Gənc oxucularımız üçün
Müqəddəs şeyləri qiymətləndirin
Təlimat. Bu tapşırığı sakit şəraitdə et. Ayələri oxuyanda özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri gözünün qabağında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.
Baş qəhrəmanlar: İshaq, Rivqa, Yaqub və Esav.
Qısa icmal: Esav ilk oğulluq haqqını kiçik qardaşı Yaquba satır.
1 BU EPİZODU ARAŞDIR. YARADILIŞ 25:20—34 AYƏLƏRİNİ OXU.
Yaqub və Esavın hələ ana bətnində olarkən hansı xüsusiyyətləri var idi?
․․․․․
Gənc Yaqubla Esavın xarici görünüşünü necə təsvir edərdin?
․․․․․
30—33-cü ayələri oxuyarkən Yaqubla Esavın söhbətindən sən hansı hissləri sezirsən?
․․․․․
DAHA DƏRİNDƏN ARAŞDIR.
Əlində olan materiallardan istifadə edərək ilk oğulun hansı hüquqlara malik olduğunu araşdır. Nəyə görə bu hüquqlar böyük əhəmiyyət kəsb edirdi? Bir kasa qırmızı lobya şorbasına görə ilk oğulluq haqqının satılması nəyin əlaməti idi?
․․․․․
2 BU EPİZODU ARAŞDIR. YARADILIŞ 27:1—10, 30—38 AYƏLƏRİNİ OXU.
Qardaşı ilk oğulun xeyir-duasını aldığını başa düşəndə Esavın səsindən hansı hissləri duymaq olar?
․․․․․
DAHA DƏRİNDƏN ARAŞDIR.
Yaqubun xeyir-dua alması üçün Rivqa ilə birlikdə gördükləri tədbir barədə nə demək olar? Nəyə görə demək olar ki, onların hərəkətlərində səhv heç nə yox idi? (Kömək üçün: Yaradılış 25:23, 33 ayələrinə bax.)
․․․․․
3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQQINDA ÖYRƏNDİKLƏRİNİ YAZ:
Tələm-tələsik iş tutmağın gətirdiyi acı nəticələr.
․․․․․
DAHA NECƏ TƏTBİQ ETMƏK OLAR?
Sənə hansı müqəddəs şeylər həvalə olunub?
․․․․․
Müqəddəs şeyləri qiymətləndirdiyini necə göstərə bilərsən?
․․․․․
4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?
․․․․․