Gənc oxucularımız üçün
Təvazökar və cəsur insan
YUNUS — I HİSSƏ
Təlimat: Bu tapşırığı sakit şəraitdə et. Ayələri oxuyanda özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri gözünün qabağında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.
1 BU EPİZODU ARAŞDIR. YUNUS 1:1—17; 2:10—3:5 AYƏLƏRİNİ OXU.
Fırtınanı və onun səsini necə təsəvvür edirsən?
_______
Yunusun və gəmidəkilərin səsindən onların hansı hissləri keçirdiklərini demək olar?
_______
Dənizdə batanda və böyük balıq onu udanda, ola bilsin, Yunus nə haqda düşünürdü? Bunu təsvir etməyə çalış. (Yunus 2:1—9 ayələrini oxu.)
_______
2 DAHA DƏRİNDƏN ARAŞDIR.
Ninevanın sakinləri necə insanlar idi və ola bilsin, nəyə görə Yunus onların yanına getməyə tərəddüd edirdi? (Nahum 3:1)
_______
Səncə, hansı mənada Nineva «Allahın nəzərində böyük şəhər idi»? (Yunus 3:3; 2 Peter 3:9)
_______
Yunusun dürüstlüyü (həm öz səhvi, həm də Allah haqda danışdıqları) onun haqqında nəyi bildirir? (Yunus 1:9, 10 ayələrinin yenidən oxu.)
_______
Gəmiçilər Yunusu suya atandan sonra gəmidə nə baş verdiyini, ehtimal ki, o, haradan öyrənmişdi? (Yunus 1:15, 16 ayələrini yenidən oxu.)
_______
3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQDA ÖYRƏNDİKLƏRİNİ YAZ:
Qorxu.
_______
Təvazökarlıq.
_______
Cəsarət.
_______
Yehovanın insanlara, hətta bizim zənnimizcə pis olanlara baxışı.
_______
4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?
_______
Daha ətraflı araşdırma aparmaq üçün «Gözətçi Qülləsi»nin 2009-cu il, aprel-iyun sayının, 9—12 səhifələrinə bax.