Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/1 s. 6—8
  • İbrahim cəsarət nümunəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbrahim cəsarət nümunəsi
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2004
  • «Sən gözəl qadınsan»
    Gözətçi qülləsi (kütləvi) 2017
  • İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Əsilzadə qadın
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/1 s. 6—8

İbrahim cəsarət nümunəsi

İbrahim ailəsi və nökərlərinin Kənan torpağına köçmək üçün gördükləri hazırlıq işlərini müşahidə edir (Yaradılış 12:1—5). O, yaxşı başa düşür ki, himayəsində olan insanların güzəranının məsuliyyət yükü onun üzərindədir. Görəsən, yad məmləkətdə onları dolandıra biləcəkmi? Bəlkə, geniş otlaqları, bərəkətli torpaqları və bol suyu olan Ur şəhərində bunu etmək daha asan olardı? Birdən o, yad eldə xəstələnsə və ya ölsə, onda necə? Onun ailəsinə kim baxacaq? İbrahimi bu kimi suallar narahat etsə də, qorxu hissinin əlini işdən soyutmasına yol vermədi. O, hər necə olsa da, irəli getməyə, Allahın əmrlərinə tabe olmağa qətiyyətli idi. Bu, əsil cəsarət idi!

CƏSARƏT NƏDİR? Bu, qorxaqlığın əksi olan gücün, cəsurluğun və igidliyin təzahürüdür. Cəsarətli olmaq o demək deyil ki, insan heç vaxt qorxmur. Əksinə, müəyyən qorxuları olsa da, Allahdan aldığı cəsarətlə hərəkət edir.

İBRAHİM CƏSARƏTİ NECƏ GÖSTƏRİRDİ? İbrahim çoxluğa qarşı getməkdən qorxmurdu. O, insanların bir çox tanrılara və bütlərə ibadət etdikləri mühitdə böyümüşdü. Lakin yol vermirdi ki, başqalarının fikri onu düzgün sandığı işdən çəkindirsin. İbrahim tək Allaha — Haqq-Taala Yehovaya ibadəti üstün tutmaqla cəsarət göstərib başqalarından fərqli həyat tərzi sürürdü (Yaradılış 14:21, 22).

İbrahim həqiqi Allaha ibadəti dünya malından üstün tuturdu. O, Ur şəhərində rahat həyatını tərk edib çöllükdə yaşamağa hazır idi. Yehovanın mütləq onun qeydinə qalacağına inanırdı. Təbii ki, illər ötdükcə, İbrahim Ur şəhərindəki rahat şəraitli həyatını vaxtaşırı xatırlaya bilərdi. Lakin İbrahim Yehovanın onun və ailəsinin qayğısına qalacağına əmin idi. O, Yehova Allahı həyatında birinci yerə qoyduğu üçün Onun əmrlərinə riayət etməyə cəsarət tapırdı.

BUNDAN NƏ ÖYRƏNƏ BİLƏRİK? Hətta başqaları Yehovaya itaət etməsələr də, İbrahimdən nümunə götürərək cəsarətlə Allaha itaət edə bilərik. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Yehova Allaha iman gətirən insan onun yaxşılığını istəyən dostları və qohumlarının müqavimətinə tuş gələ bilər (Yəhya 15:20). Yehova haqqında biliklərimizə əminliyimiz nə qədər güclü olsa, etiqadımızı da bir o qədər hörmətcil tərzdə müdafiə edəcəyik (1 Peter 3:15).

Biz həmçinin Allahın Ona iman gətirənlərin qayğısına qalacağı vədinə etibar edə bilərik. Bu etibar bizə cəsarət verir ki, həyat qayğılarını deyil, ruhani işləri həyatımızda birinci yerə qoyaq (Matta 6:33). Gəlin görək bir ailə bunu necə etmişdi.

Daq və Beki cütlüyünün beş və ikiyaşlı oğulları vardı. Buna baxmayaraq, onlar xoş xəbərin təbliğçilərinə daha çox tələbat olan ölkəyə köçmək istəyirdilər. Onlar dua edib hər şeyi ölçüb-biçdikdən sonra niyyətlərinə uyğun davrandılar. Daq deyir: «Hər şeyin necə olacağını bilmədən balaca uşaqlarla başqa ölkəyə köçmək cəsarət tələb edirdi. Bu fikrə düşəndə İbrahimlə Saranın nümunəsini müzakirə etdik. Onların Yehovaya güvənmələri və öz növbəsində, Yehovanın onlara dayaq olması, həqiqətən də, bizə kömək etdi».

Qürbətdəki həyatları barədə Daq deyir: «Bu, bizim üçün böyük xeyir-dua oldu. Sadə həyat sürdüyümüzdən bir ailə kimi günün çox hissəsini birgə keçiririk: təbliğə çıxırıq, ünsiyyət edirik və uşaqlarımızla oynayırıq. Bu isə ailəmizin hər bir üzvünə sözlə ifadə edilməyən xoşbəxtlik gətirir».

Əlbəttə, hər kəs bu cür dəyişiklik etmək imkanında deyil. Bununla belə, hər birimiz Allahın bizi dəstəkləyəcəyinə əmin olub Ona ibadəti həyatımızda birinci yerə qoymaqla İbrahimin nümunəsini izləyə bilərik. Belə etməklə biz Müqəddəs Kitabın bu sözlərinə uyğun davranmış oluruq: «Cəsarətlə deyirik: “Yehova mənə dayaqdır, əsla qorxmaram”» (İbranilərə 13:5, 6).

[7-ci səhifədəki yazı]

İnsanın müəyyən qorxuları olsa da, Allahdan aldığı cəsarətlə hərəkət edir

[8-ci səhifədəki çərçivə/şəkil]

Allahdan qorxan qadın və gözəl həyat yoldaşı

Sara möhtəşəm imana sahib olan insanla ailə qurmuşdu. Lakin bu sadiq qadının özü də təqdirəlayiq nümunə qoymuşdu. Müqəddəs Kitabda onun adı üç dəfə çəkilərək başqaları üçün ibrətamiz nümunə olduğu vurğulanır (Yeşaya 51:1, 2; İbranilərə 11:11; 1 Peter 3:3—6). Müqəddəs Yazılarda bu gözəl qadın haqda çox az məlumat verilsə də, onun yaxşı xüsusiyyətləri olduğunu görə bilərik.

Misal üçün, İbrahim Ur şəhərindən çıxmaq barədə Allahdan tapşırıq aldığını deyəndə Saranın ilk reaksiyasını düşünün. Hara və nə üçün gedəcəklərinə təəccübləndimi? Güzəranları üçün bərk narahat oldumu? Dostları və qohumlarını yenidən görüb-görməyəcəyini bilməsə də, onlardan ayrılmaq fikrinə kədərləndimi? Şübhəsiz ki, bu cür fikirlər onun ağlından keçirdi. Hər necə olsa da, Sara Yehovanın onun itaətkarlığına xeyir-dua verəcəyinə əmin idi və buna görə də könüllü olaraq doğma torpağından çıxdı (Həvarilərin işləri 7:2, 3).

Sara Allahın itaətkar xidmətçisi olmaqla yanaşı, həm də yaxşı həyat yoldaşı idi. O, ailə işlərində rəhbərliyi öz əlinə keçirməyə çalışmırdı, əksinə, məhəbbətlə ərinin başçılığını dəstəkləyərək ona səmimi hörmət bəsləyirdi. Belə davranış Saranı, bir insan kimi, daha da gözəl edirdi (1 Peter 3:1—6).

Bu cür xüsusiyyətlər müasir qadınlar üçün də faydalı ola bilərmi? «Saranın nümunəsi mənə öz fikirlərimi sərbəst və açıq şəkildə ərimə söyləməyi öyrətdi», — deyə 30 ildən çox xoşbəxt ailə həyatı yaşayan Cil deyir. O əlavə edir: «Əlbəttə, son qərarı vermək məsuliyyətini ailə başçısı kimi həyat yoldaşım daşıyır. O, bir qərar alanda əlimdən gələni edirəm ki, onun qərarı həyata keçsin».

Saradan öyrənə biləcəyimiz ən təsirli ibrət isə budur: çox gəşəng qadın olsa da, zahiri gözəlliyinin onu məğrur etməsinə yol vermirdi (Yaradılış 12:10—13). O, birgə yaşadıqları yaxşı və pis anlarda həlimliklə İbrahimə dəstək olurdu. Şübhə yoxdur ki, İbrahimlə Sara sadiq, təvazökar və sevən ər-arvad — sözün əsil mənasında bir-biri üçün xeyir-dua olan cütlük idilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş