Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/10 s. 24—29
  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • «Yetmiş il» — kimin üçün?
  • «Yetmiş il» nə vaxt başlandı?
  • «Yetmiş il» nə zaman sona çatdı?
  • Qədim tarixçilər nə dərəcədə dəqiq idilər?
  • Ptolemeyin xronoloji qanunu
  • Nəticənin əsaslandığı sübutlar
  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? İkinci hissə
    Gözətçi qülləsi 2012
  • Dərs 3. Vaxt axınındakı hadisələr
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2004
  • Müqəddəs Kitab ayələrini necə tapa bilərik?
    Əlavə mövzular
  • Zaman xətti
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/10 s. 24—29

Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə

Bunun hansı əhəmiyyəti var? Sübutlar nəyi göstərir?

Bu məqalə «Gözətçi Qülləsi»ndə qədim Yerusəlimin dağılma tarixi ilə bağlı elmi sualların müzakirə olunduğu iki məqalədən birincisidir. Bu məqalələrdə bəzilərində çaşqınlıq yaradan suallara cavab olaraq dərin araşdırmalara və Müqəddəs Kitaba əsaslanan dəlillər gətirilir.

«Tarixçilər və arxeoloqlar tərəfindən Yerusəlimin dağılma tarixi kimi b. e. ə. 586-cı və ya 587-ci il qəbul olunuba. Nəyə görə Yehovanın Şahidləri bunun b. e. ə. 607-ci ildə baş verdiyini deyir? Bu tarix nəyə əsaslanır?»

BU SUALI bizə oxucularımızdan biri ünvanlamışdır. Babil padşahı II Navuxodonosorun Yerusəlim şəhərini dağıtmasının dəqiq tarixi bizim üçün nəyə görə maraq kəsb etməlidir? Birincisi, bu hadisə Allahın xalqının tarixində vacib dönüş nöqtəsi olmuşdur. Bir tarixçinin sözlərinə əsasən, bu, «faciə ilə, sözün əsil mənasında, dəhşətli faciə ilə» nəticələnmişdi. Bu tarix 400 ildən çox Küll-İxtiyar Allaha ibadətin mərkəzi olan məbədin dağıdılma tarixidir. Məzmurçu fəryad edirdi: «Eh Allah... müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər (Məzmur 79:1).

İkincisi, «dəhşətli faciə»nin nə vaxt başladığını bilməyin və Yerusəlimdə həqiqi ibadətin bərpası ilə bağlı dəqiq Müqəddəs Kitab peyğəmbərliyinin necə yerinə yetməsini başa düşməyin sayəsində Allahın Kəlamının nə qədər etibarlı olduğuna əminliyiniz artacaq. Nəyə görə Yehovanın Şahidləri geniş qəbul olunmuş xronologiyadan 20 il fərqlənən bir tarixi əsas götürürlər? Qısaca desək, buna səbəb Müqəddəs Kitabdakı sübutlardır.

«Yetmiş il» — kimin üçün?

Yerusəlimin dağılmasından illər öncə yəhudi peyğəmbəri Yeremya Müqəddəs Kitab xronologiyasını başa düşmək üçün vacib ipucu vermişdi. O, «Yerusəlimdə yaşayanların hamısına» xəbərdarlıq edib demişdi: «Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək» (Yeremya 25:1, 2, 11). Sonra peyğəmbər əlavə edərək demişdi: «Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm”» (Yeremya 29:10). «Yetmiş il» nə üçün verilmişdi? Və bu vaxt müddəti Yerusəlimin dağılma tarixini müəyyən etməkdə necə kömək edir?

Bir çox tərcümələrdə 70 il «Babildə» əvəzinə, «Babilə» 70 il yazılıb. Buna görə də bəzi tarixçilər iddia edirlər ki, 70 illik dövr Babilistan imperiyasına aiddir. Dünyəvi xronologiyaya əsasən, babillilər qədim Yəhuda və Yerusəlim torpaqlarında haradasa 70 il, b. e. ə. təxminən 609—539-cu illərdə paytaxt şəhəri olan Babil zəbt edilənə qədər hökmranlıq etmişlər.

Lakin Müqəddəs Kitab göstərir ki, bu 70 illik dövr əsas etibarilə Allaha itaət edəcəklərinə söz vermiş Yəhuda və Yerusəlim əhalisinə Allah tərəfindən verilən ağır cəza idi (Çıxış 19:3—6). Onlar pis yollarından əl çəkməyəndə Allah demişdi: «Mən... qulum Babil padşahı Navuxodonosoru... bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm» (Yeremya 25:4, 5, 8, 9). Düzdür, ətraf xalqlar da Babil padşahının qəzəbinə tuş gələcəkdilər, ancaq Yeremya peyğəmbər Yerusəlimin işlətdiyi «böyük günah» ucbatından bağışlanmadığını, cəza olaraq yerlə yeksan edildiyini və xalqın 70 illik sürgünə aparıldığını qeyd edir (Mərsiyələr 1:8; 3:42; 4:6).

Beləliklə, Müqəddəs Kitaba əsasən, bu 70 illik dövr Yəhuda üçün böyük cəza idi, Allah da bu cəzanı həyata keçirmək üçün bir alət kimi babillilərdən istifadə etdi. Eyni zamanda, Allah yəhudilərə dedi ki, «Babildə yetmiş iliniz bitəndə... Mən... sizi buraya [Yəhuda torpağına və Yerusəlimə] qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm» (Yeremya 29:10).

«Yetmiş il» nə vaxt başlandı?

Yeremyanın peyğəmbərliyi yerinə yetdikdən 70 il sonra yaşamış və Allahdan ilham almış tarixçi Ezra Navuxodonosor padşah haqqında yazmışdı: «Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu. Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi» (2 Salnamələr 36:20, 21).

Beləliklə, 70 illik dövr ərzində Yerusəlim və Yəhuda torpağı «Şənbə vaxtlarını» qeyd etməli idi. Bu o deməkdir ki, həmin vaxt əkin-biçin olmayacaqdı — nə tarlaya toxum səpiləcəkdi, nə də üzümlük budanacaqdı (Levililər 25:1—5). Allahın xalqı itaətsizlik göstərdiyi, eləcə də, görünür, «dinclik» (Şənbə) illərinə riayət etməyərək günah işlətdikləri üçün cəza olaraq torpaqları becərilməyəcək və 70 il boş qalacaqdı (Levililər 26:27, 32—35, 42, 43).

Yəhuda torpağı nə vaxt boş və əkib-becərilməmiş qalacaqdı? Əslində, Yerusəlim Navuxodonosorun başçılığı altında iki dəfə babillilərin hücumuna məruz qalmışdır (ikinci hücum illər sonra baş vermişdir). Bəs 70 ilin başlanğıcı nə vaxta təsadüf edir? Əlbəttə ki, Navuxodonosor ilk dəfə Yerusəlimi mühasirəyə aldığı zamana yox. Nəyə görə belə demək olar? Navuxodonosor Yerusəlimdən Babilə çoxlu əsir aparsa da, ölkədə qalanlar olmuşdu. O, heç şəhəri də dağıtmamışdı. Birinci sürgündən illər sonra Yəhudada qalan yoxsul xalq torpağın hesabına yaşayırdı (2 Padşahlar 24:8—17). Ancaq vəziyyət qəfildən dəyişdi.

Yəhudilərin üsyanı babilliləri geri qayıtmağa vadar etdi (2 Padşahlar 24:20; 25:8—10). Onlar məbədlə birlikdə şəhəri yerlə yeksan etdilər və əhalinin çox hissəsini Babilistana əsir apardılar. İki ayın içində «böyükdən kiçiyə qədər [ölkədə qalan] bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən [babillilərdən] qorxurdular» (2 Padşahlar 25:25, 26). Yalnız ondan sonra, yəhudi təqvimi ilə yeddinci, tişri (sentyabr/oktaybr) ayında, yəni həmin ildə boş qalan və becərilməyən torpaq Şənbəsini qeyd etməyə başladı. Yəhudilər Misirə qaçanda Allah Yeremya vasitəsi ilə dedi: «Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz» (Yeremya 44:1, 2). Beləliklə, bu hadisə, görünür, 70 illik dövrün başlanğıcı oldu. Bu, neçənci ildə baş verdi? Cavabı tapmaq üçün həmin dövrün nə zaman sona yetdiyini müəyyən etmək lazımdır.

«Yetmiş il» nə zaman sona çatdı?

«Fars padşahlarının hökmranlığına qədər» yaşayan Daniel peyğəmbər Babildə hadisələrin içində olmuş və 70 ilin nə zaman başa çatacağını hesablamışdı. O yazmışdı: «Mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım» (Daniel 9:1, 2).

Ezra Yeremyanın peyğəmbərlikləri üzərində düşünmüş və «yetmiş il»in sonunu «Rəbb[in] Fars padşahı... Kiri ruhlandırdı»ğı vaxtla əlaqələndirmişdi (2 Salnamələr 36:21, 22). Bəs yəhudlər əsirlikdən nə zaman buraxıldılar? Yəhudilərin azad edilmələri haqda fərman «Fars padşahı Kirin hökmranlığının birinci ilində» verildi. («Əsas götürülən tarix» adlı çərçivəyə baxın.) Beləliklə, yəhudilər həqiqi ibadəti bərpa etmək üçün b. e. ə. 537-ci ilin sonuna yaxın Yerusəlimə qayıtdılar (Ezra 1:1—5; 2:1; 3:1—5).

Müqəddəs Kitab xronologiyasına əsasən, 70 illik dövr b. e. ə. 537-ci ildə bitən simvolik yox, hərfi bir dövr idi. 70 ili geriyə hesablasaq, bu dövrün başlanğıcı b. e. ə. 607-ci ilə gedib çıxır.

Əgər ilham almış Müqəddəs Yazılardan olan sübutlar aydın şəkildə Yerusəlimin dağıdılmasının tarixi kimi b. e. ə. 607-ci ilə işarə edirsə, bəs onda nəyə görə mötəbər alimlər bunun b. e. ə. 587-ci ildə baş verdiyini hesab edirlər? Onlar iki məlumat məbəyinə — qədim tarixçilərin əsərlərinə və Ptolemeyin xronoloji qanununa əsaslanırlar. Demək olarmı ki, bu mənbələr daha etibarlıdır? Gəlin baxaq.

Qədim tarixçilər nə dərəcədə dəqiq idilər?

Yerusəlimin dağıldığı dövrə yaxın zamanlarda yaşayan tarixçilər Yeni Babil padşahları haqqında qarışıq məlumatlar verirlərb. («Yeni Babil padşahları» adlı çərçivəyə baxın.) Tarixçilərin hadisələrin ardıcıllığı və zamanı haqqında gətirdikləri xronoloji məlumatlar Müqəddəs Kitabda yazılanlara uyğun gəlmir. Bəs onların bu yazıları nə dərəcədə etibarlıdır?

Yeni Babil dövrünə ən yaxın zamanlarda yaşayan tarixçilərdən biri Babilistanın «Bel kahini» Berosdur. Onun b. e. ə. 281-ci ildə yazdığı «Babilistan tarixi» adlı əsəri dövrümüzə çatmamışdır və əsərin bəzi parçalarına başqa tarixçilərin əsərlərində təsadüf edilir. Beros «Babildə böyük qayğı ilə qorunub-saxlanılan kitablardan» istifadə etdiyini iddia edirdi1. Demək olarmı ki, Beros, həqiqətən də, dəqiq tarixçi idi? Gəlin bir nümunəyə nəzər salaq.

Beros yazır ki, Assuriya padşahı Sinaxerib (Sanxeriv) «qardaşının padşahlığından» sonra taxta çıxıb; və «ondan sonra oğlu [Asarxaddon] 8 il, sonra da Sammuges [Şamaşşumukin] 21 il» padşah olub (III, 2.1, 4). Lakin Berosdan qabaq yazılmış Babilistanın tarixi sənədlərində deyilir ki, Sinaxerib taxtı qardaşından yox, atası II Sarqondan miras alıb; Asarxaddon 8 il yox, 12 il, Şamaşşumukin isə 21 il yox, 20 il padşahlıq edib. Alim Robertus van der Spek Berosun Babil xronologiyasına müraciət etdiyini qəbul edir, ancaq bununla belə o yazır: «Bu, ona öz əlavələrini və dəyişikliklərini etməyə mane olmamışdır»2.

Bəs başqa alimlər Beros haqqında nə fikirdədirlər? «Adətən, əvvəllər Beros tarixçi kimi qəbul olunurdu», — deyə Berosun əsərləri üzərində dərin araşdırmalar aparan alim Stenli Börstin qeyd edir. Bununla belə, o belə bir nəticə çıxarır: «Əslində onun gördüyü iş tarixçi olmaq üçün kifayət deyil. “Babilistan tarixi” əsəri tam şəkildə əlimizdə olmasa da, oradakı sadə səhvlər adamda təəccüb doğurur... Tarixçi üçün belə səhvlər yolverilməzdir; bundan belə qənaətə gəlmək olar ki, Berosun məqsədi hadisələri tarixi baxımından dəqiq təsvir etmək deyildi»3.

Yuxarıda deyilənlər barədə nə fikirləşirsiniz? Həqiqətən də, Berosun hesablamalarında dəqiqlik və ardıcıllıq varmı? Bəs öz xronologiyalarının böyük qismini Berosun yazdıqlarına əsaslandıran digər qədim tarixçilər barədə nə demək olar? Onların tarixlə bağlı çıxartdıqları nəticələri etibaralayiq hesab etmək olarmı?

Ptolemeyin xronoloji qanunu

B. e. ə. 587-ci il tarixinin təsdiqi kimi, həmçinin eramızın II əsrində yaşamış astronom Klavdi Ptolemey tərəfindən tərtib olunmuş «Çarların xronoloji qanunu»ndan istifadə edilir. Ptolemeyin tərtib etdiyi padşahların siyahısı, Yeni Babil dövrü də daxil olmaqla, qədim tarix xronologiyasının onurğa sütunu hesab olunur.

Ptolemey siyahısını Yeni Babil dövrü bitəndən 600 il sonra tərtib etmişdir. Bəs yaxşı, siyahıda olan birinci padşahın hökmranlığa nə vaxt başladığını o necə müəyyən etmişdir? Ptolemey izah edir ki, siyahıdakı birinci padşah olan «Nabonasarın hökmranlığının başlanğıcını» qismən ay tutulmalarına əsaslanaraq astronomik hesablamalarla hesablanıb4. Beləliklə, Britaniya muzeyində işləyən Kristofer Uolker deyir ki, «Ptolemeyin xronoloji qanunu tarixçilərə padşahların nə zaman taxta çıxdıqları və öldükləri barədə dəqiq məlumat çatdırmaq məqsədilə yox,.. astronomları ardıcıl xronologiya ilə təmin etmək məqsədilə tərtib olunmuşdur»5.

«Uzun müddətdir ki, bu xronoloji qanun astronomik cəhətdən dəqiq hesab olunur... Lakin onun astronomik baxımdan dəqiq olması tarixi baxımından da etibara layiq olduğunu göstərmir», — deyə Ptolomeyin qatı tərəfdarlarından biri Leo Depaut yazır. Professor Depaut sözlərinə əlavə edərək padşahların siyahısı barədə deyir: «Erkən padşahlara gəldikdə [Yeni Babil padşahları da daxil olmaqla], hər bir padşahın idarə etdiyi vaxtı müəyyən etmək üçün xronoloji qanunu mixi yazılarla müqayisə etmək lazımdır»6.

Ptolemeyin xronoloji qanununun tarixi dəqiqliyini yoxlamağa kömək edən bu «mixi yazılar» nədir? Bura Yeni Babil dövründə və ya ona yaxın vaxtlarda yaşamış mirzələr tərəfindən qələmə alınmış mixi yazı sənədləri — Babilistan salnamələri, padşahların adlarının siyahıları və iqtisadi-təsərrüfat lövhəcikləri daxildir7.

Ptolemeyin tərtib etdiyi siyahını mixi yazı mətnləri ilə necə müqayisə etmək olar? Aşağıda gətirilən «Ptolemeyin xronoloji qanununun qədim lövhəciklərlə müqayisəsi» adlı çərçivədə Ptolemeyin siyahısının bir parçası gətirilir və mixi sənədlərlə müqayisə olunur. Diqqət yetirin ki, Ptolemey Kandalanu ilə Nabonid arasındakı Babilistan padşahlarından yalnız dördünün adını göstərib. Lakin «Uruk padşahlar siyahısı» kimi tanınan mixi yazı mətninin bir hissəsindən məlum olur ki, həmin arada dörd yox, yeddi padşah hökmranlıq etmişdir. Bəs onların hökmranlığını qısa və əhəmiyyətsiz hesab etmək olar? Bir iqtisadi-təsərrüfat mixi yazı lövhəciyində yazılana əsasən, onlardan biri yeddi il padşahlıq etmişdir8.

Mixi yazı sənədlərindən olan digər sübutlar da göstərir ki, Nabopalasardan (Yeni Babil dövrünün birinci padşahı) qabaq Babilistanda başqa padşah (Asur-etel-ilani) dörd il hökmranlıq etmişdir. Üstəlik, ölkədə bir ildən çox padşahlıq edən olmamışdı9. Ancaq bütün bunlar Ptolemeyin xronoloji qanununda buraxılmışdır.

Nəyə görə Ptolemey bəzi padşahların adını çəkmir? Görünür, o, onları Babilin qanuni hökmdarları hesab etmirdi10. Məsələn, o, Yeni Babil padşahı Labaşi-Marduku siyahısına daxil etməmişdi. Lakin mixi yazı sənədlərinə əsasən, Ptolemeyin adını çəkmədiyi padşahlar əslində bütün Babilistanda hökmranlıq etmişlər.

Ümumi götürdükdə, Ptolemeyin xronoloji qanunu dəqiq hesab olunur. Lakin buraxılan təfsilatları nəzərə alsaq, bunu dəqiq tarixi xronologiya üçün əsas kimi istifadə etmək olarmı?

Nəticənin əsaslandığı sübutlar

Yekun: Müqəddəs Kitabda konkret şəkildə deyilir ki, sürgün 70 il davam etmişdir. Əsaslı sübutların göstərdiyi və əksər alimlərin də qəbul etdiyi kimi, yəhudilər vətənlərinə b. e. ə. 537-ci ildə qayıtmışlar. Bu ildən 70 il geriyə hesablasaq, Yerusəlimin dağılması b. e. ə. 607-ci ilə düşür. Lakin bu tarix qədim tarixçilərlə və Ptolemeyin xronoloji qanunu ilə uzlaşmır, bu da, öz növbəsində, onların yazılarının dəqiqliyinə dair əsaslı suallar doğura bilər. Həqiqətən də, bu dəlillər Müqəddəs Kitab xronologiyasını təkzib etmək üçün kifayət deyil.

Ancaq bəzi suallar hələ də cavabsız qalır. Doğrudanmı, Müqəddəs Kitaba əsaslanan b. e. ə. 607-ci il tarixini təsdiq edən heç bir sübut yoxdur? Yazıldığı tarix məlum olan və öz gözləri ilə hadisələrin şahidi olan insanlar tərəfindən qələmə alınmış mixi yazı sənədlərində hansı sübutlar var? Bu sual növbəti sayda müzakirə olunacaq.

[Haşiyə]

a Dünyəvi mənbələrdə bu tarixlərin hər ikisinə də rast gəlinir. Rahat olsun deyə bu iki məqalədə b. e. ə. 587-ci il istifadə olunur. «B. e. ə.» — «bizim eradan əvvəl» deməkdir.

b Yeni Babil padşahlığının mövcudluğu Navuxodonosorun atası Nabopalasarın hökmranlığı ilə başlamış, Nabonidin hökmranlığı ilə sona çatmışdır. Bu dövr alimlər üçün böyük maraq kəsb edir, çünki 70 illik viranəlik dövrün, demək olar, hamısını əhatə edir.

[26 səhifədəki şəkil]

ƏSAS GÖTÜRÜLƏN TARİX

II Kirin b. e. ə. 539-cu ildə Babili zəbt etməsini hesablamaq üçün aşağıda gətirilən sübutlardan istifadə olunur:

▪ Qədim tarixi mənbələr və mixi lövhəciklər. Siciliyalı Diodor (b. e. ə. təx. 80—20) yazır ki, Kir «əlli beşinci Olimpiada ilinin əvvəlində» Fars ölkəsinin padşahı oldu («Historical Library», IX kitab, 21). Bu, b. e. ə. 560-cı ilə təsadüf edir. Yunan tarixçisi Herodot (b. e. ə. təx. 485—425) deyirdi ki, Kir «padşah olduqdan iyirmi doqquz il sonra», padşahlığının 30-cu ilində, b. e. ə. 530-cu ildə öldürüldü («Histories», I kitab, Klio, 214). Mixi yazı lövhəcikləri göstərir ki, Kir ölümündən qabaq doqquz il Babildə hökmranlıq etmişdir. Beləliklə, b. e. ə. 530-cu ildən doqquz il hesablayanda Kirin Babili zəbt etdiyi b. e. ə. 539-cu ilə gəlib çıxırıq.

Mixi yazı lövhəciklərinin təsdiqi. Babilə aid astronomik gil lövhəcik (BM 33066) Kirin b. e. ə. 530-cu ildə öldüyünü təsdiq edir. Bu lövhəcikdə göy cisimlərinin yerləşməsinə dair müəyyən səhvlər olsa da, orada Kirin oğlu və xələfi II Kambizin yeddinci ilində baş verən iki ay tutulması haqqında danışılır. Babilistanda müşahidə olunan bu ay tutulmaları b. e. ə. 523-cü ilin 16 iyul və b. e. ə. 522-ci ilin 10 yanvar tarixində baş vermişdir; bu da Kambizin hakimiyyətinin yeddinci ilinə, b. e. ə. 523-cü ilin başlanğıcına işarə edir. Buradan məlum olur ki, onun padşahlığının birinci ili b. e. ə. 529-cu ilə düşür. Beləliklə, Kirin padşahlığının son ili b. e. ə. 530-cu ilə düşdüyü üçün onun Babilistan üzərindəki hökmranlığının birinci ili b. e. ə. 539-cu ilə təsadüf edir.

[İcazə ilə]

Lövhəcik: © The Trustees of the British Museum

[29–cu səhifədəki çərçivə]

QISA İCMAL

▪ Adətən, dünyəvi tarixçilər deyirlər ki, Yerusəlim b. e. ə. 587-ci ildə dağıdılıb.

▪ Müqəddəs Kitab xronologiyası dəqiq göstərir ki, Yerusəlim b. e. ə. 607-ci ildə dağıdılıb.

▪ Dünyəvi tarixçilər, əsas etibarilə, fikirlərini qədim tarixçilərin yazılarına və Ptolomeyin xronoloji qanununa əsaslandırırlar.

▪ Qədim tarixçilərin yazılarında ciddi səhvlər var və onlar həmişə gil lövhəciklər üzərində yazılanlarla uyğun gəlmir.

[29–cu səhifədəki çərçivə]

Qeydlər

1. Babyloniaca (Chaldaeorum Historiae), Book One, 1.1.

2. Studies in Ancient Near Eastern World View and Society, page 295.

3. The Babyloniaca of Berossus, page 8.

4. Almagest, III, 7, translated by G. J. Toomer, in Ptolemy’s Almagest, published 1998, page 166. Ptolemey bilirdi ki, Babilistan astronomları keçmiş və gələcək ay tutulmalarının vaxtını «hesablamaq» üçün riyazi cədvəllərdən istifadə edirdilər, çünki onlar bu ay tutulmalarının eyni tərzdə hər 18 ildən bir təkrarlandığını aşkar etmişdilər («Almagest», IV, 2).

5. Mesopotamia and Iran in the Persian Period, pages 17-18.

6. Journal of Cuneiform Studies, Volume 47, 1995, pages 106-107.

7. Mixi yazı — daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mıxabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə olunan yazı üsuludur.

8. Sin-şarra-işkun yeddi il hakimiyyət sürmüş və bu padşahın iqtisadi-təsərrüfat işlərinə dair 57 lövhəciyi, taxta çıxması da daxil olmaqla, yeddi ili əhatə edir. Bax: Journal of Cuneiform Studies, Volume 35, 1983, pages 54-59.

9. İqtisadi-təsərrüfat lövhəciyi C.B.M. 2152 Asur-etel-ilaninin hökmranlığının 4-cü ilinə təsadüf edir. (Legal and Commercial Transactions Dated in the Assyrian, Neo-Babylonian and Persian Periods—Chiefly From Nippur, by A.T. Clay, 1908, page 74.) Həmçinin Nabonid Xaran yazılarında (H1B), I, 30-cu sətirdə onun adı Nabopalasarın adından əvvəl çəkilir. (Anatolian Studies, Vol. VIII (1958), pages 35, 47.) Padşahların olmadığı dövrə dair bax: Chronicle 2, line 14, of Assyrian and Babylonian Chronicles, pages 87-88.

10. Bəzi alimlərin zənnincə Ptolemeyin (təxmin olunur ki, o, yalnız Babilistan padşahlarının adını sadalamışdır) müəyyən padşahların adlarını çəkməməsinin səbəbi onların «Assuriya padşahı» titulunu daşımalarıdır. Ancaq 28-ci səhifədəki çərçivədə qeyd olunduğu kimi Ptolemeyin xronoloji qanununda adı çəkilən padşahlardan bir neçəsi də «Assuriya padşahı» titulunu daşıyırdı. iqtisadi-təsərrüfat lövhəcikləri, mixi yazı məktubları və digər müxtəlif yazılar aydın şəkildə göstərir ki, Asur-etel-ilanini, Sin-şarra-lişir və Sin-şarra-işkun Babilistan üzərində hökmranlıq edirdilər.

[27–ci səhifədəki çərçivə/şəkil]

(Çərçivəyə mətnin özündə baxın)

YENİ BABİL PADŞAHLARI

Əgər bu tarixçilər dəqiqdirlərsə, onda nəyə görə aralarında bu qədər ziddiyyət var?

BEROS POLİQİSTOR İOSİF PTOLEMEY

b. e. ə. b. e. ə. 105—? b. e. 37—?100 b. e.

təx. 350—270 təx. 100—170

Padşahlar

Nabo–

palasar 21 20 — 21

II Navuxo–

donosor 43 43 43 43

Evil-

Merodak 2 12 18 2

Neriq–

lissar 4 4 40 4

Labaşi-

Marduk 9ay — 9 ay —

Nabonid 17 17 17 17

Qədim tarixçilərə görə, padşahların hakimiyyət müddəti (illərlə)

[İcazə ilə]

Photograph taken by courtesy of the British Museum

[28–ci səhifədəki çərçivə/şəkil]

(Çərçivəyə mətnin özündə baxın)

PTOLEMEYİN XRONOLOJİ QANUNUNUN QƏDİM LÖVHƏCİKLƏRLƏ MÜQAYİSƏSİ

Ptolemey bu siyahıdan olan bəzi padşahların adlarını buraxıb. Nəyə görə?

PTOLEMEYİN XRONOLOJİ QANUNU

Nabonasar

Nabu-nadin-zeri (Nadinu)

Mukin-zeri və Pul

«Assuriya padşahı» Ululayu

(V Şalmaneser)

Merodak-Baladan

«Assuriya padşahı» II Sarqon

Padşahların olmadığı birinci dövr

Bel-ibni

Aşşur-nadin-şumi

Nerqal-uşezib

Muşezib-Marduk

Padşahların olmadığı ikinci dövr QƏDİM LÖHVƏCİKLƏRİN

«Assuriya padşahı» Asarxaddon ÜZƏRİNDƏ OLDUĞU KİMİ

Şamaşşumukin URUK PADŞAHLAR SİYAHISI

Kandalanu Kandalanu

Sin-şumu-lişir

Sin-şarra-işkun

Nabopalasar Nabopalasar

Navuxodonosor Navuxodonosor

Evil-Merodak (Amel-Marduk) Evil-Merodak (Amel-Marduk)

Neriqlissar Neriqlissar

Labaşi-Marduk

Nabonid Nabonid

Kir

Kambiz

[28–ci səhifədəki şəkil]

Babil salnamələri Ptolemeyin xronoloji qanununun dəqiqliyini müəyyən etməyə kömək edən mixi yazıların bir hissəsidir

[İcazə ilə]

Photograph taken by courtesy of the British Museum

[İcazə ilə. 29–cu səhifədəki şəkil]

Photograph taken by courtesy of the British Museum

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş