƏLƏRİ
Çoxları öz büdcələrində müəyyən miqdarda pul ayırıb, üzərində «Ümumdünya işi üçün ianələr (Matta 24:14)» yazılan qutuya atırlar.
Yığıncaqlar bu könüllü ianələri hər ay yerli filiala göndərirlər. Könüllü edilən pul ianələrini ölkənizə xidmət edən filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.
İANƏNİN DİGƏR NÖVLƏRİ
Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:
Daşınmaz əmlak. Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filial ilə əlaqə yaradın.
Vəsiyyətnamə. Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.