Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 15/12 s. 3
  • O, «yolu» bilirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, «yolu» bilirdi
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Rəhbərlik Şurasının yeni üzvü
    Gözətçi qülləsi 2013
  • Birlik və maraqlı planlarla yadda qalan görüş
    Gözətçi qülləsi 2012
  • Həyatımı bütünlüklə Yehovaya həsr etmək istəyirdim
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
  • Rəhbərlik şurasının yeni üzvləri
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2014
w14 15/12 s. 3
Qay Pirs

O, «yolu» bilirdi

YEHOVANIN ŞAHİDLƏRİNİN Rəhbərlik Şurasının üzvü Qay Holis Pirs yerüzü xidmətini 2014-cü il martın 18-i başa vurdu. Onun Məsihin dirildilmiş qardaşlarından biri olmaq arzusu 79 yaşında gerçəkləşdi (İbr. 2:10—12; 1 Pet. 3:18).

Qay Pirs 1934-cü il noyabrın 6-sı Kaliforniya ştatının Obern şəhərində (ABŞ) anadan olmuş və 1955-ci ildə vəftiz olunmuşdu. O, 1977-ci ildə sevimli arvadı Peni ilə evlənib ailə sahibi oldu. Ailə həyatı ona atalıq hissinin nə olduğunu öyrətdi. Qay qardaş 1982-ci ildə arvadı Peni ilə birgə pioner xidmətinə başlamış, 1986-cı ildən isə 11 il Birləşmiş Ştatlarda rayon nəzarətçisi kimi xidmət etmişdi.

1997-ci ildə Qay və Peni Pirs Birləşmiş Ştatlardakı Bet-El ailəsinin üzvü oldular. Əvvəl-əvvəl Qay qardaş xidmət şöbəsində çalışırdı. 1998-ci ildə isə Rəhbərlik Şurasının Kadrlar komitəsində köməkçi təyin edildi. O, 1999-cu il oktyabrın 2-si Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) illik görüşündə Rəhbərlik Şurasının üzvü elan edildi. Son bir neçə il ərzində o, Kadrlar, Yazı, Nəşriyyat və Koordinatorlar komitələri ilə əməkdaşlıq etmişdi.

Qay Pirs qardaşın gülərüzlü və yumor hissinin olması müxtəlif mədəniyyətdən olan insanları ona cəlb edirdi. Bacı-qardaşlar onu xüsusilə məhəbbətli və təvazökar olmasına, qanunlara və prinsiplərə hörmət etməsinə, eləcə də Yehovaya güclü imanına görə çox istəyirdilər. Qardaş günəşin yenidən doğmasından daha çox Yehovanın vədlərinin yerinə yetməsinə əmin idi və o, bu həqiqəti bütün dünyaya car çəkmək istəyirdi.

Qay Pirs Yehovaya xidmət etməkdən usanmırdı, o, alaqaranlıqdan qalxıb gecəyarısına kimi işləyirdi. Onun səyahətləri bütün dünyadakı bacı-qardaşları ruhlandırırdı. Həmçinin o, Bet-El ailəsinin hər bir üzvünə, eləcə də onun dəstəyinə, məsləhətinə və köməyinə ehtiyac duyanlara vaxt ayırırdı. İllər ötsə də, onun qonaqpərvərliyi, dostluğu və Allahın Kəlamı ilə ruhlandırması həmimanlılarının dilindən düşmür.

Əziz qardaşımızın və dostumuzun həyat yoldaşı, altı övladı, o cümlədən nəvələri və nəticələri var. Onun həmçinin saysız-hesabsız ruhani övladları da var. Qay Pirs qardaşın dəfn mərasimi ilə bağlı məruzə 2014-cü il martın 22-si söylənilmişdi. Məruzəni Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş söyləmişdi. O, Qay Pirs qardaşın səmavi ümidi barədə danışmış və İsanın sözlərini oxumuşdu: «Atamın evində qalmağa yer çoxdur... Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam və siz mənim yanımda olacaqsınız. Siz getdiyim yerin yolunu bilirsiniz» (Yəh. 14:2—4).

Biz Qay Pirs qardaş üçün çox darıxacağıq. Bununla belə, biz onun həmişəlik qalmağa yerin yolunu bildiyi üçün çox sevinirik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş