Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 22—23
  • İnsan əbədi yaşaya bilərmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsan əbədi yaşaya bilərmi?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Əbədi yaşamaq üçün nə edə bilərsiniz?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Əbədi yaşamaq mümkündür
    Gözətçi qülləsi 2022
  • Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!
    Böyük Müəllimdən öyrən
  • Yer üzündə əbədi həyat — Məsihin bəhs etdiyi ümiddirmi?
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/10 s. 22—23

Allahın Kəlamından nə öyrənirik?

İnsan əbədi yaşaya bilərmi?

Bu məqalə, ola bilsin, sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edir. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.

1. Nəyə görə ömür bizə qısa gəlir?

Elə tısbağalar var ki, 150 il yaşayır, bəzi ağacların ömrü 3000 ildir. Ancaq onlardan fərqli olaraq, insan həyatı olduqca qısadır. Bununla belə, biz tısbağa və ya ağacla müqayisədə qat-qat mənalı ömür sürə bilərik. Yaradanımız Yehova Allah bizi musiqidən, idmandan, yemək yeməkdən, öyrənməkdən, səyahət etməkdən və yeni dostluqlar qurmaqdan zövq almaq bacarığı ilə xəlq edib. Allah ürəyimizə əbədi yaşamaq arzusunu qoyub. (Vaiz 3:11 ayəsini oxu.)

2. İnsanın əbədi yaşaması mümkündürmü?

Yehova əbədiyyən var olan Allahdır. O, həyat Mənbəyi olduğu üçün başqalarına da əbədi həyat verə bilər (Məzmur 36:9; Habaqquq 1:12). Üstəlik, Allah vəd edib ki, Ona itaət edənlərə əbədi həyat bəxş edəcək və artıq insanlar qocalığa doğru yox, cavanlaşmağa doğru gedəcəklər. (Əyyub 33:24, 25; Yeşaya 25:8; 33:24 ayələrini oxu.)

İsa peyğəmbər öz möhtəşəm işləri ilə sübut etdi ki, Allahın əbədi həyat və mükəmməl sağlamlıqla bağlı verdiyi vəd etibara layiqdir. O, xəstə insanları sağaldır, hətta ölüləri dirildirdi. (Luka 7:11—15, 18, 19, 22 ayələrini oxu.)

3. İnsanlar nə zaman əbədi yaşayacaqlar?

Allah istəyir ki, biz zülm və zorakılıqla dolu dünyada yox, Cənnətə çevrilmiş yer üzündə əbədi və təhlükəsiz şəraitdə yaşayaq (Məzmur 37:9, 29; Yeşaya 65:21, 22). Yer kürəsi Cənnətə çevriləndə milyonlarla insanlar diriləcək. Dirilənlərin arasından Allaha itaət və ibadət etməyi seçənlər əbədi yaşayacaqlar. (Luka 23:42, 43; Yəhya 5:28, 29 ayələrini oxu.)

4. Əbədi həyatı necə əldə edə bilərik?

Əbədi həyatı bizə yalnız Allah verə bilər. Buna görə də biz Yaradan haqqında öyrənməklə Ona yaxınlaşmalıyıq. Müqəddəs Kitabda Allah haqqında bilik əldə etmək qidalanmağa bənzədilir (Matta 4:4). Yemək yemək bizə zövq verir, lakin onu bişirib ərsəyə gətirmək üçün zəhmət çəkmək lazımdır. Eynilə, ruhani qida qəbul etmək üçün də səy tələb olunur. Məgər Allaha yaxınlaşmaqdan və əbədi həyat mükafatını almaqdan daha dəyərli nə ola bilər? (Luka 13:23, 24; Yəhya 6:27; 17:3 ayələrini oxu.)

[23–cü səhifədəki şəkil]

Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın.

[23–cü səhifədəki şəkil]

Allah haqqında öyrənmək üçün səy göstərməyə dəyər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş