Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/4 s. 3
  • Allah bizi cəzalandırırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah bizi cəzalandırırmı?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Nəyə görə Yehovanın Şahidləri Milad bayramını qeyd etmir?
    Tez-tez verilən suallar
  • Milad mövsümü. Mahiyyəti nədən ibarətdir?
    Gözətçi qülləsi 2006
Gözətçi qülləsi 2012
w12 1/4 s. 3

Allah bizi cəzalandırırmı?

«Düşünürəm ki, bu, tembatsudur [Allahın cəzası], amma fəlakətin qurbanlarına yazığım gəlir». Bu sözləri 2011-ci ilin mart ayında baş verən 9 bal gücündə zəlzələ və sunamidən sonra Yaponiyanın görkəmli siyasətçilərindən biri demişdi.

2010-cu ilin yanvar ayında Haitidə baş verən zəlzələ nəticəsində 220 000-dən çox insan tələf olanda televiziya vasitəsilə dini təbliğat aparan tanınmış bir adam iddia edirdi ki, bu insanlar «iblislə saziş bağladıqları» üçün belə fəlakətə düçar oldular və onlar «allaha dönməlidirlər».

Manilada (Filippin) basabas nəticəsində 79 nəfər öləndə bir katolik keşiş demişdi: «Allah bizim yatmış və kütləşmiş vicdanımızın oyanmasını istəyir». Həmin ölkənin bir qəzetində yazılanlara əsasən, «əhalinin iyirmi bir faizi inanır ki, Allah Öz qəzəbini [ölkədə tez-tez baş verən] torpaq sürüşmələri, qasırğalar və başqa təbii fəlakətlər vasitəsilə yağdırır».

ALLAHIN pis insanları təbii fəlakətlərlə cəzalandırması fikri yeni deyil. 1755-ci ildə Lissabonda (Portuqaliya) təxminən 60 000 nəfər baş verən zəlzələ, yanğın və sunaminin qurbanı oldu. Bununla bağlı tanınmış filosof Volter belə bir sual qaldırdı: «Məgər bəlaya düçar olmuş Lissabonun pislikləri əxlaqsızlığa batan Parisin pisliyindən çox idi?» Milyonlarla insanları bir sual narahat edir: doğrudanmı Allah insanları təbii fəlakətlərlə cəzalandırır? Bir çox ölkələrdə belə fəlakətlərin Allahın işi olduğunu deyirlər.

Bütün bunları nəzərə alsaq, növbəti suallar yaranır: həqiqətənmi Allah insanları təbii fəlakətlərlə cəzalandırır? Demək olarmı ki, bu günlərdə bir-birinin ardınca baş verən təbii fəlakətlər Allah tərəfindən göndərilən cəzadır?

Bəziləri öz sözlərinə qüvvət olaraq Allahın təbiət qüvvələri vasitəsilə insanları cəzalandırdığına dair Müqəddəs Kitabdakı hadisələrə istinad edirlər (Yaradılış 7:17—22; 18:20; 19:24, 25; Saylar 16:31—35). Lakin Müqəddəs Yazılardakı həmin hadisələri diqqətlə araşdırsaq, hər birində üç fərqləndirici amili görə bilərik. Birincisi, həmin hadisələr barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. İkincisi, həm yaxşı, həm də pislərin həyatına son qoyan təbii fəlakətlərdən fərqli olaraq, Allah yalnız pis və xəbərdarlıqlara məhəl qoymayan insanları məhv etmişdi. Üçüncüsü, Allah əməlisaleh insanlara xilas olmaq imkanı yaratmışdı (Yaradılış 7:1, 23; 19:15—17; Saylar 16:23—27).

Bu gün milyonlarla insanın həyatını alt-üst edən saysız-hesabsız fəlakətlərin Allahın işi olduğunu deməyə heç bir əsas yoxdur. Bəs onda günü-gündən artan fəlakətlərin səbəbi nədədir? Fəlakətlərin acı nəticələrindən yaxa qurtarmaq üçün hansı tədbirləri görmək olar? Fəlakətlərin olmayacağı bir vaxt gələcəkmi? Bu sualların cavabını növbəti məqalələrdə öyrənəcəksiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş