Allah mənim qayğıma qalırmı?
Adətən verilən cavablar:
▪ «Allahın işi-gücü qurtarıb ki, mənim problemlərimi düşünsün?»
▪ «Məncə, həyatımda baş verənlər Allahı maraqlandırmır».
İsa bu haqda nə demişdi?
▪ «Məgər beş sərçə iki assariyə satılmırmı? Və Allahın yanında onlardan heç biri unudulmamışdır. Sizin başınızdakı saçların hamısı da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Luka 12:6, 7). Şübhəsiz ki, İsa Allahın qayğımıza qaldığını deyirdi.
▪ «“Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar; səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir» (Matta 6:31, 32). İsa əmin idi ki, Allah nəyə ehtiyac duyduğumuzu bilir.
MÜQƏDDƏS KİTAB Allahın bizim rifahımızla maraqlandığını birmənalı şəkildə deyir (Məzmur 55:22; 1 Peter 5:7). Əgər bu belədirsə, bəs onda nə üçün bu qədər əziyyət çəkirik? Allah məhəbbətli və güclüdürsə, onda nə üçün əzablara son qoymur?
Bu suallara cavab vermək üçün çoxlarına məlum olmayan bir həqiqətə diqqət yetirmək lazımdır: Şeytan İblis hazırkı pis dünyanın rəhbəridir. İsanı sınağa çəkəndə Şeytan ona dünyanın bütün padşahlıqlarını təklif etdi: «Bütün bu ölkələr üzərində hakimiyyəti və onların şan-şöhrətini Sənə verəcəyəm; çünki bu mənə verilmişdir və mən kimə istəsəm ona verirəm» (Luka 4:5-7).
Kim Şeytanı bu dünyanın rəhbəri edib? Ulu valideynlərimiz Adəmlə Həvva Şeytana qulaq asıb, Allahdan üz döndərəndə Şeytanı, mahiyyət etibarilə, öz rəhbərləri seçmiş oldular. Həmin üsyandan bəri Yehova Allah səbir edir. O yol verdi ki, Şeytanın hakimiyyətinin uğursuz olduğunu zaman özü göstərsin. Yehova heç kimi Ona xidmət etməyə məcbur etmir, bununla belə insanların Ona dönməsinə yol açıb (Romalılara 5:10).
Allah qayğımıza qaldığından İsaya bizi Şeytanın hakimiyyəti altından azad etmək səlahiyyətini verib. Yaxın gələcəkdə İsa ‘ölüm üzərində hakimiyyətə malik olanı, yəni iblisi təsirsiz hala gətirəcək’ (İbranilərə 2:14). Bununla da, ‘iblisin əməllərini puç edəcək’ (1 Yəhya 3:8).
Yer üzündə Cənnət bərpa ediləcək. O zaman Allah ‘gözlərdən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib gedəcəka (Vəhy 21:4, 5).
[Haşiyə]
a Allahın əzablara nəyə görə yol verdiyi haqda daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslinə baxın.
[8-ci səhifədəki şəkil]
Yer üzündə Cənnət bərpa ediləcək