Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/12 s. 18—22
  • Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Allahın ruhu Musaya güc vermişdi
  • Müqəddəs ruh Besalelə qabiliyyət verdi
  • Allahın ruhu ilə Yeşua uğur qazandı
  • «Gideonun üzərinə Rəbbin ruhu endi»
  • «İftahın üzərinə Rəbbin ruhu endi»
  • «Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi»
  • Birinci əsrdə və bu gün Allahın ruhunun fəaliyyəti
    Gözətçi qülləsi 2011
  • Şimşon kimi Yehovaya arxalanın
    Gözətçi qülləsi 2023
  • İmanla davranmaq Allahın razılığını qazandırır
    Gözətçi qülləsi 2016
  • Əməyini kimin görməsi önəmlidir?
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/12 s. 18—22

Keçmişdə ruhun rəhbərliyinə tabe olan Allahın sadiq bəndələri

«Rəbb Yehova və Onun Ruhu məni göndərdi» (YEŞAYA 48:16, KİTABI MUKADDES).

1, 2. İmanımız olsun deyə bizə nə lazımdır? Keçmişdə yaşayan Allahın sadiq xidmətçilərinin nümunəsini araşdırmağımızın bizə hansı faydası olacaq?

HABİLİN günlərindən bəri aydın göründüyü kimi, «hamı iman sahibi deyil» (2 Salon. 3:2). İnsanda bu xüsusiyyət haradandır? O, nəyin sayəsində Allaha iman edir? İman, əsas etibarilə, Allahın Kəlamında olan sözləri eşitdikdən sonra yaranır (Rom. 10:17). İman ruhun bəhrəsinin tərkib hissələrindən biridir (Qalat. 5:22, 23). Buna görə də iman sahibi olmaq və onu təzahür etdirmək üçün bizə müqəddəs ruh gərəkdir.

2 Keçmişdə yaşamış və böyük iman sahibi olan kişi və qadınlarda bu xüsusiyyətin anadangəlmə olduğunu düşünmək böyük səhv olardı. Müqəddəs Kitabda haqqında oxuduğumuz Allahın nümunəvi xidmətçiləri «bizim kimi» adi insanlar idi (Yaq. 5:17). Onların da şübhələri, qorxduqları şeylər və zəif cəhətləri vardı. Lakin Allahın ruhunun sayəsində «zəifdən güclüyə» çevrilərək onlar bütün maneələri aşmışlar (İbr. 11:34). Yehovanın ruhunun onlarda necə fəaliyyət göstərdiyini araşdırmaq bizi, bu gün imanımıza edilən hücumlara baxmayaraq, xidmətimizi sədaqətlə davam etdirməyə təşviq edəcək.

Allahın ruhu Musaya güc vermişdi

3-5. a) Haradan bilirik ki, Musaya vəzifəsini icra etməyə müqəddəs ruh kömək edirdi? b) Musanın nümunəsindən Yehovanın müqəddəs ruhu nə qədər verməsi barədə nə öyrənirik?

3 Eramızdan əvvəl 1513-cü ildə Musa barədə deyilmişdi ki, o, yer üzündə yaşayan insanlardan «daha itaətkar» idi (Say. 12:3). Allah bu itaətkar, həlim xidmətçisinə İsrail xalqı arasında böyük məsuliyyətlər həvalə etmişdi. Onun ruhu Musaya peyğəmbərlik etmək, hökm çıxarmaq, Müqəddəs Kitabın bəzi hissələrini yazmaq və möcüzələr göstərmək səlahiyyəti vermişdi. (Yeşaya 63:11—14 ayələrini oxu.) Amma bir dəfə Musa yükünün həddən artıq ağır olduğundan şikayət etmişdi (Say. 11:14, 15). Buna görə də Yehova «[Musada] olan Ruhdan götürüb» 70 nəfər kişiyə verdi ki, ona kömək etsinlər (Say. 11:16, 17). Musanın bu cür düşünməsinə baxmayaraq, o, bu işdə tək deyildi; eyni şeyi ona kömək etməyə təyin edilən 70 nəfər barədə də demək olar.

4 Tapşırığını yerinə yetirməsi üçün Musaya lazımi qədər müqəddəs ruh verilmişdi. Hətta edilən dəyişiklikdən sonra da Musada olan ruh kifayət qədər idi. Nə Musadakı ruh ona azlıq edirdi, nə də ki 70 nəfərdə olan ruh onlar üçün çox idi. «Allah... ruhunu səxavətlə verir» və biz Onun «dolğunluğundan» bəhrələnirik (Yəh. 1:16; 3:34).

5 Hal-hazırda sınağın varmı? Məsuliyyətlərinin artdığını və onların səndən daha çox vaxt tələb etdiyini hiss edirsənmi? Xərclərinin artdığı və ola bilsin, səhhətinin pisləşdiyi bir halda, sənə ailəni ruhani və maddi cəhətdən təmin etmək çətin deyil ki? Yığıncaqdakı məsuliyyətlərin çoxdur? Əmin ol ki, Allah müqəddəs ruhu vasitəsilə istənilən vəziyyətin öhdəsindən gələ bilməyin üçün sənə güc verməyə qadirdir (Rom. 15:13).

Müqəddəs ruh Besalelə qabiliyyət verdi

6-8. a) Allahın ruhu sayəsində Besalel və Oholiav hansı işi görmüşdülər? b) Besalel və Oholiava Allahın ruhunun rəhbərlik etdiyi nədən görünür? c) Nəyə görə Besalelin nümunəsi xüsusilə ruhlandırıcıdır?

6 Musanın günlərində yaşayan Besalelin nümunəsindən müqəddəs ruhun fəaliyyəti barədə daha çox öyrənə bilərik. (Çıxış 35:30—35 ayələrini oxu.) Besalel müqəddəs məskənin vacib əşyalarının düzəldilməsinə nəzarət etmək üçün təyin edilmişdi. Bu möhtəşəm layihədən əvvəl onun bu sahələrdə hansısa bacarığı var idimi? Ola bilsin, vardı, ancaq görünür, bundan əvvəl o, misirlilər üçün kərpic kəsirdi (Çıx. 1:13, 14). Bəs Besalel bu çətin tapşırığın öhdəsindən necə gələcəkdi? Yehova onu «Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki,.. bacarıq göstərə bilsin». Əgər onun anadangəlmə hansısa bacarığı var idisə, müqəddəs ruh onu daha da artırdı. Bunu Oholiav barədə də demək olar. Görünür, Besalel və Oholiav onlara tapşırılan işi yaxşı öyrənmişdilər, çünki onlar onu özləri görməklə yanaşı, başqalarına da öyrədirdilər. Bəli, Allah onların ürəyinə öyrətmək qabiliyyəti qoymuşdu.

7 Besalel və Oholiavın düzəltdiyi müqəddəs məskənin təxminən 500 il istifadə olunması da onlara Allahın ruhunun rəhbərlik etdiyini sübut edir (2 Saln. 1:2—6). Müasir istehsalçılardan fərqli olaraq, onların müqəddəs məskənin üzərinə öz imzalarını və ya nişanlarını qoymaq fikri yox idi. Bütün izzət Yehovaya məxsus idi (Çıx. 36:1, 2).

8 Bu günləri bizə xüsusi bacarıq tələb edən çətin tapşırıqlar verilə bilər. Bu, tikinti işi, çap işi, konqreslərin təşkili, fəlakət baş vermiş ərazilərdə gedən işlərə rəhbərlik etmək, eləcə də həkimlərə və xəstəxana heyətinə qana dair Müqəddəs Kitab mövqeyimizi başa salmaq işi ola bilər. Bəzən bu işləri aramızdakı mütəxəssislər, çox vaxt isə bu sahədə təcrübələri olmayan könüllülər icra edirlər. Allah Öz ruhu ilə onların səylərinə uğur qazandırır. Başqalarının səndən bacarıqlı olduğunu düşünərək Yehovanın verdiyi hansısa tapşırıqdan nə vaxtsa imtina etmisənmi? Yadda saxla ki, sənə verilən istənilən tapşırığı icra etməyin üçün Yehovanın ruhu bilik və bacarıqlarını artıracaq.

Allahın ruhu ilə Yeşua uğur qazandı

9. İsraillilər Misirdən çıxdıqdan sonra hansı vəziyyətlə üzləşdilər və bununla əlaqədar hansı sual ortaya çıxır?

9 Allahın ruhu Musa ilə Besalelin günlərində yaşayan daha bir israilliyə də rəhbərlik edirdi. Misirdən çıxdıqdan bir qədər sonra amaleqlilər heç bir səbəb olmadan Allahın xalqına hücum etdilər. İsraillilər heç vaxt müharibə etməmişdilər və bu, onların azad bir xalq kimi ilk döyüşü olacaqdı (Çıx. 13:17; 17:8). Lakin onlara başçı lazım idi. Bəs bu, kim olmalı idi?

10. Yeşuanın rəhbərlik etdiyi İsrail ordusu nəyin sayəsində qələbə qazandı?

10 Yehova Yeşuanı seçdi, lakin ona görə yox ki, o, bu sahədə zəngin təcrübəyə malik idi. Məgər o, müharibə haqda nəsə bilirdi? Yeşua Misirdə kərpickəsən və qul idi, eləcə də səhrada manna yığırdı. Düzdür, Yeşuanın babası Elişama Efrayim qəbiləsinin rəhbəri idi və görünür, dörd hissəyə bölünmüş və hərəsinə üç qəbilə daxil olan — 108 100 nəfərdən ibarət hissələrin birinə başçılıq edirdi (Say. 2:18, 24; 1 Saln. 7:26, 27). Yehova Musa vasitəsilə bildirdi ki, orduya nə Elişama, nə də onun oğlu Nun başçılıq edəcək. O, düşmənlər üzərində qələbə çalmaq üçün Yeşuanı təyin etdi. Döyüş, demək olar ki, bütün günü davam etdi. Yeşua Allaha və Onun ruhunun rəhbərliyinə qeyd-şərtsiz tabe olduğu üçün israillilər qələbə qazandılar (Çıx. 17:9—13).

11. Yeşua kimi, biz də müqəddəs xidməti müvəffəqiyyətlə necə yerinə yetirə bilərik?

11 Musanın ölümündən sonra «hikmət ruhu» ilə dolan Yeşua xalqın başçısı təyin edildi (Qanun. t. 34:9). Müqəddəs ruh ona Musa kimi peyğəmbərlik etmək və ya möcüzələr göstərmək bacarığı vermədi. Lakin bu ruhun köməyi sayəsində o, Kənan torpağı uğrunda gedən hərbi yürüşlərdə xalqa başçılıq edirdi. Bu gün biz də düşünə bilərik ki, müqəddəs xidmətin müəyyən sahələrini icra etmək üçün lazımi bilik və bacarığımız yoxdur. Yeşua kimi, biz də Allahın göstərişlərinə xırdalığınadək riayət etsək, uğur qazanacağımıza əmin ola bilərik (Yeşua 1:7—9).

«Gideonun üzərinə Rəbbin ruhu endi»

12-14. a) 300 israillinin midyanlıların böyük ordusunu məhv etməsindən nə öyrənirik? b) Yehova Gideonu ona dəstək olacağına necə əmin etdi? c) Bu gün biz Yehovadan köməyi necə alırıq?

12 Yeşua öləndən sonra da Yehova müqəddəs ruhu ilə sadiq xidmətçilərini möhkəmləndirməyə davam edirdi. «Hakimlər» kitabı «zəifdən güclüyə» çevrilən insanların nümunələri ilə zəngindir (İbr. 11:34). Məsələn, Allah Öz ruhu ilə Gideonu təşviq etmişdi ki, xalqı düşmənin əlindən azad etsin (Hak. 6:34). Gideonun topladığı ordu midyanlıların ordusundan dörd dəfə kiçik idi. Gideonun əsgərləri az olsa da, Yehovanın gözündə bu say həddən artıq çox idi. O, iki dəfə Gideona əsgərlərinin sayını azaltmağı əmr etdi və bundan sonra bir israilli əsgərə 450 nəfər düşmən əsgəri düşürdü (Hak. 7:2—8; 8:10). Bu say Yehovanı qane edirdi. İsraillilər möhtəşəm qələbə qazandıqları təqdirdə, bunu öz gücü və ya ağılları sayəsində etdikləri ilə öyünməyəcəkdilər.

13 Gideon və onun ordusu demək olar ki, hazır idilər. Əgər sən bu kiçik dəstənin üzvü olsaydın, qorxaq və ehtiyatsız silahdaşlarının artıq dəstəni tərk etdiyini bilmək sənin arxayınlığını artırardı, yoxsa döyüşün nəticəsi barədə düşünəndə canına vəlvələ düşərdi? Bizə Gideonun hansı hissləri keçirdiyi barədə ehtimal irəli sürmək lazım deyil. Yehova nə deyirdisə o da onu edirdi! (Hakimlər 7:9—14 ayələrini oxu.) Gideon Allahın onunla olacağını sübut edən əlamət göstərməsini istəyəndə Allah onu məzəmmət etmədi (Hak. 6:36—40). Əksinə, imanını daha da möhkəmləndirdi.

14 Yehova bir Xilaskar kimi tükənməz gücə malikdir. O, xalqını hər bir çətinlikdən qurtarmağa qadirdir və lazım gələrsə, bunun üçün zəif və aciz görünən insanlardan istifadə edə bilər. Bəzən bizə elə gələ bilər ki, çoxları bizim əleyhimizədir və vəziyyətimiz çıxılmazdır. Bu cür hallarda Allahın Gideona əlamət verdiyi kimi, bizə də möcüzəvi şəkildə əlamət verəcəyini gözləmirik. Əksinə, biz rəhbərlik almaq və Yehovanın bizə dəstək olduğuna əmin olmaq istəyiriksə, Onun Kəlamını oxumalı və ruhu ilə idarə etdiyi yığıncaqlarda iştirak etməliyik (Rom. 8:31, 32). Yehovanın məhəbbət dolu vədləri bizim imanımızı möhkəmləndirir və Onun, həqiqətən də, bizim Köməkçimiz olduğuna əminliyimizi artırır!

«İftahın üzərinə Rəbbin ruhu endi»

15, 16. İftahın qızında fədakarlıq ruhu haradan idi və bu, müasir valideynləri necə ruhlandıra bilər?

15 Gəlin digər nümunəyə baxaq. İsraillilər ammonlularla döyüşməli olanda «İftahın üzərinə Rəbbin ruhu endi». Yehovanı izzətləndirmək üçün qələbə arzusunda olan İftah ona baha başa gələn bir vəd verdi. İftah and içdi ki, əgər Yehova ammonluları onun əli ilə məğlub etsə, evə qayıdarkən qarşısına ilk çıxanı Ona həsr edəcək. İftah qələbə ilə evə dönəndə qızı qaça-qaça onu qarşılamağa çıxdı (Hak. 11:29—31, 34). Bəs bu, İftah üçün gözlənilməz idi? Görünür, yox. Çünki onun cəmi-cümlətanı bir övladı var idi. O, qızını Şiloda yerləşən müqəddəs məskəndə xüsusi xidməti icra etməyə göndərməklə Yehovaya verdiyi vədi yerinə yetirdi. Yehovanın sadiq xidmətçisi olan bu qız əmin idi ki, atasının vədi yerinə yetirilməlidir. (Hakimlər 11:36 ayəsini oxu.) Yehovanın ruhu onların hər ikisinə də lazımi güc verdi.

16 İftahın qızında belə bir fədakarlıq ruhu haradan idi? Şübhə yoxdur ki, onun imanını atasının xidmətdə göstərdiyi səy və sadiqlik formalaşdırmışdı. Valideynlər, sizin nümunəniz uşaqların nəzərindən qaçmır. Verdiyiniz qərarlar dediyiniz sözlərə inanıb-inanmadığınızdan xəbər verir. Uşaqlarınız səmimi-qəlbdən dua etməyinizə, təlimlərinizə və Yehovaya ürəkdən xidmət etmək üçün göstərdiyiniz səylərə diqqət yetirirlər. Bu, onların ürəyində Yehovaya xidmət etmək arzusu oyada bilər. Onda siz sevincinizdən yerə-göyə sığmayacaqsınız.

«Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi»

17. Şimşon Allahın ruhunun köməyilə nələr edirdi?

17 Gəlin sonuncu nümunəyə diqqət yetirək. Filiştlilər israillilərə zülm verəndə onları azad etmək üçün «Rəbbin Ruhu... [Şimşonu] idarə etməyə başladı» (Hak. 13:24, 25). Allahdan aldığı qeyri-adi, heyrətamiz güc sayəsində Şimşon böyük işlər görmüşdü. Filiştlilər israilliləri Şimşonu onlara təslim etməyə vadar edəndə «Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb yanan kətan kimi qırılıb yerə töküldü» (Hak. 15:14). Bir ağılsız hərəkəti ucbatından gücünü itirən Şimşon iman sayəsində yenidən güc əldə etdi (İbr. 11:32—34; Hak. 16:18—21, 28—30). Vəziyyət qeyri-adi olduğu üçün Allahın ruhu Şimşonda qeyri-adi tərzdə fəaliyyət göstərirdi. Allah bu gün xidmətçilərinə belə güc verməsə də, bu hadisə bizi ruhlandıra bilər. Gəlin görək necə.

18, 19. a) Şimşonun nümunəsi bizi nəyə əmin edir? b) Bu məqalədə araşdırdığımız sadiq insanların nümunəsindən sən nə öyrəndin?

18 Biz elə Şimşona kömək edən müqəddəs ruha güvənirik. İnanırıq ki, bu qüvvə İsanın bizə tapşırdığı təbliğ işini yerinə yetirməyə kömək edir (Həv. iş. 10:42). Lakin bu iş üçün müəyyən bacarıqlar tələb olunur və ola bilsin, onlar bizdə anadangəlmə yoxdur. Biz necə də şadıq ki, Yehova Öz ruhu ilə bizə həvalə etdiyi çoxsaylı və müxtəlif işlərin öhdəsindən gəlməyə kömək edir! Buna görə də biz Yeşaya peyğəmbərin sözlərinə şərikik: «Rəbb Yehova və Onun Ruhu məni göndərdi» (Yeşaya 48:16). Bəli, bizi göndərən müqəddəs ruhdur! Biz Yehovanın Musanın, Besalelin və Yeşuanın qabiliyyətlərini artırdığı kimi, bizim də qabiliyyətlərimizi artıracağına şübhə etmədən öz işimizi ürəklə yerinə yetirə bilərik. Biz əminliklə «ruhun qılıncını, yəni Allahın sözünü» əlimizə götürürük, çünki inanırıq ki, Allah Gideona, İftaha və Şimşona güc verdiyi kimi, bizə də güc verəcək (Efes. 6:17, 18). Çətinliklərlə üzləşəndə Yehovanın köməyinə güvənsək, Şimşon fiziki cəhətdən güclü olduğu kimi, biz də ruhani cəhətdən güclü olacağıq.

19 Bu nümunələrdən aydın görünür ki, Yehova həqiqi ibadətin tərəfində möhkəm duran insanlardan xeyir-dualarını əsirgəmir. Müqəddəs ruhun bizə rəhbərlik etməsinə yol verəndə imanımız möhkəmlənir. Yunanca Müqəddəs Yazılar da ruhun rəhbərliyinə tabe olan insanların nümunələri ilə doludur və onları araşdırmaq bizim üçün faydalı olardı. Onda biz Yehovanın ruhunun eramızın 33-cü ilin Əllinci gün bayramından əvvəl və sonra necə fəaliyyət göstərdiyini öyrənəcəyik. Lakin bu haqda söhbət növbəti məqalədə gedəcək.

Müqəddəs ruhun...

• Musaya

• Besalelə

• Yeşuaya

• Gideona

• İftaha

• Şimşona

necə kömək etdiyini bilməyin səni nəyə görə ruhlandırır?

[22–ci səhifədəki şəkil]

Yehovanın müqəddəs ruhunun köməyilə Şimşon fiziki cəhətdən güclü olduğu kimi, biz də ruhani cəhətdən güclü olacağıq

[21–ci səhifədəki şəkil]

Valideynlər, sizin xidmətdə göstərdiyiniz səy uşaqlarınıza sirayət edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş