Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/10 s. 30—31
  • Sadiq dostları necə tapmalı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadiq dostları necə tapmalı?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Allah Musa peyğəmbərə xüsusi iş tapşırır
    Gözətçi qülləsi 2012
  • Gəncin cəsarəti
    Gözətçi qülləsi 2009
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/10 s. 30—31

Gənc oxucularımız üçün

Sadiq dostları necə tapmalı?

Təlimat: Bu tapşırığı sakit şəraitdə et. Ayələri oxuyanda özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri gözünün qabağında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.

Baş qəhrəmanlar: Yonatan, Davud və Şaul

Qısa icmal: Davud Qolyatı öldürdükdən sonra Yonatan Davudun ən yaxşı dostu oldu.

1 BU EPİZODU ARAŞDIR. 1 ŞAMUEL 17:57—18:11; 19:1; 20:1—17, 41, 42 AYƏLƏRİNİ OXU.

Səncə, Şaulun xarici görünüşü necə idi? (Kömək üçün: 1 Şamuel 10:20—23 ayələrinə bax.)

_______

Davud Yonatanla görüşəndə, ola bilsin ki, o hələ yeniyetmə oğlan idi. Sən onun xarici görünüşünü necə təsəvvür edirsən? (Kömək üçün: 1 Şamuel 16:12, 13 ayələrinə bax.)

_______

«Birinci Şamuel» kitabının 20-ci fəslinin axırında Davudla Yonatanın son görüşləri barədə oxuyarkən onların səsindən hansı hissləri keçirdikləri hiss olunur?

_______

2 DAHA DƏRİNDƏN ARAŞDIR.

Müqəddəs Kitabda yazılır ki: «Davud Şaulla danışığını qurtaran kimi Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi» və ya başqa tərcüməyə əsasən, «Davudla Yonatan yaxın dost oldular» (1 Şamuel 18:1, «Contemporary English Version»). Səncə, Yonatanı cəlb edən Davudun hansı xüsusiyyətləri idi? (Kömək üçün: 1 Şamuel 17:45, 46 ayələrinə bax.)

_______

Yonatan Davuddan təxminən 30 yaş böyük idi. Aralarında bu qədər yaş fərqinin olmasına baxmayaraq, səncə, onlar nəyin sayəsində «yaxın dost» olmuşdular?

_______

Bu təsirli hadisədən göründüyü kimi, əsil dostluğun səciyyəvi xüsusiyyətləri hansılardır? (Kömək üçün: Süleymanın məsəlləri 17:17; 18:24 ayələrinə bax.)

_______

Nəyə görə Yonatan Davuda sədaqətli olmağı atasına sədaqətdən üstün tutdu?

_______

3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQQINDA ÖYRƏNDİKLƏRİNİ YAZ:

Dostluq.

_______

Sadiqlik.

_______

Özündən böyüklərlə dostluq.

_______

Yaxşı dostları necə qazana bilərsən?

_______

4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?

_______

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş