Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 1/10 s. 3
  • Hansı Hökumət?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hansı Hökumət?
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • «Qoy Padşahlığın gəlsin». Milyonlarla insanın etdiyi dua
    Gözətçi qülləsi (kütləvi) 2020
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
  • Allahın Padşahlığı
    Oyanın! 2013
  • Allahın Padşahlığı haqqında həqiqət
    Gözətçi qülləsi (kütləvi) 2020
Əlavə
Gözətçi qülləsi 2014
w14 1/10 s. 3
Müxtəlif millətlərdən olan insanlar Allahın Padşahlığı haqda öyrənirlər

ÜZ QABIĞINDA | HƏYATINIZI DƏYIŞƏCƏK HÖKUMƏT

Hansı Hökumət?

Bu gün dünyada milyonlarla insanlar Allahın qurduğu Hökumətə pənah aparırlar. Onlar İsa peyğəmbərin buyurduğu kimi, bu Hökumətin yer üzündə idarəni ələ alması üçün Allaha dua edirlər (Matta 6:10).

Amma qəribədir ki, Allahın Hökuməti milyonlarla insan üçün bu qədər dərin məna kəsb etsə də, dinlərin çoxu ona əhəmiyyətsiz yanaşır. «Çox maraqlıdır ki, İsa səmavi Padşahlıq adlandırdığı təlimə çox önəm verdiyi halda, xristian məzhəblərinin əksəriyyəti öz... təlimlərində bu mövzuya olduqca az önəm verir», — deyə tarixçi Herbert Uels qeyd etmişdi.

Onlardan fərqli olaraq, Yehovanın Şahidləri Allahın Hökumətinə və ya Müqəddəs Kitab dili ilə desək, Allahın Padşahlığına çox böyük önəm verirlər. Götürək sizin oxuduğunuz bu jurnalı. Bu, bizim əsas nəşrimizdir və 220 dilə dərc olunur. Hər sayı təxminən 46 milyon tirajla çap olunan bu jurnal dünyada ən geniş yayılmış jurnaldır. Bəs jurnalın başlıca məqsədi nədir? Jurnalın tam adına fikir verin: «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir»a.

Yehovanın Şahidləri Allahın Padşahlığını bəyan etmək üçün nəyə görə bu qədər can yandırırlar? Əvvəla, ona görə ki, Allahın Padşahlığı dünyada ən vacib kitab olan Müqəddəs Kitabın əsas xəbəridir. Üstəlik, biz əminik ki, bu Padşahlıq bu gün bəşəriyyətin üzləşdiyi problemləri aradan qaldıracaq yeganə hökumətdir.

Yehovanın Şahidləri Allahın Padşahlığını bütün dünyada car çəkməklə İsa peyğəmbərin nümunəsini izləyirlər. Allahın Padşahlığı peyğəmbərin həyatının və ibadətinin özəyi idi (Luka 4:43). İsa peyğəmbər üçün bu Padşahlıq nəyə görə belə önəmli idi? Bəs bunun sizin üçün əhəmiyyəti varmı? Müqəddəs Kitab əsasında verilən bu sualların cavabını, buyurun, növbəti məqalələrdən oxuyun.

a «Yehova» Allah-Taalanın Müqəddəs Kitabda açıqlanan adıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş