Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/7 s. 11—14
  • Uşaqların ailə münasibətlərinə təsiri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqların ailə münasibətlərinə təsiri
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Uşaq ailə həyatını yaxşılığa doğru dəyişə bilər
  • Uşaqların dünyaya gəlişi ilə ailə həyatının dəyişməsi
    Xoşbəxt ailəm
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Daimi nikahın iki açarı
    Ailə xoşbəxtliyinin sirri
  • Uşaqların tərbiyə edilməsi
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/7 s. 11—14

Ailə xoşbəxtliyinin açarları

Uşaqların ailə münasibətlərinə təsiri

Çingiza: «Qızımız dünyaya gələndə Mehribanla sevincimizdən yerə-göyə sığmırdıq. Amma mən bir neçə ay doyunca yatmadım. Biz onun qayğısına necə qalacağımızla bağlı çoxlu planlar qururduq, ancaq istəyimiz baş tutmadı».

Mehriban: «Qızımız olan gündən artıq mən özüm üçün yaşamırdım. Həyatımda böyük bir dəyişiklik baş vermişdi: bütün vaxtımı uşağı yedizdirməyə, altını dəyişdirməyə və sakitləşdirməyə sərf edirdim. Ailə həyatımız öz axarına düşənə kimi aylar keçdi».

ÇOXLARI razılaşacaqlar ki, uşaq ailənin sevincidir. Müqəddəs Kitabda deyilir ki, uşaqlar Allahın «mükafatıdır» (Məzmur 127:3). Ancaq Çingiz və Mehriban kimi bir çox gənc valideynlər başa düşürlər ki, uşağın dünyaya gəlməsi nikahda gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Məsələn, gənc ananın bütün fikri-zikri öz körpəsində olur, eyni zamanda yeni doğulan uşağının ən xırda tələbatına belə bütün varlığı ilə hay verməsi onda təəccüb doğurur. Həyat yoldaşı ilə uşağı arasındakı bağlılıq atanı belə heyrətləndirsə də, o, özünü atılmış hiss edərək narahatçılıq keçirə bilər.

Ailədə ilk uşağın olması ərlə arvadın münasibətlərini böhran vəziyyətinə gətirib çıxara bilər. Uşağın tərbiyəsi ilə bağlı çətinliklər onların arasındakı həll olunmamış problemləri üzə çaxara və onları daha da gərginləşdirə bilər.

Körpənin daim diqqət tələb etdiyi ilk aylarda yeni həyat tərzinə necə alışmaq olar? Ərlə arvad yaxın münasibətlərini necə qoruyub saxlaya bilər? Uşağın tərbiyəsilə bağlı məsələlərdə yaranan fikir ayrılıqlarını necə həll etmək olar? Gəlin bu suallardan hər birinə nəzər salaq və görək, ər və arvadlara üzləşdikləri çətinliklərin öhdəsindən gəlməkdə hansı Müqəddəs Kitab prinsipləri kömək edə bilər.

PROBLEM 1. Həyat birdən-birə uşağın ətrafında dövr etməyə başlayır.

Yeni doğulan uşaq ananın bütün diqqətini və vaxtını alır. Uşağının qayğısına qalmaq ona dərin məmnunluq hissi gətirə bilər, ərinə isə elə gələ bilər ki, həyat yoldaşı artıq onu unudub. Braziliyada yaşayan Manuel deyir: «Yoldaşımın vaxtilə mənə ayırdığı diqqəti uşağa ayırmasına alışmaq çox çətin idi. Əvvəllər yalnız ikimiz idik, indi isə arvadımın gözü uşaqdan başqa heç kimi görmür». Belə vəziyyətdə necə davranmalı?

▪ Müvəffəqiyyətin açarı: səbirli olun. Müqəddəs Kitabda deyilir ki, «məhəbbət səbirli»dir, «öz xeyrini güdmür, əsəbiləşmir» (1 Korinflilərə 13:4, 5). Körpələri təzəcə dünyaya gəlmiş gənc valideynlər bu məsləhəti necə tətbiq edə bilərlər?

Müdrik ər uşağın olmasının qadının fiziki və ruhi vəziyyətinə necə təsir göstərdiyini öyrənməklə həyat yoldaşına məhəbbət göstərmiş olar. O, arvadının əhval-ruhiyyəsinin nəyə görə tez-tez dəyişdiyni başa düşəcəkb. Fransada yaşayan və 11 aylıq qızı olan Adam deyir: «Həyat yoldaşımın əhvalı qəfil dəyişən zaman onu başa düşmək və səbir göstərmək heç də asan olmur. Ancaq mən çalışıram, onun mənə əsəbiləşmədiyini, sadəcə ailədə yaranan yeni vəziyyətin onda stress yaratdığını unutmayım».

Elə hallar olurmu ki, arvadınız sizin ona kömək etmək cəhdinizi səhv başa düşsün? Əgər olursa, dərhal inciməyin (Vaiz 7:9). Səbirli olmağa çalışın, onun maraqlarını birinci yerə qoyun; onda siz bir o qədər də məyus olmayacaqsınız (Süleymanın məsəlləri 14:29).

Eynilə, hikmətli qadın da atalıq vəzifəsini yerinə yetirməyə çalışan ərini ruhlandıracaq. O, atanın körpənin qayğısına qalmasına mane olmayacaq, səbirlə ona uşağın altını dəyişdirməyi və yeməyini hazırlamağı göstərəcək, hərçənd ki əvvəl-əvvəl ər nəyisə düzgün etməyə bilər.

Ərinə qarşı münasibətində dəyişikliklər etməli olduğunu anlayan 26 yaşlı Ellen deyir: «Başa düşdüm ki, uşaq təkcə mənə məxsus deyil. Ərim dediklərimi etməyə və uşağa qayğı göstərməyə çalışanda onun hər hərəkətinə irad tutmamalı olduğumu özümə xatırladırdım».

MƏSLƏHƏT: Qadınlar, əgər həyat yoldaşınız uşağa sizin kimi baxmırsa, narazılığınızı bildirməyin və həmin işi yenidən özünüz görməyin. Yaxşı gördüyü işə görə tərifləsəniz, o da ürəklənib lazımi işlərdə sizə dəstək olacaq. Ərlər, bir o qədər də vacib olmayan işləri kənara qoyun ki, arvadınıza daha çox kömək edə biləsiniz, xüsusilə də ilk aylarda.

PROBLEM 2. Get-gedə münasibətləriniz soyuyur.

Bir çox gənc valideynləri gecələr tez-tez durmaq və gözlənilmədən yaranan problemlər əldən salır. Buna görə də ərlə-arvada yaxın münasibətlərini qoruyub saxlamaq çətin ola bilər. Fransadan olan iki uşaq anası Vivianna deyir: «Başlanğıcda analıq roluma başım o qədər qarışmışdı ki, həyat yoldaşı olduğumu unutmuşdum».

Digər tərəfdən, ər üçün hamiləliyin arvadına həm fiziki, həm də emosional cəhətdən necə güclü təsir göstərdiyini başa düşmək çətin ola bilər. Əvvəllər bir-birinin emosional və cinsi tələbatlarına ayırdıqları vaxt və enerjini indi onlar uşaqlarına sərf edirlər. Bəs ərlə arvad nə edə bilər ki, onların körpə və əziz balası münasibətlərinin pozulmasına səbəb olmasın?

▪ Müvəffəqiyyətin açarı: bir-birinizi sevdiyinizə əmin edin. Müqəddəs Kitabda ailə həyatı haqqında deyilir: «Buna görə də kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24)c. Yehova Allahın niyyətinə əsasən, uşaqlar əvvəl-axır ata evini tərk etməlidirlər. Ancaq Allah ərlə arvadın bir bədən olduqdan sonra ömrü boyu birlikdə olmalarını istəyir (Matta 19:3—9). Ərlə arvadın bunu dərk etməsi uşaq dünyaya gəldikdən sonra da nəyə üstünlük verməli olduqlarına dair tarazlı münasibəti qoruyub saxlamalarına necə kömək edə bilər?

Vivianna sözünə davam edərək deyir: «Yaradılış 2:24 ayəsi üzərində düşündükdən sonra uşağımla yox, ərimlə bir bədən olduğumu başa düşdüm. Həmçinin nikahımızı möhkəmləndirməli olduğumu anladım». İkiyaşlı qızı olan Tereza deyir: «Ərimdən uzaqlaşmağa başladığımı hiss edəndə dərhal əlimdən gələni edirəm ki, gün ərzində az da olsa, onunla vaxt keçirim».

Bəs ərlər nikahlarını möhkəmləndirmək üçün nə edə bilərlər? Həyat yoldaşınıza onu sevdiyinizi söyləyin. Nəvaziş göstərərək sözlərinizin həqiqət olduğunu əməllərinizlə sübut edin. Onu yersiz narahatçılıqdan qorumaq üçün şüurlu şəkildə səy göstərin. 30 yaşlı Sara deyir: «Qadının hamiləlikdən sonra görkəminin dəyişməsinə baxmayaraq, ərinin yenə də onu sevidiyini və dəyərləndirdiyini bilməyə ehtiyacı var». Almaniyada yaşayan və iki uşaq atası olan Alan həyat yoldaşına emosional dəstək göstərməyin nə qədər vacib olduğunu anlayır. O belə deyir: «Həmişə arvadıma dayaq olmağa çalışmışam, xüsusilə də kədərli anlarında».

Aydın məsələdir ki, uşağın dünyaya gəlməsi ərlə arvadın intim münasibətlərinə öz təsirini göstərir. Buna görə də, onlar öz tələbatları ilə bağlı söhbət etməlidirlər. Müqəddəs Kitabda izah olunur ki, cinsi əlaqə ilə bağlı məsələlər hər iki tərəfin razılığı ilə həll olunmalıdır (1 Korinflilərə 7:1—5). Bunun üçün ünsiyyət tələb olunur. Aldığınız tərbiyədən və mədəniyyətdən asılı olaraq, həyat yoldaşınızla bu barədə söhbət etməyə çəkinə bilərsiniz. Ancaq yeni vəziyyətə uyğunlaşmaq üçün bu kimi söhbətlər vacibdir. Bir-birinizə qarşı səmimi və səbirli olun, anlayış göstərməyi bacarın (1 Korinflilərə 10:24). Beləcə, siz anlaşılmazlıqdan qaçacaq və bir-birinizə olan məhəbbətiniz artacaq (1 Peter 3:7, 8).

Bundan əlavə, ərlə arvad bir-birinə minnətdarlığını bildirməklə münasibətlərini daha da möhkəmləndirə bilər. Müdrik ər başa düşür ki, arvadının gördüyü işin çoxu əslində gözə görünmür. Vivianna deyir: «Axşam olanda mənə elə gəlir ki, sanki, heç bir iş görməmişəm, halbuki bütün günü uşağa baxmışam!» Eləcə də, ağıllı qadın, hər nə qədər başı qarışıq olsa da, ərinin əməyini qiymətləndirəcək (Süleymanın məsəlləri 17:17).

MƏSLƏHƏT: Analar, mümkünsə, çalışın, uşağınız yatanda siz də bir az yatasınız. Beləcə sizin nikahınıza vaxt ayırmağa gücünüz olacaq. Atalar, imkan daxilində, gecə durub uşağın yeməyini verin və ya altını dəyişdirin ki, ana dincələ bilsin. Kağıza iki kəlmə söz yazıb qoymaqla, mesaj göndərməklə və ya telefonla danışmaqla daim həyat yoldaşınızı sevdiyinizə əmin edin. Eləcə də, baş-başa söhbət etmək üçün vaxt ayırın. Yalnız uşaq haqqında yox, bir-biriniz barədə də danışın. Möhkəm dostluğunuzu qorusanız, valideynlik vəzifənizi yerinə yetirərkən qarşılaşdığınız çətinliklərin öhdəsindən daha yaxşı gələ biləcəksiniz.

PROBLEM 3. Uşağın tərbiyəsi ilə bağlı fikirləriniz üst-üstə düşmür.

Ərlə-arvadın aldığı tərbiyə fikir ayrılığına səbəb ola bilər. Bu kimi vəziyyətlə üzləşənlərdən biri də Yaponiyada yaşayan Asami və onun əri Katsurodur. Asami deyir: «Mənim fikrimcə, Katsuro qızımıza qarşı həddən artıq mülayimdir, o isə, mənim çox sərt olduğumu düşünür». Necə edə bilərsiniz ki, bir-birinizin əksinə getməyəsiniz?

▪ Müvəffəqiyyətin açarı: həyat yoldaşınızla məsləhətləşin və bir-birinizi dəstəkləyin. Müdrik Süleyman padşah yazmışdır: «Təkəbbürdən ancaq münaqişə yaranar, yaxşı nəsihətə qulaq asanın hikməti var» (Süleymanın məsəlləri 13:10). Həyat yoldaşınızın uşaqların tərbiyəsinə dair fikirlərini nə dərəcədə yaxşı bilirsiniz? Əgər bu kimi məsələlərin müzakirəsini uşaq doğulana saxlasanız, bu, heç bir nəticə verməyəcək: siz problemi həll etmək əvəzinə, bir-birinizlə mübahisə edəcəksiniz.

Misal üçün, növbəti məsələlərdə bir razılığa gəlmisinizmi: uşağı vaxtlı-vaxtında yeməyə və yatmağa necə öyrətmək olar? Hər ağlayanda onu qucağa almaq lazımdırmı? Uşağı qorşoka necə öyrətməli? Aydın məsələdir ki, sizin bu kimi şeylərlə bağlı qəbul etdiyiniz qərarlar digər ailələrin qərarlarından fərqlənəcək. İki uşaq atası Etan deyir: «Ortaq bir fikrə gəlmək üçün oturub hər şeyi müzakirə etmək lazımdır. Onda siz uşağınızın ehtiyaclarını daha yaxşı ödəyə biləcəksiniz».

MƏSLƏHƏT: Valideynlərinizin sizi necə tərbiyə etdikləri barədə düşünün. Onların tərbiyə metodlarından hansını tətbiq etmək istəyib-istəmədiyinizi qərarlaşdırın. Sonra fikirlərinizi həyat yoldaşınızla müzakirə edin.

Uşaq ailə həyatını yaxşılığa doğru dəyişə bilər

Təcrübəsiz fiqurlu konkisürən cütlüyə buz üstündə müvazinəti qorumaq üçün vaxt və səbir tələb olunduğu kimi, sizin valideynlik vəzifənizə alışmağınız üçün də vaxta ehtiyacınız var. Ancaq zaman keçdikcə, müvəffəqiyyət qazanacaqsınız.

Uşaq boya-başa çatdırmaq sizin nikahınıza olan bağlılığınızı sınağa çəkəcək və həyat yoldaşınızla münasibətlərinizi birdəfəlik dəyişəcək. Eyni zamanda, gözəl keyfiyyətlər yetişdirməyinizə əla fürsət yaradacaq. Müqəddəs Kitabın müdrik məsləhətlərinə əməl etməklə siz Kennet adlı atanın hisslərinə şərik olacaqsınız. O deyir: «Uşaq böyütməyin həm mənə, həm də arvadıma gözəl təsiri olmuşdur. İndi yalnız özümüzü düşünmürük, daha çox məhəbbət və anlayış göstərməyi bacarırıq». Sözsüz ki, bu kimi dəyişikliklər nikahı möhkəmləndirir.

[Footnotes]

a Məqalədəki adlar dəyişdirilib.

b Bir çox analar doğuşdan sonra bir neçə həftə ərzində yüngül depressiya keçirirlər. Bəziləri isə doğuşdan sonrakı depressiya kimi məlum olan daha ciddi ruhi sarsıntı yaşayırlar. Bu ruhi sarsıntını necə müəyyən etmək və onun öhdəsindən necə gəlmək barədə daha çox məlumat almaq üçün «Oyanın!» jurnalının 2002-ci il 22 iyul sayındakı «Mən doğuşdan sonrakı depressiyanın öhdəsindən gəldim» (rus.) və «Oyanın!» jurnalının 2003-cü il 8 iyun sayındakı «Diaqnoz: doğuşdan sonrakı depressiya» adlı məqalələrə (rus.) baxın. Yehovanın Şahidləri tərəfindən dərc olunub. Bu məqalələri www.watchtower.org saytından oxumaq olar.

c Bir elmi əsərə əsasən, bu ayədə «qovuşacaq» kimi tərcümə olunan ibrani feli «kiməsə bağlanmaq və sadiqlik» mənasını da verə bilər.

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Son bir həftə ərzində həyat yoldaşımın ailəmizin rifahı naminə etdiklərini qiymətləndirdiyimi göstərmək üçün nə etmişəm?

▪ Axırıncı dəfə nə vaxt yalnız özümüz haqda ürəkdən söhbət etmişik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş