Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/4 s. 20
  • ‘Taxtın əbədi möhkəm qalacaq’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Taxtın əbədi möhkəm qalacaq’
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Həyatında dəyişiklik baş verərkən Allahın ruhuna bel bağla
    Gözətçi qülləsi 2004
  • «İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Davudun günahı
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Mənə sənin iradənə əməl etməyi öyrət»
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/4 s. 20

Allaha yaxınlaşın

‘Taxtın əbədi möhkəm qalacaq’

2 Şamuel 7:1—16

TARİX boyu bir çox rəhbərlər hakimiyyətdən kənar edilmişlər. Bəziləri səsvermə yolu ilə, digərləri isə zorla vəzifədən uzaqlaşdırılmışlar. Bəs səmavi Padşahlığın Padşahı İsa Məsih haqqında nə demək olar? Allahın təyin etdiyi Padşah kimi idarə etməkdə onun qarşısını nə isə kəsə bilərmi? Bu sualın cavabını Yehovanın qədim İsrailin padşahı Davuda dediyi sözlərdə, «2 Şamuel» kitabının 7-ci fəslində tapmaq olar.

Fəslin əvvəlində öyrənirik ki, Davud özünün, adi padşahın gözəl sarayda yaşadığı halda, Allahın sandığının sadə bir çadırda qalmasına görə narahat idia. Buna görə Davud Yehova üçün layiqli bir ev, məbəd tikmək istədiyini bildirir (2-ci ayə). Lakin tezliklə öyrənir ki, evi o tikməyəcək. Yehova Natan peyğəmbər vasitəsilə Davuda evi oğlunun tikəcəyini deyir (4, 5, 12, 13-cü ayələr).

Davudun bu səmimi arzusu Yehovanın ürəyincə olur. Sədaqətinə cavab olaraq və peyğəmbərliyə əsasən, Allah Davudla onun nəslindən əbədilik hökm sürəcək bir şəxs çıxaracağına dair əhd bağlayır. Natan Davuda Allahın müqəddəs vədini çatdırır: «Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq» (16-cı ayə). Bu əhdin daimi Varisi — əbədiyyən hökm sürəcək kəs kimdir? (Yaradılış 49:10; Məzmur 89:20, 29, 34—36).

Nazaretli İsa Davudun nəslindən idi. İsanın doğulmasını xəbər verərkən mələk demişdi: «Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin sonu olmayacaqdır» (Luka 1:32, 33). Beləliklə, Davudla bağlanan əhd İsa Məsihin üzərində yerinə yetdi. O, səsvermə yolu ilə hakimiyyət başına gəlməyib, əksinə, ona əbədiyyən hökm sürmək hüququnu Allahın müqəddəs vədi verir. Gəlin unutmayaq ki, Allah vədlərini həmişə yerinə yetirir (Yeşaya 55:10, 11).

Biz «2 Şamuel» kitabının 7-ci fəslindən iki vacib şeyi öyrənirik. Birincisi, şübhə yoxdur ki, heç nə və heç kim İsa Məsihin hakimiyyət sürməsinə mane ola bilməz. Beləliklə, əmin ola bilərik ki, o, qarşısına qoyduğu məqsədə çatacaq, başqa sözlə, Allahın iradəsinin göydə olduğu kimi, yerdə də tamamilə həyata keçməsinə nail olacaq (Matta 6:9, 10).

İkincisi, buradan Yehova və Onun necə Allah olması haqqında ürəyi riqqətə gətirən bir şey öyrənirik. Yadınızdadırsa, Yehova Davudun ürəyindəki niyyəti görüb onu qiymətləndirdi. Yehovanın sədaqətlə Ona ibadət etdiyimizi görməsi və bunu qiymətləndirməsi bizi ruhlandırır. Bəzi hallarda bizdən asılı olmayan vəziyyətlər, məsələn, zəif sağlamlıq və ya qocalıq ucbatından Allaha ürəyimiz istəyən qədər xidmət edə bilmirik. Əgər belədirsə, gəlin Yehovanın sədaqətlə ibadət etdiyimizi, hətta ürəyimizdəki niyyətləri belə gördüyünü düşünərək təsəlli tapaq.

[Haşiyə]

a Əhd sandığı Yehovanın tapşırığı ilə və Onun söylədiyi kimi tikilən müqəddəs qutu idi. O, Yehovanın qədim İsrail xalqı ilə olduğunu təmsil edirdi (Çıxış 25:22).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş