Əgər kimsə deyirsə...
«Müqəddəs Kitab yaxşı kitabdır, ancaq mütləq həqiqət mövcud deyil»
Belə cavab vermək olar: «Düzdür, hər bir insanın öz fikri var. Hətta bəzən insana elə gələ bilər ki, hər şeyi ölçüb-biçib, ancaq çox vaxt aydın olur ki, nəyi isə nəzərdən qaçırıb. Ancaq elə bir Şəxs var ki, Onun imkanları məhdud deyil. Necə düşünürsünüz, bu, kim ola bilər? ... Bəli, Bəli, bu, Kainatın Yaradanıdır». Sonra əlavə etmək olar: 1) «Buna görə də, İsa peyğəmbər Allaha demişdi: “Sənin sözün həqiqətdir” (Yəh. 17:17). Bu həqiqət Müqəddəs Kitabdadır (2 Tim. 3:16,17)». 2) «Allah bizim cahillikdə yaşamağımızı istəmir. Çünki O Özü deyir ki, hər cür insanın xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnməsini istəyir (2 Tim. 2:3, 4). Müqəddəs Kitabda növbəti suallara dəqiq və inandırıcı cavablar verilir...» (Bəzi insanlarla əvvəlcə Allahın mövcudluğunun sübutlarını araşdırmaq yaxşı olardı. 63—70-ci səhifələrdəki «Allah» başlığı altındakı məqaləyə vax.)