Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
• Bu dünyada dürüst olmağa bizə hansı üç amil kömək edəcək?
1) Allah qorxusu inkişaf etdirməliyik (1 Pet. 3:12). 2) Vicdanımızı Müqəddəs Kitab əsasında tərbiyə etməliyik. 3) Olanımızla kifayətlənməyi öyrənməliyik (15.4, səhifə 6 və 7).
• Haradan bilirik ki, Allaha ciddiyyətlə xidmət etmək ağır xasiyyətli olmaq və heç əylənməmək demək deyil?
Biz İsadan nümunə götürməliyik. O, başqaları ilə süfrə arxasında yığışmağı xoşlayırdı. Biz bilirik ki, o, həddən artıq ciddi və ağır xasiyyətli insan deyildi. Başqaları, hətta balaca uşaqlar belə özlərini onun yanında çox rahat və sərbəst hiss edirdilər (15.4, səhifə 10).
• Əgər ərlə arvad övladları dünyaya gəldikdən sonra münasibətlərinin zəiflədiyini hiss edirlərsə, nə edə bilərlər?
Onlar bir-birlərini məhəbbətlərinə əmin etməlidirlər. Ər arvadını yersiz narahatçılıqdan qorumaq üçün səy göstərməlidir. Hər ikisi də hisslərini və fiziki tələbatlarını açıq müzakirə etməyi öyrənməlidir (iyul—sent., səhifə 12 və 13).
• Pavel «Romalılara məktub»unun 11-ci fəslində zeytun ağacı nümunəsi əsasında nəyi izah etmək istəyirdi?
Zeytun ağacı nümunəsi İbrahimin nəslindən olan övladın ikinci dərəcəli üzvlərinə aiddir. Bu simvolik zeytun ağacının kökü Yehovanı, gövdəsi isə İsanı təmsil edir. Əslən yəhudi olanların əksəriyyəti Məsihi rədd edəndə həqiqəti qəbul edən qeyri-yəhudilərin qarşısında zeytun ağacına calaq edilmək imkanı açıldı. Bunun sayəsində İbrahimin nəslindən olan övladı təşkil edən ikinci dərəcəli üzvlərin sayı tamamlana biləcəkdi (15.5, səhifələr 22—25).
• İsanın Kayafaya dediyi: «Sən özün bunu dedin», — sözləri hansı mənanı daşıyır? (Mat. 26:63, 64).
Güman ki, «sən özün bunu dedin» ifadəsi deyilən sözün həqiqət olduğunu təsdiqləyən yəhudi idiomu idi. Baş kahin Kayafa İsadan onun Məsih olub-olmadığını soruşmuşdu. İsa cavabında: «Sən özün bunu dedin», — deməklə onun sözlərini təsdiqlədi (iyul—sent., səhifə 26).
• Kamil insan olan İsadan törəyə biləcək nəsil fidyə qurbanlığının bir hissəsi ola bilərdimi?
Xeyr. İsanın milyardlarla kamil insanların ulu babası olmaq imkanı olsa da, onlar fidyə qurbanlığının hissəsi ola bilməyəcəkdilər. Təkcə İsanın kamil həyatı Adəminkinə müvafiq idi (1 Tim. 2:6) (15.6, səhifə 13).
• Məsihçilər Həvarilərin işləri 20:29, 30 ayələrində saxta müəllimlər haqqındakı xəbərdarlığa ciddi yanaşdıqlarını necə göstərə bilərlər?
Məsihçilər belə insanları nə salamlayır, nə də ki evlərinə dəvət edirlər (Rom. 16:17; 2 Yəh. 9—11). Dönüklər televiziyada çıxış edəndə məsihçilər həmin verilişlərə baxmır, onların ədəbiyyatlarını oxumur və təlimləri yerləşdirilən İnternet səhifələrinə daxil olmurlar (15.7, səhifə 15 və 16).
• Məhsulun qalığı haqqında qanun kimlərə fayda gətirirdi?
Hamıya. Bu qanun məhsulun qalığını toplayan kasıbları zəhmətkeş olmağa, əkinçiləri isə səxavət göstərməyə və Allahın xeyir-dualarına ümid bəsləməyə təşviq edirdi (apr.—iyun, səhifə 15).