Uşaqlarınızı öyrədin
Nə zaman oyaq qalmaq lazımdır?
MƏKTƏBDƏ oyaq qalmağın nə qədər vacib olduğu ilə yəqin razılaşacaqsan. Bir çox şagirdlər isə dərs vaxtı yatırlar, ancaq şagirdin dərsdən faydalanması üçün oyaq qalması lazımdır. Əgər sən Müqəddəs Kitabın araşdırıldığı yığıncaq görüşlərinə də gedirsənsə, bu, xüsusilə vacibdir.
Oyaq qalmaq üçün sən nə edə bilərsən? ~a İlk növbədə, axşam tez yatmaq lazımdır. Günortadan sonra bir az yatmağın da xeyri ola bilər. Gəlin görək, bir axşam həvari Pavel Allah haqqında danışan zaman yuxuya gedən bir gəncin başına gələn hadisədən nə öyrənə bilərik. «Həvarilərin işləri» kitabının 20-ci fəslinin 7-dən 12-ə kimi olan ayələrini oxu və nə baş verdiyini öyrən.
Pavel liman şəhəri olan Troasdakı yığıncağa baş çəkmişdi. Müqəddəs Kitabda deyilir ki, Pavel ertəsi gün gəmi ilə yola çıxmağa hazırlaşırdı. «Buna görə də toplaşanların qarşısında məruzə ilə çıxış etdi və gecə yarısına kimi danışdı». Həmçinin orada oxuyuruq ki, «Eftik adlı bir gənc pəncərədə oturmuşdu. Pavel danışdıqca onu yuxu basırdı». Bəs sonra nə oldu? ~
Eftik pəncərədən, «üçüncü mərtəbədən aşağı yıxıldı». Pavel və orada olanlar pilləkənlərlə bacardıqları qədər cəld qaçaraq özlərini onun yanına çatdırdılar. Onlar gələndə Eftik artıq ölmüşdü! Onların nə halda olduqlarını təsəvvür edirsənmi? ~ Müqəddəs Kitabda deyilir ki, Pavel onu bərk-bərk qucaqladı. O anda sevinclə ucadan qışqırıb dedi: «Narahat olmayın, hər şey yaxşıdır!» Allah Eftiki həyata qaytardı!
Eftikin başına gələn hadisədən Allah haqqında nə öyrənə bilərik? ~ Hər şeyə Qadir olan Yehova Allah bütün ölüləri, o cümlədən uşaqları dirildə bilər. Yehova Allah səni yaxşı başa düşür və sevir, hətta valideynlərindən də çox sevir. İsa peyğəmbər yer üzündə olanda balaca uşaqları qucağına almaqla və xeyir-dua verməklə Yehovanın necə Allah olduğunu göstərdi. O, 12 yaşlı qız da daxil olmaqla, gəncləri diriltmişdi.
Allahın səni sevdiyini bilməyin səni nəyə təşviq edir? ~ Bəli, bu, bizi Yehova Allahı sevməyə və Onun sözünə qulaq asmağa təşviq edir. Bəs biz Onu sevdiyimizi necə göstərə bilərik? ~ Duada Allaha Onu sevdiyimizi deməklə. İsa peyğəmbər də Allahı sevdiyini demişdi. Lakin İsa Məsih Allahı sevdiyini sadəcə dildə demirdi, əməlləri ilə də göstərirdi.
İsa Məsih Allahın sözünə qulaq asırdı. O deyirdi: «Mən həmişə Onun bəyəndiyi işləri görürəm». Yehova Allahı və İsa Məsihi razı salmaq istəyiriksə, biz də məktəbdə və yığıncaq görüşlərində oyaq qalmaq üçün əlimizdən gələni edəcəyik.
Öz müqəddəs kitabınızdan oxuyun
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.