Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  1 s. 4—5
  • Nadürüstlüyün zərəri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nadürüstlüyün zərəri
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Başlıqlar
  • Oxşar material
  • NADÜRÜSTLÜK ETİBARI SARSIDIR
  • NADÜRÜSTLÜK YOLUXUCUDUR
  • Dürüstlüyün xeyri
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Əgər kimsə deyirsə...
    Müqəddəs ibadətimiz 2011
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  1 s. 4—5
İki qadın bir-biri ilə söhbət edir

ÜZ QABIĞINDAKI MÖVZU | DÜRÜST OLMAQ LAZIMDIR?

Nadürüstlüyün zərəri

«Kiçik nadürüstlük insanı çətin vəziyyətdən çıxara bilər» (Samanta, Cənubi Afrika).

Bəs siz bu fikirlə razısınız? Hər birimiz Samanta kimi bəzən çətin vəziyyətə düşürük. Nadürüstlüyə vadar edən vəziyyətlərdə necə davrandığımız dəyərlərimizi üzə çıxarır. Məsələn, ad-sanımız hər şeydən önəmlidirsə, onda nadürüstlüyə bir vasitə kimi baxacağıq. Ancaq həqiqət üzə çıxanda başımız yaman ağrıyacaq. Gəlin görək necə.

NADÜRÜSTLÜK ETİBARI SARSIDIR

Münasibətlər etibar üzərində qurulur. İki adam bir-birinə etibar edəndə rahatlıq və məmnunluq duyur. Amma etibarı bir günün içində qazanmaq mümkün deyil. Bunun üçün birgə vaxt keçirmək, səmimi ünsiyyət etmək və fədakar olmaq gərəkdir. Lakin bircə nadürüst hərəkət bütün etibarı sarsıdır. İtirilmiş etibarı isə qazanmaq çox çətindir.

Nə vaxtsa yaxın dostunuz sizə xəyanət edib? Həmin vaxt hansı hissləri keçirmisiniz? Onun hərəkəti yəqin qəlbiniz qırıb, bəlkə də özünüzü aldadılmış hiss etmisiniz. Sizin hisslərinizi başa düşmək olar. Şübhəsiz, nadürüstlük dəyərli münasibətləri darmadağın edə bilər.

NADÜRÜSTLÜK YOLUXUCUDUR

Kaliforniya Universitetinin iqtisadiyyat üzrə professoru Robert İnes araşdırma nəticəsində görüb ki, «nadürüstlük yoluxucudur». Onu virusa bənzətmək olar. Yalançı adamla nə qədər çox oturub-dursanız, nadürüstlüyə yoluxmaq ehtimalı da bir o qədər çox olacaq.

Nadürüstlük tələsinə düşməmək üçün nə edə bilərik? Bu işdə Allahın Kəlamının köməyi əvəzsizdir. Gəlin bir neçə ayənin üzərində düşünək.

Nadürüstlüyün növləri

Yalan

Kişi nişan üzüyünü barmağından çıxarır

TƏRİFİ. Həqiqəti bilməyə ixtiyarı çatan adama səhv məlumat vermək deməkdir. Buna insanı azdırmaq üçün faktları təhrif etmək və ya yanlış təqdim etmək, habelə kimisə aldatmaq üçün əsas məqamları buraxmaq və insanda yanlış təəssürat oyatmaq məqsədilə həqiqəti şişirtmək daxildir.

MÜQƏDDƏS KİTAB AYƏLƏRİ: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32). «Buna görə də artıq yalanı kənara qoyduğunuz üçün bir-birinizə həqiqəti söyləyin» (Efeslilərə 4:25).

Böhtan

Kişi içəri daxil olan vaxt iki nəfər pıçıldaşmağa başlayır

TƏRİFİ. Nahaqdan birinə pis bir şey isnad etmək və onun barəsində məkrli fikirlər söyləməklə adını ləkələmək deməkdir.

MÜQƏDDƏS KİTAB AYƏLƏRİ: «Aravuran nifaq salar, böhtançı yaxın dostları ayırar» (Məsəllər 16:28). «Odun olmayanda ocaq sönər, böhtançı olmayanda da dava kəsilər» (Məsəllər 26:20).

Fırıldaqçılıq

Adam paltosunun iç tərəfində gizlətdiyi qol saatlarına işarə edir

TƏRİFİ. Hiyləgərliklə və haramzadəliklə pul və ya əmlak qazanmaq deməkdir.

MÜQƏDDƏS KİTAB AYƏLƏRİ: «Dara düşən yoxsul muzduru aldatmayın» (Qanunun təkrarı 24:14, 15). «Məzluma badalaq gələn onun Yaradanını təhqir edər, kasıba mərhəmət göstərən Yaradana şərəf gətirər» (Məsəllər 14:31).

Oğurluq

Adam çantanın içindən pul kisəsi oğurlayır

TƏRİFİ. Başqasının malını icazəsiz götürmək deməkdir.

MÜQƏDDƏS KİTAB AYƏLƏRİ: «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın ki, korluq çəkənə də əl tuta bilsin» (Efeslilərə 4:28). «Aldanmayın... nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş