Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/4 s. 18—21
  • Uşaqların tərbiyə edilməsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqların tərbiyə edilməsi
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Bir-birinizə vaxt ayırın
  • Sözünüz bir olsun
  • Qoy valideynlik vəzifəsi sizi bir-birinizə yaxınlaşdırsın
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Uşaqların ailə münasibətlərinə təsiri
    Gözətçi qülləsi 2011
  • Uşağa necə təlim-tərbiyə verməli
    Xoşbəxt ailəm
  • Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/4 s. 18—21

Ailə xoşbəxtliyinin açarları

Uşaqların tərbiyə edilməsi

Cona: Pis hərəkətimə görə məni cəzalandırmazdan əvvəl valideynlərim bu işi nə üçün və hansı şəraitdən irəli gələrək tutduğumu başa düşməyə çalışırdılar. Qızlarıma düzəliş verərkən, mən də valideynlərim kimi davranmağa çalışıram. Yoldaşım Alison isə fərqli ailədə tərbiyə alıb. Onun ata-anası bir qədər tezcoşan olublar. Hadisənin hansı şəraitdən irəli gələrək baş verdiyinə əhəmiyyət vermədən, uşaqları döyüblər. Hərdən görürəm ki, yoldaşım da uşaqları eyni kobudluqla cəzalandırır.

Karel: Mənim cəmi beş yaşım olanda atam ailəmizi tərk edib getmişdi. O, nə mənimlə, nə də üç bacımla maraqlanırdı. Anam bizi saxlamaq üçün çox işləməli olurdu. Kiçik bacılarıma baxmaqda mənim də üzərimə çox iş düşürdü. Valideyn rolunu oynamaq məni uşaqlıq çağının ləzzətindən məhrum etmişdi. Hətta bu günə kimi, xasiyyətimdə daha çox ciddilik var, nəinki şənlik. Uşaqlarım səhvə yol verəndə, onların hərəkəti mənə əzab verir. Bu işin nəyə görə və necə baş verdiyini xırdalığına kimi bilmək istəyirəm. Ərim Mark isə baş verənlərə görə uzun-uzadı narahatçılıq keçirmir. Onu sədaqətlə həyat yoldaşının qayğısına qalan məhəbbətli, eyni zamanda ciddi ata tərbiyə etmişdi. Qızlarımla problem yarananda yoldaşım onu tez həll edir. O, vəziyyəti başa düşür, onu düzəldir və bir daha bu haqda düşünmür.

CON və Karelin sözlərindən göründüyü kimi, insanın aldığı tərbiyə onun öz uşaqlarını necə tərbiyə edəcəyinə böyük təsir göstərə bilər. Ərlə arvad müxtəlif cür tərbiyə alanda, çox ehtimal ki, uşaqların tərbiyəsinə yanaşma tərzləri də bir-birindən tamamilə fərqlənəcək. Hərdən bu, nikahda gərginliyin yaranmasına səbəb olur.

Yorğunluq gərginliyi artıra bilər. Yeni valideynlər tezliklə anlayırlar ki, uşağı tərbiyə etmək bütün vaxtlarını alan yorucu bir işdir. Əri Darren ilə birlikdə iki qız uşağı böyüdən Coan deyir: «Mən qızlarımı sevirəm, ancaq onlar nadir hallarda dediyim vaxtda yatmağa gedirdilər. Ən namünasib vaxtda yuxudan ayılırdılar. Onlara nəsə demək istəyəndə sözümü ağzımda qoyurdular. Ayaqqabılarını, paltarlarını, oyuncaqlarını ortalıqda qoyur, yeyəndən sonra heç vaxt süfrəni yığışdırmırdılar».

Cekin arvadı ikinci övladını dünyaya gətirəndən sonra doğuşdan sonrakı depressiyadan əziyyət cəkirdi. Cek deyir: «Çox vaxt işdən yorğun gəlirdim və gecə yarısına kimi körpəyə baxırdım. Nəticədə böyük qızımın tərbiyəsi ilə müntəzəm məşğul ola bilmirdim. O, diqqətimizi kiçik bacısı ilə bölüşmək istəmir, bizi ona qısqanırdı».

Uşaqların tərbiyəsi ilə bağlı yorğun valideynlərin fikirləri haçalananda kiçik mübahisələr qızğın münaqişələrə çevrilə bilər. Həll olunmamış narazılıqlar ərlə arvadın arasına sədd çəkə bilər və yol açar ki, uşaq istədiyini əldə etmək üçün onların birindən digərinə qarşı istifadə etsin. Müqəddəs Kitabın hansı prinsipləri ərlə arvada uşaqları yaxşı tərbiyə etməklə yanaşı, nikah tellərini də möhkəm saxlamağa kömək edə bilər?

Bir-birinizə vaxt ayırın

Allahın niyyətinə əsasən, nikah uşağın dünyaya gəlməsindən əvvəl qurulmalı və onların evi tərk etməsindən sonra da mövcud olmalıdır. Nikaha dair Müqəddəs Kitabda deyilir: «Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Matta 19:6). Ancaq eyni parçada göstərilir ki, Allah uşağın axırda ‘ata-anasını buraxmasını’ niyyət etmişdi (Matta 19:5). Doğrudan da, uşaq böyütmək nikahın əsas məğzi yox, bir mərhələsidir. Sözsüz ki, valideynlər uşaqların tərbiyəsinə vaxt ayırmalıdırlar, ancaq həm də yaddan çıxarmalı deyillər ki, bunun üçün ən yaxşı təməl möhkəm nikahdır.

Uşaqları böyütdükləri illər ərzində ərlə arvad münasibətlərini möhkəm saxlamaq üçün nə edə bilərlər? Əgər mümkündürsə, müntəzəm olaraq bir-birinizlə uşaqlardan ayrı vaxt keçirin. Bunun sayəsində mühüm ailə işlərini müzakirə edəcək və bir-birinizlə xoş vaxt keçirəcəksiniz. Düzdür, sırf bir-birinizə vaxt ayırmaq asan deyil. Məqalənin əvvəlində haqqında danışdığımız Alison deyir: «Elə ki, yoldaşımla bir neçə dəqiqə birlikdə olmaq üçün imkan yaranır, dərhal ya kiçik qızım özünə diqqət tələb edir, ya da altı yaşlı böyük qızımla nə isə “fəlakət” baş verir, məsələn, rəngli karandaşlarını tapa bilmir».

Yuxarıda adları çəkilən Coan və Darren qızlarını müəyyən edilmiş vaxtda yatmağa göndərərək, birlikdə keçirmək üçün vaxt ayırırdılar. Coan deyir: «Biz həmişə eyni vaxtda qızlarımızdan yatağa girməyi və işıqları söndürməyi tələb edirdik. Bunun sayəsində, bir-birimizlə sakit-sakit söhbət etməyə vaxtımız olurdu».

Uşaqların yatması üçün konkret vaxt təyin edəndə, ərlə arvad təkcə özləri üçün vaxt əldə etmir, həm də uşaqlara ‘özləri barədə lüzumundan çox düşünməməyə’ kömək edirlər (Romalılara 12:3, İ–93). Bununla da, vaxtında yatmağa alışdırılmış uşaqlar başa düşürlər ki, ailədə vacib yer tutsalar da, hər şey onların ətrafında dövr etmir — ailədəki qayda-qanunlar onların şıltaqlıqlarına yox, onlar ailənin qayda-qanunlarına uyğunlaşmalıdırlar.

MƏSLƏHƏT: Yatmaq üçün konkret vaxt təyin edin və diqqət yetirin ki, buna həmişə riayət edilsin. Əgər uşaq bir az gec yatmaq istədiyinin səbəbini, məsələn, su istədiyini bildirirsə, onun bir xahişini yerinə yetirmək olar. Ancaq uzun-uzadı xahişlərlə yatmaq vaxtını gecikdirməyə uşağa icazə verməyin. Əgər uşaq beş dəqiqə gec yatmaq istəyirsə və siz etiraz etmirsinizsə, saatı beş dəqiqə sonraya qurun. Saat zəng çalanda yenə də güzəştə getməyərək, uşağı yatmağa göndərin. Qoy sizin ‘“Bəliniz, Bəli”, “Xeyriniz, Xeyr” olsun’ (Matta 5:37).

Sözünüz bir olsun

Müdrik məsəldə deyilir: «Oğlum, ata tərbiyəsinə qulaq as, ananın öyrətdiklərini kənara atma» (Süleymanın məsəlləri 1:8). Müqəddəs Kitabdan götürülən bu ayə göstərir ki, həm atanın, həm də ananın uşaqlara səlahiyyəti çatır. Ancaq ərlə arvadın eyni cür tərbiyə aldığı hallarda da, uşaqların tərbiyəsi və müəyyən vəziyyətdə hansı qaydaların tətbiq olunması ilə bağlı aralarında fikir müxtəlifliyi yarana bilər. Valideynlər belə çətin vəziyyətin öhdəsindən necə gələ bilərlər?

Yuxarıda xatırlanan Con deyir: «Mən başa düşürəm ki, uşaqların yanında mübahisə etməmək vacibdir». Ancaq o etiraf edir ki, sözlərinin bir olduğunu demək, bunu etməkdən asandır. Con deyir: «Uşaqlar çox diqqətlidirlər. Hətta fikirlərimizin haçalandığını bildirməsək də, qızımız bunu hisslərimizdən duyur».

Con ilə Alison bu problemin öhdəsindən necə gəlirlər? Alison deyir: «Əgər mən ərimin qızımızın səhvinin necə düzəltməsi ilə razı deyiləmsə, qızımın eşitməyəcəyi yerə qədər uzaqlaşmasını gözləyirəm, sonra fikirlərimi ona izah edirəm. Mən istəmirəm ki, o, müxtəlif fikirdə olmağımızdan yararlanaraq bizdən istifadə etsin. Əgər aramızdakı fikir ayrılığını hiss edirsə, ona başa salıram ki, ailənin hər bir üzvü Yehovanın başçılıq prinsipinə tabe olmalıdır və necə ki, o, bizə, öz valideynlərinə, tabe olur, mən də eləcə atasının başçılığına tabe oluram» (1 Korinflilərə 11:3; Efeslilərə 6:1-3). Con deyir: «Biz ailəlikcə bir yerdə olanda uşaqlara adətən mən düzəliş verirəm. Ancaq Alison vəziyyətlə daha yaxından tanış olanda onun uşaqlara düzəliş verməsinə yol verirəm və özüm də onu dəstəkləyirəm. Əgər nədəsə onunla razı deyiləmsə, bunu sonra müzakirə edirəm».

Necə edə bilərsiniz ki, uşaqların tərbiyəsi ilə bağlı fikir ayrılıqları sizinlə yoldaşınız arasında incikliyə çevrilməsin və nəticədə uşaqların hörmətini itirməyəsiniz?

MƏSLƏHƏT: Uşaqların tərbiyəsi ilə bağlı məsələlər haqqında danışmaq üçün hər həftə konkret vaxt təyin edin və aranızdakı fikir ayrılıqlarını açıq müzakirə edin. Həyat yoldaşınızın nöqteyi-nəzərini başa düşməyə çalışın və onun da uşaqla şəxsi münasibəti olduğunu qəbul edin.

Qoy valideynlik vəzifəsi sizi bir-birinizə yaxınlaşdırsın

Şübhə yoxdur ki, uşaqları tərbiyə etmək çətin işdir. Hərdən elə gələ bilər ki, bu sizin bütün gücünüzü alır. Ancaq geç-tez uşaqlarınız evi tərk edəcək və siz həyat yoldaşınızla yenə də ikiniz qalacaqsınız. Uşaqları böyütdüyünüz müddət ərzində baş verənlər nikahınızı möhkəmləndirəcək, yoxsa zəiflədəcək? Cavab Vaiz 4:9, 10 ayələrindəki prinsipə nə dərəcədə əməl etməyinizdən asılı olacaq: «İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar».

Valideynlər bir-biri ilə əl-ələ verib iş görəndə yaxşı bəhrə biçəcəklər. Yuxarıda adı çəkilən Karel öz hisslərini belə ifadə edir: «Yoldaşımın çoxlu yaxşı keyfiyyətləri olduğunu bilirdim, ancaq uşaqları birgə böyütdükcə, onun başqa yaxşı keyfiyyətlərini də görürəm. Məhəbbətlə qızlarımızın qayğısına qaldığını müşahidə etdikcə, ona məhəbbətim və hörmətim artır». Con Alison haqqında deyir: «Yoldaşımın qayğıkeş anaya çevrildiyini gördükcə, ona məhəbbətim dərinləşir və o, gözümdə daha da ucalır».

Uşaqları tərbiyə etdiyiniz müddətdə həyat yoldaşınıza vaxt ayırsanız və onunla əl-ələ çalışsanız, uşaqlarınız böyüdükcə nikahınız da möhkəmlənəcək. Uşaqlarınız üçün bundan yaxşı hansı nümunəni qoya bilərsiniz?

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Yoldaşımla hər həftə uşaqlardan ayrı nə qədər vaxt keçirirəm?

▪ Yoldaşım uşaqlara düzəliş verərkən onu necə dəstəkləyirəm?

[Haşiyə]

a Adlar dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş