Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/11 s. 21—25
  • Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • DAVUDUN CİDDİ GÜNAHLARI
  • DAVUD DÜŞÜNCƏSİNİ DƏYİŞDİ
  • DAVUD DUA ETDİ, ALLAH DA ONU BAĞIŞLADI
  • MENAŞŞE CİDDİ GÜNAHLAR ETDİ, ANCAQ SONRADAN PEŞMAN OLDU
  • YEHOVA HƏMİŞƏMİ BAĞIŞLAYIR?
  • YEHOVANIN ƏFVİNDƏN FAYDALANIN
  • Yehova Allahın ürəyi yumşaldı
    Gözətçi qülləsi 2011
  • Yehova əfvi bol Allahdır
    Gözətçi qülləsi 2022
  • Həyatında dəyişiklik baş verərkən Allahın ruhuna bel bağla
    Gözətçi qülləsi 2004
  • Davudun günahı
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/11 s. 21—25

Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?

«[Yehova] rəhmli və lütfkar... hədsiz səbirli,.. cəzanı, qanunsuzluğu və günahı [bağışlayandır]» (ÇIX. 34:6, 7).

CAVABLARI TAP

Davud və Menaşşe günah işlədəndə Yehova nə etdi və nəyə görə?

Yehova İsrail xalqını nəyə görə bağışlamadı?

Yehovanın bizi bağışlamasını istəyiriksə, nə etməliyik?

1, 2. a) Yehova İsrail xalqı üçün necə Allah idi? b) Bu məqalədə hansı sual müzakirə olunacaq?

NEHEMYANIN günlərində bir qrup levili izdiham qarşısında dua edərək atalarının dəfələrlə Yehovanın əmrlərinə «itaət etmək» istəmədiklərini etiraf etdi. Ancaq hər dəfə Yehova «bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah» olduğunu sübut edirdi. Nehemyanın günlərində də Yehova sürgündən qayıdan israillilərə lütf göstərməyə davam edirdi (Neh. 9:16, 17).

2 Hər birimiz özümüzə belə bir sual verməliyik: «Yehovanın əfvi mənim üçün hansı mənanı kəsb edir?» Bu vacib suala cavab tapmaq üçün gəlin Yehovanın əfvindən faydalanan iki padşahın — Davud və Menaşşenin nümunəsinə nəzər salaq.

DAVUDUN CİDDİ GÜNAHLARI

3-5. Davud hansı ciddi günahlara yol vermişdi?

3 Allahdan qorxan insan olmasına baxmayaraq, Davud ciddi günahlara yol vermişdi. Bu günahların ikisi evli cütlük olan Uriya və Bat-Şeva ilə əlaqəli idi. Davud, Uriya və Bat-Şeva bu günahların acı nəticələrini daddılar. Buna baxmayaraq, Yehovanın Davuda necə düzəliş etməsindən Onun bağışlayan Allah olması barədə çox şey öyrənirik. Gəlin nə baş verdiyinə nəzər salaq.

4 Davud İsrail ordusunu ammonluların əsas şəhəri olan Rabbanı mühasirəyə almaq üçün göndərdi. Bu ərazi Yerusəlimin şərqindən 80 kilometr aralıda olan İordan çayının o tayında yerləşirdi. Bu vaxt Yerusəlimdəki sarayının damında gəzişən Davud evli qadın olan Bat-Şevanı çimərkən gördü. Onun əri ordu ilə birlikdə uzaqda idi. Davudda Bat-Şevaya qarşı güclü hisslər yarandı və onu saraya gətizdirib onunla zina etdi (2 Şam. 11:1—4).

5 Davud Bat-Şevanın hamilə olduğunu biləndə ordu başçısına əmr etdi ki, onun əri Uriyanı Yerusəlimə geri göndərsin. Davud Uriyanın arvadı ilə cinsi yaxınlıq edəcəyinə ümid edərək onu evinə göndərdi. Ancaq Uriya heç evinə girmədi də. Bu səbəbdən padşah ordu başçısına gizlicə məktub yazıb dedi ki, Uriyanı qızğın döyüşlərə göndərsin və onu ön xəttə qoysun, əsgərlərə də yanından çəkilməyi tapşırsın. Davudun planlaşdırdığı kimi, Uriya düşmənlər tərəfindən tez bir zamanda öldürüldü (2 Şam. 11:12—17). Padşah yalnız əxlaqsızlıq etmədi, həmçinin günahsız adamı öldürtməklə günahını daha da ağırlaşdırdı.

DAVUD DÜŞÜNCƏSİNİ DƏYİŞDİ

6. Allah Davudun günahlarına necə münasibət göstərdi və bu, Yehova barədə bizə nəyi açıqlayır?

6 Əlbəttə, Yehova hər şeyi görürdü, heç nə Onun diqqətindən yayınmamışdı (Sül. məs. 15:3). Sonradan Bat-Şeva ilə evlənsə də, «Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi» (2 Şam. 11:27). Bəs Yehova ciddi günahlara yol verən Davudla necə rəftar etdi? O, Natan peyğəmbəri Davudun yanına göndərdi. Yehova bağışlayan Allah olduğundan Davuda lütf göstərmək istəyirdi. Səncə, Yehovanın bu cür davranması ruhlandırıcı deyil? O, Davudu etiraf etməyə məcbur etmədi, sadəcə Natan onun günahlarının nə qədər pis olduğunu göstərən hadisə danışdı. (2 Şamuel 12:1—4 ayələrini oxu.) Davudun əsil hisslərini üzə çıxarmaq üçün bu necə də gözəl üsul idi!

7. Natanın çəkdiyi nümunə Davuda necə təsir etdi?

7 Natanın nümunəsi padşahda ədalət hissi oyatdı. Davud məsəldəki varlı adama qəzəblənib Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir». Üstəlik, o dedi ki, bu ədalətsizliyin qurbanı olan adama itirdiyinin əvəzi ödənilməlidir. «O adam sənsən!» — deyə Natan bildirdi. Bu, Davud üçün güclü bir zərbə oldu. Natan həmçinin dedi ki, onun hərəkətlərinin nəticəsi — «qılınc» və fəlakət evindən ayrılmayacaq. Bundan əlavə, o, səhvlərinə görə hamı qarşısında alçalmalı idi. Davud hərəkətlərinin nə qədər ciddi olduğunu başa düşdü və peşmançılıq çəkərək etiraf etdi: «Mən Rəbbə qarşı günah etdim» (2 Şam. 12:5—14).

DAVUD DUA ETDİ, ALLAH DA ONU BAĞIŞLADI

8, 9. Davudun 51-ci məzmuru onun dərin düşüncələrini necə üzə çıxarır və biz bundan Yehova barədə nə öyrənirik?

8 Sonralar Davud 51-ci məzmuru bəstələdi. Bu məzmurun sözləri onun necə güclü vicdan əzabı çəkdiyini göstərir. Davud Yehovaya yalvararaq Ondan kömək dilədi. Ancaq o, sadəcə səhvlərini etiraf etməklə kifayətlənmədi, həmçinin günahlarından tövbə etdi. Davud, ilk növbədə, Allahla münasibətlərinə görə narahat idi. «Sənə, yalnız Sənə qarşı günah işlətmişəm», — deyə o etiraf etdi. O, Yehovaya yalvarırdı: «Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver... Xilasının sevincini mənə qaytar, itaətkarlıq ruhu verib mənə dayaq ol» (Məz. 51:1—4, 7—12). Duada Yehovaya səhvlərin barədə danışarkən sən də səmimi və dürüst olursanmı?

9 Yehova Davudun günahının acı nəticələrini aradan qaldırmadı. O, ömrünün sonuna kimi etdiyi günahlara görə əziyyət çəkdi. Lakin Davud «sınan və peşman olan ürəyə» sahib olduğu üçün Yehova onu bağışladı. (Məzmur 32:5 ayəsini oxu; Məz. 51:17.) Külli-İxtiyar Allah insanın əsil hisslərini və onu günaha sürükləyən səbəblərin nə olduğunu başa düşür. Yehova yol vermədi ki, Davudla Bat-Şeva, Musanın qanununa əsasən, hakimlər tərəfindən ölümə məhkum edilsin (Lev. 20:10). Allah hətta onların oğlu Süleymanı İsrailin növbəti padşahı təyin etdi (1 Saln. 22:9, 10).

10. a) Yehovanın Davudu bağışlamaq üçün başqa hansı səbəbi var idi? b) Yehovanın əfvini qazanmaq üçün insan nə etməlidir?

10 Ehtimal ki, Yehovanın Davudu bağışlamasının digər səbəbi onun Şaula mərhəmət göstərməsi idi (1 Şam. 24:4—7). İsanın qeyd etdiyi kimi, biz başqaları ilə necə rəftar ediriksə, Yehova da bizimlə elə rəftar edir. O demişdi: «Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Mat. 7:1, 2). Yehovanın ən ciddi günahlarımızı, hətta zina və qatilliyi belə bağışladığını bilmək necə də təsəllivericidir! O, yalnız başqalarını bağışlamağa hazır olduğumuz, günahlarımızı etiraf etdiyimiz və pis əməllərimizə qarşı düşüncə tərzimizi dəyişdiyimiz təqdirdə bizi bağışlayacaq. Biz günahlarımızdan səmimi qəlbdən tövbə edəndə Yehovadan «təravət mövsümü» gəlir. (Həvarilərin işləri 3:19 ayəsini oxu.)

MENAŞŞE CİDDİ GÜNAHLAR ETDİ, ANCAQ SONRADAN PEŞMAN OLDU

11. Menaşşe Allahın gözündə hansı pis işləri görmüşdü?

11 Gəlin Yehovanın bağışlamağa hazır olduğunu göstərən başqa bir Müqəddəs Kitab nümunəsinə nəzər salaq. Davud padşahlıq etməyə başladıqdan təxminən 360 il sonra Yəhudanın padşahı Menaşşe oldu. O, 55 illik hakimiyyəti dövründə törətdiyi vəhşiliklərə və iyrənc əməllərə görə Yehovanın qəzəbinə tuş gəlmişdi. Məsələn, o, Baala qurbangahlar qurmuş, «bütün səma cisimlərinə» səcdə etmiş, oğullarını oda qurban vermiş və insanları spiritizmə cəlb etmişdi. Bəli, o, «Rəbbin gözündə çoxlu pis işlər» görmüşdü (2 Saln. 33:1—6).

12. Necə oldu ki, Menaşşe Yehovaya tərəf döndü?

12 Nəticədə, Menaşşe əsir götürüldü, vətənindən Babilə aparılıb orada həbsə atıldı. Ola bilsin, orada o, Musanın İsrail xalqına dediyi bu sözləri xatırladı: «Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız» (Qanun. t. 4:30). Menaşşe Yehovaya tərəf döndü. Necə? O, «özünü çox alçaltdı» və «Allaha dua etdi» (21-ci səhifədə təsvir olunduğu kimi) (2 Saln. 33:12, 13). Müqəddəs Kitabda Menaşşenin duada dediyi sözlər dəqiq qələmə alınmasa da, ehtimal ki, Davud padşahın 51-ci məzmurdakı sözlərinə oxşar idi. Hər necə olsa da, Menaşşe düşüncə tərzini tamamilə dəyişdi.

13. Yehova Menaşşeni nəyə görə bağışladı?

13 Yehova Menaşşenin dualarına necə cavab verdi? Allah «onun duasını qəbul etdi və yalvarışını eşitdi». Davud kimi, Menaşşe də günahlarının ciddiliyini anladı və səmimi qəlbdən tövbə etdi. Məhz buna görə də Allah Menaşşeni bağışladı və onu Yerusəlimdəki padşahlığına qaytardı. Nəticədə, Menaşşe başa düşdü ki, Yehova «həqiqi Allahdır» (2 Saln. 33:13). Mərhəmətli Allahımızın ürəkdən peşman olanları bağışladığını bilmək necə də sevindiricidir!

YEHOVA HƏMİŞƏMİ BAĞIŞLAYIR?

14. Yehovanın günah işlədən insanı bağışlayıb-bağışlamayacağını nə müəyyən edir?

14 Ola bilsin, bu gün Allahın xalqının üzvlərindən çox az adam Davud və Menaşşe kimi ciddi günahlara görə əfv diləməli olsun. Lakin Yehovanın bu iki padşahı bağışlamasından öyrənirik ki, insan hətta ən ağır günahlara yol versə belə, ürəkdən tövbə etdiyi təqdirdə Allah onu bağışlayır.

15. Yehovanın günahları avtomatik olaraq bağışlamadığını haradan bilirik?

15 Əlbəttə, biz Yehovanın insanların bütün günahlarını avtomatik olaraq bağışladığı qənaətinə gələ bilmərik. Buna görə də gəlin Davudla Menaşşenin əhval-ruhiyyəsini inadkar İsrail və Yəhuda xalqının əhval-ruhiyyəsi ilə müqayisə edək. Allah Natanı Davudun yanına göndərdi və ona düşüncə tərzini dəyişmək imkanı verdi. Davud minnətdarlıqla bu imkandan istifadə edərək tövbə etdi. Eynilə, Menaşşe də dara düşdüyünü hiss edəndə ürəkdən tövbə etməyə təşviq olundu. İsrailin və Yəhudanın sakinləri isə çox vaxt tövbə etmirdilər. Bu səbəbdən, Yehova onları bağışlamadı. Əksinə, Onun xalqın itaətsiz davranışlarına necə yanaşdığını peyğəmbərlər dəfələrlə bəyan etmişdilər. (Nehemya 9:30 ayəsini oxu.) Hətta Babil əsarətindən qayıtdıqdan sonra da Yehova kahin Ezra və peyğəmbər Malaki kimi sadiq elçilərini onların yanına göndərməyə davam edirdi. Xalq Yehovanın iradəsinə uyğun davrananda böyük sevinc əldə edirdi (Neh. 12:43—47).

16. a) Tövbə etməyən İsrail xalqı ilə nə baş verdi? b) Yehova İsrail xalqının ayrı-ayrı üzvlərinə hansı imkanı vermişdi?

16 İsa yer üzünə gəlib həyatını bəşəriyyət üçün kamil fidyə qurbanı kimi təqdim etdikdən sonra Yehova israillilərin heyvan qurbanlarını qəbul etmədi (1 Yəh. 4:9, 10). Yer üzündə olanda İsanın Yerusəlim barədə dedikləri Yehovanın nöqteyi-nəzərini əks etdirirdi. O demişdi: «Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən və sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də neçə dəfə sənin övladlarını bir yerə yığmaq istədim. Heyf, siz istəmədiniz!» Bu səbəbdən o bəyan etmişdi: «Bu Ev tərk edilib sizə boş qalacaq» (Mat. 23:37, 38). Beləliklə, günahlarından tövbə etməyən xalq ruhani İsraillə əvəz olundu (Mat. 21:43; Qalat. 6:16). Bəs cismani İsrailin ayrı-ayrı üzvləri barədə nə demək olar? Onlar Yehovaya və İsa Məsihin fidyə qurbanlığına iman gətirdikləri üçün Onun əfvini və lütfünü qazanırdılar. Yer üzündə dirilmə baş verən zaman Yehova günahlarından tövbə etmədən ölən insanlara da bu cür lütf göstərəcək (Yəh. 5:28, 29; Həv. iş. 24:15).

YEHOVANIN ƏFVİNDƏN FAYDALANIN

17, 18. Yehovanın bizi bağışlaması üçün nə edə bilərik?

17 Yehova bizi bağışlamağa hazır olduğu üçün biz nə etməliyik? Sözsüz ki, Davud və Menaşşe kimi bizdən də tövbə etmək tələb olunur. Biz günahlı olduğumuzu etiraf etməli, etdiyimiz səhvlərə görə peşman olmalı, Yehovadan əfv diləməli və bizdə təmiz ürək yaratmasını xahiş etməliyik (Məz. 51:10). Əgər ciddi günah işlətmişiksə, həmçinin yığıncaq ağsaqqallarından ruhani kömək istəməliyik (Yaq. 5:14, 15). Günahlarımızın nə dərəcədə ciddi olmasından asılı olmayaraq, Yehovanın Musa vasitəsilə Özü haqqında dediyi sözləri yadda saxlamaq bizə təsəlli verə bilər: «Rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram». Yehova indi də dəyişməyib (Çıx. 34:6, 7).

18 Güclü müqayisədən istifadə edərək Yehova tövbə edən israillilərə vəd etdi ki, onların «qıpqırmızı» günahlarını tamamilə aradan qaldıraraq «qar kimi ağ» edəcək. (Yeşaya 1:18 ayəsini oxu.) Bəs onda biz Yehovanın əfvindən necə faydalana bilərik? Günahlarımızın və səhvlərimizin tamamilə bağışlanması üçün Yehovanın əfvinə görə minnətdar olmalı və səmimi qəlbdən tövbə etməliyik.

19. Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?

19 Bəs biz bağışlayan Allahımız Yehovanı necə təqlid edə bilərik? Ciddi günah işlətdikdən sonra səmimi qəlbdən tövbə edənləri bağışlamamaq ruhundan necə qaça bilərik? Növbəti məqalə ürəyimizi yoxlamağa kömək edəcək. Beləcə, biz xeyirxah və bağışlayan Yehova Atamızı təqlid etmiş olacağıq (Məz. 86:5).

[24–cü səhifədəki şəkil]

Bağışlayan Allah olduğu üçün Yehova Menaşşeni Yerusəlimdəki padşahlığına qaytardı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş