Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/1 s. 7—11
  • Şagird hazırlamaq işindən sevinc əldə et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şagird hazırlamaq işindən sevinc əldə et
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Sevincdən məhrum edən çətinliklər
  • Ürəyini hazırla
  • Biçmək məqsədilə səp
  • Laqeydliyin öhdəsindən necə gəlmək olar?
  • Yığıncağın ümumi işi
  • Qorxu hissinin öhdəsindən necə gəlmək olar?
  • Mükafat
  • Şagird hazırlamağı bacaracaqsınız
    Gözətçi qülləsi 2021
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • «Gedin... şagird hazırlayın»
    Gözətçi qülləsi 2019
  • Təslim olmayın!
    Gözətçi qülləsi 2021
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/1 s. 7—11

Şagird hazırlamaq işindən sevinc əldə et

«Gedin, bütün xalqları şagirdim edin» (MAT. 28:19).

1-3. a) Başqalarına Müqəddəs Kitabı öyrətmək bir çoxlarında hansı hissləri doğurur? b) Hansı sualları nəzərdən keçirəcəyik?

BİRLƏŞMİŞ ŞTATLARDA hinddilli qrupda xidmət edən bir bacı yazır: «Son 11 həftə ərzində pakistanlı bir ailə ilə Müqəddəs Kitabı öyrənirdim. Biz dostlaşdıq. Onların tezliklə Pakistana qayıdacaqlarını düşünəndə gözlərim yaşarır. Bu, təkcə onlardan ayrıldığım üçün kədər göz yaşları deyil, həm də onlara Yehova haqqında öyrətmək imkanım olduğu üçün sevinc göz yaşlarıdır».

2 Sənə də nə vaxtsa kiminləsə Müqəddəs Kitab öyrənməsi keçirmək sevinci nəsib olubmu? İsa və onun birinci əsrdəki davamçıları şagird hazırlamaq işindən böyük sevinc duyurdular. İsanın hazırladığı 70 şagirdi xidmətdən sevindirici xəbərlərlə qayıdanda o, ‘ruhən sevindi’ (Luka 10:17-21). Şagird hazırlamaq işi bu gün də bir çoxlarına böyük sevinc gətirir. Buna sübut olaraq, 2007-ci ildə təbliğçilər səylə və sevinclə hər ay orta hesabla altı milyon yarım Müqəddəs Kitab öyrənməsi keçiriblər.

3 Ancaq bəzi təbliğçilərin Müqəddəs Kitab öyrənmələri heç olmayıb. Başqaları isə son illər ərzində Müqəddəs Kitab öyrənməsi keçirməmişlər. Müqəddəs Kitab öyrənməsi keçirərkən biz hansı çətinliklərlə qarşılaşırıq? Onların öhdəsindən necə gələ bilərik? Və İsanın: «Gedin, bütün xalqları şagirdim edin» tapşırığına əməl etmək üçün əlimizdən gələni edəndə hansı mükafatı alırıq? (Mat. 28:19).

Sevincdən məhrum edən çətinliklər

4, 5. a) Dünyanın bəzi yerlərində insanlar xoş xəbərə necə hay verirlər? b) Digər yerlərdə təbliğçilər hansı çətinliklərlə qarşılaşırlar?

4 Dünyanın müəyyən yerlərində insanlar verdiyimiz ədəbiyyatları məmnuniyyətlə qəbul edir və sevinclə Müqəddəs Kitabı öyrənirlər. Zambiyada müvəqqəti xidmət etmiş avstraliyalı ər-arvad yazır: «Deyilənlər həqiqət imiş. Zambiya təbliğ üçün əsl cənnətdir. Küçədə təbliğə söz yoxdur! İnsanlar özləri bizə yaxınlaşır, bəziləri hətta jurnalların konkret sayını istəyirlər». Zambiyadakı bacı-qardaşlar son illərin birində 200 000-dən çox Müqəddəs Kitab öyrənməsi keçirmişlər, belə ki hər təbliğçiyə orta hesabla birdən çox öyrənmə düşür.

5 Digər yerlərdə isə təbliğçilərə ədəbiyyat paylamaq və müntəzəm olaraq Müqəddəs Kitab öyrənməsi keçirmək müşkül məsələdir. Nəyə görə? Çünki çox vaxt təbliğçilər gələndə insanlar evdə olmur, olanlar isə dinə laqeyd yanaşa bilərlər. Ola bilsin, onların böyüyüb başa çatdıqları ailə dindar olmayıb, yaxud yalan dinin ikiüzlülüyü onlarda ikrah doğurur. Bir çox insanlar yalançı çobanlar üzündən ruhani xəstəliyə tutulub — taqətdən düşüb və dağınıq haldadır (Mat. 9:36). Təəccüblü deyil ki, belə insanlar Müqəddəs Kitab haqqında danışmağa ehtiyat edirlər.

6. Bəzi təbliğçilərin imkanlarını nə məhdudlaşdırır?

6 Bəzi sadiq təbliğçilər onları sevincdən məhrum edən başqa çətinliklərlə qarşılaşırlar. Onlar vaxtilə şagird hazırlamaq işində fəal iştirak etsələr də, səhhətləri və qocalıqla bağlı problemlər indi onların imkanlarını məhdudlaşdırır. Özümüzün özümüzə yaratdığımız maneələrə də nəzər salaq. Məsələn, sən Müqəddəs Kitab öyrənməsi keçirmək üçün kifayət qədər bacarığının olmadığınımı düşünürsən? Yehova Musanı fironun yanına göndərəndə onun keçirdiyi hisslər, ola bilsin, sənə də tanışdır. Musa demişdi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam» (Çıx. 4:10). Bundan əlavə, bizdə qorxu ola bilər ki, bütün cəhdlərimiz boşa çıxacaq, öyrətdiyimiz insan şagird olmayacaq, çünki biz mükəmməl müəllim deyilik. Belə bir aqibətdən qaçmaq üçün öyrənmə keçirməmək qərarına gələ bilərik. Bu çətinliklərin öhdəsindən necə gəlmək olar?

Ürəyini hazırla

7. İsanı xidmət etməyə nə təşviq edirdi?

7 İlk növbədə, biz öz ürəyimizi hazırlamalıyıq. İsa demişdir ki, insanın «ağzı ürəyindən gələni söyləyir» (Luka 6:45). İsanı xidmət etməyə təşviq edən başqalarının rifahı ilə səmimi-qəlbdən maraqlanması idi. Məsələn, o, yəhudi qardaşlarının ruhən acınacaqlı vəziyyətdə olduqlarını görəndə «onlara yazığı gəldi». O, şagirdlərinə dedi: «Məhsul çox[dur]... Məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin» (Mat. 9:36-38).

8. a) Nə haqda fikirləşməyimiz yaxşı olardı? b) Müqəddəs Kitabı öyrənən bir qadının sözlərindən nə öyrənə bilərik?

8 Yaxşı olardı ki, kiminləsə Müqəddəs Kitabı öyrənməyin bizə hansı faydanı gətirdiyi haqda dərindən düşünək. Həmçinin xidmətdə rastlaşdığımız insanlar və çatdırdığımız xəbərin onlara gətirəcəyi fayda barədə də düşünək. Bir qadın yaşadığı ölkənin filialına yazıb: «Evimdə mənə Müqəddəs Kitabı öyrədən Şahidlərə nə qədər minnətdar olduğumu bildirmək istəyirəm. Bilirəm ki, bəzən mənə görə işlərindən olurlar, çünki üzərlərinə çoxlu suallar yağdırıram və onlar planlaşdırdıqları vaxtdan artıq oturmalı olurlar. Ancaq onlar çox səbirlidirlər və öyrəndiklərini mənimlə məmnuniyyətlə bölüşməyə hazırdırlar. Bu insanların həyatıma daxil olduqları üçün Yehovaya və İsaya çox minnətdaram».

9. İsa diqqətini nəyə cəmləyirdi və biz onu necə təqlid edə bilərik?

9 Əlbəttə, İsanın kömək etmək cəhdlərinə hər kəs hay vermirdi (Mat. 23:37). Bəziləri bir müddət onun ardınca getdikdən sonra onun təlimlərinə qarşı çıxır və «artıq Onunla gəzmirdi» (Yəh. 6:66). Lakin İsa yol vermədi ki, bəzilərinin xoşagəlməz münasibəti təbliğ etdiyi xəbərin dəyərsiz olduğunu düşünməyə vadar etsin. Səpdiyi toxum əksər insanların ürəyində bəhrə gətirməsə də, İsa diqqətini işinin müsbət cəhətlərinə cəmləşdirirdi. Tarlaların biçilmək üçün ağardığını görən İsa biçin işində iştirak etməkdən böyük sevinc duyurdu. (Yəhya 4:35, 36 ayələrini oxu.) Yalnız bəhrəsiz sahəni görmək əvəzinə, İsa kimi, biz də diqqətimizi biçin işində iştirak etməyə yönəldib məhsul gözləyə bilərikmi? Gəlin görək, bu cür müsbət əhval-ruhiyyəni necə qorumaq olar.

Biçmək məqsədilə səp

10, 11. Xidmətdə sevincini necə qoruya bilərsən?

10 Əkinçi toxumu məhsul yığmaq məqsədilə səpir. Biz də Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə təbliğ etməliyik. Tutaq ki, sən müntəzəm olaraq xidmətdə iştirak edirsən, ancaq evdə çox az adam tapırsan, yaxud da təkrar başçəkmə zamanı onları ümumiyyətlə evdə tapmırsan. Əlbəttə, bu səni ruhdan sala bilər. Onda sən evdən-evə təbliğ etməməlisən? Əlbəttə, yox! Bu gün də bir çox insanlar zamanın sınağından keçmiş bu təbliğ üsulu sayəsində ilk dəfə həqiqəti eşidirlər.

11 Lakin sevincini qorumaq və daha çox insana təbliğ etmək üçün müxtəlif təbliğ üsullarından istifadə edə bilərsənmi? Məsələn, küçədə və ya işgüzar ərazilərdə təbliğ etməyi sınamısanmı? Telefon vasitəsilə təbliğ edə, yaxud vaxtilə təbliğ etdiyin adamlarla əlaqə saxlamaq üçün telefon nömrələrini ala bilərsənmi? Xidmətdə israrlı olmaqla və ona uyğunlaşmaqla Padşahlıq haqqında xoş xəbərə hay verən insanlar taparaq sevinc əldə edəcəksən.

Laqeydliyin öhdəsindən necə gəlmək olar?

12. Sahəmizdəki insanların çoxu laqeydlik göstərirsə, nə edə bilərik?

12 Sahəndə yaşayan insanlar dinə qarşı laqeyddirlərsə, nə etmək olar? Söhbətə başlamaq üçün maraq oyadacaq bir mövzuya toxuna bilərsənmi? Həvari Pavel Korinfdəki həmimanlılarına yazmışdı: «Yəhudilərlə yəhudi kimi davrandım; özüm Müqəddəs Qanunun hakimiyyəti altında olmadığım halda, Qanun altındakıları əldə etmək üçün, onlarla Qanun altındakı adam kimi davrandım». Pavelin məqsədi nə idi? O deyir: «Hər kəs üçün hər şey oldum ki, hər necə olursa-olsun bəzilərini xilas edim» (1 Kor. 9:20-22). Biz də sahəmizdə yaşayan insanlar üçün maraqlı mövzular seçə bilərikmi? Dinlə maraqlanmayan insanların çoxu ailə münasibətlərini yaxşılaşdırmaq istəyir. Həmçinin həyatın mənasını axtaranlar da var. Sən Padşahlıq xəbərini həmin insanlara elə təqdim edə bilərsənmi ki, bu onlarda maraq doğursun?

13, 14. Şagird hazırlamaq işindən aldığımız sevinci artırmaq üçün nə edə bilərik?

13 Get-gedə daha çox təbliğçi əksər insanların laqeydlik göstərdiyi ərazilərdə belə şagird hazırlamaq işindən daha çox sevinc əldə edir. Necə? Onlar əcnəbi dil öyrənirlər. 60-dan çox yaşı olan bir ər-arvad fikir verib ki, yığıncaqlarının ərazisində ailələri ilə birgə minlərlə çinli tələbələr yaşayır. Qardaş deyir: «Bu bizi Çin dilini öyrənməyə təşviq etdi. Bunun üçün hər gün vaxt sərf etməli olsaq da, çoxlu öyrənmələrə başlamağa müvəffəq olduq».

14 Xarici dil öyrənmək imkanın olmasa da, xidmətdə əcnəbilərə rast gələndə «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasından səmərəli istifadə edə bilərsən. Onlara hətta müntəzəm olaraq ədəbiyyat da gətirmək olar. Düzdür, başqa dildə danışan və başqa mədəniyyətə mənsub olan insanlarla ünsiyyət yaratmaq üçün çox vaxt və güc tələb olunur. Allahın Kəlamında yazılan bir prinsipi unutma: «Çox əkən... çox da biçəcəkdir» (2 Kor. 9:6).

Yığıncağın ümumi işi

15, 16. a) Nəyə görə demək olar ki, şagird hazırlamaq yığıncağın ümumi işidir? b) Bu işdə yaşlı bacı-qardaşlarımız hansı rolu oynayırlar?

15 Şagird hazırlamaq yalnız bir nəfərin işi deyil. Əksinə, bu, yığıncağın ümumi işidir. Nə üçün belə demək olar? Çünki İsa demişdir: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:35). Həqiqətən də, Müqəddəs Kitabı öyrənənlər görüşlərə gələndə buradakı məhəbbət dolu ab-hava çox vaxt onlara dərin təəssürat bağışlayır. Müqəddəs Kitabı öyrənən bir adam yazır: «Mən yığıncaqlara gedəndə elə sevinirəm ki. Orada insanlar çox səmimi və mehribandırlar». İsa demişdir ki, onun davamçıları öz ailələri tərəfindən təqiblərə məruz qala bilərlər. (Matta 10:35-37 ayələrini oxu.) Bununla belə, onların yığıncaqda çoxlu ruhani «qardaşlar, bacılar, atalar və analar, uşaqlar» qazanacaqlarını da vəd etmişdi (Mark 10:30).

16 Yaşlı bacı və qardaşlarımız Müqəddəs Kitabı öyrənənlərin ruhani inkişafında xüsusi rol oynayırlar. Onların bəziləri Müqəddəs Kitab öyrənmələri keçirə bilməsələr də, yığıncaq görüşlərində verdikləri ruhlandırıcı şərhlər onlara qulaq asanların hamısının imanını möhkəmləndirir. Onların ‘salehlik yolunda’ yeridikləri müddətdə qazandıqları həyat təcrübələri yığıncağa gözəllik verir və səmimi insanları Allahın təşkilatına cəlb edir (Sül. məs. 16:31).

Qorxu hissinin öhdəsindən necə gəlmək olar?

17. Əgər Müqəddəs Kitab öyrənməsi keçirə bilməyəcəyini düşünürsənsə, nə edə bilərsən?

17 Əgər Müqəddəs Kitab öyrənməsi keçirmək bacarığının olmadığını düşünürsənsə, Yehovanın Musaya müqəddəs ruh verməklə və qardaşı Harunu əməkdaşı təyin etməklə ona kömək etdiyini xatırla (Çıx. 4:10-17). İsa vəd etmişdir ki, Allahın ruhu şahidlik işində bizə dayaq olacaq (Həv. iş. 1:8). Üstəlik, İsa şagirdlərini təbliğ etməyə iki-iki göndərmişdi (Luka 10:1). Buna görə də, Müqəddəs Kitab öyrənməsi keçirməkdə çətinlik çəkirsənsə, duada Allahdan müqəddəs ruh və müdriklik dilə, sonra da yanında özünü əmin hiss edəcəyin və təcrübəsi sənə faydalı olacaq adamla xidmətə get. Bu qeyri-adi işi yerinə yetirmək üçün Yehovanın sadə insanları — «dünyanın zəif saydıqlarını» seçdiyini bilmək imanımızı necə də möhkəmləndirir! (1 Kor. 1:26-29).

18. Bütün cəhdlərimizin boşa çıxacağından qorxuruqsa, nə edə bilərik?

18 Bütün cəhdlərimizin boşa çıxacağından, Müqəddəs Kitabı öyrənən insana kömək edə bilməyəcəyimizdən qorxuruqsa, nə edə bilərik? Unutma ki, şagird hazırlamaq işi yemək bişirmək işinə bənzəmir, çünki yeməyin dadlı alınıb-alınmayacağı əsas etibarilə tək bir nəfərdən — aşbazdan asılıdır. Bunun əksinə olaraq, şagird hazırlamaq işi üç şəxsin iştirakını tələb edir. Ən əsas rol insanları Özünə cəlb edən Yehovaya məxsusdur (Yəh. 6:44). Biz və yığıncaqdakı bacı-qardaşlar öyrənənlərə ruhən inkişaf etməyə kömək etmək üçün öyrətmək qabiliyyətimizdən mümkün qədər yaxşı istifadə etməyə çalışırıq. (2 Timoteyə 2:15 ayəsini oxu.) Müqəddəs Kitabı öyrənənlər öyrəndiklərini həyatlarında tətbiq etməlidirlər (Mat. 7:24-27). Əgər insan Müqəddəs Kitabı öyrənməyi dayandırırsa, bu bizi məyus edə bilər. Ümid edirik ki, Müqəddəs Kitabı öyrənənlər düzgün seçim edəcəklər, axı hər bir kəs «özü üçün Allaha hesabat verəcəkdir» (Rom. 14:12).

Mükafat

19-21. a) Müqəddəs Kitab öyrənməsi keçirməyin faydaları hansılardır? b) Yehova təbliğ işində iştirak edənlərə necə yanaşır?

19 Müqəddəs Kitab öyrənməsi keçirmək diqqətimizi, ilk növbədə, Padşahlığı axtarmağa cəmləməyə kömək edir. Həmçinin Allahın Kəlamındakı həqiqətləri ürəyimizin və zehnimizin dərinliklərinə həkk edir. Bu necə mümkündür? Barak adlı pioner qardaş deyir: «Müqəddəs Kitab öyrənməsi keçirməyin sayəsində insan Allahın Kəlamını daha dərindən araşdırmağa təşviq olunur. Mən hesab edirəm ki, kiməsə təlim verməzdən öncə öyrədəcəyim şeylərə özüm əmin olmalıyam».

20 Əgər Müqəddəs Kitab öyrənmən yoxdursa, xidmətinin Allahın gözündə dəyərsiz olduğunu düşünmək düzgündürmü? Əlbəttə, yox! Yehova Onu izzətləndirmək səyimizi yüksək qiymətləndirir. Təbliğ işində iştirak edənlərin hamısı Allahın ‘əməkdaşlarıdır’. Amma səpdiyimiz toxumun Müqəddəs Kitabı öyrətdiyimiz adamın ürəyində Allahın necə böyüdüyünü görəndə sevincimiz daha da artır (1 Kor. 3:6, 9). Pioner kimi xidmət edən Emi adlı bacı deyir: «Öyrənən insanın ruhən inkişaf etdiyini görəndə insanın ürəyi Yehovaya qarşı minnətdarlıq hissi ilə dolub-daşır, çünki Yehova həmin insana gözəl bir ənam — Onu tanımaq və əbədi həyat almaq imkanı verməkdə səndən istifadə etmişdir».

21 Müqəddəs Kitab öyrənməsinə başlamaq və onu keçirmək üçün əlimizdən gələni etmək Allaha xidmətdə fəal qalmağa kömək edəcək və gələcək həyat üçün ümidimizi möhkəmləndirəcək. Eyni zamanda, Yehovanın köməyi ilə bizə qulaq asanlara xilas olmağa kömək edirik. (1 Timoteyə 4:16 ayəsini oxu.) Bu necə də sevindiricidir!

Yadınızdadırmı?

• Bəzi təbliğçilər Müqəddəs Kitab öyrənməsi keçirməklə bağlı hansı çətinliklərlə üzləşirlər?

• Sahəmizdə yaşayanların əksəriyyəti xoş xəbərə laqeyd yanaşırsa, nə etmək olar?

• Müqəddəs Kitab öyrənməsi keçirməyin hansı mükafatları var?

[9-cu səhifədəki şəkillər]

Səmimi insanları tapmaq üçün başqa təbliğ üsullarından da istifadə edirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş