Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp18 №  2 s. 10—11
  • Gerçəkləşəcək vədlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gerçəkləşəcək vədlər
  • Gözətçi qülləsi (kütləvi) 2018
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHIN SÖZÜ BOŞA ÇIXMAYACAQ
  • Allahın dostları Cənnətdə yaşayacaqlar
    Sən Allahın dostu ola bilərsən!
  • Ümid
    Oyanın! 2018
  • «Allah insanların gözlərindən bütün yaşları siləcək» (Vəhy 21:4)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq
    Oyanın! 2019
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2018
wp18 №  2 s. 10—11
Oğlan dağı seyr edir

Gerçəkləşəcək vədlər

İsa Məsihin peyğəmbərlik etdiyi kimi, bu gün Allahın Padşahlığı haqda xoş xəbər bütün dünyada təbliğ edilir (Mətta 24:14). Müqəddəs Kitabın Dənyal bölməsinə əsasən, bu Padşahlıq Allahın idarə etdiyi hökumətdir. Həmin bölmənin ikinci fəslində qədim Babilin dövründən bu günə kimi mövcud olmuş bəzi aparıcı hökumətlərin bir-birini əvəzləməsi ilə bağlı peyğəmbərlik qələmə alınıb. Həmin fəslin 44-cü ayəsində isə gələcəklə bağlı belə sözlər yazılıb:

«O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək. O, bütün bu padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq».

Müqəddəs Kitabda yazılmış bu və digər peyğəmbərliklər xəbər verir ki, gələcəkdə bütün insan hökumətlərinin yerini Allahın Padşahlığı tutacaq və bu hökumət dünyada əmin-amanlıq və qayda-qanun yaradacaq. Bəs Allahın Padşahlığının idarəçiliyi altında həyat necə olacaq? Burada tezliklə yerinə yetəcək möhtəşəm vədlərdən bir neçəsi qeyd olunub.

  • Əl verib görüşmək

    MÜHARİBƏLƏR OLMAYACAQ

    Zəbur 46:9 ayəsində yazılıb: «[Allah] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır».

    Bir təsəvvür edin, bu gün silah-sursat hazırlamaq üçün sərf olunan bütün vəsait və güc insanları məhv etmək üçün yox, onların faydası üçün istifadə edilsə, dünya necə olar! Allahın Padşahlığı idarə edəndə bütün bunlar real olacaq.

  • Dırmaşmaq

    XƏSTƏLİKLƏR OLMAYACAQ

    Əşiya 33:24 ayəsində yazılıb: «Heç bir sakin “xəstəyəm” deməyəcək».

    Xərçəng, malyariya, ürək xəstəlikləri və səhhətimizlə bağlı bu kimi problemlərin olmadığı bir dünya təsəvvür edin. Artıq xəstəxanalara, dava-dərmana ehtiyac qalmayacaq. Bəli, insanları gələcəkdə mükəmməl sağlamlıq gözləyir.

  • Taxıl

    QİDA QITLIĞI OLMAYACAQ

    Zəbur 72:16 ayəsində yazılıb: «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq».

    Torpaq hər kəsə yetəcək qədər bəhrə verəcək və hamı ondan faydalana biləcək. Aclıq və yetərincə qidalanmama probleminə birdəfəlik son qoyulacaq.

  • Kişi, qadın və uşaq

    AĞRI-ACI VƏ ÖLÜM OLMAYACAQ

    Vəhy 21:4 ayəsində yazılıb: «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

    Bu isə o deməkdir ki, gələcəkdə insanlar yerüzü Cənnətdə əbədi yaşayıb mükəmməl həyat sürəcək! Bu, qayğıkeş Yaradanımızın, Yehova Allahın vədidir!

ALLAHIN SÖZÜ BOŞA ÇIXMAYACAQ

Bu deyilənlər sizin üçün reallıqdan uzaq səslənir? Çox yəqin ki, hamı Müqəddəs Kitabda vəd olunmuş həyatı yaşamaq istəyərdi, lakin müxtəlif səbəblər ucbatından çoxlarına əbədi yaşamaq vədi ağlasığmaz gəlir. Bu, təəccüblü deyil, çünki biz bu cür həyat sürən bir nəfərə də rast gəlməmişik.

Günah və ölümün əsarətində olan insanlar həyatı boyu o qədər əzab-əziyyət, bədbəxtlik görür ki, artıq bu cür həyat onlara normal gəlir və əzabsız həyatı təsəvvür edə bilmirlər. Lakin yaşadığımız həyat Yaradanımız Yehova Allahın bəşəriyyətlə bağlı niyyətindən çox-çox uzaqdır.

Allah vəd etdiyi hər şeyin mütləq yerinə yetəcəyinə əmin olmağımız üçün növbəti sözləri deyir: «Ağzımdan çıxan söz... yanıma əliboş qayıtmayacaq, əksinə, istəyimi hökmən həyata keçirəcək, onu göndərdiyim məqsədə mütləq nail olacaq» (Əşiya 55:11).

Müqəddəs Kitabda deyilir ki, Yehova «heç vaxt yalan danışmayan» Allahdır (Titusa 1:2). Allahın gələcəklə bağlı verdiyi gözəl vədləri nəzərə alaraq, məntiqli olardı ki, özümüzdən soruşaq: Allahın vəd etdiyi Cənnətdə əbədi yaşamaq, insan üçün nə dərəcədə əlçatandır? Cənnətdə yaşamaq üçün bizdən nə tələb olunur? Növbəti səhifələrdə bu suallara cavab tapa bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş